Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1143/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə Açar söz: əsassız hesablanmış borcun silinməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3699/2*24 nömrəli 11.*9.2*24 tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC (icarəçi) ilə X1 (icarəyə verən) etibarnamə üzrə nümayəndəsi olan X2 arasında bağlanmış 14.11.2*19-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən sahə 1* il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir.
2. Müqavilənin 3.1.5-ci bəndinə görə icarə müqaviləsinin 4-cü bəndində müəyyən olunmuş icarə sahəsinin istismarı ilə bağlı elektrik enerjisi və rabitə ( o cümlədən beynəlxalq rabitə haqlarını və digər kommunal xərcləri ödəyir.
3. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2*19-cu ilin avqust ayı, ***9495 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*19) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 11623 m3, hesablanmış qaz sərfinin məbləği isə 2324,6* manat məbləğində müəyyən edilmişdir.
4. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*4.2*21-ci il tarixli, **17*56 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (aprel 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2526 m3, hesablanmış qaz sərfinin məbləği isə 5*5,2* manat məbləğində müəyyən edilmişdir.
5. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*5.2*21-ci il tarixli, **173*5 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (may 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 352,2* manat məbləğində müəyyən edilmişdir.
6. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*6.2*21-ci il tarixli, **17399 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (iyun 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 17*4 m3, hesablanmış qaz sərfinin məbləği isə 34*,8* manat məbləğində müəyyən edilmişdir.
7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*7.2*21-ci il tarixli, **17719 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (iyul 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.
8. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*8.2*21-ci il tarixli, **18114 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.
9. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*9.2*21-ci il tarixli, **18373 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (sentyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 17*4 m3, hesablanmış qaz sərfinin məbləği isə 426 manat məbləğində müəyyən edilmişdir.
10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 29.1*.2*21-ci il tarixli, **189*5 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (oktyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.
11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.11.2*21-ci il tarixli, **19337 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (noyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2363 m3, hesablanmış qaz sərfinin məbləği isə 59*,75 manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.
12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.12.2*21-ci il tarixli, **19843 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 3522 m3, hesablanmış qaz sərfinin məbləği isə 88*,5* manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.
13. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*1.2*22-ci il tarixli, **21415 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus restorana (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (yanvar 2*22) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 44*2 m3, hesablanmış qaz sərfinin məbləği isə 11**,5* manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.
14. “Təbii X4nın pozulması haqqında” 11.*2.2*22-ci il tarixli, *3*91*7 saylı aktdan görünür ki, abonent Əliyeva Ləman tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən restoranda olan qaz sayğacına baxış keçirilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. Akt BRQSD- nin mühəndisləri (Fərid Mirzəyev, Orxan Cabbarlı və Ələsgər Həsənov) tərəfindən imzalanmışdır. 16x24x5=192* m3, 29*8(2*22-ci il fevral 15 günlük)/15=194 m3, 194x5=97* m3, 192*-97*=95* m3.
15. 1*1***1**5**652 saylı abonent f/ş Əliyeva Ləmana aid (ofis) abonent saldosundan görünür ki, abonent qaz piltəsi PQ-6 (1/1), və kombi (3/3) adlı qaz cihazlarından istifadə edir. Abonentin sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı 2*21-ci ilin mart ayında 2612 m3 olmuşdur. Abonentə akta əsasən 2*19-cu ilin avqust ayında 2324,6 manat və may 2*21-fevral 2*22-ci il tarixli dövrdə aktlara əsasən cəmi 6481,2 manat məbləğində borc hesablanmışdır. 2*22-ci ilin sentyabr ayının sonuna abonentin borcu 8492,5 manat təşkil etmişdir.
16. 12.*1.2*23-cü ildə İddiaçı MMC tərəfindən pretenziya məktubu ilə Cavabdeh İByə müraciət edilərək 8492,5* manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” tərəfindən qaz sərfiyyatının ödənilməsi ilə bağlı 11 nömrəli *7.1*.2*22-ci il tarixli hesab-fakturaraya əsasən 1*/35994 kod üzrə *1.*9.2*22-ci il tarixdən 3*.*9.2*22-ci il tarixinədək cəmi 8.492,5* manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 4* ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X3” İB tərəfindən təqdim edilmiş qaz sərfiyyatı ilə bağlı Abonent saldosuna görə, Elster G-16 RVG EK-22* tipli, 77*57*51 nömrəli qaz sayğacı üzrə ümumi borc məbləği 8.492,5* manat göstərilmişdir. Yuxarıda yığılan borcun reallığı əks etdirmədiyini və əhatə müddətinin tarixlərdən də göründüyü kimi Covid-19 pandemiyası ilə bağlı bütün qida və məişət fəaliyyətlərini dayandırıldığı vaxta təsadüf edir. Yaranmış borcun əsasız olduğuna görə qazın verilməsi ara sıra kəsilməsi ilə müşayyət olur. Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunması, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirməsi və bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılması, bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmasını qeyd edilmişdir. Cavabdeh tərəfindən göstərilən tarixlərdə restoran ümumiyyətlə işləməmişdir, lakin buna baxmayaraq borc əmələ gəlmişdir. Həmin borcun silinməsi cavabdeh quruma təklif olunsa da həmin qurum bunu könüllü etməkdən boyun qaçırmışdır. Belə olan halda halda məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hesablanmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəmə qaydasında silinməsinə dair ərizə ilə borclu, pozulmuş hüquqların bərpası və mübahisəli məbləğin silinməsinə dair qərar çıxarılmasını qanuna müvafiq hesab edir. Eyni zamanada ərizəçi AR İnzibati Prossesual Məcəlləsinin 2-ci maddəsinə əsasən hərəkət və hərəkətsizliyindən məcbur edən aktlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan aktların mübahisələndirilən tərəf olaraq sayğacda yığılmış məbləğin silinməsi tələbini tam əsaslı hesab edirlər.
19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3699/2*24 nömrəli 11.*9.2*24 tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış 16,5 manat məbləğində borcun abunə hesabından silinməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. 2*. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 8.492,5* manat məbləğində qazdan istifadəyə görə borc 2*19-cu ilin avqustundan 2*22-ci ilin sentyabr ayının sonunadək müddət ərzində yaranmışdır. Həmin dövrdə abonentə aktlara əsasən 2*19-cu ilin avqustunda 2324,6 manat, may 2*21-fevral 2*22-ci il tarixli dövrdə cəmi 6481,9 manat məbləğində borc hesablanmışdır. Akta əsasən 2*19-cu ilin avqustunda hesablanmış 2324,6 manat borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edidiyi kimi həmin borc hesablandığı dövrdə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edən şəxs (icarəçi) olması iş materialları ilə müəyyən edilmədiyinin iddiaçı həmin borcu mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir. Aktlara əsasən may 2*21-fevral 2*22-ci il tarixli dövrdə hesablanmış cəmi 6481,9 manat məbləğində borca gəldikdə məhkəmə qeyd edir ki, sözügedən borc qaz sayğacının olmadığı 1* ay 15 günlük dövr üçün (2*21-ci ilin aprel-2*22-ci ilin fevralın 15-i) istifadə edilmiş qazın dəyəri olaraq hesablanmışdır. Digər tərəfdən “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən həmin əsasla borc sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı olduğu halda həmin aktlarda borcların cihazların saatlıq sərfiyyatına uyğun hesablandığı qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki abonentə, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən qaz sayğacının olmadığı müddət üçün qaz borcu qaz sayğacının çıxarıldığı tarixdən əvvəlki ayın 2*21-ci ilin mart ayının sərfiyyatına uyğun hesablanmalı idi (Bununla bağlı məhkəmə onu da qeyd edir ki, sayğacın çıxarıldığı tarixdən əvvəlki ildə koronavirus pandemiyası ilə əlaqədar ciddi karantin rejimi tətbiq edilməklə iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıldığından qaz sərfiyyatının 2*2*-ci ilin müvafiq aylarının sərfiyyatına uyğun hesablanması məqsədəmüvafiq deyildir). 2*21-ci ilin mart ayında abonentin qaz sərfiyyatının 2612 m3 olması nəzərə alınarsa qazdan istifadəyə görə borc 2*21-ci ilin aprel, may, iyun ayları (3 ay) üçün 1 m3 qazın qiyməti *,2* manat olmaqla 1567,2 manat (2612m3x*.2manatx3 ay); 2*21-ci ilin iyul-2*22-ci ilin fevral ayının 15-dək 7,5 ay) olan müddət üçün 1 m3 qazın qiyməti *,25 manat olmaqla 4897,5 manat, cəmi borc 6464,7 manat təşkil etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən sayğacın olmadığı müddət üçün abonentə hesablanmalı olan borc 6464,7 manat təşkil etməli olduğu halda həmin dövr üçün 6481,2 manat məbləğində borc hesablanmışdır. Beləliklə, Cavabdeh İB tərəfindən abonentə 16,5 manat məbləğində borc artıq hesablandığından həmin borc silinməlidir. Bundan əlavə məhkəmə mübahisəli dövrdə sayğacın sərfiyyatı düzgün qeydə almaması, belə olan halda sayğac göstəricilərinə əsasən hesablanmış borcun əsassız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin dəlillərinin əsaslılığını (qaz sayğacının həmin dövrdə nasaz olmasını, bununla bağlı qaz paylayıcıya müraciət etməsini və s.) təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən mübahisəli dövrdə qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcun əsassız sayılması üçün əsas yoxdur.
21. Məhkəmə hazırkı mübahisəyə AR MPM 385.1-ci maddəsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın bəndlərini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3699/2*24 nömrəli 11.*9.2*24 tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 4* ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X3” İB tərəfindən təqdim edilmiş qaz sərfiyyatı ilə bağlı Abonent saldosuna görə, Elster G-16 RVG EK-22* tipli, 77*57*51 nömrəli qaz sayğacı üzrə ümumi borc məbləği 8.492,5* manat göstərilmişdir. Yuxarıda yığılan borcun reallığı əks etdirmədiyini və əhatə müddətinin tarixlərdən də göründüyü kimi Covid-19 pandemiyası ilə bağlı bütün qida və məişət fəaliyyətlərini dayandırıldığı vaxta təsadüf edir. Yaranmış borcun əsasız olduğuna görə qazın verilməsi ara sıra kəsilməsi ilə müşayyət olur. Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunması, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirməsi və bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılması, bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmasını qeyd edilmişdir. Cavabdeh tərəfindən göstərilən tarixlərdə restoran ümumiyyətlə işləməmişdir, lakin buna baxmayaraq borc əmələ gəlmişdir. Həmin borcun silinməsi cavabdeh quruma təklif olunsa da həmin qurum bunu könüllü etməkdən boyun qaçırmışdır. Belə olan halda halda məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hesablanmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəmə qaydasında silinməsinə dair ərizə ilə borclu, pozulmuş hüquqların bərpası və mübahisəli məbləğin silinməsinə dair qərar çıxarılmasını qanuna müvafiq hesab edir. Eyni zamanada ərizəçi AR İnzibati Prossesual Məcəlləsinin 2- ci maddəsinə əsasən hərəkət və hərəkətsizliyindən məcbur edən aktlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan aktların mübahisələndirilən tərəf olaraq sayğacda yığılmış məbləğin silinməsi tələbini tam əsaslı hesab edirik. Lakin Bakı Kommersiya Məhkəməsi tələbimizi əsassız olaraq təmin etməmişdir. Aşağıdakı pozuntulara görə məhkəmənin qətnaməsi ləğv edilməlidir: Məhkəmə tərəfindən ekspertiza təyin olunmadan yekun akt çıxarılmışdır, bu zaman qaz sərfiyyatı ilə bağlı hesablamalar qanunsuz olaraq ekspertiza deyil, məhkəmə tərəfindən hesablanmışdır. Nəzərə alınmalıdır ki, şikayətə əlavə etdiyimiz sorğuya cavab olan qaz sərfiyyatı üzrə çıxarışdan aydın olur ki, bir neçə ay müəssisə ümumiyyətlə fəaliyyət göstərməmişdir. Bu aylar ərzində sayğacın texiniki nasazlığı səbəbindən əlavə borc hesablanmışdır. Sayğacın çıxarıldığı müddətdə isə borcun hesablanması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradəifadəsidir. - 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın: - 1.2-ci bəndinə görə istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -3.4-cü bəndinə görə hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. -5.4-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9- cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3699/2*24 nömrəli 11.*9.2*24 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 3*. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 8.492,5* manat məbləğində qazdan istifadəyə görə borc 2*19-cu ilin avqustundan 2*22-ci ilin sentyabr ayının sonunadək müddət ərzində yaranmışdır. Həmin dövrdə abonentə aktlara əsasən 2*19-cu ilin avqustunda 2324,6 manat, may 2*21-fevral 2*22-ci il tarixli dövrdə cəmi 6481,9 manat məbləğində borc hesablanmışdır. Akta əsasən 2*19-cu ilin avqustunda hesablanmış 2324,6 manat borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edidiyi kimi həmin borc hesablandığı dövrdə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edən şəxs (icarəçi) olması iş materialları ilə müəyyən edilmədiyinin iddiaçı həmin borcu mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir. Aktlara əsasən may 2*21 - fevral 2*22-ci il tarixli dövrdə hesablanmış cəmi 6481,9 manat məbləğində borca gəldikdə məhkəmə qeyd edir ki, sözügedən borc qaz sayğacının olmadığı 1* ay 15 günlük dövr üçün (2*21-ci ilin aprel-2*22-ci ilin fevralın 15-i) istifadə edilmiş qazın dəyəri olaraq hesablanmışdır. Digər tərəfdən “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən həmin əsasla borc sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı olduğu halda həmin aktlarda borcların cihazların saatlıq sərfiyyatına uyğun hesablandığı qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki abonentə, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən qaz sayğacının olmadığı müddət üçün qaz borcu qaz sayğacının çıxarıldığı tarixdən əvvəlki ayın 2*21-ci ilin mart ayının sərfiyyatına uyğun hesablanmalı idi (Bununla bağlı məhkəmə onu da qeyd edir ki, sayğacın çıxarıldığı tarixdən əvvəlki ildə koronavirus pandemiyası ilə əlaqədar ciddi karantin rejimi tətbiq edilməklə iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıldığından qaz sərfiyyatının 2*2*-ci ilin müvafiq aylarının sərfiyyatına uyğun hesablanması məqsədəmüvafiq deyildir). 2*21-ci ilin mart ayında abonentin qaz sərfiyyatının 2612 m3 olması nəzərə alınarsa qazdan istifadəyə görə borc 2*21-ci ilin aprel, may, iyun ayları (3 ay) üçün 1 m3 qazın qiyməti *,2* manat olmaqla 1567,2 manat (2612m3x*.2manatx3 ay); 2*21-ci ilin iyul-2*22-ci ilin fevral ayının 15-dək 7,5 ay) olan müddət üçün 1 m3 qazın qiyməti *,25 manat olmaqla 4897,5 manat, cəmi borc 6464,7 manat təşkil etməli idi. Belə olan halda məhkəmə hesab edir ki, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən sayğacın olmadığı müddət üçün abonentə hesablanmalı olan borc 6464,7 manat təşkil etməli olduğu halda həmin dövr üçün 6481,2 manat məbləğində borc hesablanmışdır. Beləliklə, Cavabdeh İB tərəfindən abonentə 16,5 manat məbləğində borc artıq hesablandığından həmin borc silinməlidir. Bundan əlavə məhkəmə mübahisəli dövrdə sayğacın sərfiyyatı düzgün qeydə almaması, belə olan halda sayğac göstəricilərinə əsasən hesablanmış borcun əsassız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin dəlillərinin əsaslılığını (qaz sayğacının həmin dövrdə nasaz olmasını, bununla bağlı qaz paylayıcıya müraciət etməsini və s.) təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən mübahisəli dövrdə qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcun əsassız sayılması üçün əsas yoxdur.
31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın keçirilməsinə zəruriyyət yoxdur, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun tətbiq etmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 4*2-4*6-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3699/2*24 nömrəli 11.*9.2*24 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, şikayət verilə bilməz.