Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-115/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdеh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*-*(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında: - 2015-ci il ## #### tarixli müqaviləyə əsasən, iddiaçıya 100.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; - 2015-ci il ## #### tarixli müqaviləyə əsasən, iddiaçıya 100.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; - 2018-ci il ## ######## tarixli müqaviləyə əsasən, iddiaçıya 200.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.
2. Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2020-ci il ## ####### tarixində 70.000 manat və 2020-ci il ## ###### tarixində 5.000 manat olmaqla, cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il # ###### tarixli *(***)-**/**** saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür (əsas: Azərbaycan Respublikası Baş Prokurorluğunun 2022-ci il # #### tarixli **/*** nömrəli məktubu).
3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi qarşısında 2023-cü il ## ####### tarixinə əsas məbləğ üzrə 124.341,33 manat, faiz borcu üzrə 6.631.04 manat və cərimə borcu üzrə 40.000 manat həcmində öhdəlikləri mövcuddur. Eyni zamanda, X2 ayrılmış kreditlə bağlı açılan cinayət işi üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 75.000 manat həcmində pul vəsaiti cavabdehin müvafiq hesablarına köçürülmədiyindən həmin vəsaitin borc üzrə mühasibat qalığından (124.341,33 manat) silinməsi aparılmamışdır (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ünvanlanmış 2023-cü il # ###### tarixli *-**-*/*-****/**** nömrəli məktub).
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə heyvandarlığın inkişafı məqsədilə X2 ayrılmış 200.000 manat həcmində kredit vəsaitinin təyinatdan kənar istifadəsi ilə əlaqədar cinayət işi açılmışdır. Qeyd olunan iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xəzinə hesabına 125.000 manat ödəniş edilmişdir. Eyni zamanda 75.000 manat məbləğində ödənişin müvafiq hüquq mühafizə orqanlarının depozit hesabına köçürülməsi məsələsi ilə bağlı qeyd olunmuşdur ki, həmin vəsait zərərçəkmiş olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ödənilməmişdir. Hazırda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi qarşısında 75.000 manat ödənilməmiş vəsait və borc ödənişinin gecikdirilməsinə görə 20.000 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 95.000 manat borcu qalmışdır (əsas: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 2021-ci il ## ####### tarixli 22/01/05- **** nömrəli məktub).
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın adı əvvəlcə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, daha sonra Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin Idarə Edilməsi üzrə Dövlət Xidməti olmuş, hazırda isə Aqrar Kredit və Inkişaf Agentliyidir. Iddiaçıya ümumilikdə 400.000 manat kredit ayrılmış, kredit müqavilələrinin ümumi şərtlərinə əsasən, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının cavabdehə əsas borc üzrə 49.341,33 manat borcu vardır. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq 40.000 manat cərimə hesablanmışdır. Belə ki, ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsi yubanmışdır. Cavabdeh isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu iddiaçıya hesablamışdır. Cavabdehin hesabladığı əsas borcla və cərimə borcu ilə bağlı hissəsi yuxarıda qeyd edilən hissədə əsassızdır. Hazırda iddiaçının cavabdeh qarşısında əsas borc üzrə 49.341,33 manat, faiz borcu üzrə 6.631,04 manat olmaqla cəmi 55.972,37 manat borcu qalmışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, baxılmış cinayət işi üzrə 75.000 manat dövlət büdcəsinə köçürülmüş, cavabdehə ödənilməmiş və həmin pul cavabdehdə açıqda qalmışdır. Bundan başqa, cavabdeh iddiaçının digər 4 öhdəliyinin də mövcud olduğunu və 40.000 manat cərimənin yalnız 75.000 manat məbləğə aid olmadığını, ümumi bütün məbləğlərə görə hesablanmış məbləğ olduğunu bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 75.000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən iddiaçı həmin məbləğin kredit borcundan silinməsini tələb etməkdə haqlı olmamışdır.
10. Iddia tələbinin 40.000 manat cərimənin silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilən cərimə məbləğinin hansı əsasla silinməli olmasına dair iddiaçı tərəfindən hər hansı əsas göstərilməmiş, eyni zamanda həmin cərimə məbləğinin 75.000 manat məbləğə görə hesablanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin mövqeyinə görə, cərimə məbləği hətta 75.000 manat məbləğə görə hesablanmış olsaydı belə, mübahisələndirilən əsas məbləğlə bağlı yuxarıda göstərilənlərə əsasən iddia cərimə məbləğinin silinməsi hissəsində də təmin oluna bilməzdi.
11. Məhkəmə iddianın müvafiq məlumatın “xxxx” MMC-yə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb digər tələblərə əsaslanmaqla onlardan asılı olduğundan və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.1, 442, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, bununla da məhkəmənin düzgün nəticəyə gəlmədiyini irəli sürmüşlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdеh tərəfindən iddiaçıya əsassız hesablanmış 75.000 manat əsas borc məbləği, 20.000 manat dəbbə pulu silinmiş və bu barədə müvafiq məlumatın “xxxx” MMC-yə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).
15. Məhkəmə kollegiyasının mövqeyinə görə, hökmlə (bax § 2) müəyyən edilmişdir ki, iddiaçı tərəfin kredit müqaviləsini bağlamaqda məqsədi kredit məbləğini mənimsəmək olmuşdur. Belə ki, iddiaçı tərəfindən sözügedən kredit müqaviləsinin sırf görünüş üçün, yəni həqiqətdə heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlandığı təsdiq edilmişdir. 2018-ci il ## ######## tarixli kredit müqaviləsi özlüyündə bağlandığı andan etibarsız əqd olmuşdur.
16. Iddiaçı etibarsız əqdin etibarsızlığından doğan nəticəni, yəni kredit məbləğinin cavabdehə qaytarılması vəzifəsini (200.000 manatın 125.000 manat hissəsinin qaytarılmasını cavabdeh məktubla etiraf etmişdir) yerinə yetirmiş, 75.000 manat pul vəsaiti isə cinayət işi çərçivəsində dövlət büdcəsinə qaytarılmışdır. Kredit dövlət orqanı tərəfindən verildiyindən, həmin vəsait dövlət büdcəsindən ayrıldığından və son nəticədə dövlət büdcəsinə qayıtdığından iddiaçı cavabdeh qarşısında kredit məbləğini qaytarmaq öhdəliyini yerinə yetirmişdir. Öhdəliyin yerinə yetirilməsi isə öhdəliyin (əqdin etibarsızlığından doğan) xitamına səbəb olur. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına uyğun olmayan hüquq normalarını tətbiq etmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyən etməmişdir.
17. Məhkəmə kollegiyası iddia tələbinin cərimə pulunun silinməsi hissəsini qismən əsaslı hesab etməklə vurğulamışdır ki, cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsasən, etibarsız hesab olunmuş əqd üzrə 20.000 manat cərimə məbləği hesablandığından, iddiaçının iddia etdiyi 40.000 manat cərimə məbləğindən yalnız 20.000 manat hissəsi silinməlidir. Digər 20.000 manat hissənin isə silinməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, bu cərimə məbləği digər etibarlı kredit müqavilələri əsasında hesablanmışdır.
18. Iddiaçının hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin edilməsini istədiyi mənafe cavabdeh qarşısında borc öhdəliyinin mövcud olmamasının təsbit edilməsidir. Iddiaçı bunu apellyasiya baxışında da açıqca ifadə etmişdir. Iddiaçının “öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 337.1, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 399.1, 442, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun qismən – iddianın təmin edilməmiş hissəsində ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
21. Qətnamədən həmçinin cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – cavabdeh tərəfindən iddiaçıya hesablanmış dəbbə pulunun silinməsi hissəsində ləğv edilməsi və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə iddiaçı tərəfindən 2020-ci il ## ####### tarixində 70.000 manat və 2020-ci il ## ###### tarixində 5.000 manat olmaqla, cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il # ###### tarixli *(***)-**/**** saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit dövlət orqanı tərəfindən verildiyindən, həmin vəsait dövlət büdcəsindən ayrıldığından və son nəticədə dövlət büdcəsinə qayıtdığından iddiaçı cavabdeh qarşısında kredit məbləğini qaytarmaq öhdəliyini yerinə yetirmişdir. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyini tamamilə haqlı hesab edir və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Sözügedən hökmdən məlum olur ki, hazırkı cavabdeh həmin cinayət işi üzrə mülki iddiaçı olmuşdur. Bu səbəbdən də, mübahisəli vəsaitin dövlət büdcəsinə köçürülməsi hissəsində hökmlə razı olmadığı təqdirdə onu müvafiq qaydada mübahisələndirmək hüququna malik idi. Lakin hökmün hazırkı cavabdeh tərəfindən mübahisələndirilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, MM-də borclunun borclu olduğu pul vəsaitini prokurorluğun depozit hesabına qoymaqla müqavilə öhdəliyini icra etməsinə dair birbaşa normalar nəzərdə tutulmasa da, MM-in 532.1 və 532.3-cü maddələrində öhdəliyə depozitə qoyma (o cümlədən pulların və ya sənədli qiymətli kağızların notariusun depozit hesabına qoyulması) nəticəsində xitam verilməsi institutu təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin normaların hazırkı mübahisəyə analogiya qaydasında tətbiqi mümkündür. Belə ki, iddiaçı ondan tələb olunan vəsaiti səlahiyyətli hüquq mühafizə orqanı kimi prokurorluğun depozitinə yerləşdirməklə öhdəliyin icrası istiqamətində üzərinə düşən vəzifəni yerini yetirmiş, bu vəsait məhkəmənin müvafiq hökmünə əsasən dövlət büdcəsinə köçürülmüş, həmin cinayət işində mülki iddiaçı və hazırkı kommersiya işində cavabdeh olan dövlət qurumu isə bu hökmü müvafiq hissədə mübahisələndirməmiş, beləliklə pulun dövlət büdcəsinə köçürülməsinə etiraz etməmişdir (hər halda belə faktların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir). Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin vəsaitin bilavasitə cavabdehin hesabına deyil, məhkəmənin müvafiq hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən dövlət büdcəsinə köçürülməsi iddiaçıdan asılı olan səbəb kimi qiymətləndirilə və iddiaçı MM-in 448.1 və 448.2ci maddələrinin tələblərinə uyğun olaraq sözügedən öhdəliyin icra olunmamasına görə təkrar mülki məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisəli borc vəsaitinin iddiaçıya münasibətdə silinməmiş saxlanılması üçün cavabdehin hüquqi əsası qalmamış, ona görə də apellyasiya instansiyası məhkəməsi həmin məsələdə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası 2018-ci il ## ######## tarixli kredit müqaviləsinin özlüyündə bağlandığı andan etibarsız əqd olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün də qeyd etdiyi kimi, iddiaçı tərəfin kredit müqaviləsini bağlamaqda məqsədi kredit məbləğini mənimsəmək olmuşdur. Cavabdehin, yəni kredit verən təşkilatın müvafiq vəzifəli şəxslərinin isə krediti cinayətkar məqsədlərlə iddiaçıya verməsi məhkəmənin hökmü ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, uydurma əqdin bağlanması müqavilənin hər iki tərəfinin bu istiqamətdə bir-biri ilə razılaşdırılmış şəkildə aktiv hərəkətlər etməsini şərtləndirir. MM-in 340.1-ci maddəsinin məzmunundan da aydınlaşır ki, qarşı tərəfin arzu və istəyi olmadan bir tərəfin uydurma əqd bağlaması qeyri-mümkündür. O da qeyd olunmalıdır ki, 2018-ci il ## ######## tarixli kredit müqaviləsinin etibarsız olmasına nə iddiaçı, nə də ki cavabdeh istinad etmişdir. Ümumiyyətlə, belə bir iddia tələbi də mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən kredit müqaviləsini uydurma əqd olması barədə qənaətə gələrkən hüququn tətbiqində səhvə yol vermişdir. Bu səhv isə öz növbəsində digər iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.
Təkrar apellyasiya baxışı
24. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” MMC arasında imzalanmış ## #### 2015-ci il tarixli müqaviləyə əsasən əsas borcun və faiz məbləğlərinin ödənilməsində gecikdirilmə mövcuddurmu? Mövcuddursa gecikdirilən günlərin sayı ilə bağlı ətraflı və izahlı arayış təqdim edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” MMC arasında imzalanmış ## #### 2015-ci il tarixli müqaviləyə əsasən əsas borcun və faiz məbləğlərinin ödənilməsində gecikdirilmə mövcuddurmu? Mövcuddursa gecikdirilən günlərin sayı ilə bağlı ətraflı və izahlı arayış təqdim edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “xxxx” MMC arasında imzalanmış ## ######## 2018-ci il tarixli müqaviləyə əsasən əsas borcun və faiz məbləğlərinin ödənilməsində gecikdirilmə mövcuddurmu? Mövcuddursa gecikdirilən günlərin sayı ilə bağlı ətraflı və izahlı arayış təqdim edilsin.
25. ##.##.2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyi daxil olmuşdur.
26. Ekspert rəyində qeyd edilmişdir ki, bağlanmış kredit müqavilələri üzrə dəbbə pulunu müəyyən etmək mümkün olmamışdır.
27. Cavabdehin ## ##### 2026-cı il tarixli məhkəmə iclasında iştirak edən nümayəndəsi Xasənmədov Emil bildirmişdir ki, hər müqavilə üzrə ayrılıqda ödəniş qrafiki tərtib edilmir. Müqavilə üzrə ümumiyyətlə ödəniş qrafikləri olmur. 2 il müddət ərzində yalnız faiz ödənişi edilir, qalan 3 il ərzində isə əsas məbləğ bərabər hissələrə bölünərək ödəniş edilir. Məhkəməyə təqdim edilmiş qrafik sistem tərəfindən hesablanmış qrafikdir. Cərimə kreditin maksimum 10%-i həcmində hesablana bilər. Bu səbəbdən ##.##.2020-ci il tarixdən sonra cərimə hesablanması dayandırılmışdır. Əsas cərimə məbləği ##.##.2018ci il tarixli kredit müqaviləsi üzrə yaranmışdır. Qrafikdən də görünür ki, ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği tez tələb edilib. Bunun da səbəbi ondan ibarət olmuşdur ki, ## ###### 2019-cu il tarixdə monitorinq keçirilmiş, nəticədə vəsaitin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə gecikmə yaranmamışdı. Gecikmə isə digər müştərilər üzrə olan məbləğlərdə yaranmışdır. Faktiki 124.000 manat borc olmuş, həmin borc məbləğinin hamısı gecikmədə olmuşdur. Lakin 200.000 manat üzrə isə 125.000 manat bizə ödənilmiş, daha sonra cinayət işi açılan zaman 75.000 manat da Prokurorluğun depozit hesabına ödənilmişdir.
28. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “cərimə borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
47. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
48. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, mübahisəli cərimənin hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda düzgün hesablanıbhesablanmaması, həmin cərimənin silinməsi üçün əsasların mövcud olub-olmaması araşdırılmalıdır.
49. Kollegiya qeyd edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələrdə tərəflər müvəkkil kredit təşkilatının Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəməsi” barədə razılığa gəlmişdirlər.
50. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
51. Işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 40.000 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməlidir.
52. Belə ki, cavabdehin məhkəmə icalsında iştirak edən nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edilir ki, ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği vaxtından əvvəl tələb edilmiş və həmin kredit müqaviləsi üzrə gecikmə omamışdır.
53. Bu səbəbdən kollegiya qeyd edir ki, iddiaçıya ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 manat cərimə hesablanmasının hüquqi əsası yoxdur.
54. Eyni zamanda kollegiya qeyd edir ki, 49.341,33 manat məbləğində kredit borcuna görə iddiaçıya hesablanmış 20.000 manat məbləğində cərimə öhdəliyin mahiyyəti, pozuntunun xarakteri və nəticələri ilə müqayisədə aşkar surətdə yüksəkdir.
55. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cərimə institutu öhdəliyin icrasını təmin etməyə yönəlmiş vasitə olmaqla yanaşı, tərəfin əsassız olaraq ağır maliyyə yükü altına salınmasına xidmət etməməlidir. Hazırkı halda tələb olunan cərimə məbləği faktiki zərərin həcmi və öhdəliyin pozulmasının nəticələri ilə adekvat uyğunluq təşkil etmir və bu səbəbdən ədalətlilik və mütənasiblik prinsiplərinə cavab vermir.
56. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış 20.000 manat məbləğində cərimə həddindən artıq yüksək olmaqla azaldılmalı və işin konkret halları, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, tərəflərin mənafeləri, eləcə də mütənasiblik prinsipi nəzərə alınmaqla 5.000 manat məbləğində müəyyən edilməlidir.
57. Beləliklə kollegiya yuxarıdakı mövqeyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamə “iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “40.000 manat cərimə borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 35.000 (otuz beş min) manat dəbbə pulu silinsin və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
58. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi “iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “40.000 manat cərimə borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 35.000 (otuz beş min) manat dəbbə pulu silinsin və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “40.000 manat cərimə borcunun silinməsi və bu barədə müvafiq məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.