Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-114/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3mım katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3268/2022 nömrəli iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 23010 manat icarə haqqının və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,50 manat cərimə olmaqla, ümumilikdə 63277,50 manat məbləğində pul vəsaitinin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğinin "İmport Group of Azerbaijan” MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3268/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3268/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə sorğu verərək iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə daxil olduğundan işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının apellyasiya şikaytinin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli 2- 2(103)-1168/2022 saylı qərardadı ləğv edilərək "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının apellyasiya şikaytinin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli 2-2(103)-1168/2022 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə e-2-2(103)-114/2023 saylı iş apelyasiya baxışından çıxarılaraq "xxxx" ASC-nin ərizəsinə hüquqi qiymət verilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-114/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-114/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver