Məhkəmə qərarları › İş №2-2(103)-1137/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1137/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1137/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İlk iddiaçı “İddiaçı SA” şirkətinin ilk cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçıya məxsus xammal və hazır məhsulların verilməsi və pul tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “İddiaçı SA” şirkəti və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus ərazidən Cavabdeh3 MMC-yə məxsus malların cavabdehin öz vəsaiti hesabına çıxarılması, iddiaçıya vurulmuş zərərin və saxlanma xərclərinin Cavabdeh3 MMC-dən tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X12 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, ilkin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qətnaməsindən ilkin iddiaçı “İddiaçı SA” şirkəti, ilkin cavabdeh "X20”, qarşılıqlı Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Alıcı qismində "X20” QSC ilə satıcı qismində Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, BNFBSC-3 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - razılaşma protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması,alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən malların dəyəri və ödəniş şərtləri protokolda göstərilir. Müqavilənin 9.6-cı bəndinə əsasən hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin icrasında irəli gələn və ona aid olan mübahisələr 30 təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll olunur.

2. xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, protokolda qeyd olunan malların dəyərinin yekun məbləği ƏDV daxil olmaqla 1.636.149,06 manat təşkil edir.

3. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 29 noyabr 2022-ci il il tarixli, BNF-İMP-6 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür.

4. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli BNF-İMP- 6 nömrəli müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 28 sentyabr 2022-ci il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə satıcı alıcıya 10-50 mm ölçüdə 70% dərəcəli və ya 10-50 mm ölçüdə 65% dərəcəli ferrosilisium satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz hissəsi olan əlavə və ya spesifikasiyada tərəflər arasında yazılı şəkildə razılaşdırılır. Alıcı malları qəbul etməyi və onlar üçün spesifikasiyada göstərilən qiyməti ödəməyi öhdəsinə götürür.

5. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 16 fevral 2023-cü il il tarixli, BNF-İMP-7 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür.

6. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli BNF- İMP-6 və BNF-İMP-7 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 400000 ABŞ dolları məbləğində 14 fevral 2023cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 700000 ABŞ dolları məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. BNFFC MMC-nin “İddiaçı” Şirkətinin xeyrinə ümumi borcu 1325405,60 ABŞ dolları və 217106,77 avro təşkil edir. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddəti ərzində satıcı 2019-cu ildən vaxtı keçmiş 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində köhnə borcunu birbaşa bank köçürməsi yolu ilə qaytarmağı öhdəsinə götürür. Satıcı həmçinin BNF-İMP-6 nömrəli müqaviləyə, əlavə 1/PSTİ2022 nömrəli hesabfakturaya uyğun olaraq, alıcı tərəfindən satıcıya artıq ödənilmiş 400000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Bundan əlavə, bu müqaviləyə əsasən (BNFİMP-7 nömrəli müqavilə/2 saylı əlavə razılaşma), satıcı bu müqavilənin imzalandığı tarixdən etibarən 6 ay ərzində bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 16 fevral 2023-cü il tarixli əlavə-2-yə uyğun olaraq satıcının alıcıdan 100% avans ödənişi aldığı 700000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 2 saylı əlavədə tərəflər arasında yazılı şəkildə razılaşdırılır.

7. “İddiaçı SA” şirkəti xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh3 MMC-yə müraciət edərək ödənilməmiş 1325405,60 ABŞ dolları və 217106,77 avro məbləğin ödənilməsini tələb etmişdir.

8. “X7” publik hüquqi şəxsinin Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac komissiyasının xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli protokolundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) əmlakın satış qiyməti 23301000 manat olmaqla "X20” QSC-yə satılmışdır.

9. Cavabdeh3 MMC və “İddiaçı SA” şirkəti arasında xx.xx.2024-cü il tarixdə BNFFC-STİ-001.12012024 nömrəli tələbin güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə 29 noyabr 2022-ci il vǝ 16 fevral 2023-cü il tarixli NoBNF-İMP-6 vǝ BNF-İMP-7 alqı-satqı müqavilələrinin ayrılmaz hissəsi hesab edilir. Göstərilən müqavilələrə əsasən STİ şirkəti BNFFC qarşısında 100% avans ödəniş etməklə yuxarıda göstərilən müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Müqavilələrə görə STİ şirkəti tərəfindən BNFFC şirkətinə ümumi ödənilən məbləğ ******* ABŞ dolları təşkil edib. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcun bir hissəsinin ödənilməsini təmin etmək üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin BNFFC şirkətinə 860420,69 manat (səkkiz yüz altmış min dörd yüz iyirmi manat altmış doqquz qəpik ABŞ dolları ilə məzənnə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən olunan rəsmi məzənnəsi ilə təyin edilir) məbləğində olan borcunun tələb hüququnun "STİ"yə güzəşt edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən 860420,69 manat məbləğinin tələb hüququ müqavilə qüvvəyə mindiyi gündən "İddiaçı SA" şirkətinə keçir. Həmin müqavilənin 4-cü bəndinə əsasən BNFFC iddianın təhvil verilməsini təsdiq edən sənədləri 5 gün müddətində STİ şirkətinə elektron poçtla təhvil verməyi və bu tələbin həyata keçirilməsi üçün vacib olan məlumatları və sənədləri təqdim etməyi öhdəsinə götürür.

10. Cavabdeh2 QSC tərəfindən BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərilərək xx.xx.2023-cü il tarixədək Ferrosilisium İstehsalat sahəsində açıq ərazidə yerləşən xammalların ərazidən çıxarılması xahiş edilmiş, əks halda xammalların lazımsız material kimi atılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin dekabr ayının 16, 17 və 18-də Cavabdeh2 QSC-nin Fesi istehsalı sahəsində istifadəyə yararsız kömür, ələnmiş kömür tozu, kvarsit və dəmir tozu maşınlara yüklənib daxili ərazidən sexin arxasındakı əraziyə daşınmışdır.

12. Cavabdeh2 QSC BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərərək xx.xx.2023-cü il tarixdə saat 11:00-da xammalların ünvan 2 ünvanında yerləşən ərazidən çıxarılmasında iştirak etməsi məqsədilə nümayəndənin iştirakının təmin edilməsini xahiş etmişdir.

13. “İddiaçı SA” şirkəti xx.xx.2024-cü il tarixli pretenziya ilə Cavabdeh2 ASC-yə müraciət edərək 12 yanvar 2023-cü il tarixində "xxxx" MMC ilə "İddiaçı SA" şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən "X20" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC qarşısında olan 860420,69 manat məbləğində yaranmış borcunun ABŞ dolları məzənnəsinə uyğun olaraq beş iş günü ərzində bank hesabına köçürülməsi və xamalların şirkət tərəfindən Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından götürülməsi və ya başqa qaydada təhvil verilməsininin təmin edilməsi xahiş edilmişdir.

14. Cavabdeh2 QSC BNFFC-yə xx.xx.2024-cü il tarixli məktub göndərərək 2 gün müddətində xammalların "X20" QSC-nin ünvan 2 ünvanında yerləşən ərazisindən çıxarmasınını, ilk məktubun tarixindən, yəni xx.xx.2023-cü il tarixindən xammalların ərazidən faktiki çıxarılacağı tarixədək onların ərazidə qalması xərclərini "X20" QSC-yə ödəməsini tələb etmişdir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1571/2022 nömrəli hökmünə əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 193.3.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4- cü maddələrinə əsasən X6 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ünvan 4 ünvanında yerləşən Cavabdeh3 MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınmışdır. Həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-661/2023 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü dəyişdirilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyənedilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə X6 təyin edilmiş 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi– məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmişdir. X6 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla X6 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023- cü il tarixli, 1(102)-2101/2023 nömrəli qərarına əsasən Maraqlarına toxunan hüquqi şəxslər - Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X2, X3, X4, X5 nümayəndələri tərəfindən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməmiş, X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı maraqlarına toxunan hüquqi şəxslər - Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X2, X3, X4, X5 nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

18. İddiaçı “İddiaçı SA” şirkəti cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti (Cavabdeh2 QSC) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X21 X17 MMC-nin zavodunda saxlanılan və iddiaçıya məxsus olan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) və tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq cəmi 860420,69 manatın ABŞ dolları kimi iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti ilə cavabdeh X21 X17 MMC arasında BNF-Sİ-1, BNF-Sİ-2, BNF-İMP5, BNFİMP-6, BNF-İMP-7 nömrəli müqavilələr və bu müqavilələrin bir hissəsi kimi əlavələr imzalanmışdır. İddiaçı “İddiaçı SA” şirkəti və Azərbaycan Respublikasında hüquqi şəxs kimi qeydə alınmış və Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən və sənaye məhsulları istehsal edən Cavabdeh3 MMC arasında 15 oktyabr 2018-ci il tarixli müqavilə No: BNF-Sİ-1, 15 yanvar 2019-cu il tarixli müqavilə No: BNF-Sİ-2, 25 aprel 2019-cu il tarixli müqavilə No: BNFİMP-5 tarixlərində istehsalat üçün gərəkən xam malların (o cümlədən: kvartsit, kömür, semikoks, koks, elektrod pastası) çatdırılması üçün və 29 noyabr 2022-ci il tarixli müqavilə No: BNF-İMP-6, 16 fevral 2023-cü il tarixli müqavilə No: BNF-İMP-7 hazır istehsal olunmuş materiallar (FeSi 70% 10-50 mm və FeSi 65% 10-50 mm) alışı üçün müqavilələr, müqavilələrin ayrılmaz hissəsi olan əlavələr, üzləşmə aktları və s. tərəflər arasında imzalanmışdır. İsveçrə Konfederasiyasının Сenevrə şəhərində Rue de Hesse 12, 1204 ünvanında qeydə alınmış və fəaliyyət göstərən “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 (BNFFC) arasında bağlanmış müqavilələr üzrə sonuncunun təmsil etdiyi şirkət qarşısında maliyyə borcu, təhvil verəcəyi hazır material və xammal materialları borcları qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən xüsusi müsadirə tətbiq edildiyinə görə, öhdəliyin icrasının mümkün olmadığı bildirilmişdir. 20 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş, bütün işçilər oradan çıxarılmışdır. Məhkəmənin hökmünə əsasən müsadirə olunmayan Cavabdeh3 MMC-yə məxsus əmlakların da çıxarılmasına imkan verilməmişdir. 12 yanvar 2023-cü il tarixində BNFFC ilə “İddiaçı SA” şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC şirkətinin qarşısında 860420,69 manat məbləğində olan borcunun tələb hüququ təmsil etdiyi şirkətə güzəşt edilmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-yə müvafiq məktub göndərilmişdir. Cavabdeh3 “İddiaçı SA” şirkətinə verdiyi cavablarda 20 iyul 2023-cü il tarixində Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından yerləşən "xxxx" şirkətni ərazidən zorla çıxarıldığından sonra onların “İddiaçı SA” şirkətinə təhvil verilməli olduğu xammallar ərazidə qalmışdır. Hal-hazırda Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanında "xxxx" MMCnə məxsus olan anbarda, 583116.24 AZN dəyərində köməkçi materiallar bu günədək yerləşməkdədir. Bu köməkçi materiallar "xxxx" MMC tərəfindən “İddiaçı SA” şirkəti qarşısında yaranmış borcun bağlanması məqsədi ilə sonuncuya verilib. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkə olaraq Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsində “İddiaçı SA” dəfələrlə pretenziya göndərərək, həmin alınmış məhsulunu tələb etsə də, məhkəmədən kənar həllinə nail ola bilməmişdir. Bütün ödənişləri 100% qabaqcadan etmişdir və bu malın “İddiaçı SA” şirkəti qarşısında üzərinə götürmüş çatdırılma öhdəliklərinin müddəti arasında imzalanmış müqavilələr əsasında ötürülmüş və nəticədə sanksiyalar tətbiq edilmişdir. Bu səbəbdən “İddiaçı SA” 100% İsveçrə vergi ödəyicisi olaraq ciddi problemlərlə üzləşir və İsveçrə Konfederasiyasından maliyyə vəsaitlərini çıxarmış hesab edilir. Hazırda Cavabdeh3 MMC-nin verdiyi məlumatlara əsasən 20 iyul 2023-cü il tarixdə şirkətin ərazidən zorla çıxarıldıqdan sonra həmin əmlak üzrə sərəncam vermək hüququnu itirdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən xüsusi müsadirə tətbiq edildiyinə görə, öhdəliyin icrasının mümkün olmadığı bildirilmişdir.

20. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Hökuməti ilə X13 arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Sazişə, Azərbaycan Respublikasının Konstitusiyasının 29, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə istinad olunmuşdur.

21. Daha sonra “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 QSC-dən cəmi 860420,69 manatın və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulan (qətnamə icra olunan) gündə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq həmin pul məbləğinin manatın ABŞ dollarına konvertasiya edilərək iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Eyni zamanda Cavabdeh2 QSC cavabdehlər “İddiaçı SA” şirkəti və "X21 X17" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı SA” şirkəti ilə "X21 X17" MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin ("X21 X17" MMC ilə "X20" QSC arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-BSC-3 saylı alqı-satqı müqaviləsi ilə bağlı 860420,69 manat hissədə) 2-ci və 3-cü bəndlərinin etibarsız hesab edilməsi "X20" QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin arxasındakı ərazidə olan "X21 X17" MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) "X21 X17" MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, "X20" QSCyə vurulmuş 25000 manat dəyərində xərclərin (zərərin), habelə həmin malların ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 manat hesablamaqla saxlanma xərcinin "X21 X17" MMC-dən tutularaq "X20" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinin bir hissəsinin yaranmasının əsası kimi, onunla 2-ci cavabdeh "X21 X17" MMC arasında imzalanan 12 yanvar 2024- cü il tarixli BNFFC-STİ-001.12012024 saylı, BSC- nin BNFFCyə olan borcu üzrə tələbin güzəşt olunmasına dair müqaviləni göstərir və BNFFC ilə BSC arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-BSC-3 saylı alqı-satqı müqaviləsini iddia ərizəsinə əlavə edir. Lakin BNFFC həmin, BSC ilə onun arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNFBSC-3 saylı alqı-satqı müqaviləsi üzrə tələbini (hüququnu) güzəşt edərkən bir sıra pozuntulara yol vermişdir. Birinici pozuntu - tələbin güzəşti ilə bağlı tərəflər arasında buna dair başqa razılaşmanın olmasıdır. Belə ki, həmin alqı-satqı müqaviləsinin 9.6-cı bəndinə əsasən "Hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz”. Göründüyü kimi, BNFFC tərəfindən öz hüququnu güzəşt etməsi üçün ilk öncə BSC-nin yazılı razılığını almalı idi. Lakin bu edilməmişdir və BSC-nin bu tələbin güzəştindən ümumiyyətlə məlumatı olmamışdır. İkinci pozuntu - güzəşt olunan tələbin (hüququn) tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə zidd olmasıdır. Belə ki, BNFFC ƏDV ödəyicisi olduğundan həmin alqı-satqı müqaviləsi (həmçinin onun 5 saylı qiymət razılaşma protokolu) üzrə malların satışı həyata keçirilərkən BSC- yə göndərilən elektron qaimələr ƏDV məbləğləri ilə göndərilmişdir. Həmin elektron qaimədə göstərilən məbləğlərin bir hissəsi əsas məbləğ olaraq BNFFC-nin bank hesabına, ƏDV-si isə BNFFC-nin ƏDV depozit hesabına ödənilməlidir. Qanunvericiliyin tələbinə görə BSC tərəfindən ödəniləcək ƏDV məbləği onun tərəfindən əvəzləşdirilməsi üçün tələb olunan əsas məbləğ BNFFC-nin öz hesabına ödənilməlidir. Lakin BNFFC həmin alqı-satqı müqaviləsi üzrə vəsaiti almaq tələbini (hüququnu) güzəşt etdiyindən ödəniləcək vəsait İddiaçı-in hesabına ödəniləcəkdir. Nəticədə BSC-nin ödəyəcəyi ƏDV məbləğini əvəzləşdirmək hüququndan məhrum edərək ziyana salır. Göstərilənlərdən əlavə olaraq, dövlət büdcəsinə çatacaq ƏDV-nin BNFFC tərəfindən aidiyyəti şəxsinə - İddiaçı-ə güzəşt edilməsi, bu məbləğin məhkəmə qətnaməsi əsasında İddiaçı vasitəsi ilə Azərbaycan Respublikasından İsveçrəyə çıxarılması cəhdi qanuna, Vergi Məcəlləsinə birbaşa ziddir. BNFFC tərəfindən bu şəkildə tələbin, o cümlədən dövlət büdcəsinə ödənilməli ƏDV daxil tələbin güzəşt etməsi birbaşa olaraq imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə və qanunvericiliyə ziddir və BSC-nin külli miqdarda ziyana (zərərə) salır. Bundan başqa İddiaçı iddiasında vaxtilə BNNFC-yə məxsus olan müxtəlif adda məhsulların BSC tərəfindən İddiaçı şirkətinə verilməsini tələb edir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, hazırda BNFFC-nin verdiyi məlumatlara əsasən 20 iyul 2023-cü il tarixdə şirkətin ərazidən zorla çıxarıldıqdan sonra həmin əmlak üzrə sərəncam vermək hüququnü itirmişdir və ona görə də iddia ərizəsində sadalanan məhsulların ona verilməsini tələb edir. Halbuki İddiaçıin məhkəməyə təqdim etdiyi BSC-nin 06 noyabr və 13 dekabr 2023-cü il tarixli məktublarından da göründüyü kimi, hər dəfə qarşılıqlı iddia üzrə iddiaçı BSC qarşılıqlı iddia üzrə 2-ci cavabdeh BNFFC-dən kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) mallarının çıxarılmasını tələb etmişdir. Bu məktublardan başqa, BSC tərəfindən sonuncu dəfə yenidən 16 fevral 2024-cü il tarixli, BSC-X-24-0126/001 saylı məktub göndərilmişdir. BSC bütün məktublarında BNNFC-dən ona məxsus olan malların ərazidən çıxarılmasını xahiş və tələb etmişdir. Lakin BNFFC-nin həmin xammal və hazır məhsulların ərazidən çıxarmaq niyyəti olmamışdır. Əks halda, BNFFC 06 noyabr 2023-cü il tarixində məktubu aldıqdan dərhal sonra öz nümayəndələrini göndərər və gecikmədən xammal və hazır məhsullarını çıxarardı. Lakin ilk məktubdan 5 ay vaxt keçməsinə baxmayaraq, bunlar edilmir, mallar BSC-nin ərazisindən çıxarılmır. Əvvəllər malların çıxarılması üçün müvafiq ərazilərinin olmaması əsas gətirilirdisə, hazırda buna əlavə olaraq, heç bir vergi rəsmiləşdirməsi olmadan İddiaçı-ə təqdim etdiyi malları BNFFC məhkəmə qərarı əsasında BSC tərəfindən İddiaçı-ə verilməsi niyyətindədir. Halbuki, BNNFC-yə məxsus olan xammal və hazır məhsulların ərazidə saxlanması, habelə ərazidə yerinin dəyişdirilməsi BSC üçün əlavə xərclərə (zərərə) səbəb olur. Belə ki, malların saxlanması, mühafizə xərcləri ayda 2 min manat təşkil edir. Bundan əlavə olaraq, öz gətirilən mallarının yerləşdirilməsi üçün BNNFC-nin ərazidən çıxarmaq istəmədiyi mallarını BSC ərazisinin başqa hissəsinə daşımağa məcbur olmuşdur ki, buna da 15000 manat xərci çıxmışdır. Yuxarıda göstərilənlərdən əlavə olaraq, məhkəməyə təqdim edilən "tələbin güzəşti müqaviləsi, habelə malların BNFFC tərəfindən könüllü aparılmasından imtina ilə bir-biri ilə əlaqəli olan bu iki hüquqi şəxsin BNFFC barəsində olan məhkəmə qərarlarının, müvəqqəti təminat tədbirləri haqqında qərardadların icrasından, vergi borclarının ödənilməsindən yayınmaq, əlavə olaraq, özünə aid olan malların təqdim edilməsini, habelə respublikadan çıxarılmasını məhkəmə qərarı ilə BSC-nin vasitəsi ilə rəsmiləşdirmək niyyətidir. Belə ki, BNFFC malların təqdim edilməsini məhkəmə qərarı ilə BSC vasitəsi ilə həyata keçirməklə vergidən yayınmaq (artıq mallar təqdim edilmişdir), habelə malların dolayı yolla təqdimi ilə nəticələnir. Halbuki, göründüyü kimi, artıq mallar təqdim edilmişdir, artıq İddiaçı-lǝ BNFC arasında münasibətlər barter münasibətlərinə keçmişdir. Yəni haqqını əvvəllər almış məbləğ əvəzinə 12 yanvar 2024-cü il tarixində BNFC Azərbaycan Respublikası ərazisində mallar təqdim etmişdir. BNFFC-nin Sənaye Parkı Rezidentliyinə xitam verilmişdir. Hazırda BNFFC tərəfindən istənilən malların təqdim edilməsi nəinki ƏDV, həm də BNFFC uçun mənfəət vergisi öhdəliyi yaradır. Beləliklə, BNFC tərəfindən Azərbaycan Respublikası ərazisində mallar təqdim edilmiş, lakin bunun nə vergi, nə də gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Bütün bu rəsmiləşdirilmələri hazırkı iş üzrə məhkəmə qərarı ilə BSC vasitəsi ilə etməyə cəhd edilir. Göstərilənlərdən əlavə olaraq, xarici şəxs tərəfindən göndərilmiş malların pulunun bank hesablarında həbs olan idxalçı BNFFC deyil, hazırkı iş üzrə çıxarılacaq məhkəmə qərarı əsasında İsveçrəyə Azərbaycan Respublikasının başqa rezidenti BSC vasitəsi ilə ödətdirilməsi cəhdi valyuta rejiminin pozuntusu deməkdir. İddia ərizəsində guya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünə əsasən qanunsuz olaraq BNFFC-nin mülkiyyətinə xüsusi müsadirə tətbiq edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən BNFFCnin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlakının zəbt edildiyi və bu səbəbdən öhdəliyin icrasının mümkün olmadığı bildirilmiş, tələbin güzəştinin səbəbinin bu olduğu göstərilmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, həmin hökmdə hazırda ilk iddia üzrə iddiaçı olan hüquqi şəxs – “İddiaçı SA” şirkəti haqqında qeyd edilir ki, X8 müəssisənin (BSC-nin) baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində “X20" MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən "TERA General Trading" Ltd, "Cermington Enterprises" Ltd BVİ, "Baumant Sales" LLP, "İddiaçı SA" və "Azerpayp" şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan "X20" MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34942590,62 manat (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmdən göründüyü kimi, ünvan 4 ünvanında yerləşən "X21 X17" MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması qərarı verilmişdir. Beləliklə, əmlak kompleksi əvvəllər Cavabdeh3 MMC-yə məxsus olmuşdur, lakin sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə dövlətin xeyrinə xüsusi müsadirə edilmişdir. Qeyd edilən hökmdən Cavabdeh3 MMC apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətləri təmin edilməmişdir, hökm qüvvəsində qalmışdır. Qeyd edilən məhkəmə qərarlarında həm ilk iddia üzrə iddiaçı "İddiaçı SA" şirkətinə, həm də qarşılıqlı iddia üzrə cavabdeh BNFFC-yə dair hallar müəyyən edilmişdir. Eyni zamanda bu şirkətlər aidiyyəti olan hüquqi şəxslərdir və yuxarıda göstərilənlərdən də sübut olunur ki, tələbin güzəştinin səbəbi onların göstərdiyi kimi "qanunsuz məhkəmə qərarı" və ya onların əmlakının "qanunsuz zəbt olunması” deyil, onlar tərəfindən valyuta məsrəflərinin qanunsuz olaraq xaricə çıxarılması, habelə vergi ödəməkdən yayınmaq cəhdidir.

24. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.5, 339.6-cı maddələrinə istinad olunmuşdur.

25. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh2 QSC iddia həcminin artırılması barədə ərizə vermiş və “İddiaçı SA” Şirkəti ilə Cavabdeh3 MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ001.12012024 saylı Tələbin güzəşt olunmasına dair Müqavilənin tam etibarsız hesab edilməsi; Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazsində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılamsı, Cavabdeh2 QSC-yə vurulmuş 25.000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2.000 (bir min) manat hesablamaqla saxlanma xərcinin Cavabdeh3 MMC-dən tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin arxasındakı ərazidə olan Cavabdeh3nə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması qət edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi Cavabdeh3 MMC və “İddiaçı SA” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqaviləyə əsaslanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 QSC-nin Cavabdeh3 MMC-yə olan 860420,69 manat borcunun tələb hüququ “İddiaçı SA” şirkətinə güzəşt edilmişdir. Qeyd olunan borc məbləği "X20” QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Həmin müqavilənin 9.6-cı bəndində qeyd edilir ki, hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz. Göründüyü kimi, "X20” QSC-nin razılığı olmadan Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tələb hüququnu üçüncü şəxsə güzəşt etməsi onlar arasında olan razılaşmaya zidd olmuş və Cavabdeh3 MMC-nin həmin tələbi güzəşt etmək səlahiyyəti müqavilə ilə məhdudlaşdırılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqaviləyə əsaslanaraq "X20” QSC-dən 860420,69 manat məbləğin tutulmasını, eyni zamanda X21 X17 MMC-nin zavodunda saxlanılan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) xammal və hazır məhsulun iddiaçıya verilməsini tələb edə bilməz. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin bir hissəsi “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 MMC "X20” QSC-nin ona olan borcu üzrə tələb hüququnun güzəşt edilməsi ilə bağlı hüquqa malik olmamışdır. Bu hüquq tərəflərin razılığı ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 9.6-cı bəndi ilə məhdudlaşdırılmışdır. Belə olan halda Cavabdeh3 MMC-nin bağladığı xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqavilə etibarsız əqddir. Belə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə zidd olmuşdur. Ona görə də qarşılılqlı iddia sözügedən hissədə təmin edilməli və “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilə etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbinin bir hissəsini Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMCyə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması təşkil edir. İş materialları və Cavabdeh2 QSC tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış məktublardan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəfələrlə Cavabdeh3 MMC-yə müraciət edilərək sonuncuya məxsus xammalların Cavabdeh2 QSC-nin ərazisindən çıxarılması təklif edilmiş, lakin həmin mallar ərazidən çıxarılmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməli və Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılmalıdır. 39. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh2 QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 QSC vurulmuş zərər məbləğinin 25000 manat və malların saxlama xərcinin 2000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.

28. Qeyd edilən qətnamədən “X20" MMC apellyasiya şikayəti verərək qarşılıqlı iddianın rədd edilmiş hissəsində qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

29. Qeyd edilən qətnamədən “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

30. Qeyd edilən qətnamədən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

31. “İddiaçı SA” şirkəti tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 QSC tərəfindən BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərilərək xx.xx.2023-cü il tarixədək Ferrosilisium İstehsalat sahəsində açıq ərazidə yerləşən xammalların ərazidən çıxarılması xahiş edilmiş, əks halda xammalların lazımsız material kimi atılacağı ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin dekabr ayının 16, 17 və 18-də Cavabdeh2 QSC-nin Fesi istehsalı sahəsində istifadəyə yararsız kömür, ələnmiş kömür tozu, kvarsit və dəmir tozumaşınlara yüklənib daxili ərazidən sexin arxasındakı əraziyə daşınmışdır. Cavabdeh2 QSC BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərərək xx.xx.2023-cü il tarixdə saat 11:00-da xammalların Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 ünvanında yerləşən ərazidən çıxarılmasında iştirak etməsi məqsədilə nümayəndənin iştirakının təmin edilməsini xahiş etmişdir. Nəzərlərə çatdırırlar ki, yuxarıda göstərilən xx.xx.2023-cü il tarixli məktubdan, xx.xx.2023-cü il tarixli aktdan, xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, Cavabdeh2 QSC BNFFC-yə məxsus xammal və məhsulların həmin ərazidə qalmasını etiraf edir. 06 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsində "xxxx" MMC tərəfindən müqavilə səhifələri imzalanmamışdır. Belə ki, hər səhifədə yalnız X20-nin imzaları mövcuddur. Yalnız son səhifədə "xxxx" MMC-nin imza və möhürü var. Lakin məhkəməyə müqavilənin surəti təqdim olunduğu üçün həmin müqavilənin həqiqətən imzalanmış və möhürlənmiş olması müəyyən edilməmişdir. "xxxx" MMC tərəfindən 06 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmamışdır və buna görə də müqavilənin səhifələrində iradə ifadəsinin təsdiqi kimi imzalar qoyulmamışdır. Müqavilənin sonuncu səhifəsindəki imza və möhür isə “yaş” möhür və imza deyil, qarşı tərəf olan X20 tərəfindən onlarla bağlanmış digər müqavilələrdən sürəti çıxarılaraq əlavə edilmişdir, yəni müqavilə özlüyündə etibarsızdır. Çünki tərəfin iradə ifadəsi yoxdur. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsini yalnız belə əsaslandıra bilmişdir ki, qeyd olunan borc məbləği "X20” QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixlialqı-satqı müqaviləsi üzrə yaranmışdır. Həmin müqavilənin 9.6-cı bəndində qeyd edilir ki, hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz. Göründüyü kimi, "X20” QSC-nin razılığı olmadan Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tələb hüququnu üçüncü şəxsə güzəşt etməsi onlar aralarında olan razılaşmaya zidd olmuş və Cavabdeh3 MMCnin həmin tələbi güzəşt etmək səlahiyyəti müqavilə ilə məhdudlaşdırılmışdır. Lakin məhkəmə işin hallarını və təqdim olunan sübutları tam və hərtərəfli araşdırmadığına görə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin BNFFC tərəfindən təsdiq edilmədiyini, buna uyğun olaraq tələbin güzəştinə dair müqavilə üzrə istinad edilə bilməyəcəyini nəzərə almamışdır. Həmçinin, məhkəmə iddia tələbi üzrə qeyd edilən məbləğdən əlavə olaraq, “X21X17” MMC-nin zavodunda saxlanılan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) xammal və hazır məhsulun iddiaçıya verilməsinin rədd edilməsini əsaslandırmamışdır.

32. Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İddiaçı SA” və "X21 X17" MMC arasında bağlanmış tələbin güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə 29 noyabr 2022-ci il və 16 fevral 2023-cü il tarixli müqavilələrin ayrılmaz hissəsidir, həmin müqavilələrə əsasən tərtib olunaraq hər iki şirkət tərəfindən imzalanmışdır. Lakin Bakı Kommersiya Məhkəməsi Cavabdeh2 QSC tərəfindən verilmiş qarşılıqlı iddianı təmin edərək tələbin güzəştinə dair müqaviləni əsassız olaraq etibarsız hesab etmişdir. Qanunvericilik və bərqərar olmuş işgüzar adətlər bir neçə vərəqədən ibarət olan müqavilənin hər səhifəsinin imzalanmasını nəzərdə tutur. Qarşılıqlı iddianın təmini üçün birinci instansiya məhkəməsinin istinad etdiyi müqavilənin tələbin güzəşt hüququnu şərtləndirən səhifədə hazırki apellyatorun imzası yoxdur, yəni həmin şərtləri onlar qəbul etməmişlər və onların hüquqi qüvvəsi olmamışdır. Bu səbəbdən ona istinad edib tələbin güzəşt müqaviləsi tələbinə əsasən müqavilənin etibarsızlığı qanunsuz olmuşdur. Məhkəmə yuxarıda qeyd edildiyi kimi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Qaldırılan iddia tələbi tamamilə əsaslı olmuşdur. Qarşılıqlı iddiada cavabdehin iddiaçıdan saxlanılma xərclərini tələb etməsi faktiki olaraq iddianın etiraf edilməsini ehtiva edir.

33. Cavabdeh2 QSC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı-in özünün məhkəməyə təqdim etdiyi BSC-nin 06 noyabr və 13 dekabr 2023-cü il tarixli məktublarından da göründüyü kimi, hər dəfə qarşılıqlı iddia üzrə iddiaçı BSC qarşılıqlı iddia üzrə ikinci cavabdeh BNFFC-dən kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) malların ərazidən çıxarılmasını xahiş və tələb etmişdir. Lakin BNFFC-nin həmin xammal və hazır məhsulların ərazidən çıxarmaq niyyəti olmamışdır. Əks halda BNFFC 06 noyabr 2023-cü il tarixində məktubu aldıqdan dərhal sonra öz nümayəndələrini göndərər və gecikmədən xammal və hazır məhsullarını çıxarardı. Lakin ilk məktubdan 5 ay vaxt keçməsinə baxmayaraq bunlar edilmir, mallar BSC-nin ərazisindən çıxarılmamışdır. Halbuki BNNFC-yə məxsus olan xammal və hazır məhsulların ərazidə saxlanması, habelə ərazidə yerinin dəyişdirilməsi nəticəsində BSC-yə zərər dəyib. Belə ki, malların saxlanması, mühafizə xərcləri ayda 2 min manat təşkil edir. Bundan əlavə olaraq, öz gətirilən mallarının yerləşdirilməsi üçün BNNFC-nin ərazidən çıxarmaq istəmədiyi mallarını BSC ərazisinin başqa hissəsinə daşımağa məcbur olmuşdur ki, buna da 25.000 manat xərci çıxmışdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə qətnaməsində qarşılıqlı iddianın bu hissədə rədd edilməsinin əsası kimi yeganə dəlil kimi zəruri sübutların təqdim edilməməsini göstərmişdir. Halbulki məhkəmə baxışı zamanı məsələ araşdırıldı və bildirildi ki, MM-in 21-ci maddəsi real zərər, çəkilən xərc, əldən çıxmış fayda kimi zərərin kompanentlərinin yalnız ayrı-ayrılıqda tətbiq edilməli olmasını şərtləndirmir. Qanunverici göstərdiyi kimi, bizə vurulan zərər də müxtəlif hissələrdən – həm real zərərdən, həm çəkilən xərclərdən, həm də əldən çıxmış faydadan ibarətdir. Digər hissələri olduğu kimi İddiaçıya dəyən zərərin əldən çıxmış fayda hissəsini də iddiatələbi yönəlmiş Cavabdeh mübahisələndirməmiş. Onlar tərəfdən də, bildirilmişdir ki, əgər hansısa şübhə varsa məhkəmə tərəfindən ekspertiza təyin edilə bilər. Ən azı həmin məhsulların yerləşdiyi sahə başqa şəxsə icarəyə verilsə idi, bundan nə qədər fayda götürülməsi mümkünlüyü də, digər xərclər də müəyyənləşərdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

35. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

36. İlkin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 İlkin iddiaçı “İddiaçı SA” şirkətinin və qarşılıqlı Cavabdeh3 MMC-nin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.

37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, ilk iddiaçı “İddiaçı SA” şirkəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Qarşılıqlı Cavabdeh3 nümayəndəsi və vəkili məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə iki məhkəmə iclasının keçirildiyini, qarşılıqlı iddiaçının müdafiəsini təşkil etmək üçün kifayət qədər vaxtının olmasını nəzərə alaraq ərizəni təmin etməmiş və işə qarşılıqlı cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

38. Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. -194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

40. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. - 20.1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. - 20.2-ci maddəsinə görə əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir.

Apellyasiya baxışının hədləri:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş, həmin qətnamə ilkin iddiaçı və qarşılıqlı cavabdeh tərəfindən ilkin iddia hissəsində, qarşılıqlı iddianın təmin edilmiş hissəsində, qarşılıqlı iddiaçı tərəfindən isə qarşılıqlı iddianın rədd edilmiş hissəsində mübahisələndirilmiş, odur ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilkin iddiaçı və qarşılıqlı cavabdeh “İddiaçı SA” şirkəti xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.

46. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR Məhkəmələrinin hazırkı mübahisələrə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə ilkin cavabdeh "X20” QSC və qarşılıqlı Cavabdeh3 MMC AR təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslər, ilkin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dövlət orqanıdır. Odur ki, AR məhkəmələri MPM-in 440.1 və 443.0.1-ci maddələrinin tələblərinə əsasən hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.

47. İkinci həll edilməli məsələ mübahisəyə tətbiq edilən hüquqla bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərin bir hissəsi iki Azərbaycan hüquqi şəxsi - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BNFBSC-3 saylı alqı-satqı müqaviləsi üztə tələb hüququnun güzəşti ilə bağlıdır.

48. Həmin hissəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, BNFBSC-3 saylı alqı-satqı müqaviləsində tərəflər mübahisələrin AR qanunvericiliyi əsasında həll edilməsi barədə razılaşmışlar. “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanunun 24.1-ci maddəsinə əsasən isə müqavilə ilə bağlı tələbin güzəşti tərəflərin müqavilədə seçdiyi hüquqla tənzimlənir. Odur ki, hazırkı halda mübahisənin tələbin güzəşti, o cümlədən onun etibarlılığı ilə bağlı hissəsinə AR Qanunvericiliyi tətbiq edilməlidir.

49. İddia tələblərin ikinci hissəsi əşya hüququndan irəli gəlir.(ilkin iddiaçının mülkiyyətində olan əşyaların verilməsi və qarşılıqlı iddiaçının əşyaların götürülməsi). “Beynəlxalq xüsusi hüquq” haqqında AR Qanununun 20.1-ci və 20.2-ci maddələrinə görə əşya hüquqlarına və əşya hüquqlarının əmələ gəlməsinə və xitamına əşyaların yerləşdiyi yerin qanunu tətbiq edilir. Hazırkı halda mübahisəli əşyalar və onların yerləşdiyi əmlak kompleksi AR ərazisində yerləşdiyindən bu hissədə mübahisəyə də AR qanunvericiliyi əsasında baxılmalıdır.

50. Belə ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh “İddiaçı SA” şirkəti (alıcı) ilə qarşılıqlı Cavabdeh3 MMC (satıcı) arasında 29 noyabr 2022-ci il tarixli BNF-İMP-6 və xx.xx.2023-cü il tarixli BNF-İMP-7 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə 2 saylı əlavə razılaşmaya əsasən tərəflər həmin müqavilə üzrə satıcının alıcıya ümumi borcunun 1325405,60 ABŞ dolları və 217106,77 avro təşkil etməsini təsdiq etmişlər və satıcı 2019-cu ildən vaxtı keçmiş 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində köhnə borcunu birbaşa bank köçürməsi yolu ilə qaytarmağı, eyni zamanda alıcı tərəfindən satıcıya ödənilmiş ******* ABŞ dolları məbləğində avansın müqabilində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürmüşdür.

51. Bundan sonra Cavabdeh3 MMC və “İddiaçı SA” şirkəti arasında xx.xx.2024-cü il tarixdə BNFFC-STİ-001.12012024 nömrəli tələbin güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 29 noyabr 2022-ci il vǝ 16 fevral 2023-cü il tarixli alqı-satqı müqavilələrə əsasən Cavabdeh3 MMC-nin “İddiaçı SA” şirkətinə olan ******* ABŞ dolları məbləğində borcun bir hissəsinin ödənilməsini təmin etmək üçün ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 MMC-yə olan 860420,69 manat məbləğində olan borcunun tələb hüququnu “İddiaçı SA” şirkətinə güzəşt etmişdir.

52. Bununla yanaşı iş materialların görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1571/2022 nömrəli hökmünə əsasən ünvan 4 ünvanında yerləşən Cavabdeh3 MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması hökm edilmişdir. Hökmün əsasında verilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (avadanlıqları ilə birlikdə) satılması üçün hərrac keçirilmiş və hərracın nəticəsi olaraq əmlakın satış qiyməti 23301000 manat olmaqla "X20” QSC-yə satılmışdır.

53. Hazırda ilkin iddiaçı “İddiaçı SA” şirkəti tələbin güzəşti barədə yuxarıda göstərilən müqaviləyə istinad edərək 860.420,69 manat məbləğində pul vəsaitinin ilkin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutulmasını və eyni zamanda “X21 X17 MMC-yə məxsus olmuş əmlak kompleksi (zavod) xüsusi müsadirə edildikdən sonra hərrac nəticəsində Cavabdeh2 ASC-yə satıldığını əsas göstərərək həmin zavodda saxlanılan ona məxsus olan malların ilkin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən alınmasını tələb edir.

54. Cavabdeh2 ASC isə "İddiaçı SA” şirkəti ilə "X21 X17" MMC arasında imzalanmış 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin etibarsız hesab edilməsi, "X20" QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin arxasındakı ərazidə olan "X21 X17" MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) "X21 X17" MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, "X20" QSC-yə vurulmuş 25000 manat dəyərində xərclərin (zərərin), habelə həmin malların ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 manat hesablamaqla saxlanma xərcinin "X21 X17" MMC-dən tutularaq "X20" QSC-yə ödənilməsini xahiş edir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddianın baxılması nəticəsi tələbin güzəşti barədə müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın baxılması nəticəsindən asılı olduğundan ilkin olaraq qarşılıqlı iddianın həmin hissəsinə münasibət bildirilməlidir.

56. Tələbin güzəşti barədə müqavilənin etibarsız hesab edilməsi hissəsində qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli müqavilə ilə “İddiaçı” SA şirkətinə güzəşt edilən "X21 X17" MMC-nin "X21 X17" MMC-yə qarşı 860420,69 manat məbləğində tələb hüququ "X21 X17" MMC ilə "X20" QSC arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli BNF-BSC-3 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin alqı-satqı müqaviləsinin 9.6-cı bəndinə əsasən isə hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edilməz.

57. Göründüyü kimi mübahisəli alqı-satqı müqaviləsində həmin müqavilə üzrə tələbin güzəşti və borcun verilməsi imkanı digər tərəfin razılığının mövcudluğundan asılı edilmişdir.

58. Bununla bağlı qarşılıqlı cavabdehlərin istinad etdiyi müqavilənin həmin hissəsinin "X21 X17" MMC tərəfindən imzalanmaması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, həmin şərti əks etdirən müqavilənin 9.6-cı bəndi müqavilənin sonuncu səhifəsində yerləşməklə həmin səhifə "X21 X17" MMC tərəfindən imzalanmış və üzərinə həmin şirkətin möhürü vurulmuşdur. Odur ki, sözügedən dəlillər əsassızdır.

59. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, Mülki Məcəllənin 194.1-ci maddəsinin tələblərinə və tələbin güzəşti barədə mübahisəli müqavilənin şərtlərinə əsasən həmin müqavilə bağlanarkən qarşılıqlı iddiaçı Cavabdeh2 QSC-nin razılığı alınmalı olduğu halda belə bir razılıq alınmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin müqaviləni mütləq tələb olunan razılığın olmaması əsası ilə etibarsız hesab etməkdə haqlı olmuşdur.

60. İlkin Cavabdeh2 QSC-dən ilkin İddiaçı SA şirkətinin xeyrinə 860420,69 manat məbləğində pul tutulmasına dair ilkin iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, ilkin iddiaçı həmin tələbi tələbin güzəşti barədə müqaviləyə əsasən "X21 X17" MMC-nin Cavabdeh2 QSC-yə qarşı tələb hüququnun ona keçməsinə əsaslanaraq irəli sürmüşdür. Hazırkı halda tələbin güzəşti barədə müqavilənin etibarsız olması müəyyən edildiyindən ilkin iddiaçı həmin müqaviləyə əsasən hər hansı hüququ əldə etməmişdir. Odur ki, "X21 X17" MMC-nin Cavabdeh2 QSC-yə qarşı 860420,69 manat məbləğində pul tələbinin olması ehtimal edilsə belə (hazırkı halda kollegiya həmin halın araşdırılmasını zəruri hesab etmir) ilkin İddiaçı SA şirkəti “X21 X17" MMC ilə Cavabdeh2 QSC arasında bağlanmış 6 oktyabr 2022-ci il tarixli BNF-BSC-3 saylı alqı-satqı müqaviləsinə əsaslanan həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Belə olan halda isə ilkin iddia həmin hissədə rədd edilməlidir.

61. İlkin iddianın hazırda ilkin Cavabdeh2 QSC-nin mülkiyyətdə olan zavodun ərazisində saxlanılan ilkin iddiaçıya məxsus olan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) ilkin cavabdehdən alınaraq ilkin iddiaya verilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbi ilkin iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin malların Cavabdeh3 MMC tərəfindən ilkin iddiaçıya verilməli olması, lakin zavodun müsadirə olunması ilə bağlı verilməməsi ilə əsaslandırılmışdır.

62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulduğu hallar istisna olmaqla alqı-satqı predmeti olan əşyaya mülkiyyət hüququ əşya verildiyi andan alıcıya keçir. Odur ki, hazırkı halda Cavabdeh2 QSC-nin ərazisində saxlanılan “X21 X17" MMC-yə məxsus malların alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən İddiaçı SA şirkətinə verilməli olan mallar olması fərz edilsə belə həmin mallar İddiaçı SA şirkətinə verilməyənədək “X21 X17" MMC-nin mülkiyyətində qalır, ilkin İddiaçı SA şirkəti isə yalnız satıcı “X21 X17" MMC-yə qarşı həmin malların verilməsinə dair tələb hüququna malik olur. Belə olan halda İddiaçı SA şirkətinin mübahisəli mallar üzərində mülkiyyət hüququna əsaslanaraq həmin malların verilməsi barədə Cavabdeh2 QSC -yə qarşı tələb irəli sürməyə dair də subyektiv hüququ yoxdur. Odur ki, həmin hissədə də ilkin iddia rədd edilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

63. Qarşılıqlı iddia tələblərindən birini də Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkında yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması təşkil edir. İş materialları və Cavabdeh2 QSC tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış məktublardan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəfələrlə Cavabdeh3 MMC-yə müraciət edilərək sonuncuya məxsus xammalların Cavabdeh2 QSC-nin ərazisindən çıxarılması təklif edilmiş, lakin həmin mallar ərazidən çıxarılmamışdır. Göründüyü kimi qarşılıqlı cavabdehə məxsus xammalların qarşılıqlı iddiaçının mülkiyyətində olan əmlak kompleksinin ərazisində qalması sonuncunun əmlak kompleksi üzərində mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Odur ki, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən qarşılıqlı Cavabdeh3 MMC-yə məxsus xammalların sonuncunun vəsaiti hesabına çıxarılmasını tələb etməkdə haqlıdır.

64. Qarşılıqlı iddianın maddi zərər tələbinə dair hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı həmin hissədə iddia tələbini qarşılıqlı Cavabdeh3 MMC-yə məxsus xammalların qarşılıqlı iddiaçıya məxsus əmlak kompleksinin ərazisində qalması nəticəsində həmin malların daşınmasına xərc çəkməsi və hər ay həmin əmlakların saxlanma xərclərinin 2000 manat təşkil etməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qarşılıqlı iddiaçı sözügedən xammalın onun ərazisində saxlanması və daşınması ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia rədd edilməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətlər təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.

67. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlkin iddiaçı “İddiaçı SA” şirkəti, ilkin iddiaçı, qarşılıqlı Cavabdeh2 QSC və qarşılıqlı Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş rüsum apellyatorlara özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar