Məhkəmə qərarları › İş №2-2(103)-116/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-116/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-116/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-3645/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 16 avqust 2019- cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 28957,29 manat, əsas borca hеsablanmış faiz borcu 176,96 manat olmaqla, cəmi 29134.25 manat məbləğində borcun, 16 avqust 2019-cu il tarixli, 100850-749099\1 nömrəli kredit müqaviləsi üzrə 4711,42 manat əsas borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 49.2 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oradan çıxarılması və həmin evin boşaldılması haqqında qətnamə çıхarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-3645/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 (ipoteka qoyan) apellyasiya şikayəti verərək Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-3645/2021 saylı, 11.10.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddianı təmin edərkən evin ilkin satış qiymətini 79 000 manat müəyyən edən qiymətləndirmə rəyinə əsaslanmışdır. Hansı ki, qiymətləndirmə rəyində qeyd edilmiş qiymət bağ evinin real bazar qiymətindən çox aşağı dəyərləndirilmişdir. Qiymətləndirməni həyata keçirmiş mütəxəssis sözü gedən rəydə qeyd edilən qiymətin real bazar qiymətindən aşağı olma faktını məhkəmə iclasında qeyd etmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin cavabdehin nümayəndəsinin təkrar ekspertiza keçirilməsinə dair vəsatətini təmin etməmişdir. Qiymətləndirici şirkət "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadına uyğun olaraq Bakı şəhəri, Vişnovka-1 bağ sahəsi,1373 saylı bağ evinin bazar və likvid dəyərinin müəyyən edilməsini təmin etmək məqsədilə araşdırma aparmış və sözügedən bağ evinin bazar dəyərini 93.000 manat, likvid dəyərini isə 79.000 manat müəyyən etmişdir. Sözügedən qiymətləndirmə rəyi qərəzlidir və qanuna müvafiq müəyyən edilməmişdir. Belə ki, qiymətləndirmə zamanı yalnız mülkiyyətdən çıxarış əsasında müəyyən edilmiş sahələr, təmir olunmuş və sahəsi mülkiyyətdən çıxarışda qeyd edilmiş tikililər nəzərə alınmışdır. Halbuki, sözügedən bağ evində dəyəri 3000 manat olan 4 ədəd palma ağacı, çoxlu sayda meyvə ağacları və mülkiyyətdən çıxarışda qeyd edilməyən ümumi sahəsi 450 kv.m olan tikili mövcuddur. Hansı ki, ümumillikdə bunların dəyəri və mövcudluğu qiymətləndirmə rəyində öz əksini tapmalı idi. Bundan əlavə bağın həm bazar, həm likvid dəyəri qərəzli şəkildə az göstərilmişdir. Qiymətləndirmə rəyi Azərbaycan Respublikası mövcud qanunvericiliyi, Milli Qiymətləndirmə Standartları 2009, X1 2020 istinad edilmişdir. Halbuki, X1 2021 və digər hallara istinad edilməli idi. Sözügedən qiymətləndirmə rəyi qanunsuz hesab edilməli və yenidən araşdırılaraq, qanuni qiymətləndirmə rəyi təyin edilməlidir. Əlavə olaraq cavabdehlər Cavabdeh1 Qulamirzə oğlu və cavabdeh X3 arasında vərəsəliyin müəyyən edilməsi ilə bağlı mülki məhkəmə mübahisəsi mövcuddur. İşin icratını aparmış Kommersiya Məhkəməsi qeyd edilən bu faktları nəzərə almadan (vərəsəlik işi yekunlaşana qədər işin icraatını dayandırmalı olduğu halda icraatı davam etdirmişdir) qanunsuz qərar qəbul etmişdir. Cavabdeh5, X7 azyaşlıdır və onlar cavabdeh qismində cəlb edilməsi qanuna ziddir. Cavabdeh1 Qulamirzə oğlunun öz mülkiyyətində olan bağ evinin mərhum oğlunun götürdüyü kredit üzrə ipoteka ilə yüklü edilməsi hal-hazırda digər vərəsələrin mərhuma məxsus əmlakları mənimsədiyi halda borcun miras əmlakından pay almayan şəxsə yönəldilməsi qanuna ziddir və Mülki Məcəllənin öhdəliyə dair normasını pozmuşdur. İşə apellyasiya qaydasında sonuncu dəfə baxılması 25.05.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndələri iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəki iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-3645/2021 nömrəli qətnaməsi-ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, tələb yönəldilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin və üzərində olan bağ evininin ilkin satış qiyməti 150000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X6 (25.09.2019-cu il tarixdə vəfat etmiş) arasında 15 avqust 2019-cu il tarixdə kredit limitinin ayrılması haqqında GA.748755.1 nömrəli baş saziş bağlanmış, həmin saziş çərçivəsində iddiaçı ilə X6 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 100850-749099/1 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində, 16 avqust 2019-cu il tarixli 100875-748755/1 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 30.000 manat məbləğində kredit X4 dövriyyə vəsaitinin artırılması məqsədilə verilmişdir. Kredit limitinin ayrılması haqqında 15 avqust 2019-cu il tarixli, GA.748755.1 nömrəli baş sazişdə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan bağ evi İddiaçı ASC Cavabdeh1 və X6 arasında bağlanmış 15.08.2019-cu il tarixli GA.748755.1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka dövlət qeydiyyatına (********** nömrəli çıxarış) alınmışdır. İş materiallarında olan ünvan 2 ünvanlanmış 20.05.2020-ci il tarixli 529 nömrəli məktubdan görünür ki, 25.09.20119-cu il tarixdə vəfat etmiş borclu mərhum X2 vərəsələrinin müraciətləri əsasında vərəsəlik işi açılmış və ünvan 3 ünvanında qeydiyyatda olan vərəsələri: arvadı Cavabdeh4 miras əmlakdan 6/4 hissədə, 26.06.2003cü ildə anadan olmuş oğlu Cavabdeh5 miras əmlakdan 6/1 hissədə, 03.09.2009-cu ildə anadan olmuş oğlu Cavabdeh6 miras əmlakdan 6/1 hissədə pay almalarına dair 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində 20.05.2020-ci il tarixdə 2V/266, 2V/267, 2V/268, 2V/269 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırki iddia ilə qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcunun vərəsələrdən tutulması tələbi irəli sürülmüş və borcun vərəsələrdən tutulması qət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməklə iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdeh (ipoteka qoyan) Cavabdeh1 tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. İddiaçı ASC Cavabdeh1 və X6 arasında bağlanmış 15.08.2019-cu il tarixli GA.748755.1 nömrəli sonrakı ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan bağ evinin ilkin satış (likvid) qiyməti 65000 manat göstərilmişdir. İşdəki "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli MB-14/1077 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmetinin 09 sentyabr 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 93000 manat, likvid dəyəri isə 79000 manat təşkil edir. Qeyd edilən qiymətləndirmə hesabatında qiymətləndirilən bağ evinin ümumi sahəsinin 49,2 kv.m olduğu qeyd edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi “X5” MMC-yə həvalə edilmiş, “X5” MMC-nin 27.04.2022-ci il tarixli, 027/LBC saylı qiymətləndirmə hesabatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi ərazisində 0,16 ha torpaq sahəsində yerləşən 1373 saylı bağ evinin real bazar dəyəri nəzərə alınmaqla hazırkı dövrə olan likvid qiyməti 150000 manat müəyyən edilmişdir. Qeyd edilən hesabatdan görünür ki, bağ evinin ümumi sahəsi 114,7 kv.m-dir. Bu da onu təsdiq edir ki, ipoteka predmeti olan bağ evində çıxarışda sahəsi öz əksini tapmamış tikililər mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 məhkəməyə ipoteka predmetin olan əmlakın çıxarışda qeyd edilməyən tikililərlə birlikdə qiymətləndirilməsi birinci instansiya məhkəməsinə vəsatət vermiş, qeyd edilən vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdəki əmtəəşünaslıq ekspertizasının rəyləriqiymətləndirmə hesabatları müqayisə edilərsə ipoteka predmeti olan əmlakın likvid dəyəri ilə bağlı “X5” MMC-nin hesabatı "xxxx" MMC Qiymətləndirmə Şirkətinin verdiyi hesabatından daha mötəbər və əsaslı sübut kimi qəbul edilməlidir. Belə ki, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin hesabatında bağ evinin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd edildiyi kimi 49,2 kv.m qeyd edilmiş, qiymətləndirmə bu sahəyə uyğun həyata keçirilmiş, çıxarışda sahəsi qeyd edilməmiş əlavə tikililərin mövcudluğu nəzərə alınmadan bağ evinin bazar dəyəri cəmi 18570,9 manat, torpaq sahəsinin bazar dəyəri isə 74426,9 manat, əmlakın ümumi qiyməti 93000 manat göstərilmiş, buna müvafiq olaraq likvid dəyəri 79000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən cavabdehin mülkiyyətində olan bağ evinə qoyulan qiymət əhəmiyyətli dərəcədə aşağı olduğundan ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti “X5” MMC tərəfindən müəyyən edilmiş likvid dəyər əsasında- 150000 manat müəyyən edilməli, qətnamə həmin hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, Cavabdeh1 Qulamirzə oğlu və cavabdeh X3 arasında vərəsəliyin müəyyən edilməsi ilə bağlı mülki məhkəmə mübahisəsi mövcud olduğundan məhkəmə vərəsəlik işi yekunlaşana qədər işin icraatını dayandırmalı olduğu halda icraatı davam etdirmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, cavabdehlər arasında vərəsəliklə bağlı mülki icraat qaydasında məhkəmə mübahisəsi olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə sənədlər təqdim edilmədiyindən, o cümlədən iş üzrə icraatın dayandırılması barədə məhkəməyə vəsatət verilmədyindən apellyasiya şikayəti bu hissədə əsassızdır. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qanuni nümayəndələri (anaları) Cavabdeh4 tərəfindən qətnamənin onlara aid (kredit borcunun tutulması ilə bağlı) hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə həmin cavabdehlərə qarşı iddia qaldırılmasının qanunsuz olduğuna dair apellyasiya şikayətində qeyd edilənlərə münasibət bildirilməsini zəruri hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2- 2(113)-3645/2021 nömrəli qətnaməsi dəyişdirilməli, tələb yönəldilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin və üzərində olan bağ evininin ilkin satış qiyməti 150000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli e-2-2(113)-3645/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Tələb yönəldilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan bağ evininin ilkin satış qiyməti 150.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar