Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1148/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı tutmanın ipoteka predmetinə və girov əmlakına yönəldilməsi, fərdi yaşayış evlərinin boşaldılması, banka təhvil verilməsi və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli e-2-2(113)-956/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 və Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 08.06.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək Cavabdeh3 MMC-dən İddiaçı ASCnin xeyrinə 2016-cı il 27 may tarixli kredit müqaviləsi üzrə 2 574 484,25 ABŞ dolları əsas, 122 433,77 ABŞ dolları faiz, 194 485,33 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2 891 403,35 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin , 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 2 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən ,ümumi sahəsi535 kv.m olan A-8yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-7 yaşayış kompleksi, Bakı şəhəri , Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-5 yaşayış kompleksi, Bakı şəhəri ,Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-2 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-l yaşayış kompleksi barəsində 07/16 saylı 12.05.2016-cı il tarixli, 08/16 saylı 12.05.2016-cı il tarixli, 09/16 saylı 12.05.2016-cı il tarixli, 10/16 saylı 12.05.2016-cı il tarixli, 17/18 saylı 12.05.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh5 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin , 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin , 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-2(113)-956/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh3 MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğində əsas borc, 122.433,77 ABŞ dolları məbləğində faiz borcu, 50.000 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 810.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılması, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 288.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (Ctik) saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 900.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi və iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-956/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması 20.10.2021-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi 29.09.2021-ci il tarixli sorğu məktubu ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC-nin nümayəndələri Qanuni nümayəndə tərəfindən verilmiş ərizəyə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364, 384.0.6 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-1148/2021 saylı 11.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə e-2-2(103)-1148/2021 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1148/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1148/2021
20.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver