Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1173/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və İbrahimli Zamiq Mübaşir oğluna qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: öhdəliklərin icrası, pul tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-250/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (Fond) “19” oktyabr 2020-ci il tarixli ZM- 251/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 1.5.1-ci bəndinə əsasən kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair Cavabdeh2 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir. 2.3-cü bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdaki ardıcıl istiqamətlərə yönəldilir: bu müqavilənin 3.2.11-ci yanmbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa) Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər. 3.2.7-ci bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəmək borclunun vəzifəsidir. 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5% (yeddi tam onda beş) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 8.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərim tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
2. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlinə əsasən əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla) ödəyəcək əsas məbləğ 200.000 manat, faizin məbləği subsidiya çıxılmaqla 19.750,95 manat, subsidiyanın ödənişi 19.750,95 manat, sahibkarlıq subyektinin cəmi aylıq ödənişi 219.750,95 manat, cəmi ödəniləcək məbləğ 239.501,90 manat məbləğində müəyyən edilmişdir. Müqavilə qanuni təmsilçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 (zamin) arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********53 saylı 16 noyabr 2020-ci il zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 16 noyabr 2020-ci İl tarixli DCS00272375-01 №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. 1.2.Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir: Kreditin məbləği 200,000.00 manat, Kredit üzrə illik 15% faiz dərəcəsinə əsasən hesablanan faizlər; Kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15% faiz dərəcəsinə əsasən hesablanan cərimə; Kreditin qaytarılma tarixi 24 ay müddətinə 16 noyabr 2022-ci İl tarixinədək. Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər. 2.1.1-ci bəndinə əsasən kredit müqaviləsinə əsasən borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditorun tələbi ilə etiraz irəli sürmədən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri zamin icra edir. 3.1-ci bəndinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvədə qalır Müqavilə zaminin imzası, kreditor və borclunun imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsilçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
5. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, qevvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
6. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır.
7. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Ərizə müştərinin qanuni təmsilçisinin elektron imzası ilə təsdiq edilmişdir
8. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 16 iyul 2021-ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 16% olmaqla 57.964 manat məbləğində və 9 ay müddətə kredit xətti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 20 sentyabr 2021-ci il tarixli, DG**********80 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 21.722 manat məbləğində və 12 ay müddətə kredit xətti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
10. PB/PBL-OUT-00605-2023 nömrəli, sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə: - DCS00272375-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc 116.603,72 manat, faiz borcu 15.419,99 manat, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat təşkil edir. Gecikmə günü: 624; - DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 57.964 manat, faiz borcu 2.344,32 manat, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat təşkil edir. Gecikmə günü: 592; - DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, faiz borcu 2.451,57 manat, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat təşkil edir Gecikmə günü: 588.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/8943 saylı ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2021– ci il tarixli, DCS00194507-01 №-li kredit müqaviləsinin şərtlərinə, xx.xx.2021-ci il tarixli, DCL00272375-04 №-li maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə və xx.xx.2021-ci il tarixli DCL**********5-08 №-li maliyyələşdirmə üçün ərizə formasının şərtləri nəzərə alınmaqla müqavilənin bitmə müddətinə xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixə-xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin banka əsas borcu 116.603,72 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, xx.xx.2021-ci il tarixli DCL00272375- 04 saylı maliyyələşdirmə üçün ərizə üzrə ekspert rəyinin verildiyi tarixə xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin banka əsas borcu 57.964 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə ekspert rəyinin verildiyi tarixə-xx.xx.2024-cü il əsas borc 21.722 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) fazi borcu 2.433,46 manat məbləğində müəyyən edilmişdir.
12. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 17.515,30 manat cərimə borcu olmaqla, cəmi 149.539,01 manat; - DCL00272375-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 24.557,41 manat cərimə borcu olmaqla, cəmi 84.865,73 manat; - DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 6.564,87 manat cərimə borcu olmaqla, cəmi 30.738,44 manat məbləğində borcun; İddiaçı ASC tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün 156 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 “19” oktyabr 2020-ci il tarixli ZM-251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. - xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borc alan Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında DCS00272375-01 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2020-ci il tarixli DGS**********53 saylı, DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********74 saylı və DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********80 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilələr üzrə öhdəliklərini DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 590, DCL00272375-04 saylı maliyyələşdirmə üzrə 558 və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə 554 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 17.515,30 manat cərimə borcu olmaqla, cəmi 149.539,01 manat təşkil edir; - DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 24.557,41 manat cərimə borcu olmaqla, cəmi 84.865,73 manat təşkil edir; - DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 6.564,87 manat cərimə borcu olmaqla, cəmi 30.738,44 manat təşkil edir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. DCS00272375-01 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 156 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir.
15. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbin dəqiqləşdirilməsi barədə ərizə) verərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat; - DCL00272375-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat; - DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat məbləğində borcun; İddiaçı ASC tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün 159 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-250/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas, 15.419,99 manat faiz borcu, 5500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 137.523,71 manat; xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21.722 manat məbləğində əsas, 2433,46 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 25.155 manat, ümumilikdə 162.679,17 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 335 manat məbləğində pul vəsaitin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 57.964 manat məbləğində əsas, 2318,57 manat faiz borcu, 3000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 63.282,57 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 65 manat və dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən Azərbaycan Respublikası X1 “19” oktyabr 2020-ci il tarixli ZM- 251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli DCL00272375saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 116.603,72 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 57.964 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.433,46 manat təşkil edir. Məhkəmə həmçinin faizlərin hesablanmalı olduğu müddətə münasibətdə qeyd edir ki, mübahisəli kredit müqavilələri üzrə kreditin verilməsi müddətləri bitənədək iddiaçı tərəfindən kredit borcunun vaxtından əvvəl tam şəkildə qaytarılması barədə xəbərdarlıq məktubları göndərilməsi, yəni həmin müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçı sözügedən kredit müqavilələri üzrə kreditin verilməsi müddətlərinin bitdiyi tarixədək olan müddət üçün həmin müqavilələr faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab edir ki, mübahisəli kredit müqavilələri üzrə borc alan Pottery” MMC-dən tutulacaq əsas və faiz məbləğləri ekspert rəyinə əsasən müəyyən edilməli və Pottery” MMC-dən xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas borc və 15.907,59 manat məbləğində faiz borcu; xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 57.964 manat məbləğində əsas borc, 2.318,57 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21.722 manat məbləğində əsas borc, 2.433,46 manat faiz faiz borcu tutulmalıdır. Bundan əlavə iddiaçı mübahisəli kredit müqavilələri üzrə əsas borcları ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 18.797,94 manat; DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 26.204,56 və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizə üzrə 7.202,05 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, kredit borcunun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması mübahisəli kredit müqavilələrində nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli kredit müqavilələri üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin müqavilələr üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 5500 manat, DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3000 manat və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizə üzrə 1000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 Cavabdeh1 MMC-nın sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Məhkəmə xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh2 zaminliyinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi qanunverici müddətin keçməsi ilə bağlı zaminliyə xitam verilməsinin üç halını müəyyən etmişdir. - Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. -Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda. -Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda. Hazırkı halda 16 iyul 2021ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsində “müqavilənin qüvvədə olma müddətinin borc alanın əsas müqavilədən (müqavilələrdən) irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşməsi” barədə 6-cı bənd yer alsa da, həmin müddəa zaminliyin müddəti kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsində əks olunmuş normaların məzmunundan da göründüyü kimi qanunun tələblərinə görə müddət üç formada 1)Təqvim tarixi ilə 2)illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə, 3) hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilə bilər. Göründüyü kimi əsas öhdəliyin icra edilməsi hökmən baş verməli olan hadisə olmadığından zaminliyin qüvvədə olmasının həmin hadisə ilə şərtləndirilməsi həmin müddəanın mülki qanunvericiliyin tələbləri baxımından müddət kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə yuxarıda göstərilən müddəa müqavilə şərtlərinin cavab verməli olduğu “hüquqi müəyyənlik” prinsipinin tələblərinə də cavab vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 16 iyul 2021-ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Odur ki, iddiaçı həmin zaminlik müqaviləsi üzrə əsas öhdəliyinin icrası müddətinin bitdiyi tarixdən (xx.xx.2022-ci il) 1 il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən həmin müqavilə üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi ilə bağlı xitam verilmişdir. Odur ki, həmin müqavilə üzrə borcun cavabdeh üzrə Cavabdeh2 tutulması hissəsində iddia rədd edilməlidir. Digər iki kredit müqaviləsi - xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, zamin Cavabdeh2 Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, İddiaçı ASC həmin müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
18. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 367, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 477.0.4, 478-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı ASC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 250/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, zaminliyə xitam verilməsi və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir, məsələn, iddia müddəti, ləngitmə hüququ və s.. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd edildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddia tələbini müdafiə etmişdir. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquq düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində bu normaya (MM 448) istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
22. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023 tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair qərarında qeyd edilir ki, İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı ASC tərəfindən zaminliyə xitam verilməsi və dəbbə pulunun tutulmayan hissəsində mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin hallarından görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən Azərbaycan Respublikası X1 “19” oktyabr 2020-ci il tarixli ZM-251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli DCL00272375-saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 116.603,72 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 57.964 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.433,46 manat təşkil edir. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 Cavabdeh1 MMC-nın sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, zaminlik münasibətləri ilə bağlı AR MM 477-ci maddəsində qeyd edilən zaminliyə xitam verilməsi müddəti iddia müddəti deyil kəsici müddətdir. Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiq edilməsi üçün cavabdehin ərizə təqdim etməsi zəruri deyil, məhkəmə öz təşəbbüsü ilə kəsici müddəti tətbiq edə bilər. Ona görə də birinci instansiya məhkəməsinin zaminliyə xitam verilməsi barədə mövqeyi qanuni və əsaslıdır. Digər dəlil dəbbə pulunun az tutulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, AR MM-nin 467-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilib. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınıb.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.