Məhkəmə qərarları › İş №2-2(103)-1129/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1129/2024

28.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1129/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2(81)-268/2015 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İdidiaçı İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hisəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə-155,52 kv.m; 2-ci oxla 3- cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında-143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası-113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arası nda113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında143,46 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında-155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyriyaşayış sahəsindən istifadə və sahiblik hquqularından ifadə edilən mülkiyyət hüquqularını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə və sözügedən qeyri-yaşayış sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin İddiaçı1-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə tərəf olmayan Ərizəçi 27 iyun 2024-cü il tarixdə həmin qətnamədən şikayət vermişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMCyə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün xx.xx.2024cü il tarixində Bakı Apellyasiya Məhkəməsin göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-2(103)-745/2024 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)- 268/2015 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair ərizə, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(81)-268/2015 nömrəli qərardadı ilə ərizə (vəsatət) təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)- 268/2015 saylı qətnaməsi üzrə Ərizəçi hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)- 268/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Ərizəçi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsindən 07 noyabr 2024-cü il tarixdə məktub daxil olmuşdur. Həmin məktubda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(81)-268/2015 nömrəli qərardadından iddiaçı tərəfindən şikayətin verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-1129/2024 nömrəli qərardadı ləğv edilsin. İdidiaçı İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hisəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə-155,52 kv.m; 2-ci oxla 3- cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında-143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası-113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arası nda113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında143,46 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında-155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hquqularından ifadə edilən mülkiyyət hüquqularını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə və sözügedən qeyriyaşayış sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin İddiaçı1-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar