Məhkəmə qərarları › İş №2-2(103)-113/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-113/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-113/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı1 İstehsal-Kommersiya Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbi barədə ilkin, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X21 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 X5 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı1 İstehsal-Kommersiya Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbi barədə ilkin, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 175/2024 saylı qətnaməsindən ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı1 İstehsal- Kommersiya Firması və ilkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" ASC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı1 İstehsal-Kommersiya Firması ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli **********37215 №-li kredit müqaviləsi və müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2016-cı il tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li və xx.xx.2017-ci il tarixli 07 №li Əlavə sazişlər bağlanmışdır.

2. İddiaçı1 İstehsal-Kommersiya Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 19.110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində aşağıdakı sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan daşınmaz əmlak obyektləri çıxış edir: 30 aprel 2015-ci il tarixli **********37215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.1-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.2-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.3-cü bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-4 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.4-cü bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-5 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.5-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.6-cı bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM7 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak kompleksi (1.3.7-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-8 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisə (1.3.8-ci bənd).

3. xx.xx.2017-ci il tarixdə imzalanmış 07 nömrəli sonuncu Əlavə sazişin 1.1-ci bəndinə əsasən bu sazişin predmetini kredit müqaviləsi üzrə borc alana verilmiş kredit məbləğinin 415.000 ABŞ dolları artırılaraq 20.544.519,19 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə bağlı kredit müqaviləsinə dəyişiklik edilmişdir. Həmin Əlavənin 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu əlavə sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə əsas borcunun qalığı 14.465.000 ABŞ dolları məbləğini təşkil edir. X32 ilə artırılan məbləğ və əsas borcun qalıq məbləği nəzərə alınmaqla kreditin müddəti xx.xx.2019-cu ilədək uzadılmışdır. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan şəxslər arasında, eyni zamanda "xxxx" ASC ilə İddiaçı1 X12 arasında, xx.xx.2020-ci il tarixdə, məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlər imzalanmış, "xxxx" ASC ilə İddiaçı1 İstehsal-Kommersiya Firması arasında xx.xx.2020-ci il tarixdə imzalanmış məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişin 4.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması anına ipoteka predmetinin satılması hesabına ipoteka saxlayanın ödənilməli olan tələblərinin həcminə 1) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 14.780.000 ABŞ dolları məbləğində əsas borcu, 2) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 1.909.811,11 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu olmaqla, cəmi 16.689.811,11 ABŞ dolları təşkil edir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin 3-cü sual üzrə nəticəsinə əsasən xx.xx.2015-ci il tarixli Kreditmüqaviləsi üzrə "xxxx" ASC-nin müəyyən etdiyi İddiaçı1 İstehsal-Kommersiya Firmasının xx.xx.2020-ci il tarixə banka olan 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcdan xx.xx.2020-ci il tarixli məhkəmədən kənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlərə və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələrinə əsasən İddiaçı1 İstehsal- Kommersiya Firmasının əmlaklarının satışından əldə edilmiş vəsaitdən hərrac xərci və sadələşdirilmiş vergi borcu çıxıldıqdan sonra müəyyən edilmiş 11.221.258,58 ABŞ dolları 14.780.000 ABŞ dolları əsas borcdan çıxıldıqda İddiaçı1 İstehsal-Kommersiya Firmasının banka olan əsas borcu 3.558.741,42 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 975.069,45 ABŞ dolları təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 İKF-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları nəzərə alınmaqla və İddiaçı1 İKF ilə ASC “Xalq” Bankı arasında bağlanmış 30 aprel 2015 tarixli, **********37215 saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2020-ci il tarixədək (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz borcu 102.638,89 ABŞ dolları məbləğindədir. İkinci sual üzrə qeyd edilib ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 İKF-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları nəzərə alınmaqla və İddiaçı1 İKF ilə ASC “Xalq” Bankı arasında bağlanmış 30 aprel 2015 tarixli, **********37215 saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2024-cü tarixədək (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz borcu 1.040.647,81 ABŞ dolları məbləğində müəyyən edilir. Üçüncü sual üzrə qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 İKF-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları nəzərə alınmaqla və İddiaçı1 İKF ilə ASC “Xalq” Bankı arasında bağlanmış 30 aprel 2015 tarixli, **********37215 saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz məbləğində müəyyən edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 İKF-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları nəzərə alınmaqla və İddiaçı1 İKF ilə ASC “Xalq” Bankı arasında bağlanmış 30 aprel 2015 tarixli, **********37215 saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2020-ci il tarixədək (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz borcu 102.638,89 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2024-cü tarixədək (sualdagöstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz borcu 1.040.647,81 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2024 (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz 987.275,58 məbləğində müəyyən edilib.

7. İddiaçı1 İstehsal-Kommersiya Firması müxtəlif mənzillərin alqı-satqısına dair müqavilələri və onların notarial qaydada təsdiq edilmiş tərcümələrin məhkəməyə təqdim etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı1 İstehsal-Kommersiya Firması cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 İstehsalat-Kommersiya firması tərəfindən artıq ödənilmiş 2.000.000 manat pul vəsaitinin geri qaytarılması və xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı1 İstehsalat-Kommersiya firması (təsisçi X28) arasında müxtəlif vaxtlarda “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə Kredit müqavilələri imzalanmışdır. Bu müqavilələrdən biri də xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsinin qüvvədə olduğu müddətdə təsərrüfat fəaliyyətində yaranmış çətinliklərlə bağlı olaraq İddiaçı1 İstehsalat-Kommersiya firmasının öhdəliklərinin icrasında ləngimələr olmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixində İddiaçı1 İstehsalat-Kommersiya firması tərəfindən, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların məhkəmədənkənar qaydada satılmaqla borcun ödənilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar xxxx tərəfindən alınmışdır. Bununla da, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir. Bir müddət əvvəl, qeyd edilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə guya İddiaçı1 İstehsalat-Kommersiya firmasının bank qarşısında öhdəliklərinin mövcud olmasına, guya öhdəliklərin tam icra olunmamasına dair xxxx tərəfindən firmaya xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubu ilə əlaqədar, İddiaçı1 İstehsalat-Kommersiya firmasının arxiv sənədləri ailə üzvləri tərəfindən araşdırılarkən məlum olmuşdur ki, borcalan İddiaçı1 İstehsalat-Kommersiya firması tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə nəzərdə tutulan vəsaitdən ******* manatdan artıq vəsait ödənilmişdir. Hal-hazırda, cavabdeh hüquqi şəxs bununla bağlı İddiaçı1 İstehsalat-Kommersiya firması ilə üzləşmələr aparılmasından, müvafiq hesablaşmaların razılıqla bağlanmasından imtina edir, bunun danışıqlar yolu ilə həllindən yayınır. Belə ki, cavabdeh pretenziya tələbini cavablandırmamış, eləcə də, mübahisənin mediasiya orqanında baxılmasında iştirak etməsinə baxmayaraq iddia tələbini qəbul etməmişdir. Bu üzdən, artıq ödənilmiş pul vəsaitinin geri tələb edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, mübahisəyə məhkəmədə baxılmalı, məhkəmənin tələbi ilə cavabdeh hüquqi şəxsdən hesablar üzrə çıxarışlar alınaraq iş materiallarına əlavə edilməli və araşdırılmalı, xüsusi bilik tələb etdiyinə görə borcun olub-olmamasınının müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, cavabdehdən götürüləcək yazılı sənədlər, eləcə də onların təqdim edəcəyi müvafiq sənədlər tədqiqat və qiymətləndirilmə üçün ekspertlərə təqdim edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 439.4, 1092.1, 1097.1, 225-ci maddələri göstərilmişdir.

10. "xxxx" ASC cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasına qarşı qarşılıqlı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsi üzrə cavabdeh İddiaçı1 İKFnin iddiaçı ASC «Xalq» Bankı qarşısında 5.106.597,86 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə kimi kreditdən istifadəyə görə hesablanmış 934.741,66 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2.118.356,14 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 8.159.695,66 ABŞ dolları məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 7.725,74 manat məbləğində çəkilmiş xərclər cavabdeh İddiaçı1 İKF-dən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kreditor ASC «Xalq» Bankı ilə borc alan İddiaçı1 İKF arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsinə (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2016-cı il tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li və xx.xx.2017-ci il tarixli 07 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 5 % ödənilməsi (xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 12%, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 10%, xx.xx.2016-cı il tarixdən xx.xx.2017- ci il tarixədək 7 %, xx.xx.2017-ci il tarixdən sonra isə illik 5 % olmaqla) şərtilə 20 544 519,19 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan İddiaçı1 İKF-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, Borc alan və X19 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-1 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «1-ci İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X15 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «2-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «2- ci İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X13 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,75 ha torpaq sahəsinin (bundan sonra «3-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «3-cü İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və Qurbanova (Babayeva) Yeganə Əliqulu qızı arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin («4-cü İpoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «4- cü İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «5-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2017-ci il tarixli 02 №-li və xx.xx.2017-ci il tarixli 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «5-ci İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X16 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin («6-cı İpoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-6 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №li Əlavə sazişlər nəzərə alınmaqla; birlikdə «6-cı İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X22 arasında paylı mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə, 35 H ünvanında istifadədə olan 0,14337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1 225.8 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 885.1 kv.m təşkil edən hissəsinin (bundan sonra «7-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-7 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015- ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2017-ci il tarixli 04 №-li və xx.xx.2017-ci il tarixli 05 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «7- ci İpoteka müqaviləsi»); iddiaçı və Borc alan İddiaçı1 İKF arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 59 ünvanında icarədə olan 0.31586 ha torpaq sahəsində yerləşən 3605,7 kv.m ümumi, 1 882,8 kv.m əsas, 1 722,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (bundan sonra «8-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-8 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «8-ci İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X22 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 5,0 ha torpaq sahəsinin (bundan sonra «9-cu İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-9 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «9- cu İpoteka müqaviləsi»); iddiaçı, Borc alan və X23 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 3,44 ha torpaq sahəsinin (bundan sonra «10-cu İpoteka predmeti» adlandırılacaq) (1ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu İpoteka predmetləri bundan sonra birlikdə «İpoteka predmetləri») ipoteka qoyulması barədə xx.xx.2016-cı il tarixli **********37215/İM-10 №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li, xx.xx.2017-ci il tarixli 02 №-li və xx.xx.2017-ci il tarixli 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «10-cu İpoteka müqaviləsi») (1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu İpoteka müqavilələri bundan sonra birlikdə «İpoteka müqavilələri» adlandırılacaq) bağlanmışdır. Sonradan borc alan İddiaçı1 İKF tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə tərəflərin razılaşması ilə müvafiq ipoteka predmetlərinin məhkəmədən kənar qaydada satışı həyata keçirilmiş (sazişlər iddiaya əlavə edilir) və müvafiq hərraclarda həmin əmlaklar Bank tərəfindən əldə edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq cavabdehin iddiaçı qarşısında ödənilməmiş borcu qalmışdır. Belə ki, xx.xx.2023-cü il tarixə Kredit müqaviləsi üzrə borc alan İddiaçı1 İKF-nin Bank qarşısında gecikdirilmiş ümumi borcu 6 041 339,52 ABŞ dolları məbləğindən ibarət olmuşdur ki, bunun da 5.106.597 ABŞ dollarını vaxtı keçmiş əsas borc məbləği, 934.741,66 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-175/2024 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. "xxxx" ASC ilə İddiaçı1 İstehsal-Kommersiya Firması arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.106,597 (beş milyon bir yüz altı min beş yüz doxsan yeddi) ABŞ dolları, 86 (səksən altı) sent, faiz borcu üzrə 934.741 (doqquz yüz otuz dörd min yeddi yüz qırx bir) ABŞ dolları, 66 (altmış altı) sent, cəmi 6.041.339 (altı milyon qırx bir min üç yüz otuz doqquz) ABŞ dolları, 52 (əlli iki) sent məbləğində pul, Əsas borca illik 5% hesablanmaqla 1.361,759 (bir milyon üç yüz altmış bir min yeddi yüz əlli doqquz) ABŞ dolları, 43 (qırx üç) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla İddiaçı1 İstehsal- Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6.682 (altı min altı yüz səksən iki) manat, 63 (altmış üç) qəpik məbləğində pulun İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli sazişi imza və möhürü ilə təsdiq etməklə İddiaçı1 İstehsal-Kommersiya Firmasının "xxxx" ASC-yə, ümumilikdə, 16.689.811,11 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etməsi işin digər mübahisələndirilməyən halıdır. Həm ilkin, həm də qarşılıqlı iddianın faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsi təşkil edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin 3-cü sual üzrə nəticəsinə əsasən xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə "xxxx" ASC-nin müəyyən etdiyi İddiaçı1 İstehsal-Kommersiya Firmasının xx.xx.2020-ci il tarixə banka olan 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcdan xx.xx.2020-ci il tarixli məhkəmədən kənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlərə və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələrinə əsasən İddiaçı1 İstehsal-Kommersiya Firmasının əmlaklarının satışından əldə edilmiş vəsaitdən hərrac xərci və sadələşdirilmiş vergi borcu çıxıldıqdan sonra müəyyən edilmiş 11.221.258,58 ABŞ dolları 14.780.000 ABŞ dolları əsas borcdan çıxıldıqda İddiaçı1 İstehsal-Kommersiya Firmasının banka olan əsas borcu 3.558.741,42 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 975.069,45 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə əsasən müəyyən edilmiş 3.558.741,42 ABŞ dolları əsas borc məbləği ilə, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən dövlət büdcəsinə ƏDV üçün ödənilmiş 2.631.355,93 manat (1.547.856,43 ABŞ dolları) toplandıqda əsas borc 5.106.597,85 ABŞ dolları təşkil edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 5.106.597,85 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlili əsassızdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünüb ki, xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsinin müddəti, xx.xx.2017-ci il tarixli 07 nömrəli Əlavə Saziş ilə xx.xx.2019-cu ilədək uzadılmışdır. Yəni, zahirən iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamışdır. Ancaq yuxarıda da, qeyd edildiyi "xxxx" ASC ilə İddiaçı1 X12 arasında xx.xx.2020-ci il tarixdə məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişdə, borclu tərəf (sazişdə ipotekaqoyan kimi göstərilsə də) əsas və faiz borcunun olduğunu etiraf etmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsasdır ki, xx.xx.2020-ci il tarixdə iddia müddətinin axımı kəsilmişdir. Qarşılıqlı iddiaçı isə məhkəməyə iddia müddəti keçmədən xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bundan başqa, məhkəmə "xxxx" ASC-nin əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2.118.356,14 ABŞ dolları məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. İş materiallarından görünüb ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində, yəni təxmini 64 ay sonra müraciət edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 1.361.759,43 (5.106.597,85x5/100=255.329,892 (1 il üçün), 255.329,892/12=21.277,491 (1 ay üçün), 21.277,491x64=1.361.759,43 ABŞ dolları məbləğində borcu vardır. Ona görə də, məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.361.759,43 ABŞ dolları məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, İddiaçı1 İstehsal- Kommersiya Firmasının "xxxx" ASC-yə borcu olduğundan, artıq ödənilmiş pulun geri qaytarılması tələbi təmin edilə bilməz. Bundan başqa, məhkəmə hesab etmişdir ki, ilkin iddia xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırda xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi İddiaçı1 İstehsal-Kommersiya Firması tərəfindən pozulduğundan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul İddiaçı1 İstehsal- Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünüb ki, 400 manat məbləğində pul Bakı 8 saylı Mediasiya Təşkilatına ödənmişdir. Məhkəmə həmçinin, dövlət rüsumunun əvəzi olaraq 7.725,74 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Belə ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləğinin 7.082,63 manat təşkil etdiyini, həmin məbləğin 400 manatının mediasiya xərci ilə əhatə olunduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, dövlət rüsumunun əvəzi olaraq 6.682,63 manat məbləğində pul da İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 421.2, 739.1, 741, 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı1 İstehsal-Kommersiya Firması apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsinin və ilkin iddia tələbinin təmin olunmasına, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı1 İstehsal-Kommersiya Firması tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertlər tərəfindən borca dair fərqli rəylər verilmiş, hətta xx.xx.2024-cü il tarixli ekspert qarşısında qoyulan 3-cü sualdan kənara çıxılmış, məhkəmə tərəfindən eskpertə əsas və faiz borcunun nə qədər olması barədə sual qoyulsa da, ekspert tərəfindən əldən çıxmış fayda üzrə borc da əsassız olaraq hesablanmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, müvafiq bilik tələb etdiyinə görə kommersiya mübahisəsi üzrə 2 ekspertiza təyin edilmiş, hər iki ekspert rəyində əsas borc hesablanmış (1ci ekspert rəyində 3.737.371,69 ABŞ dolları əsas borc, 2-ci ekspert rəyində 3.558.741.42 ABŞ dolları əsas borc), buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsində Zəngəzur İKF-dan əsas borc üzrə 5.106.597, 86 ABŞ dollarının tutulması əsassız olaraq qət edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə hazırlıq iclası yekunlaşmış, bununla bağlı müvafiq qərardad çıxarılmışdır. Buna baxmarayaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və məhkəmə həmin ərizəni nəzərə almış, hətta məhkəmə qətnaməsində həmin ərizəyə əsaslanaraq qarşılıqlı iddianı qeyd etmişdir. xx.xx.2024-cü il tarixində “qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiq olunmasına dair” ərizə ilə müraciət edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmişdir. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən artıq xx.xx.2019-cu il tarixindən, yəni müqavilə müddətinin bitməsindən hüquqlarının pozulduğunu bilmiş, buna görə də iddia müddəti həmin tarixdən hesablanmalıdır. Hesab edir ki, ekspert tərəfindən verilmiş müvafiq rəy nəzərə alınmayaraq yekun məhkəmə aktı çıxarılmışdır. Mülki Məcəllədə müqavilə üzrə iddia müddətinin axımının başlanılması konkret olaraq icra müddəti bitdikdən sonra başlanılması qeyd edilmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verilməmiş, ekspert tərəfindən verilmiş rəylər nəzərə alınmayaraq yekun məhkəmə aktı çıxarılmışdır. Müqavilə tələbləri üzrə 3 illik müddət qoyulmasına baxmayaraq cavabdeh tərəfindən müddət ötürülməklə verilmiş qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Hesab edir ki, kommersiya mübahisəsi üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Xüsusi bilik tələb edən sualları araşdırmaq üçün 2 ekspert rəyinə əsasən hesablanmış əsas və faiz borcları nəzərə alınmamışdır. Ekspert tərəfindən verilmiş ekspert rəyləri nəzərə alınmamış, əldən çıxmış faydanın hesablanması məhkəmə qərardadında qeyd edilməmiş, ekspert tərəfindən hesablanmışdır.

18. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bankın əldən çıxmış fayda üzrə illik 5% dərəcəsi ilə hesablanmış 2 118 356,14 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması ilə bağlı iddia tələbini qismən təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayaraq səhv nəticəyə gəlmişdir. Məhkəmə müvafiq hesablamalar apararkən səhvə yol verərək əldən çıxmış faydanın hesablandığı dövr ərzində əsas borc məbləğinin qalığını 5.106.597,85 ABŞ dolları məbləğində olduğunu qeyd etmişdir. Halbuki, Bankın iddia ərizəsi üzrə təqdim etdiyi maliyyə arayışından da, habelə işin mübahisələndirilməyən hallarından da göründüyü kimi kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixindən ipoteka predmetləri hesabına əsas borc məbləğinin bir qisminin ödənildiyi xx.xx.2020-ci il tarixinə qədər kredit müqaviləsi üzrə əsas borc məbləğinin qalığı 14 780 000 ABŞ dolları təşkil etmişdir. Yalnız həmin tarixdən sonra ipoteka predmeti qismində çıxış edən əmlakların Bankın balansına alınması nəticəsində əsas borc məbləğinin qalığı 5.106.597,85 ABŞ dolları təşkil etmişdir. Lakin məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmaması nəticəsində qətnamədə əldən çıxmış fayda üzrə borc məbləğini müəyyən edilməsiilə bağlı hesablama apararkən səhv nəticəyə gələrək bütün dövr ərzində (xx.xx.2019-cu il - xx.xx.2024-cü il) kredit müqaviləsi üzrə əsas borc məbləğinin qalığının 5.106.597,85 ABŞ dolları məbləğində olduğunu qeyd etmişdir. Bildirir ki, müvafiq dövr üzrə əldən çıxmış faydanın hesablanması qaydası aşağıdakı kimi olmalıdır: HFM = ƏBQ× İFD ÷ 100 ÷ 360 ×HGS HFM – Hesablanmış faizlərin məbləği ƏBQ– Əsas borc qalığı İFD – İllik faiz dərəcəsi HGS – Hesablama aparılan günlərin sayı Dövrlər üzrə: xx.xx.2019-cu il (kreditin qaytarılma müddətinin bitdiyi tarix) -xx.xx.2020-cu il (əmlakların balansa alındığıtarix) = 551 gün əsas borc məbləğinin qalığı- 14 780 000 USD 14 780 000 (ƏBQ) * 5 (İFD) / 100 / 360 * 551 = 1 131 080.56 ABŞ dolları (HFM) xx.xx.2020-ci il (əmlakların balansa alındığı tarix) xx.xx.2024-cü il (iddia ərizəsinə dəyişikliyin verildiyi tarix) = 1392 gün əsas borc məbləğinin qalığı - 5 106 597.86 USD 5 106 597.86 (ƏBQ) * 5 (İFD) / 100 / 360 * 1392 = 987 275.58 ABŞ dolları (HFM) Zərərin cəmi məbləği: 1 131 080.56 + 987 275.58 = 2 118 356.14 USD.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İstehsal-Kommersiya Firmasının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Verdikləri apellyasiya şikayətinin təmin edilməsini, "xxxx" ASC-nin şikayətinin rədd edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Verdikləri pellyasiya şikayətinin təmin edilməsini, İddiaçı1 İstehsal-Kommersiya Firmasının şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

22. Mülki Məcəlləsinin: -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. -377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

23. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, qətnamənin əsaslılığı ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində, ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən isə qarşılıqlı iddianın rədd edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı ilkin iddianın rədd edilmiş hissəsində və qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, ilkin cavabdeh, qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə kredit borcunun gecikdirilməsinə görə illik 5%-lə tutulacaq məbləğ hissəsində dəyişdirilmiş, qalan mübahisələndirilən hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

29. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firması ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli **********37215 №-li kredit müqaviləsi və müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2016-cı il tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li və xx.xx.2017-ci il tarixli 07 №-li Əlavə sazişlər bağlanmışdır. Sözügedən kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı1 İKF-yə 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 19.110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə sazişlərlə borc alana verilmiş kredit məbləği 415.000 ABŞ dolları artırılaraq 20.544.519,19 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin müddəti xx.xx.2019-cu ilədək artırılmışdır. Həmin kredit müqaviləsi üzrə borcun təminatı olaraq X14 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X10 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X8 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 1,75 ha torpaq sahəsi; Qurbanova (Babayeva) Yeganə Əliqulu qızı arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X1 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X11 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi, X17 məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə, 35 H ünvanında istifadədə olan 0,14337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1 225.8 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 885.1 kv.m təşkil edən hissəsi; İddiaçı1 İKF-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 59 ünvanında icarədə olan 0.31586 ha torpaq sahəsində yerləşən 3605,7 kv.m ümumi, 1 882,8 kv.m əsas, 1 722,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, X17 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 5,0 ha torpaq sahəsi; X18 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,44 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sonradan bankla ipoteka qoyanlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişlərinə əsasən müvafiq ipoteka predmetlərinin məhkəmədən kənar qaydada hərracda satışı həyata keçirilmiş və həmin hərraclarda ipoteka predmeti olan əmlaklar bank tərəfindən əldə edilmişdir.

30. Hazırda İddiaçı1 İKF kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirildiyini, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə nəzərdə tutulan vəsaitdən 2.000.000 manatdan artıq vəsait ödənildiyini əsas göstərərək kredit müqaviləsinin ləğv edilməsini (iddianın həmin hissəsi ipoteka baxışının predmeti deyil) və 2.000.000 manat məbləğində pulun "xxxx" ASC tərəfindən qaytarılmasını tələb edir. "xxxx" ASC isə qarşılıqlı iddia qaldıraraq mübahisəli kredit müqaviləsi üzrə borcun İddiaçı1 İKF tərəfindən tam şəkildə ödənilmədiyini əsas göstərərək müqavilə üzrə əsas borcun, kreditdən istifadəyə görə faizlərin, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış zərərin əvəzinin tutulmasını tələb edir.

31. Göründüyü kimi ilkin və qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsi eyni faktiki halların araşdırılmasını tələb etdiyindən məhkəmə həmin tələblərə paralel şəkildə qiymət verilməsini zəruri sayır.

32. Kollegiya qeyd edir ki, tərəflər məhkəmədən kənar qaydada ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli sazişi imzalanmaqla İddiaçı1 İKF-nin "xxxx" ASC-yə, xx.xx.2020-ci il tarixə mübahisəli kredit müqaviləsi üzrə 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcunun, ümumilikdə 16.689.811,11 ABŞ dolları məbləğində borcun olduğunu təsdiq etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixə olan yuxarıda göstərilən borc məbləği nəzərə alınmaqla borc alanın əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 İstehsal-Kommersiya Firmasının xx.xx.2020-ci il tarixə banka olan 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcundan məhkəmədən kənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli sazişlərə və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələrinə əsasən İddiaçı1 İstehsal-Kommersiya Firmasının əmlaklarının satışından əldə edilmiş vəsaitdən hərrac xərci və sadələşdirilmiş vergi borcu çıxıldıqdan sonra müəyyən edilmiş 11.221.258,58 ABŞ dolları məbləğini 14.780.000 ABŞ dolları əsas borcdan çıxıldıqda İddiaçı1 İstehsal-Kommersiya Firmasının banka olan əsas borcun 3.558.741,42 ABŞ dolları, faiz borcunun isə 934.741,66 ABŞ dolları təşkil etməsi müəyyən edilmişdir.

33. Bununla bağlı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəylərində müəyyən edilmiş əsas və faiz borc məbləğlərinin fərqlənməsi barədə ilkin iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, ekspert rəyləri arasında uyğunsuzluqlar həmin ekspertizalar keçirilərkən məhkəmə tərəfindən ekspert qarşısında fərqli suallar qoyulması və birinci ekspert rəyinin xx.xx.2020-ci il tarixli sazişlə tərəflərin həmin tarixə razılaşdırdıqları əsas və faiz borcunun məbləği nəzərə alınmadan verilməsi ilə bağlı olmuşdur. Belə olan halda isə istinad edilən hallar ekspert rəylərinin əsaslılığını şübhə altına almır.

34. Kollegiya qeyd edir ki, məhkəmənin tərəflər arasında bağlanmış sazişlərdə müəyyən edilmiş borc məbləğləri əsas götürülməklə kredit müqaviləsi üzrə borc məbləğlərini müəyyən etmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razılaşmaması üçün əsas yoxdur. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə İddiaçı1 İKF-nin "xxxx" ASC-yə olan borcu həmin rəy nəzərə alınmaqla müəyyən edilməlidir.

35. Digər tərəfdən o da qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən ipoteka predmeti olan əmlakların satılması ilə bağlı İddiaçı1 İKF-nin ƏDV subhesabına 2.631.355,93 manat (1.547.856,43 ABŞ dolları) ƏDV ödənilmişdir.

36. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğdən tutulması nəzərdə tuutlan ƏDV-nin bank tərəfindən İddiaçı1 İKF-yə ödənilməsi nəzərə alınmalı və ipoteka predmetlərindən satılmasından bank tərəfindən əldə edilmiş və borcun ödənilməsinə yönəldilmiş məbləğ müəyyən edilərkən bank tərəfindən ödənilmiş ƏDV məbləği ipoteka predmetlərinin satış qiymətindən çıxılmalıdır (hərrac xərci və sadələşdirilmiş vergi borcu ekspert tərəfindən artıq çıxılmışdır). Hazırkı halda iş üzrə ekspert rəyi verilərkən ƏDV ödənişinin edilməsini təsdiq edən sənəd ekspertə təqdim edilmədiyindən sözügedən ödəniş ekspert tərəfindən nəzərə alınmamış, ipoteka predmetlərindən satış qiymətindən çıxılmamış və nəticədə bank 1.547.856,43 ABŞ dolları məbləğini əldə etmədiyi və borca yönəltmədiyi halda həmin məbləğ əsassız olaraq əsas borca silinmişdir(həmin məbləğ borcdan silinmiş 11.221.258,58 ABŞ dolları məbləğinin daxildir). Odur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas borc məbləğini ekspert rəyində müəyyən edilmiş əsas borc məbləğinə bank tərəfindən ödənilmiş ƏDV məbləğini əlavə etməklə 5.106.597,85 ABŞ dolları (3.558.741,42 ABŞ dolları 1.547.856,43 ABŞ dolları) müəyyənləşdirməkdə haqlı olmuşdur.

37. Banka nağd şəkildə ödənişlərin edilməsi barədə İddiaçı1 İKF-nin dəlillərinə və bunu təsdiq etmək üçün apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə münasibətdə kollegiya qeyd edir ki, ilkin iddiaçı məhkəmə təqdim etdiyi sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmamasını sübutların Rusiya Federasiyasında olması və onların Azərbaycan Respublikasına gətirilməsinin və tərcüməsinin vaxt tələb etməsi ilə əsaslandırmışdır. Məhkəmə birincin instansiya məhkəməsində icraatın 1 il 2 ay davam etdiyini nəzərə alaraq hesab edir ki, tərəfin müvafiq sənədlərin gətirilməsi və tərcüməsi üçün kifayət qədər vaxtı mövcud olmuşdur. Odur ki, həmin sübutların apellyasiya instansiya məhkəməsi tərəfindən sübut qismində qəbul edilməsi Mülki Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən istisna edilir.

38. İddia müddətinin tətbiqi barədə ilkin İddiaçı1 İKF-nin ərizəsinə münasibətdə kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2019-cu il tarixdə bitsə, yəni həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu tələbi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlasa d , “Zəngəzur İKF bankla bağladığı xx.xx.2020-ci il tarixdə sazişdə mübahisəli kredit müqaviləsi üzrə borcun mövcudluğunu qəbul etməklə və həmin borcun məhkəmədəkənar qaydada ipoteka predmetinin satılması hesabına ödənilməsinə razılıq verməklə borcu etiraf edən hərəkətlər etmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi üzrə borcdan ipoteka predmetlərinin satışdan əldə edilmiş məbləğ hesabına ödəniş edilmiş, bununla iddia müddətinin axımı kəsilmiş və iddia müddəti yenidən başlamışdır. Odur ki, "xxxx" ASC hazırkı qarşılıqlı iddianı xx.xx.2023-cü il tarixdə irəli sürməklə iddia müddətini buraxmamışdır.

39. Odur ki, kollegiya belə qənaətə gəlir ki, işin yuxarıda göstərilən halları mübahisəli kredit müqaviləsi üzrə İddiaçı1 İKF-nin artıq ödəməsinin olması sübuta yetirilmədiyindən, əksinə İKF-nin həmin müqabilə üzrə banka 5.106.597,85 ABŞ dolları əsas və 934.741,66 ABŞ dolları məbləğində faiz borcu olması müəyyən edildiyindən ilkin iddianın artıq ödənilmiş pulun qaytarılması və qarşılıqlı iddianın əsas və faiz borcunun tutulması tələblərinin qismən təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Digər tərəfdən iş materiallarından o da görünür ki, iddiaçı mübahisəli kredit müqaviləsi üzrə kreditin verilməsi müddəti bitdiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-cü maddəsi ilə illik 5%-lə əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürmüşdür.

41. Kollegiya hazırkı halda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə əldən çıxmış faydanın tutulmalı olduğu müddətə münasibətdə qeyd edir ki, xx.xx.2020-ci il tarixli sazişlərdə tərəflər mübahisəli kredit müqaviləsi üzrə ipoteka predmetlərinə məhkəmədən kənar qaydada tutma yönəldilməsi barədə razılığa gəlməklə yanaşı ipoteka predmetləri hesabına təmin ediləcək pul öhdəliyinin həcmini həmin tarixə olan kredit müqaviləsi üzrə əsas və faiz borcu ilə məhdudlaşdırmışlar. Halbuki ipoteka müqavilələrində ipoteka ilə təmin edilmiş tələblərə kredit müqaviləsinin icra edilməməsinin gecikdirilməsinə görə dəbbə pulu və əldən çıxmış fayda (zərər) də daxil edilmişdir. Göstərilən hal ona dəlaət edir ki, sözügedən sazişləri bağlayarkən qarşılıqlı iddiaçı "xxxx" ASC-nin iradəsi borc alana güzəşt edilərək sazişin bağlandığı tarixədək olan müddət üçün öhdəliyin icrasının gecikdirilməsinə görə hesablana biləcək dəbbə pulu və əldən çıxmış faydanı tələb etməkdən imtina edilməsinə yönəldilmişdir.

42. Digər tərəfdən o da müəyyən edilir ki, sözügedən sazişlərdə müəyyən edilmiş öhdəliklər borc alan və ipotekaqoyanlar tərəfindən tam icra edilmiş, ipoteka predmeti olan əmlaklar məhkəmədənkənar qaydada hərracda satılması üçün təqdim edilmiş, xx.xx.2020ci tarixdə həmin əmlaklar hərracların nəticəsi olaraq tələbkar tərəfindən əldə edilmiş və xx.xx.2020-ci il tarixdə borca silinmişdir. Bununla bağlı kollegiya onu da qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan da göründüyü kimi borclu barəsində həmin maddəsində nəzərdə tutulmuş məsuliyyət tətbirinin tətbiq edilməsi üçün ilk növbədə borclu tərəfindən öhdəliyinin icrasının gecikdirilməsi müəyyən edilməli və bu zaman Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməməsinin gecikdirmə hesab edilməməsi nəzərə alınmalıdır.

43. Odur ki, hazırkı halda xx.xx.2020-xx.xx.2020-ci illər arası dövrdə tərəflərin razılaşmasına uyğun olaraq kredit müqaviləsi üzrə öhdəliyinin icrası üçün ipoteka predmeti olan əmlakların satılmasının həyata keçirildiyini, həmin əmlaklar satılanadək borclunun əmlaklarının satışından əldə ediləcək və kreditin bağlanmasına yönəldiləcək pul vəsaitinin həcmi, belə olan halda həmin vəsaitin kredit borcunun ödənilməsinə yönəldildikdən sonra kredit müqaviləsi üzrə borcun qalıb-qalmayacağı məlum olmadığından kollegiya hesab edir ki, sözügedən müddət ərzində iddiaçı kredit borcunun ödənilməsinin gecikdirilməsində təqsirli olmamışdır.

44. Odur ki, kollegiya hesab edir ki, hazırkı halda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər xx.xx.2020-ci il tarixdən, yəni ipoteka predmetləri hərracda satıldığı tarixdən sonrakı dövr üçün hesablanmalıdır.

45. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyinin tədqiqat hissəsində əks olunmuş cədvəldən də göründüyü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən tarix) olan müddət mübahisəli əsas borca illik 5%-lə hesablanmalı olan faizlərin məbləği 1.040.647,81 ABŞ dolları təşkil edir.

46. Odur ki, illik 5%-lə faizlərin tutulmasına dair qarşılıqlı iddia tələbi hissəsində qətnamə dəyişdirilməli, qarşılıqlı cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə illik 5%-lə tutularaq pul vəsaiti 1.040.647,81 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir.

47. Həmçinin qeyd edilməlidir ki, qarşılıqlı iddiaçının 5 faiz tələbinin məhkəmə tərəfindən əsaslı hesab edilmiş hissəsi hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki 2 il 10 aylıq dövrü, yəni 3 ildən az dövrü əhatə etdiyindən tələbin həmin hissəsi üzrə də iddia müddətinin buraxılması öz təsdiqini tapmır.

48. İddia tələbinin həcminin artırılması barədə ərizənin baxışda qəbul etməklə prosessual hüquq pozuntusuna yol verilməsi barədə qarşılıqlı iddiaçının istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, qanunverici baxış mərhələsində iddianın həcminin artırılmasını tam qadağan etməmiş, bu prosessual imkanı iddiaçının tələbin həcmin artırılması üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya iddiaçının bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı hallarla məhdudlaşdırmışdır. Hazırkı halda iddia tələbinin həcminin artırılması kredit müqaviləsi üzrə öhdəliyinin gecikdirildiyi müddətin artması ilə bağlı olmuş, yəni həmin ərizənin verilməsi üçün əsaslar məhz baxış mərhələsində əmələ gəlmişdir.

49. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 İKF-nin apellyasiya şikayəti qismən təmin edilməli, "xxxx" ASC-nin isə apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən- illik 5 faizin tutulmasına daiq qarşılıqlı iddia tələbi hissəsində dəyişdirilməli, qarşılıqlı cavabdehdən tutulacaq illik 5%-lə faizlər 1040647,81 ABŞ dolları məbləğində müəyyən edilməli, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməlidir. Bununla bağlı iş materiallarından görünür ki, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 400 manat məbləğində mediasiya xərci ilə yanaşı 7725,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasından "xxxx" ASC-nin xeyrinə tutulacaq pul vəsaiti 6720 manat məbləğində müəyyən edilməlidir.

52. Qarşılıqlı iddiaya görə ödənilməli olan dövlət rüsumu 7725,74 təşkil etdiyindən, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun tələblərinə görə mediasiya xərclərini ödəmiş tərəf çəkilmiş mediasiya xərcləri həddində dövlət rüsumundan azad edildiyindən qarşılıqlı iddiaçı tərəfindən 400 manat məbləğində dövlət rüsumu artıq ödənilmişdir. Odur ki, qarşılıqlı iddiaçı "xxxx" ASC-dən artıq ödənilmiş 400 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.

53. İş üzrə keçirilmiş ekspert rəyinin alınmasına görə 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi İddiaçı1 İstehsal-Kommersiya Firmasından, 100 manat hissəsi isə "xxxx" ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

54. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasının apellyasiya şikayəti qismən təmin edildiyindən (qarşılıqlı iddia tələbinin 2 % hissəsində) həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 80 manat "xxxx" ASCdən tutularaq Zəngəzur” İstehsal-Kommersiya Firmasına ödənilməli, qalan hissəsi isə ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin özünə aid edilməlidir.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İlkin cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-175/2024 saylı qətnaməsi qismən – xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca illik 5%-lə hesablanmış faizlərin tutulması barədə qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca illik 5 %-lə hesablanmış ödənişin günündə Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq, manatla X9 Firmasından tutulmalı olan faizlərin məbləği 1040647,81 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq İddiaçı1 İstehsal- Kommersiya Firmasından "xxxx" ASC-nin xeyrinə tutulacaq məbləğ 6720 manat məbləğində müəyyən edilsin. Qarşılıqlı iddiaçı "xxxx" ASC-dən artıq ödənilmiş 400 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qarşılıqlı iddiaçıya qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi İddiaçı1 İstehsal-Kommersiya Firmasından, 100 manat hissəsi isə "xxxx" ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddiaçı1 İstehsal-Kommersiya Firması tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş rüsumun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən tutularaq Zəngəzur” İstehsal-Kommersiya Firmasına ödənilsin. "xxxx" ASC tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş rüsum apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar