Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-117/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1rşı “borcun tutularaq əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1191/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh Azərbaycan Qarabağ Əlilləri, Veteranları və X1rşı “borcun tutularaq əmlaka yönəldilməsi” tələbinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən cəmi 60.427.37 ABŞ dolları məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin mülkiyyətində olan “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və cavabdehə məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Azərbaycan Respublikası X8 Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdiriİməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx" ASC məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında "İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx" ASC-nin Azərbaycan Qarabağ Əlilləri Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “İddiaçı2'’ QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx" ASC-yə cəmi 60.427,37 ABŞ dolları məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında bağlanmış xx.xx.1995-ci il tarixli 113 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxx 2019-cu il tarixə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 60.427,37 ABŞ dolları təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Eyni zamanda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin mülkiyyətində olan əmlakları barədə məlumat verilməsi ilə bağlı göndərilmiş sorğulara cavab olaraq daxil olmuş AR DİN Baş X12 İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan və məktuba əlavə olunmuş kompyuter çıxarışından məlum olmuşdur ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin adında xx.xx.2018-ci il tarixdən “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə birliyin mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının sorğusuna cavab verilməsindən imtina edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuşdur - bu səbəbdən borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilən borc məbləğinin qaytarılması üçün cavabdehin maddi vəsaiti yoxdur. Cavabdeh hüquqi şəxs olduğu üçün öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir və cavabdeh öhdəliklərini icra etmək iqtidarında olmadığı üçün tutma cavabdehin mülkiyyətində olan “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və bütün əmlakına yönəldilməlidir. Cavabdehin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və iddiaçının mülkiyyət hüquqları tanınmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 birliyi iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, xx.xx.1995-ci il tarixli, 113 saylı Kredit Razılaşmasına görə tərəflər 121450 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Lakin həmin məbləğin Qarabağ Əlilləri Cəmiyyətinin hesabına köçürülüb-köçürülməməsi, eləcə də, iddiaçı tərəfindən həmin kredit üzrə ödənişlərin edilib-edilməməsi müəyyən olunmur. Bundan başqa, hazırki iş üzrə iddia müddəti keçmişdir. Belə ki, Kredit Razılaşmasına görə kredit 12 ay müddətinə verilmişdir. Kredit üzrə ödənişlərin hansı müddətdə yerinə yetirildiyi isə müəyyən deyil. Göründüyü kimi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi son tarix xx.xx.1996-cı il olmuş və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır. İddiaçı hazırki tələblə iddia müddətinin bitməsindən 20 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1191/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının vəAzərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1rşı problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Hesab olunur ki, “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatının iddia müddəti həmin tarixdən hesablanmalıdır. Yəni iddia tələbi əsaslıdır və təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vüqar Babayev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1191/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. - “xxxx” ASC ilə İddiaçı2 QSC arasında imzalanmış “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı2 QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı2 QSC Bank olmayan kredit Təşkilat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X3 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4% dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı2 QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “xxxx” ASC təhviltəslim aktları əsasında (təhvil-təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı2 QSC-yə güzəşt edir. - “Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı2 QSC tərəfndən “xxxx” ASC-dən problemli aktilərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair S-145 saylı xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin 60.427,37 ABŞ dolları məbləğində borcu olmuşdur. - “xxxx” ASC arasında bağlanmış xx.xx.1995-ci il tarixli 113 nömrəli kredit razılaşmasının surətindən görünür ki, tərəflər 12 ay müddətinə borcalanın ixrac bazasının genişləndirlməsi, Respublikanın istehlak bazarını xalq istehlakı malları ilə zənginləşdirilməsi ilə bağlı tədbirlərin yerinə yetirilməsi üçün bank, bu razılaşmada olan öhdəliklərin borcalan tərəfindən yerinə yetirlməsi şərtilə, xarici valyutada kreditin təqdim edilməsi barəsində razlığa gəlmişlər. Razılaşmanın iddiaçı tərəfindən məhkəməyə yalnız kserosurəti təqdim edilmişdir. - İddiaçı tərəfindən cavabdeh Azərbaycan Qarabağ Əlilləri, Veteranları və X9 Birliyinə ünvanlanan 3-11/1644 saylı xx xxxx 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 60.427,37 ABŞ doları borcun 5 (beş) gün ərzində ödənilməsi təklif olunmuş, qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, borcun ipoteka predmetinə, cəmiyyətə məxsus əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyindən cəmi 60.427.37 ABŞ dolları məbləğində kredit borcunun tutulmasına dair olan hissədə, həmçinin borc tələbinin cavabdehin mülkiyyətində olan “Nissan Altima minik” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və cavabdehə məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq AR DİN Baş X12 İdarəsinin AR ƏMDK vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınmasına dair hissədə isə xx.xx.1995-ci il tarixli 113 nömrəli kredit razılaşması üzrə tələb edilən borcdan irəli gəldiyindən təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki,Azərbaycan Respublikası Beynalxalq Bank ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 birliyinə arasında xx.xx.1995-ci ildə 113 saylı kredit razılaşması bağlanmışdır. xx.xx.1996-cı ildə bu müqaviləyə xitam verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən istisnalardan başqa mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri 2000-ci il sentyabrın 01-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Bu öhdəlik üzrə icra müddəti xx.xx.1996-ci ilədək bitmişdir və iddiaçıya hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Azərbaycan SSRespublikasının xx.xx.1964-cü il Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün iddia müddəti dövlət təşkilatlarının, kolxozların, kooperativ və.s. ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “xx.xx.2018-ci il tarixli, S-145 saylı təhvil-təslim aktı əsasında “xxxx" ASC məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verildiyi üçün, “İddiaçı2" QSC Bank olmayan Kredit Təşkilatının iddia müddəti həmin tarixdən hesablanmalı olması” dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.1964-cü il tarixli Mülki Məcəllənin 79-cu maddəsinə əsasən öhdəçilikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1191/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-117/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-117/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver