Məhkəmə qərarları › İş №2-2(103)-114/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-114/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-114/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X8, X15, X9, X3 ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı iddia tələbləri üzrə (Açar sözlər: hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi, ipoteka saxlayanın protokolun imzalanması üçün zəruri hərəkətləri) hakimlər X1 (sədrlik edən və məruzəçi), X10 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Ləğv prosesində olan "xxxx" QSC KB-nin "xxxx" MMC-yə qarşı “ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi”; müstəqil tələblər irəli sürən üçüncü şəxslər X8, X15, X9 və X3 ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv olunması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2011-ci il 3 oktyabr tarixli qətnaməsi ilə "xxxx" ASC KB-nin X18, X19 və X20 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia təmin edilmiş: 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 121.703,83 ABŞ dolları pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə; həmçinin 2008-ci il 17 aprel tarixli 146B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 198.814,26 manat; 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 66.749,94 manat; 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 45.145,76 manat pulun X4 "xxxx" KB ASC-nin xeyrinə tutulması; 2008-ci il 2 iyul tarixli 266VH8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 2.897,50 ABŞ dolları, faiz borcuna görə 89,42 ABŞ dolları, cərimə borcuna görə 1.022,55 ABŞ dolları, cəmi isə 3.979,55 ABŞ dolları pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin 2008-ci il 2 iyul tarixli 7VH8 nömrəli kredit müqaviləsi üzrə yaranmış kreditə görə 6.985,69 ABŞ dolları, faiz borcuna görə 221,98 ABŞ dolları və cərimə borcuna görə 2.492,23 ABŞ dolları, cəmi 9.699,90 ABŞ dolları pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) X5 "xxxx" KB ASC-nin xeyrinə tutulması; məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat pulun X18, X19 və X11 müştərək qaydada tutularaq "xxxx" KB ASC-yə ödənilməsi; 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli kredit müqaviləsi üzrə yaranmış tələbin 121.703,83 ABŞ dolları məbləğində Bakı şəhəri, Bülbül prospektində yerləşən, 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53 və 54 nömrəli mənzillərinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərinə, 2008-ci il 17 aprel tarixli 146N/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (198.814,26 manat) tələbin Bakı şəhəri, Bülbül prospektində yerləşən 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərinə və Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53 və 54 nömrəli mənzillərinə, 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (66.749,94 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərinə, 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqaviləsi üzrə yaranmış (45.145,76 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 45 nömrəli mənzilinin 1 otağına (14 kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 nömrəli mənzilinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 nömrəli mənzillərə (bundan sonra birlikdə - “ipoteka predmetləri”) yönəldilməsi; ipoteka predmeti olan əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pulun (hər bir kredit müqaviləsinə uyğun müvafiq ipoteka predmetləri aid olunmaqla) yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pulun qalan (tələbdən artıq) hissəsi müvafiq olaraq ipoteka predmeti olan əmlakların mülkiyyətçilərinə ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra X19, X18 və X15 ən geci 1 ay ərzində həmin yaşayış sahələrindən qəbul olunması qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəyə minmiş və 2013-cü il 4 fevral tarixində icraya yönəldilmişdir.

3. "xxxx" KB ASC və "xxxx" QSC KB arasında bağlanmış 2012-ci il 29 noyabr tarixli tələbin güzəşti haqqında müqavilə ilə "xxxx" KB ASC borcalan X19 ilə bağladığı 2007-ci il 28 sentyabr tarixli 377B/7 nömrəli, 2008-ci il 2 aprel tarixli 126B/8 nömrəli, 2008-ci il 17 aprel tarixli 146B/8 nömrəli və 2008-ci il 19 may tarixli 136p/8 nömrəli kredit müqavilələrinə, borcalan X18 ilə bağladığı 2008-ci il 2 iyul tarixli 266VH8 nömrəli və 2008-ci il 2 iyul tarixli 267VH8 nömrəli kredit müqavilələrinə, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2011-ci il 3 oktyabr tarixli 2(009)-2295/2011 nömrəli qətnaməsinə əsasən borcalanlar X19 və X12 qarşı irəli sürə biləcəyi bütün tələblərini qətnamədə göstərilən 310.709,96 manat və 135.383,28 ABŞ dolları borcun ona ödənilməsi müqabilində yeni kreditora güzəşt edir, yeni kreditor isə həmin borcu bu müqavilə ilə müəyyən edilmiş müddətdə kreditora ödəməyi öhdəsinə götürür. Kreditorun kredit müqavilələri və qətnamə üzrə tələb hüququ, həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliyin təminatı olan ipoteka predmetlərinə dair ipoteka hüququ tam həcmdə və istisnasız olaraq yeni kreditora keçir.

4. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən qəbul olunmuş 2015-ci il 9 iyun tarixli qərara əsasən icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin "xxxx" QSC ilə əvəz edilmişdir.

5. Bakı şəhəri, Bülbül prospekti, 63 saylı evin 47, 48 və 49 nömrəli mənzillərin ilkin satış qiyməti 215.000 manat; Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53 və 54 nömrəli mənzillərin ilkin satış qiyməti 900.000 manat; Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 nömrəli mənzillərin ilkin satış qiyməti 240.000 manat; Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 nömrəli mənzilin ilkin satış qiyməti 92.000 manat; Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 nömrəli mənzilin 1 otağının ilkin satış qiyməti 55.000 manat müəyyən edilməklə, birinci hərracın keçirilməsi 2018-ci il 5 dekabr tarixinə təyin olunmuşdur.

6. Həmin hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi 2019-cu il 9 yanvar tarixinə təyin edilmiş, qeyd edilən tarixə təyin olunmuş hərrac da baş tutmamış və "xxxx" MMC tərəfindən "xxxx" QSC KB-ya 2019-cu il 11 yanvar tarixli 028 nömrəli ipoteka predmetinin alqısatqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmətlərini alması təklif edilmişdir.

7. "xxxx" MMC ilə "xxxx" QSC KB arasında ipoteka predmetlərinin əldə olunması ilə bağlı protokol imzalanmamışdır.

8. 2022-ci il 4 aprel tarixində Bakı şəhər Səbail rayon icra şöbəsinin sifarişi əsasında yenidən ipoteka predmetləri olan daşınmaz əmlaklar hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 2022-ci il 23 may tarixində saat 11:00-a təyin edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 20 may tarixli 8(009)-201/2022 nömrəli qərardadı ilə, borclular Ç.Cəlilov, P.Cəlilov və A.Cəlilova məxsus ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılması qərara alınmışdır.

10. "xxxx" MMC tərəfindən Səbail Rayon İcra Şöbəsinə göndərilmiş 2022-ci il 7 iyun tarixli 152/22 nömrəli məktubda göstərilmişdir ki, Səbail rayon İcra Şöbəsinin 77979/2016-xxxx/1390, 2022-ci il 2 iyun tarixli məktubuna əsasən iş icra şöbəsinə geri qaytarılır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə QSC "xxxx" Kommersiya Bankının cavabdehlər X13, X6, X14, X12 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, X4 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6.000.000 manat məbləğində əsas borc, 682.000 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 6.682.000 manat; X2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 44.225.000 manat məbləğində əsas borc, 960.483,33 manat faiz borcu olmaqla ümumilikdə 5.185.483,33 manat; X7 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.225.000 manat əsas borc, 960.483,33 manat faiz borcu olmaqla ümumilikdə 5.185.483,33 manat; X5 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.620.000 manat məbləğində əsas bor, 411.473,33 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 4.031.473,33 manat, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.000.000 manat əsas borc, 341.000 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 3.341.000 manat, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində əsas borc, 237.200 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 2.637.200 manat, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.789.958 manat əsas borc, 1.505.727,31 manat faiz borcu olmaqla ümumilikdə 4.295.685,31 manat, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 724.512,61 manat əsas borc, 910.439,01 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 1.634.951,62 manat, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 0,01 manat məbləğində əsas borc, 249.138,31 manat faiz borcu olmaqla ümumilikdə 249.138,32 manat məbləğində pul vəsaiti QSC ”Bank Standard” Kommersiya Bankına ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat

12. Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – “iddiaçı”) 2023-cü il 11 may tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 2019-cu il 11 yanvar tarixli 028 saylı məktubuna cavab olaraq iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə 2019-cu il 18 yanvar tarixli məktub ünvanlamışdır. Həmin məktubda bildirilmişdir ki, iddiaçının xeyrinə yüklü edilmiş ipoteka predmetlərinin əldə edilməsi təklifi qəbul olunur və həmin mənzillərlə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim olunması xahiş edilir. Lakin sonradan daşınmaz əmlaklar üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin iddiaçının adına rəsmiləşdirilməsi yönündə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi qaydada müraciət edilərək, hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunması xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq iddiaçıya təqdim olunmamışdır. Göründüyü kimi, qanunvericiliyin müddəaları pozularaq cavabdeh tərəfindən protokol təqdim olunmamış və iddiaçının iradəsinə zidd olaraq ipoteka predmeti tərəflərindən əldə etmək mümkün olmamışdır. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqları pozularaq, ipoteka predmetinin əldə edilməsi hüququ məhdudlaşdırılmışdır.

14. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X19, X21, X18 və X16 (bundan sonra – birlikdə “üçüncü şəxslər”, ayrı-ayrılıqda müvafiq olaraq – “P.Cəlilov”, “A.Cəlilov”, “Ç.Cəlilov”, “N.Cəlilova”) iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

a. Ç.Cəlilov və N.Cəlilovaya məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 nömrəli mənzillərə dair bağlanmış 2005-ci il 15 dekabr tarixli 221bi/3- 130b/5 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; b. Ç.Cəlilov və N.Cəlilovaya məxsus Bakı şəhəri, Bülbül prospekti, 63 saylı evin 47/48/49 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 5 dekabr tarixli 221bi/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; c. P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 nömrəli mənzilə dair bağlanmış 2008-ci il 19 may tarixli 136p1/8-1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; d. P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 45 nömrəli mənzilinin 1 otağına dair bağlanmış 2008-ci il 19 may tarixli 136p1/8-2 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; e. A.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44/45 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 18 dekabr tarixli 221bi2/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

15. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı hərraca çıxarılmış əmlakları əldə etməkdə maraqlı olmamış, hərracın keçirilməsindən 3 il 3 ay müddət keçdikdən sonra Bakı şəhəri Səbail rayon icra şöbəsi 2022-ci il 8 aprel tarixli sifarişlə yenidən həmin əmlakların təkrar hərraca çıxarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 20 may tarixli 8(009)-201/2022 nömrəli qərardadı ilə ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. Göründüyü kimi, iddiaçı hərraca çıxarılmış əmlakları "İpoteka haqqında" Qanunun 43.8-ci maddəsində müəyyən olunan 30 təqvim günü ərzində, yəni 2019-cu il 11 fevral tarixinədək əldə etməmişdir. Hərracın baş tutmamış elan olunmasından 4 ildən artıq vaxt keçmiş və nəticə etibarilə müəyyən olunmuş müddətdə tələbkar ipoteka predmetini qəbul etməkdən imtina etdiyi üçün ipoteka müqavilələrinə xitam verilməli və ipoteka qeydlərinin ləğv edilməli olduğu qeyd edilmişdir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, ikinci hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı cavabdeh onlara təklif ünvanlamış, həmin təklif qanunla müəyyən olunmuş 30 günlük müddət ötürülmədən cavablandırılsa da, onlarla hərrac protokolu imzalanmamışdır. Bu barədə cavab məktubu cavabdehə birbaşa təqdim edilmiş, cavabdehin ştampı ilə təsdiq olunmuşdur. Lakin nümayəndə hazırda məktubun əslini təqdim edə bilmədiklərini qeyd etmişdir.

17. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndəsi bildirmişdir ki, ikinci hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir. Bundan əlavə, nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın 3 illik iddia müddətinin ötürülməklə verilməsi səbəbindən rədd olunmasını xahiş etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizələrinin təmin olunmaması, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxslərin özlərinə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova).

19. Məhkəmə işin hallarına (bax yuxarıda § 1-10) istinad etmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 18 yanvar tarixli **********323 nömrəli məktub ünvanlanaraq, ipoteka predmetlərinin iddiaçı tərəfindən əldə olunması məqsədilə müvafiq alqısatqı müqavilələrinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetlərinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuş, həmin məktub cavabdeh tərəfindən 2029-cu il 23 yanvar tarixində qəbul edilmişdir. Bu səbəbdən, məhkəmə təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından, iddiaçı ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

20. Məhkəmə üçüncü şəxslər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razılaşmamış, üçüncü şəxslərin iddiaçının 3 il sonra məhkəməyə müraciət etməsi ilə bağlı dəlillərinin 10 illik iddia müddətinin ötürülməməsi səbəbində əsassız olduğunu qeyd etmişdir.

21. İddiaçı tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, üçüncü şəxslərin iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində iddiaçı tərəfindən ipoteka predmetləri əldə edildiyindən, məhkəmə həmin ipoteka predmetlərinə dair ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv olunması barədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.1 və 415.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunaraq, tərəflərindən verilmiş iddianın təmin edilməsi və ilk iddianın rədd olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 may tarixli 2-2(103)-75/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçının iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları təmin olunmuş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumunun iddiaçıdan tutularaq üçüncü şəxslərə ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı tələbi irəli sürməkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarət olmuşdur. Qanunverici təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetini əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə, hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

26. İddiaçı yekun protokolun imzalanmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirsə də, kollegiya iddiaçının istinad etdiyi halların təsdiq olunmadığı qənaətinə gəlmişdir. Belə ki, iddiaçının özünün istinad etdiyi hallara əsasən, onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız 2019-cu il 18 yanvar tarixində aksept məktubu təqdim olunmuş, bundan sonra isə şifahi müraciətlər etmişlər. Kollegiya həmin məktubun əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilmədiyinə görə MPMin 89.3-cü maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qəbul oluna bilməməsi qənaətinə gəlmişdir.

27. Kollegiya vurğulamışdır ki, həmin məktubun əsli təqdim edildiyi təqdirdə belə, iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsaslar mövcud olmamışdır. Belə ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı 2019-cu ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla (onun yazılması qəbul edildiyi halda) kifayətlənmiş və hazırda hərrac protokolunun imzalanmış hesab olunması barədə iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

28. İddiaçının nümayəndəsinin bildirdiyi dəlillər, yəni hazırkı iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadının qəbul olunmasından sonra bildikləri ilə bağlı dəlillərə dair isə kollegiya qeyd etmişdir ki, MM-in 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq olunmamasına və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

29. Kollegiya hesab etmişdir ki, təkrar hərracın baş tutmadığı 2019-cu il 9 yanvar tarixindən 2 il 4 ay müddət keçdikdən sonra icra şöbəsinin sifarişi əsasında ipoteka predmetləri olan daşınmaz əmlaklar təkrarən hərraca çıxarılmış, iddiaçı isə buna etirazını bildirməmiş və yalnız ipoteka qoyanların şikayəti əsasında icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. Bu baxımdan, iddiaçının 2022-ci ildə ipoteka predmetləri olan daşınmaz əmlakların təkrarən hərraca çıxarılmasına etiraz etməməsi ilə yanaşı, hazırkı iddianın irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə də zidd olmuşdur.

30. Kollegiyanın qənaətinə görə, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası isə əsaslı olmuşdur. Belə ki, 2019-cu il 9 yanvar tarixinə təyin olunmuş təkrar hərrac baş tutmamış və iddiaçıya həmin əmlakların alması təklif olunsa da, o, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. Həmin Qanunda təsbit edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə və həmin qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Bu baxımdan, kollegiya müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülmüş ipoteka müqavilələrinə, mahiyyət etibarı ilə ipotekaya xitam verilməsi barədə iddianın təmin olunması qənaətinə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 9.3, 139.1 və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 43.1, 43.3- 43.5, 43.7, 43.7-1, 43.8 və 48.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadına, MPM-in 77.1 və 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 7 may tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

34. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, mübahisəli ipoteka predmetlərinin satışı üzrə 2019-cu il 9 yanvar tarixində keçirilmiş ikinci hərrac da baş tutmadığı üçün hərrac mərkəzi (cavabdeh) tərəfindən ipoteka saxlayan banka (iddiaçı) 2019-cu il 11 yanvar tarixində ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmətlərini alması təklif edilmiş, lakin hərrac mərkəzi ilə bank arasında ipoteka predmetlərinin əldə olunması ilə bağlı protokol imzalanmamışdır. 2022-ci il 4 aprel tarixində Bakı şəhər Səbail rayon icra şöbəsinin sifarişi əsasında yenidən ipoteka predmetləri olan daşınmaz əmlaklar hərraca çıxarılmış və hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi 2022-ci il 23 may tarixinə təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2022-ci il 20 may tarixli qərardadından görünür ki, borclular Ç.Cəlilov, P.Cəlilov və A.Cəlilovun şikayəti təmin olunmuş, borclulara məxsus ipoteka predmetlərinə dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılmasını qərara almışdır. Hazırkı iş üzrə kredit borcu verən iddiaçı iddia ilə məhkəməyə müraciət edərək ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsini, ipoteka qoyan üçüncü şəxslər isə öz növbəsində digər iddia ilə müraciət edərək ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka qeydlərinin ləğv edilməsini xahiş etmişlər. Göründüyü kimi, həmin iddia tələblərindən birinin təmin edilməsi digərinin təmin edilməsini aradan qaldırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci maddələrinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Birinci instansiya məhkəməsi təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində (2019-cu il 18 yanvar) ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda, hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından, iddiaçının ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmiş, bu səbəbdən də üçüncü şəxslərin iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmadığını hesab etmişdir. Həmin mövqe ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubunun əsli təqdim edilmədiyindən onu qeyrimötəbər sübut kimi qiymətləndirmiş, həmçinin təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində hərrac təşkilatı ilə ipoteka saxlayan arasında yekun protokolun imzalanmamasını və bundan irəli gələn digər halları nəzərə alaraq ilkin iddianın əsassız, qarşılıqlı iddianın isə əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır və 2019-cu il 18 yanvar tarixli aksept məktubunun qeyrimötəbərliyi ilə əlaqədar əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin əldə edilməsi ilə bağlı iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubunun cavabdeh tərəfindən 2029-cu il 23 yanvar tarixində qəbul edildiyi (İİ cild, i/v 132) işin müəyyən edilən halı kimi göstərilmişdir. Həmin məktubu mötəbər saymayan apellyasiya instansiyası məhkəməsi isə bu məsələ ilə bağlı düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Bundan başqa, iddiaçı məktubu göndərən, cavabdeh təşkilat isə məktubu alan olduğu halda, apellyasiya instansiyası məhkəməsi sözügedən məktubun mötəbərliyinə qiymət verərkən, onun əslinin məhz hansı səbəbdən iddiaçı tərəfindən təqdim edilməli olduğunu lazımi şəkildə əsaslandırmamış, bununla əlaqədar sübutetmə vəzifəsini MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün bölüşdürməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının aksept məktubunun cavabdeh MMC tərəfindən qəbul edilməməsi də lazımi qaydada tutarlı dəlillərlə təkzib olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 18 yanvar tarixli aksept məktubuna qiymət verərkən sözügedən xüsusatları nəzərə almaqla dəqiq əsaslandırma aparmadığından həmin qiymət MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, aksept məktubunun əsli təqdim edildiyi təqdirdə belə iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür... İddiaçı 2019-cu ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla (onun yazılması qəbul edildiyi halda) kifayətlənmiş və hazırda hərrac protokolunun imzalanmış hesab olunması barədə iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisənin subyekt tərkibini və işin düzgün hüquqi həlli üçün bundan irəli gələn spesifik halları nəzərə alaraq, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İlk növbədə qeyd olunmalıdır ki, MM-in mülki qanunvericiliyin məqsəd və vəzifələrini təsbit edən 1-ci maddəsində göstərilir ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460.1-ci maddə). İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında (bax § 57) qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. MM-in 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, bankın ləğv prosesində göstərilməli olan fəaliyyət, ləğvedicinin bu fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, banka təyin edilmiş ləğvedici onun yeganə qanuni nümayəndəsi olur, bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir və ləğvedici qanunla üzərinə qoyulmuş konkret vəzifələri icra edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, ...bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərar). Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi). “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinin məzmununa görə, müflis elan olunan bankın ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ipoteka saxlayan bankın ləğvedicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (2019-cu il 11 yanvar) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (2019-cu il 18 yanvar) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmişdir. Lakin hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı ilə arasında protokol imzalanmamış, səbəb kimi hərracın xidmət haqqının əvvəlcədən ödənilmədiyi göstərilmişdir. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir. ...Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalanmaqdan imtina etdikdə və ya yayındıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadının 55-60-cı bəndlərindəki hüquqi mövqelərə əsasən, ipoteka saxlayanın – konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Digər tərəfdən, nə qanunvericilikdə, nə də Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad edilən qərardadında təkrar hərrac baş tutmadıqda, ipoteka saxlayanın 30 təqvim günü müddətində protokolun imzalanması üçün ilk dəfə iradəsini rəsmi şəkildə ifadə etdikdən sonra məhz hansı təşkilatlara, neçə dəfə və hansı qaydada təkrar müraciət(lər) etməli olduğuna dair konkret müddəalar nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmə kollegiyası iddiaçının 2022-ci il 4 aprel tarixində icra şöbəsinin sifarişi əsasında ipoteka predmetlərinin təkrarən hərraca çıxarılmasına etiraz bildirməməsinin və bununla yanaşı hazırkı iddianı irəli sürməsinin MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmasına dair məhkəmənin qənaətini də əsaslı və ədalətli hesab etmir. Ən azından ona görə ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən iddiaçının ümumiyyətlə ipoteka predmetlərinin 2022-ci il 4 aprel tarixində bir daha hərraca çıxarılması barədə məlumatlı olduğunu mötəbər sübutlarla əsaslandırmamışdır. Halbuki iş materiallarından belə məlumatın iddiaçıya verildiyi də görünmür. Bundan başqa, öhdəliklərin icrasında vicdanlılıq prinsipini əks etdirən MM-in 425.1-ci maddəsi yalnız kreditorlara deyil, eyni dərəcədə borclulara da aiddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətlərini vicdanlılıq prinsipi ilə uzlaşmayan hərəkət kimi qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, hazırkı iddia üzrə üçüncü şəxslər də 2019-cu ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 4 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və ümumiyyətlə, kredit borcunun tutulmasına və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair məhkəmə qətnaməsi qəbul olunduqdan sonra ötən 13 il ərzində kredit borclularını iddiaçıya ödəməmişlər”.

Təkrar apellyasiya baxışı, izahatlar

35. Üçüncü şəxsin nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

36. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

38. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.

39. Maddə 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.

40. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

41. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.

42. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

43. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

44. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.

45. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

46. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

47. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

48. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

49. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

50. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı

51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı

52. Bənd 57. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

53. Bənd 59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

54. Bənd 60. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir.

55. Bənd 61. Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.

56. Bənd 62. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

57. Bənd 63. Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarında da qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

58. Bənd 64. Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

59. Bənd 65. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

68. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının həddi

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

71. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır (§ 68).

72. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmuşdur.

73. 2019-cu il 18 yanvar tarixli aksept məktubunun qeyri mötəbərliliyi ilə əlaqədar kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin əldə edilməsi ilə bağlı iddiaçının 2019-cu il 18 yanvar tarixli aksept məktubunun cavabdeh tərəfindən 2029-cu il 23 yanvar tarixində qəbul edildiyi (İİ cild, i/v 132) işin müəyyən edilən halı kimi göstərilmişdir.

74. Bundan başqa, iddiaçı məktubu göndərən, cavabdeh təşkilat isə məktubu alan olduğu üçün onun əsli məhz cavabdeh tərəfindən təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının aksept məktubunun cavabdeh MMC tərəfindən qəbul edilməməsi də lazımi qaydada tutarlı dəlillərlə təkzib olunmamışdır. Eyni zamanda, cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş və qeyd olunan məktubun əslini təqdim etməmişdir.

75. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir.

76. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460.1-ci maddə).

77. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.

79. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.

80. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.

81. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ipoteka saxlayan bankın ləğvedicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (2019cu il 11 yanvar) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (2019-cu il 18 yanvar) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmişdir. Lakin hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı ilə arasında protokol imzalanmamış, səbəb kimi hərracın xidmət haqqının əvvəlcədən ödənilmədiyi göstərilmişdir.

82. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir. Lakin cavabdehin təklifində (ofertada) MM-nin 408.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada (ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd edilməmiş, iddiaçının aksepti alındıqdan sonra da bu məlumatlar sonuncuya təqdim edilməmiş, əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubu icra edilmədən icra şöbəsinə qaytarılmışdır. Başqa sözlə, ləğvedici təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.

83. Kollegiya onu da nəzərə alır ki, üçüncü şəxslər 2019-cu ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 4 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və ümumiyyətlə, kredit borcunun tutulmasına və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair məhkəmə qətnaməsi qəbul olunduqdan sonra ötən 13 il ərzində kredit borclarını iddiaçıya ödəməmişlər.

84. İddiaçının iddia tələbi üzrə gəldiyi qənaətə uyğun olaraq kollegiya, üçüncü şəxslərin iddia tələbləri üzrə əlavə əsaslandırma aparmağa zərurət görmür; belə ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçüncü şəxslərin tələbinin təmin edilməsini aradan qaldırır.

85. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

86. Kollegiya onu da qeyd edir ki, ipoteka saxlayanın “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” iddia tələbinin təmin edilməsi barədə çıxarılan qətnamə hərracın yekunlarına dair protokolu əvəz etdiyindən, apellyatorların vəkillərinin təkrar apellyasiya baxışı zamanı irəli sürdüyü, “...əmlakların dəyəri borc məbləğindən iki dəfə çoxdur, buna görə də bütün əmlaklarla bağlı qətnamə qəbul edilə bilməz” arqumentinə hazırkı icraat çərçivəsində qiymət verilə bilməz.

87. Bu kontekstdə kollegiya ipoteka qoyanlara izah edir ki, onlar, əsaslar olduğu təqdirdə, müvafiq kredit müqavilələri üzrə yaranmış borcların təminatı olmuş ipoteka predmetlərinin alış qıymətləri ilə borc məbləğləri arasındakı fərqi (hərrac, icra xərcləri və digər xərclər nəzərə alınmaqla) iddiaçıdan tələb etmək hüququna sahibdirlər - bununla belə, sözügedən hüquq realizə edilərkən, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaçı banka digər qətnamə üzrə külli miqdarda borclarının mövcudluğu və iddiaçının bu əsasla hüquqi müdafiə vasitələrinə malik olduğu (ləngitmə hüququ, müvafiq icra sənədi üzrə əmlaka icra qaydasında yönəldilmənin həyata keçirilməsi və s.) nəzərə alınmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X19, X21, X18, X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar