Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-117/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X9” ASC-nin cavabdeh Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi «xxxx» MMC-yə qarşı ilkin və təkrar hərracın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1620/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X9” ASC cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prspekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri-yaşayış binası, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzili və Gəncə şəhər, Kəpəz rayonu, Heydər Əliyev prospektində yerləşən 12 saylı evin, 13 saylı mənzili üzrə keçirilmiş, xx.xx.2016-cı il tarixli ilkin hərracın və xx.xx.2016-cı il tarixli təkrar hərracın etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-3165/2015 saylı qətnaməsi ilə: - “X9” ASC-nin iddia ərizəsi qismən təmin edilərək cavabdehlər X2 müştərək qaydada xx.xx.2012-ci il tarixli 013mk/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli 013mk1/12 saylı əlavə kredit müqaviləsi üzrə 98636,88 ABŞ dolları əsas borc, 10714,60 ABŞ dlolları faiz, 48,52 ABŞ dolları cərimə, cəmi 109400ABŞ dolları məbəlğində pulun ödəniş günü üçün Azərbayjan Respublikasının Mərkəzi Bankının məzənnəsinə əsasən manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun alınaraq X9” ASC-yə verilməklə, tutmanun, X4 tərəfindən öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, ilkin satış qiyməti 128000 manat dəyərinə olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində 0,0103ha torpaq sahəsində yerləşən 64,3 kv.m ümumi sahəli qeyri-yaşayış binasına; X14 tərəfindən öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş ilkin satış qiməti 52000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A nömərli binanın, 99,3 kv.m ümumi sahəsi olan, 5 otaqdan ibarət 28 nömərli mənzilə; X4 tərəfindən öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, ilkin satış qiyməti 40000 manat dəyərində olan Gəncə şəhər, Kəpəz rayonu, Heydər Əliyev prospektində istifadədə olan 0479ha torpaq sahəsində yerləşən 12 nömrəli, 3 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində 55,8 kv.m ümumi 44,4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 saylı mənzilə yönəldilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-3165/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin, icra məmuru tərəfindən icraatında olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəubul olunması barədə məlumatı olmasına baxmayaraq, icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmalı olduğu halda bunu etməmiş, əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2016-cı il tarixli iş üzrə yekun qərarı banka təqdim edildikdən sonra Gəncə şəhəri üzrə İcra idarəsinə sənədin icrası üçün müraciət olunduqda, icra məmuru heç bir əsas olmadan “İcra haqqında” Qanununun 23.1.5-ci maddəsinə istinad edərək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə qərar qəbul edərək, iş üzrə tələbkar bankın hüquqlarını kobud şəkildə pozmaqla dövlət adından çıxarılmış məhkəmə qərarının qanunvericiliyin tələblərinə uyğun icra etməkdən imtina etmişdir. İcra idarəsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, xx.xx.2015-ci il tarixində idarənin icraatına daxil olmuş, xx.xx.2015-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2015-ci il tarixində “xxxx MMC Hərrac Mərkəzinə sifariş verilmiş, “xxxx MMC-nin xx xxxxxx 2015-ci il, xx xxxxxx 2016-cı il tarixli, xx.xx.2016cı il və xx.xx.2016-cı il tarixli bildirişlərinə əsasən keçirilmiş hərraclarda əmlaklar satılmamış, xx.xx.2016-cı il tarixli məlumata əsasən əmlaklar satılmadığı üçün “X9”xxxx“xxxx MMC-nin xx.xx.2016-cı il tarixli məktubu ilə sifariş məktubu üzrə, icra müddəti başa çatdığı üçün, sənədlər icra olunmadan Gəncə şəhər İcra İdarəsinə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1620/2020 saylı xx.xx.2020-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İcra haqqında” Qanunun imperativ norması olan 17-ci maddəsinin 1-ci bəndinin 7-ci yarımbəndinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən həmin icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı idi. Lakin, Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2017-cı il tarixli qərarından bəlli olur ki, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Riayət olunmuş olunsaydı, hərraclar 2016-cı ilin yanvar və mart ayında deyil, Ali Məhkəmənin iş üzrə yekun qərarının çıxarıldığı 2016-cı ilin noyabr ayından sonra keçirilməli idi. İddiaçı “xxxx” KB ASC-nin Gəncə şəhər İcra idarəsinə qarşı qaldırdığı “icra məmurunun xx.xx.2017-cı il tarixli qərarının ləğv edilməsi icra sənədinin icra olunmasına dair” iddianın iddiaçılar X5, X6 və X7 banka qarşı ipoteka müqavilələrinə xitam verilməsi barədə” iddiasının birləşdirildiyi iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)1061/2018 saylı qətnaməsi ilə bankın iddiası təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2017-cı il tarixli qərarı ləğv edilmiş və həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-877/2019 saylı, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)4901/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, xxxx KB ASC tərəfindən xx.xx.2020-ci il tarixli məktub ilə Azərbaycan Respublikası Respublika Xammal və X15 Mərkəzi “xxxx” MMC-yə müraciət ünvanlamışdır. “xxxx KB” ASC-yə təqdim olunan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01/727 saylı cavab məktubunda, xx.xx.2016-cı il tarixində və xx.xx.2016-cı il tarixində keçirilmiş hərracların etibarsız hesab edilərək, ləğv edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Belə ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında da göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” “xxxx” KB ASC-nin iddia tələbi üzrə işə baxan Bakı Kommersiya Məhkəməsi isə xx.xx.2020-ci il tarixli e-2-2(113)-1620/2020 saylı qətnaməsi ilə hətta cavabdeh tərəfin iddianın etiraf etməsi faktını belə qanuna zidd hesab edərək qəbul etməmiş, hazırki mübahisənin predmeti olan ilkin və təkrar hərracın nəticəsi olmadığını əsas gətirərək iddianı rədd etməklə, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında göstərilən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” şərhinə belə əməl etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Məmmədov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.5, 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdrıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birincisi, iddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin qeyd olunan dəlilərinə diqqət yetirildikdə cavabdeh tərəfindən qanunvericiliklə üzərinə düşən hansı öhdəliyini yerinə yetirmədiyi əsaslandırıldığı görünmür. Belə ki, “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İcra haqqında” və “İpoteka haqqında” qanunvericilyin qeyd olunan normalarından göründüyüü kimi, borclunun ipotekaya qoyulmuş əmlakların satılması icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq hərrac təşkil edilməklə həyata keçirilir. Hərrac baş tutmadıqda isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materialları üzrə ixtisaslaşdırılmış “xxxx” MM-nin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli protokollarından və iddiaçı banka ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qanunvericilyin qeyd olunan tələblərinə müvafiq olaraq icra məmurunun sifariş əsasında cavabdeh tərəfindən ipotekaya predmətini təşkil edən əmlaklar hərraca çıxarılmış, lakin ilkin və təkrar hərrac alıcı müraciəti olmadığından baş tutmamış, nəticəsiz qalmışdır. İpoteka haqqında Qanunun 42.6-cı və Mülki Məcəllənin 415.5-ci maddələrindən isə görünür ki, Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Məcəllənin 416.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Konkret halda, iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhz, cavabdeh hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsində hər hansı qanun pozuntusuna yol verdiyi, yəni, onun qanunsuz hərəkətləri iddiaçı tərəfindən mübahisələndirilmir. Beləliklə də hərrac təşkilatçısı cavabdeh «xxxx» MMC-nin iddiaçı bank qarşısında mülki məsuliyyətini, o cümlədən, cavabdehliyini müəyyən edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə bankın iddia tələbinin rədd olunmasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, MPM-in 385.2-ci maddəsinin tələblərini də nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, “X9” ASC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1620/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı “X9” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1620/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-117/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-117/2021
04.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver