Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-114/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4200/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36.520 manat məbləğində pulun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında notarial qaydada bağlanmış 12.10.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 4.1 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini (7322 kv.m.) cavabdehin icarəsinə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin həmin bəndi icra olunmamış, nəticədə “Azəriqaz” İB-yə cəmi 37.670,60 (otuz yeddi min altı yüz yetmiş manat, altmış qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə borc yaranmışdır. Borc səbəbindən qeyri-yaşayış sahəsinə verilmiş qazın nəqli uzun müddət dayandırılmışdır. Bundan sonra qarşılıqlı razılıq əsasında 12.10.2019-cu il tarixli icarə müqaviləsi 28.04.2021-ci il tarixdə notarial qaydada ləğv edilmişdir. Dəfələrlə qazın nəqlinin bərpa edilməsi üçün “Azəriqaz” İB-yə müraciət olunmuş, lakin hesablanmış borcun ödənilməməsi halında qazın bərpasının mümkünsüz olması bildirilmişdir. Bununla da qeyri-yaşayış sahəsindən təyinatına uyğun olaraq istifadə edilməsi mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qeyd edilən borc məbləği ödənilməmiş, məcburiyyət qarşısında qalaraq 30.04.2021-ci il tarixdə “Azəriqaz” İB-nin hesabına tərəfindən 36.520,60 manat pul ödənilmiş və qazın verilişi bərpa olunmuşdur. Bundan sonra cavabdehə onun istifadə etdiyi və müqavilənin şərtlərinə görə ödəməli olduğu 36.520,60 manat pulun ona qaytarılması barədə bildiriş (pretenziya) göndərilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-2(113)-4200/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 36.520 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4200/2021 saylı qətnaməsinin - iddianın qismən təmin edilmiş hissəsinin dəyişdirilməsi və iddiaçının iddiasının qismən təmin edilərək cavabdehdən əsas tələb üzrə 18425,80 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin fevral ayına görə iddiaçıya məxsus obyektin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə isə abonentin borcu 36.515,01 manat təşkil etmişdir. Həmin borcun 18.094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. İddiaçı bu işdən öncə Bakı Kommersiya Məhkəməsində “Azəriqaz” İB-yə qarşı iddia irəli sürərək, 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsini, əsassız borcun silinməsini və yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı məsələnin uzandığını görüb, icarə dövründə yaranmış borcun ödənişini həyata keçirərək, bundan sonra həmin iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)-1863 saylı iş baxılmamış saxlanılmışdır. Borcun bir hissəsi “Qazdan istifadə qaydaları”nın pozulması barədə akta əsasən hesablandığından o bu hesabalama ilə razı deyil. Məhz onun xahişi ilə əmlakın qanuni sahibi olan İddiaçı vaxtilə “Azəriqaz” İB-yə qarşı iddia irəli sürmüş, lakin iddia baxılmamış saxlanılmışdır. Hesab edir ki, İddiaçı ona imkan yaratmalı idi ki, borc məbləği onun ilkin iddiasına əsasən dəqiq müəyyən edilsin və sonradan qaza görə yaranmış həmin dəqiqləşdirilmiş borcun ödənişini həyata keçirsin. Vaxtilə tərəflər arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin 12-ci bəndinə əsasən, icarə müddəti ərzində icarəyə götürülmüş əmlakın kommunal xidmətlərindən (elektrik, qaz, su, istilik, kanalizatsiya vətelefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi(lər) tərəfindən ödənilməli olduğundan, onun cavabdeh “Azəriqaz” İstehsal Birliyinə qarşı ayrıca, yəni müstəqil şəkildə hazırki iddia tələbini irəli sürmək hüququ vardır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan aktın tərtib edilməsi qaydası pozulduğundan və yoxlama dövlət reyestrində qeydə alınmadığından həmin yoxlama nəticəsində hesablanmış borc da əsassızdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4200/2021 saylı qətnaməsi qismən ləğv edilərək iddia 18.094,20 manat pulun cavabdeh X1 İddiaçı xeyrinə tutulması hissəsində rədd edilməlidir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı (icarəyə verən) ilə X4 (icarəçi) arasında 12 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Zirə Tərəvəzçilik sovxozu ünvanında yerləşən ümumi sahəsi 4.1 kv/m olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin bir il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış, həmin müqavilə 28.04.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş razılaşmaya əsasən ləğv edilmişdir. Qeyd edilən icarə müqaviləsinin 12-ci bəndində nəzərdə tutulmuşdur ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir. Abonent saldosuna əsasən 2020-ci yanvar ayının əvvəlinə icarəyə verilmiş obyektdən qazdan istifadəyə görə iddiaçıya hesablanmış borc 36.515,01 manat təşkil etmiş, İddiaçı 30 aprel 2021-ci il tarixli ödəniş qəbzinə əsasən “Azəriqaz İB-nin hesabına 36.520 manat məbləğində ödəniş etmiş və həmin məbləğin cavabdehdən tutulması barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin məbləğin cavabdehdən tutulması hissəsində təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə 18.094 manat borcun tutulması hissəsində mübahisələndirilir. Cavabdehin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, “Azəriqaz İB-nin hesabına iddiaçı tərəfindən ödənilmiş 18.094 manat borc kommunal xidmətdən istifadəyə görə hesablanmış borc deyil, qanunun tələblərinə zidd olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama əsasında hesablanmış borc olduğundan icarə müqaviləsinin 12-ci bəndinə istinad edilməklə həmin məbləğ cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin 18.094 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iş üzrə gəldiyi nəticə əsassızdır. Məhkəmə iddianın təmin edildiyi hissədə öz gəldiyi nəticəni əsaslandırmaq üçün MM-nin 443.1, 448.1, 448.2-ci maddələrinə istinad etmiş, belə nəticəyə gəlmişdir ki, iddiaçının **********00003 saylı abonent kodu üzrə “Azəriqaz İB-nə olan borcunun 18.094 manat hissəsi “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablansa da, cavabdehin icarə obyektindən istifadə etdiyi dövr üçün hesablandığından icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi tərəfindən ödənilməli idi. Tərəflər arasında bağlanmış və 28.04.2021-ci il tarixədək qüvvədə olmuş icarə müqaviləsinin 12-ci bəndində nəzərdə tutulmuşdu ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizatsiya və telefon abunə) istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir. Müqavilənin qeyd edilən bəndinə əsasən cavabdehin icarəyə götürdüyü obyektdə qazdan istifadəyə görə hesablanmış borcları ödəmək öhdəliyi olmuşdur. Qeyd edilən bənddə icarəçinin eyni zamanda “Azəriqaz İB tərəfindən yoxlama aktları əsasında əlavə hesablanmış sərfiyyata görə yaranmış borcları ödəmək öhdəliyi nəzərdə tutulmamışdır. İşdəki 18.03.2020-ci il tarixdə təsdiq edilmiş “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus obyektin qaz sayğacına baxış keçirilərkən göstəricilər arasında fərq müəyyən edilmiş, impuls ötürücüsünün şteykerinin nasaz olduğu müəyyən edilərək dəyişdirilmiş, xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, qeyd edilən əsaslarla 2020-ci ilin mart ayı üzrə 18094,20 manat əlavə sərfiyyat hesablanmışdır. İş materiallarının 30-cu vərəqinə əlavə edilmiş abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayı üçün sayğac göstəricilərinə əsasən icarəyə götürülmüş obyektin özünün qaz sərfiyyatı 8597,80 manat olmuş, həmin məbləğ aktla hesablanmış məbləğin üzərinə əlavə edilməklə həmin ay üçün 26692 manat ödəniş tələb edilmişdir. Halbuki saldodan görünür ki, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə icarəçinin istifadə etdiyi aylıq qaz sərfiyyatı 8597,80 manatdan artıq olmamışdır. İcarəyə verilmiş obyektin qaz sayğacında yaranmış qüsura görə icarəçinin təqsirli olduğu barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin onun təqsiri olmadan icarəyə götürdüyü obyektin qaz sayğacında yaranmış qüsura görə “Azəriqaz İB tərəfindən iddiaçıdan tələb edilən 18094,20 manat borcu ödəmək öhdəliyi olmadığından həmin məbləğin cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)- 4200/2021 saylı qətnaməsi qismən ləğv edilərək iddia 18.094,20 manat pulun cavabdeh X1 İddiaçı xeyrinə tutulması hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X2 apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4200/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia 18.094,20 manat pulun cavabdeh X1 İddiaçı xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elekton kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-114/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-114/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver