Məhkəmə qərarları › İş №2-2(103)-1130/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1130/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1130/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3” MMC-dən 21.010,25 manat məbləğində əsas borcun, 25.990 manat məbləğində əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edimişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin çıxardığı xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2950/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə ərizə verərək xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qətnamədən verilən şikayət üzrə müddətin ötməmiş hesab edilməsinə, müddətin ötdüyü təqdirdə isə vermiş olduğu şikayətinə baxılması üçün müddəti bərpa edərək, icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi MPM-in 269.1-ci maddəsinin tələblərinə əsasən qərardaddan verilmiş şikayətə ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmalı və yalnız şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin etmədiyi halda baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Hazırkı halda isə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi şikayətə özü baxıb təmin edilməməsi barədə qərardad çıxarmadan (şikayətin təmin edilməməsi barədə qərardad iş materiallarına və EMİS-ə əlavə edilməmişdir) birbaşa olaraq baxılması üçün işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 269-cu maddəsinin tələblərinə əməl edilmədiyindən hazırkı iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci və 366.3-cü maddələrinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər və bununla bağlı apellyasiyanın mümkünlüyü üzrə məhkəmə tərəfindən qərardad çıxarılır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kolegiyası hesab edir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə əməl edilmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Odur ki, qərardaddan şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269, 366.1, 366.2, 366.3 və 366.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2950/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar