Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1161/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3912/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsinin və bu müqaviləyə edilmiş 26 fevral 2020-ci il tarixli, 3M-123 nömrəli əlavənin ləğv olunması, ödənilməmiş qalmış 13 000 (on üç min) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsinin və bu müqaviləyə edilmiş 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli əlavənin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş qalmış 23467 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; cavabdehin icarə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsi və həmin müqavilənin 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli Əlavəsi ləğv edilmiş hesab edilmiş, cavabddeh Cavabdeh MMC-dən 23467 manat məbləğində pul, 160,40 manat dövlət rüsumu, ümumilikdə 23627,40 (iyirmi üç min altı yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3912/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3912/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3912/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Cavabdeh MMC-yə geri qaytarılmış, apellyasiya şikayəti verilərkən ödənilmiş 80,20 manat dövlət rüsumu Cavabdeh MMC-yə geri qaytarılmışdır. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3912/2025 saylı qərardadının ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3912/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində - məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir yazılmışdır, ümumiyyətlə məhkəmə tərəfindən cavabdehə hər hansı məhkəmə bildirişi daxil olmamışdır. Əgər məhkəmə tərəfindən hər hansı bildiriş daxil olmursa, iştirakları təmin olunmursa o zaman şikayəti hüquqi şəxsin hüquqşünası və ya digər bir əməkdaşı hansı formada verə bilərdi? Məhkəmə qəbul etdiyi qərardadda əgər müddəti bərpa etmirsə bu zaman qeyd olunan məsələyə də hüquqi qiymət verməli idi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3912/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3912/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, 10 iyul 2025-ci il tarixli, e-2- 2(113)- 3912/2025 saylı nömrəli qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və sonuncuya həmin sistem vasitəsilə bu barədə məlumat “Elektron ünvan ” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamaqla müddətin sonuncu günü qeyri-iş gününə düşdüyündən xx.xx.2025-ci il tarixdə başa çatmışdır). O da qeyd edilməlidir ki, müddətin bərpa edilməsinə əsas kimi ərizədə istiad edilən hallar apellyasiya şikayətinin vaxtında verilməsi üçün obyektiv maneələr yaradan hallar olmamaqla müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Şikayətdə istinad olunan dəlillərə dair qeyd edilir ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və həmin vaxtdan keçirilmiş bütün məhkəmə prosesləri barədə cavabdehin qanuni təmsilçisinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məlumat verilib. Bundan başqa, məhkəmə aktı barədə məlumat şirkətin vergi sistemində yaradılmış kabinetinə də yerləşdirilib. Bütün göstərilənlər məhkəmənin cavabdehi məlumatlandırmaq üçün müvafiq prosessual hərəkətləri yerinə yetirdiyini sübut edir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3912/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1161/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1161/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver