Məhkəmə qərarları › İş №2-2(103)-1147/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1147/2023

28.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1147/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qərardadından cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1497,77 manat məbləğin və 60 manat mediasiya xərcinin, ümumilikdə 1557,77 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətindən 1497,77 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti elektron qaydada Nümayəndə3 imzalamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-986/2023 saylı, 31 oktyabr tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2720/2023 saylı qətnaməsindən cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qərardadı ilə cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2720/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2720/2023 nömrəli qətnaməsindən narazı qalan Xətai Rayon İcra Hakimiyyəti şikayət vermə müddətinə əməl etməklə, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət icraata qəbul edilərək, baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-986/2023 nömrəli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, iş birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Xətai Rayon İcra Hakimiyyətinin vermiş olduğu apellyasiya şikayəti Azrəbaycan Respublikası MPM-nin 363.1.1.-ci maddəsinə görə, yəni apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə əsası ilə geri qaytarılmışdır. Apellyasiya şikayəti geri qaytarılarkən Xətai Rayon İcra Hakimiyyəti tərəfindən adına verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə məhkəmə aktından apellyasiya şikayəti verilməsi səlahiyyətinin xüsusi olaraq göstərilməməsinə istinad olmuşdur. Belə ki, həmin etibarnamədə apellyasiya şikayətinin imzalanması səlahiyyətinin göstərilməməsi unudulduğundan şikayətə həmin səlahiyyəti imzalamaq səlahiyyətinin verilməsi, MPM-nin 74.2.2-ci maddəsinə uyğun olaraq xüsusi qeyd olunmasına əməl olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə uyğun olaraq, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)- 986/2023 nömrəli qərardadında göstərilmiş nöqsanlar aradan qaldırılmış, apellyasiya şikayəti 2023-cü ilin noyabrın 16-da yenidən verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2720/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılaraq şikayətin verilməsi üçün müddətin ötürüldüyü əsas kimi göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2720/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında, yəni xx.xx.2023-cü il tarixində verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-986/2023 nömrəli qərardadında göstərilmiş nöqsanlar aradan qaldırılmaqla şikayət 2023-cü ilin noyabrı 16-da yenidən verilsə də, ilkin apellyasiya şikayəti 2023-cü il sentyabrın 11-də, yəni vaxtında verildiyindən apellyasiya şikayətinin verilmə müddətinin bitməsi 2023-cü il sentyabrın 11-dən hesablanmaqla, vaxtında verilməsi kimi qiymətləndirilməlidir. Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023- cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qətnaməsi cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə rəsmi qaydada xx.xx.2023-cü il tarixində təqdim edilmiş, qeyd olunan qətnamədən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Bununla da, apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş bir aylıq müddət buraxılmışdır. Bundan başqa, şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən Xətai Rayon İcra Hakimiyyəti birinci dəfə apellyasiya şikayətinin verilməsinin son günü-xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-986/2023 nömrəli qərardadında göstərilmiş nöqsanlar ilə ağlabatan müddətdə aradan qaldırılmamış, yalnız 2023-cü ilin noyabrın 16-da aradan qaldırılaraq apellyasiya şikayəti yenidən verilmişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2-2(113)-2720/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar