Məhkəmə qərarları › İş №2-2(103)-1160/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1160/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1160/2024 16.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-861/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və X3 birgə qaydada DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 8133,81 manat cərimə borcu olmaqla, cəmi 76934,84 manat məbləğində borcun; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 19888,89 manat cərimə borcu olmaqla, cəmi 146659,72 manat məbləğində borcun; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 1284,78 manat faiz borcu, 155,03 manat cərimə borcu olmaqla, cəmi 13712,5 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DCL00181216-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 68801,03 manat əsas borc, 17674,22 manat cərimə borcu olmaqla, cəmi 86475,25 manat; DCL00181216-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 125000 manat əsas borc, 1770,83 manat faiz borcu, 37222,22 manat cərimə borcu olmaqla, cəmi 163993,05 manat; DC00181216-12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12272,69 manat əsas borc, 2150,12 anat faiz borcu, 634,36 manat cərimə borcu olmaqla, cəmi 15057,17 manat təşkil edir. Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 156 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-861/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından isə görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMn-nin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verildiyi halda sonuncu tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır), müddətin bərpası üçün vəsatət isə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə müvafiq olaraq, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-861/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar