Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1167/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-6691/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən İddiaçı ASC-nin xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 31 oktyabr 2016-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 104636,05 manat əldən çıxmış fayda borcun və 394,64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-6691/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı ASC-nin qərardaddan şikayət verərək, məhkəmənin qərardadının ləğv edilməsi və iddia tələbi üzrə məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əldən çıxmış faydanın dövrü (xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında (xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə) qiymət verildiyi üçün, hazırki iş üzrə icraata xitam verilməsi düzgün yanaşma deyildir. Çünki əvvəlki məhkəmə qətnaməsində ümumi olaraq xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi olan tələbə baxılmışdır. Həmin dövrdə tələb olunan əldən çıxmış faydanın hesablanmağa başladığı və bitdiyi tarixlər hazırkı iddia tələbindəki dövrü əhatə etsə də, hazırkı iddiada tələb olunan əldən çıxmış faydanın hesablanmağa başladığı və bitdiyi tarixlər xüsusi əhəmiyyət daşıyır. Belə olan təqdirdə, bu tələbə ilkin tələbdə baxılan dövrü əhatə etdiyi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məhkəmənin işin faktiki və hüquqi hallarına uyğun olmayaraq yanlış yanaşmasıdır. xx.xx.2015-ci il Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2 2(83)-29/2015 saylı İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə qətnamənın çıxarıldığı tarixdir. Həmin tarixdən sonra qətnamənin icra olunmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə araşdırılsa da, lakin məhkəmə hazırkı iddia tələbində əldən çıxmış faydanın hesablanmağa başladığı və bitdiyi tarixlərin qətnamənin icra olunması ilə bağlı xüsusi əhəmiyyətə malik hadisələrlə bağlı olduğunu nəzərə almamışdır. Belə ki, hazırkı iddia tələbində əldən çıxmış faydanın hesablanmağa başladığı xx.xx.2016 cı il Gəncə-İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinin qüvvəyə mindiyi tarixdir. xx.xx.2018-ci il isə "xxxx" İKB ASC-nin həmin tarixli məktubu əsasında icra məmuru tərəfindən icraatın dayandırılması üçün məktubun göndərildiyi tarixdir. Göründüyü kimi iddiaçının əldən çıxmış fayda tələb etməsi üçün hazırkı iddia tələbində qeyd olunan tarixlərdə qətnamənin icra olunmamasının araşdırılması vacibdir. Lakin məhkəmə iş üzrə icraata xitam verərək iddiaçınının işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması kimi konstitusion hüququndan məhrum etmişdir. Hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verir. Məhkəmənin qeyd olunan əsasla iş üzrə icraata xitam verməsi işin faktiki və hüquqi hallarına bir qayda olaraq ziddir. Belə ki, əvvəlki iddia tələbində tələb olunan əldən çıxmış faydanın hesablanmağa başladığı və bitdiyi dövrün içində hazırkı iddia tələbində tələb olunan əldən çıxmış faydanın hesanlanmağa başladığı və bitdiyi dövrü əhatə etməsi iş üzrə icraata xitam verilməsi üçün əsas olmamalı idi. Məhkəmə iddia tələbində əldən çıxmış faydanın hesablanmağa başladığı və bitdiyi tarixlərin iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün, həmin tarixlər ərzində qətnamənin icra olunmamasının səbəblərini araşdırmadan sadəcə həmin dövrü əhatə edən məhkəmə qərarının olmasına əsaslanaraq qanunazidd nəticəyə gəlmişdir. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024 cü il tarixli e-2-2(113)-3587/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 6691/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3182/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 361668,39 manat məbləğində əldən çıxmış faydanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25,55 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 4,45 manat məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-1273/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3182/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 424543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 424.543,19 manat məbləğində borcun tutulması barədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-282/2022 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2- 2(103) 1273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materialları əsasında müəyyən edildi ki, 2021-ci ildə İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin iddiaya baxılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə AR Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə yenidən məhkəməyə müraciət edərək eyni pul öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış 104636,05 manat əldən çıxmış faydanın tutulmasını tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, hazırki iddia ilə tələb edilən dövr üzrə (xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) illik 5 faizlə əldən çıxmış faydanın tutulması tələbinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə (xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə) qiymət verildiyi üçün, hazırki iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-6691/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1167/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1167/2024
26.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver