Məhkəmə qərarları › İş №2-2(103)-1168/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1168/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1168/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı QSC BOKT-nin Cavabdeh3 MMC-nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-nin (iddiaçı) Cavabdeh3 MMC-nə, Cavabdeh1 və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbləri Bakı Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamədən Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir; Cavabdeh3 MMCnin nümayəndəsinin (vəkilinin) apellyasiya tələbi isə qeyri-müəyyəndir - o, “qətnamənin qismən ləğv edilməsini və yeni qətnamənin qəbul olunmasını” xahiş etmişdir, çıxarılmasını istədiyi yeni qətnamənin hansı məzmunda olacağı (iddianın rədd olunması, qətnamənin dəyişdirilməsi, iddianın qismən təmin olunması və s.) isə aydın deyil. Həmçinin Mülki Prossual Məcəlləsinin 361.1.3 və 363.1.1-1 maddələrinə görə barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir, əks təqdirdə həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin "şikayət verən şəxsin tələbi” hissəsində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-167/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar qəbul olunması xahiş edilmişdir – hansı ki, baxılan işdə belə bir qətnamə mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 MMC-nin nümayəndəsinin (vəkilinin) şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı QSC BOKT-nin Cavabdeh3 MMC-nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə üzrə Bakı Kommersiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar