Məhkəmə qərarları › İş №2-2(103)-113/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-113/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-113/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3338/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “S.Q.Kərimov adına X5 Zavodu” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavoda dəymiş maddi zərərin 74132,1 (yetmiş dörd min bir yüz iki manat on qəpik) manat məbləğində vəsaitin, habelə 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilən 312,4 (üç on iki manat qırx qəpik) AZN məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 74844,5 (yetmiş dörd min səkkiz yüz qırx dörd manat əlli qəpik) AZN məbləğində vəsaitin Cavabdeh “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixində bağlanmış əmək müqaviləsi əsasında cavabdeh əsas iş yeri üzrə direktor vəzifəsində çalışmışdır. Tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2018-ci il tarixində xitam verilmişdir. İşlədiyi müddət ərzində ciddi nöqsanlara yol verməklə müəssisəyə yüksək məbləğdə maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Belə ki, zavoda cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəyən zərərin yaranma əsası qismində X6 iddiası olmuşdur. İddiaçı X13 zavoda qarşı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağır Cinayətlər Məhkəməsinin 1(089)-42/2018 saylı 15 mart 2018ci il tarixli icra sənədinə əsasən cinayət işi üzrə maddi sübut olan Neftçala rayonu “S.Q.Kərimov adına X5 Zavodu”nda saxlanılan 68000 (altmış səkkiz min) ədəd canlı orqanizm müalicəvi tibbi zəlilər qanuni sahibi X8 qaytarılmalıdır. Göstərilən icra sənədi ilə bağlı 28 mart 2018-ci il tarixində Neftçala rayon İcra və X27 tərtib etmişdir. Aktdan görünür ki, 68000 ədəd müalicəvi tibbi zəlinin yerində olmadığı müəyyən olunmuşdur. Daha sonra aktda qeyd edilmişdir ki, zavodun direktoru vəzifəsini icra edən Cavabdeh bildirmişdir ki, tibbi zəlilər tələf olmağa başladığı üçün rəhbərliyinin şifahi göstərişinə əsasən Şirvan Milli Parkının ərazisində olan kanala buraxılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, o, 68000 ədəd canlı orqanizm müalicəvi zəlilərin qanuni sahibidir. Hər bir zəlinin dəyəri 1 manatdır, həmin zəlilər ona qaytarılmalıdır. Zavodun rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində ona 68000 manat dəyərində ziyan dəymişdir. Nəticədə, iddia təmin edilmiş, cavabdeh zavoddan 68000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-1(106)- 09/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1800-013/0xx-xx/004603 nömrəli məktubda qeyd edilmişdir ki, S.Q.Kərimov adına X5 Zavodu tərəfindən Şirvan Milli Parkına zəlilərin gətirilib təbiətə buraxılması faktı barədə parkda hər hansı bir məlumat yoxdur. Zəlilərin saxlanılması üçün münbit şərait olmadığı təqdirdə cavabdeh zəlilərin saxlanması üçün qəbulundan imtina edə bilərdi. Lakin cavabdeh imtina etməyərək zəliləri saxlanması üçün qəbul etmişdir. Həmçinin zəlilərin saxlanması üçün münbit şərait olmadığı və zəlilərin tələf olmağa başladığı təqdirdə dərhal aidiyyəti şəxslərə, cinayət prosesual fəaliyyəti həyata keçirən səlahiyyətli şəxslərə və zəlilərin sahibinə məlumat verməli və zəlilərin məhv olmaması üçün ağlabatan tədbirləri görməli idi. Lakin bu hallar iş materialı ilə öz təsdiqini tapmır. Həmçinin, cavabdeh zəlilərin qəbulundan imtina edərək müqavilənin bağlanmasını da tələb edə bilərdi. Ali Məhkəmənin mülki kollegiyası tərəfindən verilən qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə əsas səbəbkar olan Cavabdeh, habelə müvafiq dövlət orqanının səlahiyyətli nümayəndələri olmasına baxmayaraq dəymiş ziyanın ödənilməsi öhdəliyi zavoda müəyyən edilmişdir. 23 iyun 2017-ci il tarixində zavod daxilində əməkdaşların iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən müəyyən edilir ki, 06 iyun 2017-ci il tarixində X29 Məntəqəsinin əməkdaşları tərəfindən 71 ədəd bağlamada olan “Zəli” təbiətə buraxılmaq üçün Şirvan Milli Parkının ərazisinə göndərilmişdir. Akt zavodun direktoru Cavabdeh imzası və möhürü ilə təsdiq edilmişdir, habelə aktda 23 nəfər əməkdaşın imzası da əlavə edilmişdir. Həmin şəxlərin imzası ilə onların müvafiq prosesdə olduqları müəyyən edilmişdir. Yuxarıda qeyd edilən siyahıdan da görünür ki, aktın tərtib edilməsinin məqsədi məhz saxta sənədlərin hazırlanması və əməllərin gizlədilməsidir. Hətta siyahının 8-ci və 19-cu bəndlərində eyni şəxsin adının təkrarən qeyd edilməsi, fərqli imza nümunələrinin daxil edilməsi bunun bariz nümunəsidir. 23 iyun 2017-ci il tarixində tərtib edilmiş aktda qeyd edilir ki, zavodun direktoru Cavabdeh, baş hüquqşünas X9, Şirvan Milli Park ərazisinin inspektoru X20, Zavodun dairəvi hovuzlar sexinin rəisi X14 və yem sexinin rəisi X4 06 iyun 2017-ci il tarixində X29 Məntəqəsinin əməkdaşları tərəfindən gətirilmiş 71 ədəd bağlamada olan Zəli Şirvan Milli Parkının ərazisində buraxılışında iştirak etmişdirlər. Yuxarıda adı çəkilən şəxslər aktı öz imzaları ilə təsdiq etmişdirlər. Aktda həmin şəxslərin sırasında Şirvan Milli Park ərazisinin inspektorunun imzasının olmasına və aktın zəlilərin həmin Şirvan Milli Park ərazisinə buraxılmağını təsdiq məqsədilə orda iştirak edən şəxslər tərəfindən hazırlanmış olmasına baxmayaraq Şirvan Milli Parkına məxsus hər hansı möhürlə təsdiq edilməmişdir. Habelə aktın nüsxəsi müvafiq olaraq Şirvan Milli Parkında saxlanılmamışdır. Bundan əlavə məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Azərbaycan Respublikası Ekologiya və X17 müavini Firdovsi Əliyevə ünvanladığı 06 iyun 2017-ci il tarixli, 153-13/xx-xx/00746 saylı məktubun əsli zavodda saxlanılmışdır. Məktubun ünvanlandığı qurumun zavod deyil Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğunu nəzərə alnsa həmin məktubun tərtibində saxtakarlığa yol verilmiş olduğunu, məktubun ünvanlandığı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumiyyətlə çatmadığı barədə ciddi şübhələrin yaranmasında əsas vardır. Məktuba əlavə olaraq qeyd edilmişdir ki, mətkubla yanaşı ona qoşma olaraq parça materialından olan 51 ədəd torbalarda olmaqla, ümumi təqribi çəkisi 51 kq təşkil edən zəlilər də göndərilir. X28 İdarəsinin rəisi gömrük xidməti polkovniki M.M.Miratayev tərəfindən imzalanmış, icraçısı isə Samir Mustafayev olmuşdur. Habelə həmin qurumun 06 iyun 2017-ci il tarixli, 153-13/xx-xx/000747 saylı Azərbaycan Respublikası Ekologiya və X17 müavini Firdovsi Əliyevə ünvanlanan növbəti məktubunda qeyd edilmişdir ki, Astara Gömrük İdarəsində gömrük nəzarəti zamanı Azərbaycan Respublikasından İran İslam Respublikasına aparılarkən saxlanılmış parça materialından olan 20 ədəd torbada olmaqla, torpaq qatqısı ilə birlikdə ümumi çəkisi 17 kq 800 q təşkil edən canlı orqanizm-zəlilərin növünün X2 daxil olub-olmamasının dəqiqləşdirilməsi, eyni zamanda saxlanca götürülməsi məqsədilə köməklik edilməsi xahiş edilir. Eyni qaydada məktubun qoşma hissəsində parça materialından olan 20 ədəd torbada olmaqla ümumi təqribi çəkisi 17 kq 800 q təşkil edən zəlilərin də göndərildiyi qeyd olunur. Məktubun imzalanması eynilə M.M.Miratayev tərəfindən olmasına baxmayaraq icraçı qismində Ramil Balaşov qeyd edilmişdir. S.Q.Kərimov adına X5 Zavodu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ünvan 3 ünvanlanmışdır. Həmin məktubda 23 iyun 2017-ci il tarixində sözügedən zəlilərin Şirvan Milli Parkına göndərilməsi barədə zavodun əməkdaşlarından ibarət 23 nəfərin və Şirvan Milli Parkının ərazisində zəlilərin təbiətə buraxılması ilə əlaqədar Şirvan Milli Parkının müfəttişi X12 iştirakı ilə 5 nəfərin imzası ilə akt tərtib edilmişdir. Məsələ ilə bağlı hadisənin həqiqətən də baş tutduğu barədə münasibət bildirməyi xahiş edilmişdir. Buna baxmayaraq Şirvan Milli Parkı tərəfindən 14 oktyabr 2019-cu il tarixli 224 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 23 iyun 2017-ci il tarixində S.Q.Kərimov adına Kür X16 zavodu tərəfindən Şirvan Milli Parkınazəli gətirilib təbiətə buraxılması faktı barədə Şirvan Milli Parkında hər hansı məlumat mövcud deyildir. Qeyd edilməlidir ki, zavodda zəlilərin saxlanılması üçün heç bir münbit şərait olmamışdır və zavodun o zamankı direktoru Cavabdeh qanunsuz olaraq heç bir müqavilə bağlamadan və bu barədə müvafiq orqana, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermədən, yəni öz səlahiyyətlərini aşaraq qanunuz olaraq yalnız akt əsasında iddiaçıya məxsus zəliləri qəbul etmişdir. Halbuki qanunvericiliyə əsasən qeyd edilən mallar saxlanca verilərkən tərəflər arasında mülki hüquqi müqavilə bağlanmalı və qeyd edilən müqavilə əsasında hər bir tərəf öz üzərinə düşən öhdəliyi icra etməli idi. Zavodun əvvəlki mülkiyyətçisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 75 №-li Sərəncam ilə 19 aprel 2019-cu il tarixində təsdiq edilmiş “S.Q.Kərimov adına KürX16 Zavodu” MMC-nin nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, cəmiyyətin fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir: “balıq ehtiyatlarının süni yolla artırılması, yetişdirilməsi, bərpası, iqlimləşdirilməsi, balıqçılıq əhəmiyyətli su hövzələrinə balıq körpələrinin köçürülməsi ilə həmin su hövzələrinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin təşkili və həyata keçirilməsi. Nizamnamənin 4.2.2-ci bəndinə əsasən direktor cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyır. Belə ki, Cavabdeh hərəkətləri zəliləri zavodda saxlanılması üçün qəbul etməsi onun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlərinə tamamilə ziddir. Nazirlər Kabinetinin 03 may 2013-cü il tarixli 73 saylı Qərarının 5.1 və 5.2-ci bəndlərinin tələbləri həm zavodun direktoru tərəfindən, həm də müvafiq prosesin həyata keçirilməsini tələb edən qurum (Gömrük orqanı) tərəfindən kobud şəkildə pozulmuşdur.

3. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3338/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 68.030 (altımış səkkiz min otuz manat), 400 manat mediasiya xərci, 312,4 manat dövlət rüsumunun tutularaq, “S.Q.Kərimov adına Kür X16 Zavodu” MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamışdır. Belə ki, o, mübahisə predmeti olan zəliləri gömrük müsadirəsindən sonra qəbul etsə də, razılıq əsasında onu Şirvan Milli Parka buraxmışdır. Həmin zəlilərin saxlanılması xüsusi diqqət və qayğı tələb etdiyindən onun tərəfindən saxlanılması mümkünsüz idi. Bundan savayı, məhkəmə zəlinin saxlanılması üçün saxlanc müqaviləsinin bağlanılmamasını qeyd etmişdir. Halbuki, həmin zaman saxlanc müqaviləsinin bağlanılması qeyri-mümkün idi. Belə ki, məhkəmənin icraatında bununla bağlı olaraq araşdırılma aparıldığı üçün onun təcili olaraq gömrük xidmətindən götürülməsi zərurəti var idi. Yalnız balıqartırma ilə məşğul olan idarə olduğundan zəlilərin saxlanılması üçün şəraitləri olmamış və onların saxlanılması üçün hər hansı bir tədbirin görülməsi mümkünsüz idi. O, zəliləri Şirvan Milli Parkına buraxdığı zaman qarşı tərəfdən razılıq almış, bununla bağlı aidiyyatı qurumlara məlumat vermişdir. Belə ki, sözügedən zəlilər bir günlük saxlanılması üçün ona verilsə də onların tələf olduğunu gördükdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Bundan başqa, gömrük əməkdaşları ilə əlaqə saxlayaraq zəlilərin ondan alınmasını bildirdikdə isə onların ondan alınmayacağı qeyd edilmiş və o da öz növbəsində ona təqdim edənlərin göstərişi əsasında zəlilərin tələf olmaması üçün onları təbii şəraitə buraxmışdır. Lakin buna baxmayaraq əsassız olaraq guya tərəfindən məlumatın verilməməsinin vurğulanması və qətnamədə birbaşa bu əsasa istinad olunması onun hüquqlarının pozulmasının bariz nümunəsidir. Məhkəmə zərərin məhz onun tərəfindən baş verdiyinə dəlalət edən sübutlara və hər hansı bir fakta istinad etməkdən yayınmışdır. Bu fakt da bir daha onu göstərir ki, zərər onun tərəfimdən vurulmadığından nəticələrinin də tərəfindən ödənilməsi qanunsuzdur. Bundan savayı, o, məhkəmə prosesində iştirak etmək imkanından məhrum olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

15. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1114.1-ci maddəsi təşkil edir.

16. Eyni zamanda həmin Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

17. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə cavabdehin hərəkətlərində təqsirin olması müəyyən edilmir.

18. Belə ki, mübahisə predmeti olan 68.000 ədəd zəlinin məhz cinayət işi üzrə maddi sübut qismində müsadirə edilərək, gömrük orqanı tərəfindən cavabdehə təhvil verilməsi, habelə həmin təhvil vermə zamanı S.Q.Kərimov adına X5 Zavodunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X21 Resursların Artırılması və Mühafizə Departamentinin tabeçiliyində olması işin mübahisəsiz hallarını təşkil edir.

19. Cavabdeh də bildirir ki, zəlilərin təhvil alınması barədə tabe olduğu Departamentin tapşırığı olmuşdur.

20. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh zavodun direktoru vəzifəsini icra etsə də, həmin zəliləri qəbul etməmək imkanına malik olmamışdır.

21. Eyni zamanda, “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin Nizamnaməsindən görünür ki, MMC-nin fəaliyyət istiqamətlərinə balıq ehtiyatlarının sübi yolla artırılması, yetişdirilməsi, bərpası iqlimləşdirilməsi, balıqçılıq əhəmiyyətli su hövzələrinə balıq körpələrinin köçürülməsi ilə həmin su hövzələrinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin təşkili və həyata keçirilməsi aiddir.

22. Həmçinin, hazırki apellyasiya baxışı zamanı Azərbaycan Milli Elmlər X3 zəli sahəsində mütəxəssisləri məhkəmə iclasına dəvət olunmuşlar.

23. X1 və X15 öz izahatlarında bildirmişlər ki, mübahisəli zəlilər müalicəvi-tibbi şərq tipli zəlilərdir. Onlar düzgün şəraitdə saxlanılmamışdır. Belə ki, onların saxlanılması üçün lazım olan sahə az olmuşdur. Zəlilərin kiçik hovuzda saxlanılması mümkün deyildir. Orada çoxsaylı beton hovuz və ya gölməçələr olmalı idi ki, zəlilər düzgün şəkildə saxlanılsın. “S.Q.Kərimov adına X5 Zavodu” MMC-də şərait olduğu halda hirudoloqmütəxəssislərin nəzarəti altında zəlilər orada saxlanıla bilər.

24. Adından və nizamnaməsindən də göründüyü kimi zəlilərlə bağlı hər hansı fəaliyyət (saxlanılması, yetişdirilməsi və s.) “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin fəaliyyət istiqamətlərinə aid olmamışdır. Onun fəaliyyəti yalnız balıq ehtiyatları ilə bağlıdır. Belə olduğu təqdirdə MMC-nin şəraiti onun yalnız öz fəaliyyət istiqamətlərinə uyğun olaraq yaradılmışdır.

25. Eyni zamanda, zəli sahəsində ixtisaslaşmış mütəxəssislərin izahatlarından da müəyyən olunur ki, “S.Q.Kərimov adına X5 Zavodu” MMC-də zəlilərin saxlanılması üçün şərait mövcüd deyil.

26. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, xüsusi diqqət və qayğı tələb edən zəlilərin saxlanılması “S.Q.Kərimov adına X5 Zavodu” MMC-nin fəaliyyət istiqamətinə aid olmamış, fəaliyyət istiqamətinə aid olmadığı üçün də lazımi şərait əvvəlcədən qurulmamış, bu sahəyə uyğun olaraq orada hirudoloq-mütəxəssis olmamışdır. Eyni zamanda, təsadüfən zavoda gətirilmiş zəlilərin məhv olmaması üçün cavabdehin təşəbbüsü ilə müvəqqəti olaraq kiçik həcmli hovuza yerləşdirilmiş, lakin burada da onların məhv olma təhlükəsi olduğu üçün cavabdeh onları akt tərtib edərək, Şirvan Milli Parka buraxdırmışdır.

27. Bu isə onu deməyə əsas verir ki, cavabdehin hərəkətlərində hər hansı təqsir mövcud olmamışdır. Əksinə sonuncu onların məhv olmasının qarşısını almaq üçün yuxarıda qeyd olunan aktiv hərəkətləri etmişdir.

28. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3338/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar