Məhkəmə qərarları › İş №2-2(103)-1165/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1165/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1165/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər Z və E ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2871/2025 nömrəli qətnaməsindən cavabdeh X3 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər X5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 11.700,05 (on bir min yeddi yüz manat, beş qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 125,1 (bir yüz iyirmi beş manat, on qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-2(113)-2871/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 4500,01 (dörd min beş yüz manat bir qəpik) manat məbləğində pul vəsaitinin, digər cavabdeh X2 4500,04 (dörd min beş yüz manat dörd qəpik) manat məbləğində pul vəsaitinin (icarə haqqı), tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 111(yüz on bir) manat dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində vəkil xərcinin cavabdehlər Cavabdeh1, X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh X3 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-2(103)-1165/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-2871/2025 nömrəli qətnaməsindən Cavabdeh1 vəkili tərəfindən verilən apellyasiya şikayətinin MPM-in 366-cı maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2871/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2871/2025 nömrəli qətnaməsindən cavabdeh X3 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 2-2(103)-1165/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar