Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-116/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e2- 2(113)-1579/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 027R**********SB saylı, xx.xx.2021-ci il tarixli 027R**********SC saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 27.027,47 manat məbləğində krеdit bоrcu, 7.633,81 manat məbləğində faiz bоrcu və 4.252,31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38.913,59 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 6,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədəm Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1579/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddiadan imtina etdikləri və iş üzrə icraata xitam verilməsi barədə ərizə, xx.xx.2023-cü il tarixdə isə cavabeh tərəfindən kredit öhdəliyinin tam yerinə yetirilməsi barədə arayış təqdim edilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş, digər cavabdeh və iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının ərizəsinə baxaraq qeyd edir ki, ərizə İddiaçı QSC-nin X1 tərəfindən imzalanmışdır və hesab edir ki, ərizə təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina ərizəsi qəbul edilməli və iş üzrə icraata icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı QSC-nin iddiadan imtina ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-116/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-116/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver