Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1140/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-5705/2022 saylı “şikayətin geri qaytarılması” qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: ASC "xxxx" Bankı cavabdeh “Cavabdeh”a qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2019- cu il tarixli **********10219 №-li kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəmənin 26 sentyabr 2022-ci il tarixli e-2-2(113)-5705/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş, Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-5705/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2- 2(113)-5705/2022 saylı qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. "xxxx" ASC qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5705/2022 nömrəli qərardadının ləğv edilməsi, həmin məhkəmənin 26 sentyabr 2022-ci il tarixli e-2-2(113)- 5705/2022 nömrəli qərardadından iddiaçı "xxxx" Bank ASC tərəfindən verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi, həmin məhkəmənin 26 sentyabr 2022-ci il tarixli e-2-2(113)-5705/2022 nömrəli qərardadından verilmiş şikayəti geri qaytarmaqla kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə 26 sentyabr 2022-ci il tarixli qərardaddan şikayəti geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən şikayət tərtib edilərkən Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət edilməmiş, apellyasiya şikayəti “apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəyə uyğun tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin qeyd edilən 361.1-ci maddəsini ehtiva edən 41- ci fəsli apellyasiya instansiyası məhkəməsindəki icraat qaydalarını tənzimləyir. Həmin fəsil qətnamədən apellyasiya şikayətinin verilmə müddəti, apellyasiya şikayətinin forma və məzmunu, apellyasiya şikayətini aldıqdan sonra birinci istansiya məhkəməsinin prosessual hərəkətlərini və s. tənzimləyir. Bakı Kommersiya Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilən mövqeyindən çıxış etdikdə, belə qənaətə gəlmək olar ki, qərardaddan şikayət verilərkən 361.1-ci maddəsinin tələblərinə riayət edildiyi təqdirdə, qərardad ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməli olacaqdı. Göründüyü kimi məhkəmə qərardaddan verilən şikayətə 41-ci fəsilin normalarını tətbiq edib, şikayətin 361-ci maddənin tələblərinə uyğun şəkildə verilmədiyini əsas gətirərək şikayəti geri qaytarırsa, şikayət qeyd edilən maddənin tələblərinə uyğun şəkildə verildikdə məhkəmə tərəfindən həmin fəsildə qeyd edilə növbəti prosessual hərəkət edilməklə qərardaddan şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Halbuki, 26 sentyabr 2022-ci il tarixli qərardaddan verilmiş şikayət MPM-in 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmiş olsaydı belə, həmin şikayətə yuxarıda qeyd edilən qaydada baxılmayacaqdı. Çünki bu qərardadlardan şikayət verilməsi və onlara baxılması qaydasını tənzimləyən xüsusi normaların, yəni MPM-in 267-ci və 269-cu maddələrinin tələblərinin pozulmasına gətirib çıxarardı. Yuxarıda qeyd edilənlərə əsasən, Bakı Kommersiya Məhkəməsi 26 sentyabr 2022-ci il tarixli qərardaddan verilmiş şikayətin icraata qəbulu zamanı Mülki Prosessual Məcəllənin 41-ci fəslinin normalarını, o cümlədən 361-ci maddənin tələblərini tətbiq etməklə kobud prosessual pozuntuya yol vermişdir. Qərardaddan verilmiş şikayətə Mülki Prosessual Məcəllənin məhkəmə qərardadlarından şikayət verilməsi və onlara baxılması qaydasını tənzimləyən xüsusi normalar - 267-ci və 269-cu maddələr tətbiq edilməli idi. İstinad edilən maddələrin xüsusi norma olması, hətta onlarla MPM-in 41-ci fəsli arasında ziddiyyət yarandığı təqdirdə belə, bu maddələrin tətbiqini zəruri edir. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi qərardaddan şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Qərardaddan şikayət verilməsi qaydalarını tənzimləyən prosessual normalarda həmin şikayətin apellyasiya şikayəti olması və onun “apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəyə uyğun tərtib edilməsiilə bağlı göstəriş yoxdur. Həmçinin mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qərardaddan verilən şikayətə apellyasiya icraatı qaydasında deyil, birinci instansiya məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin mövqeyindən çıxış edərək 26 sentyabr 2022-ci il tarixli qərardaddan verilmiş şikayəti “apellyasiya şikayəti” kimi qiymətləndirilsə, onda belə çıxır ki, 1-ci instansiya məhkəməsi, hətta həmin qərardadı qəbul etmiş hakim özü müvafiq şikayətə apellyasiya instansiyası məhkəməsi kimi baxmalıdır. Belə yanaşma kökündən yanlışdır, MPM-in maddələrinin və ümumilikdə apellyasiya institutunun mahiyyətinə ziddir. Yuxarıda qeyd edilən prosessual normaların məzmunundan da görünür ki, qərardaddan şikayət birinci instansiya məhkəməsinə ünvanlanır və həmin məhkəmə tərəfindən baxılır. Qərardaddan verilən şikayət birinci instansiya məhkəməsi tərəfindən baxıldıqdan sonra təmin edilməzsə, həmin məhkəmə tərəfindən işlə birlikdə apellyasiya, yaxud müvafiq hallarda kassasiya instansiyası məhkəməsinə göndərilir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5705/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5705/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavədə qətnamədən və ya qərardaddan verilən apellyasiya şikayətinin forması nəzərdə tutulmuşdur. İddiaçının Bakı Kommersiya Məhkəmənin 26 sentyabr 2022-ci il tarixli e-2-2(113)- 5705/2022 nömrəli qərardadından verdiyi şikayət qeyd edilən Əlavədə qeyd edilmiş formada tərtib edilməmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardad qanuni və əsaslıdır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavənin 4-cü, 6-cı, 7-ci bəndlərində qətnamə ilə yanaşı, mübahisələndirilən qərardadda da həmin qrafaların doldurulmalı olduğu nəzərdə tutulduğundan 2 saylı Əlavə formasının qərardadlardan verilən şikayətlərə aid olmadığına dair iddiaçının mülahizələri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5705/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5705/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1140/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1140/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver