Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1163/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı F.H.Abbasova və E.M.X12 Mahmud X7 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4012/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə cavabdeh “Mahmud” X5 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun Cavabdeh İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Mahmud” X10 və onun xidmət göstərdiyi məktəblərdə Cavabdeh İB tərəfindən sökülmüş qaz sayğaclarının Cavabdeh İB-nin hesabına quraşdırılması, ekspertiza tədqiqatı üçün sərf edilmiş 390 manatın 300 manat hissəsinin “Mahmud” X5, 90 manat hissəsinin Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)-2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İlkin iddia təmin edilmiş. «Mahmud» X5 421391,12 manat məbləğində təbii qazdan istifadəyə dair yaranmış borc tutularaq Cavabdehnə ödənilməsi, “Mahmud” X7 Cavabdehnə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(102)-84/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)- 2/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi qismən – MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilməsi; həmin hissələrdə yeni qətnamə qəbul edilərək, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc İB-nin xeyrinə tutulmuş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 may tarixli 2-2(102)-252/2022 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçıCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi iddiaçı Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2-2(85)- 80/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İB-nin iddiası tələbi qismən təmin edilərək F.H.Abbasova və E.M.X12 “Mahmud” X5 CavabdehİB-nin xeyrinə Sumqayıt şəhəri üzrə uşaq baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 124054,82 manat məbləğində borc , 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi 0,40 qəpik xidmət haqqının tutulması qət edilmişdir.
7. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 2(105)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “Mahmud” KFT-dan təbbi qazdan istifadəyə görə yaranmış 286328,82 manat məbləğində borcun Cavabdeh İB-nin xeyrinə tutulması qət etdildiyi və icra sənədində qeyd olunan məbləğ “Mahmud” KFT tərəfindən tam şəkildə ödənildiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)- 83/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)- 83/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh “Mahmud” X4rşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması haqqında ilk iddia tələbinə və “Mahmud” X7 Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi və qaz sayğaclarının quraşdırılması haqqında qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizəyə baxaraq, məhkəmə ərizənin təmin edilməməsini qərara almışdır. Həmin qərardaddan görünür ki, ərizəçinin ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən 421391,12 manat borcun olması bildirilsə də məhkəmə tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 135062,3 (421391,12 manatdan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.Abbasova və E.M.X12 “Mahmud” X7 balansından silinməmişdir. Cavabdeh iddia tələbində tələb edilən məbləğlə məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğin arasında yaranan 135062.3 manat pulu Təsərrüfatın balansından silmir və əsas gətirir ki, məhkəmə qətnamə qəbul edərkən 421391,12 manat məbləğdən 286328,82 manat hissəsini təmin etsə də yaranan fərq olan 135062,3 manatın silinməsi barədə heç bir qeyd aparmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı F.H.Abbasova və E.M.X12 Mahmud X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 tərəfindən hesablanmış 151.580,10 manat borcun əsassız olduğu üçün silinməsi, çəkilmiş 400 manat məbləğində mediasiya xərcinin və 41,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azəriqaz” İB “Mahmud” KFT-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 84.727,20 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İB iddia ərizəsinə əlavə verərək MKFT-dıən 421.391,12 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh İB iddia tələbinə əlavə verərək MKFTdan 421.391,12 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbuledilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi; qarşılıqlı iddia təmin edilmiş, MKFT və onun xidmət göstərdiyiməktəblərdə İB tərəfindən sökülmüş qazsayğaclarının İB-nin hesabına quraşdırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)-2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddianın təmin edilməsi, MKFTdan 421.391,12 manat təbii qazdan istifadəyə dair yaranmış borcun tutularaq İB-yə ödənilməsi; MKFT-nın İB-yə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(102)-84/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2- 2(105)- 2/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)- 83/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)-05/2019 saylı qətnaməsi qismən – MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması hissələrində ləğv edilməsi; həmin hissələrdə yeni qətnamə qəbul edilərək, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borcun İB-nin xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022- ci il 5 may tarixli 2-2(102)-252/2022 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib. Göründüyü kimi Cavabdeh İB tərəfindən 421391,12 manat borcun olmasını bildirilsə də məhkəmə tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 135062,3 ( 421391,12 manat dan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.Abbasova və E.M.X12 “Mahmud” X7 balansından silinməmişdir. Bundan başqa Cavabdeh İB cavabdeh “Mahmud” X4rşı iddia qaldıraraq cavabdehdən Sumqayıt şəhəri üzrə Uşaq Baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 140571,90 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqının məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2-2(85)-80/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək F.H.Abbasova VƏ E.M.X12 “Mahmud” X5 Cavabdeh İB-nin xeyrinə Sumqayıt şəhəri üzrə uşaq baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 124054,82 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi 0,40 qəpik xidmət haqqının tutulması qət edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 16517,080 ( 140571,90 manat dan 124054,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti “Mahmud” X7 adından silinməmişdir. Pretenziya qaydasında cavabdehə müraciət edilərək iddiaçıya hesablanmış bocların qanunsuz olduğu üçün silinməsini tələb etsələr də, cavabdeh heç bir reaksiya verməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4012/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən F.H.Abbasova və E.M.X12 Mahmud X8 hesablanmış 151.580,10 manat borc məbləği silinmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilən sübutlar aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirilərək müəyyən edilir ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçıya 151580,10 manat məbləğində borc yazılmışdır. Əvvəlki dövrlərdə həmin borcun da hazırki iş üzrə iddiaçıdan tutulması xahiş edilsə də, məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X3 İB-yə borcu olsa da, 151580,10 manat hissəsində İB-nin iddiaları təmin edilməmişdir. Buna baxmayaraq İB fərq olunan borc məbləğini iddiaçıya məxsus abonent hesabından silməmişdir və həmin məbləği iddiaçıdan tələb etməkdə davam edir. Hazırki iş üzrə iddiaçı qəbul edilən məhkəmə aktlarına dair izah verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət etsə də, ərizəsi təmin edilməmişdir. X9 isə iddiaçıya bildirmişdir ki, hüquqi şəxslərə münasibətdə borcun silinməsi ilə bağlı məhkəmə qərarı olmadan İB həmin borcu abonent hesabından silə bilmir. Ona görə də iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir. Cavabdeh isə məhkəmə gedişatı zamanı abonent saldosundan başqa qeyd edilən borc məbləğini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilkin olaraq hazırkı borcun yaranması əsasları ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi Cavabdeh İB tərəfindən 421391,12 manat borcun olmasını bildirilsə də digər məhkəmələr tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 135062,3 ( 421391,12 manatdan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.Abbasova və E.M.X12 “Mahmud” X7 abunə balansından silinməmişdir. Bundan başqa Cavabdeh İB cavabdeh “Mahmud” X4rşı iddia qaldıraraq cavabdehdən Sumqayıt şəhəri üzrə Uşaq Baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 140571,90 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqının məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmiş və məhkəmənin qətnaməsi ilə borc 124054,82 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 16.517,080 (140571,90 manat dan 124054,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti “Mahmud” X7 abunə balansından silinməmişdir. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, 151.580,10 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.
13. Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddi açı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İş materiallarından göründüyü kimi, Cavabdeh İB F.H.Abbasova və E.M.X12 X1rşı (eyni tərəflər), eyni iddia predmeti (pul tələbi) və eyni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə iddia tələbinə məhkəmədə baxılmış və hazırda qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4cü,6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilən borc məbləği iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İddia ərizəsinin əsaslandırıcı hissəsindən də göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə istinad edir. İddia tələbindən isə göründüyü kimi iddiaçı daha öncə mübahisələndirilmiş borc məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə öz növbəsində yenədə qanuni qüvvəsini almış qətnamələrə istinad edərək daha öncə mübahisələndirilmiş borcun silinməsinə dair presessual qanunvericiliyə zidd şəkildə qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etirazın verilməsinə baxmayaraq məhkəmə qətnamədə cavabdehin mövqeyi ilə bağlı heç bir münasibət bildirməmişdir. Hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının hazırkı iddia ərizəsinə yenidən baxıla bilməzdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: -5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
17. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni tam şəkildə mübahisələndirmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı F.H.Abbasova və E.M.X12 Mahmud X10 ilə Cavabdeh arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh Azəriqaz İB iddiaçı KFT-ni təbii qazla təmin edir.
23. Tərəflər arasında əvvəllər təbii qazdan istifadəyə görə borcun tutulması ilə bağlı məhkəmə mübahisələri olmuş, həmin mübahisələrin nəticəsi olaraq qəbul edilmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qanuni qüvvədə olan 28 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İB-nin iddiaçıya qarşı iddiası 16517,08 manat (iddia tələbi 140571 manat, iddianın təmin edilmiş hissəsi – 124.054, 82 manat) borcun tutulması hissəsində, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə isə Cavabdeh İB-nin iddiaçıya qarşı iddiası 135.062,3 manat (iddia tələbi 421.391,12 manat, iddianın təmin edilmiş hissəsi 286.328,82 manat) məbləğində borcun tutulması hissəsində əsassız hesab edilərək təmin edilməmişdir.
24. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış cəmi 151.580 (16.517,08+135.062,3) manat məbləğində borcun əsassız olması müəyyən edilmişdir. Odur ki, MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından həmin hallar preyudisial faktlar olmaqla yenidən sübuta yetirilmir.
25. Digər tərəfdən iş materiallarına əlavə edilmiş abonent saldolarına əsasən məhkəmə qətnamələrinə əsasən əsassız hesab edilmiş 151.580 məbləğində borcun cavabdeh tərəfindən iddiaçının abunə hesabından silinməsi müəyyən edilmir.
26. Odur ki, iddiaçı Abbasova və E.M.X12 Mahmud X7 əsassız hesablanmış borcun silinməsi barədə iddiası əsaslı olmaqla həmin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvədə olan məhkəmə qətnamələrinin olması (Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qanuni qüvvədə olan 28 mart 2018-ci il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi) əsası ilə iş üzrə icraata xitam verilməli olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, istinad edilən qətnamələrin barəsində qəbul edildiyi məhkəmə mübahisələri eyni tərəflər arasında, yəni Cavabdeh İB və F.H.Abbasova və E.M.X12 Mahmud X10 arasında olsa da, predmet baxımından hazırkı iddiadan fərqlənirlər. Belə ki, Cavabdeh İB-nin qaldırdığı iddialarının predmetini qazın alqı-satqı müqaviləsi üzrə hesablanmış borcun ödənilməsini tələb etmək hüququ təşkil etdiyi halda, iddiaçı F.H.Abbasova və E.M.X12 Mahmud X7 hazırda qaldırdığı iddianın predmetini cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsini tələb etmək hüququ təşkil edir. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4012/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov