Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1176/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8028/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birtərəfli qaydada və yaxud xx.xx.2023-cü il tarixdə müddətin qurtarması ilə ləğv edilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə həmin tarixdə öhdəliklərə xitam verilmiş hesab olunması və həmin tarixə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş DCLT00278228- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddətə görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcun (ümumilikdə 2477,01 manat borc) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8028/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8028/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsinin mahiyyətinə diqqət edilsə, görünür ki, hazırki iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan Paşa Bankın iddiası üzrə tərəflər və iddianın predmeti eyni olsa da hər iki iddiada əsaslar fərqlidir, eyni deyildir. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəfli və eyni predmetli olan Paşa Bankın iddiasında sözügedən müqavilə üzrə borclu İddiaçı həmin müqavilə üzrə kredit üzrə ödənilməmiş öhdəliklərinin mövcud (qüvvədə) olmasını əsas gətirərək xx.xx.2023-cü ildən 2024-cü ilin mayına qədər kredit üzrə əsas, faiz və cərimə borcunun ödənilməsini tələb edir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəfli və eyni predmetli olan İddiaçı isə iddiasında mübahisəli müqavilə üzrə hər hansı öhdəliyin olmadığını, öhdəliklərə artıq xx.xx.2024-cü ildən borcu bağlamaqla, eyni zamanda sözügedən müqaviləyə xitam verilməsi o cümlədən yeni müqavilə bağlamaq niyyətinin olmaması barədə iradə ifadəsini bildirdiyini göstərən ərizənin Paşa Banka təqdim etdiyini əsas gətirməklə müqavilə öhdəliklərinin xitam verilmiş hesab edilməsini və sözügedən borcun silinməsini tələb edir. Göründüyü kimi Sumqayıt Kommersiya Məhkəməsində icraatında olan işdə tərəflər və predmet eyni olsa da hər 2 iş üzrə əsaslar eyni deyil, fərqlidir. Belə olan halda MPM-in 153.2.4-cü və 153.5-ci maddələrinin tələbləri pozulmuş və həmin normalar tətbiq edilməli deyildi. Digər tərəfdən Bakı Kommersiya Məhkəməsi qərardadında qeyd edir ki, həmin iş üzrə tələbin əsassız olması, öhdəliyin icrasına xitam verilməli və borc məbləğinin silinməli olması ilə bağlı iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinə etiraz, o cümlədən etirazının əsaslandığı hallara dair sübutlar təqdim etmək imkanının olduğunu, bunun üçün ayrıca iddia tələbinin irəli sürülməsinə ehtiyacın olmadığını bildirir. Göründüyü kimi əvvəla İddiaçı Sumqayıt Kommersiya Məhkəməsində baxılan iş üzrə həm etiraz, həm də qarşılıqlı iddia ərizəsi verə bilməz. Belə ki, İddiaçı Sumqayıt Kommersiya Məhkəməsində baxılan iş üzrə həm etirazın, həm də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 20 günlük müddəti ötürmüşdür, çünki artıq həmin iş üzrə iddia ərizəsinin İddiaçı verilməsindən həm 150 gündən çox müddət keçmişdir, həm də artıq iş məhkəmə baxışındadır. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi iddiaçı Paşa Bankın iddiasının təkcə rədd edilməsini istəmir ki, ancaq rədd olunma ilə bağlı əsaslar göstərsin. Onun həm də Paşa Banka qarşı iddia tələbləri mövcuddur ki, həmin tələblərin yönəldilməsi və təmin edilməsinə nail olmaq üçün cavabdehin iddiaçıya qarşı etiraz qaydasında deyil, müstəqil iddiaçı qismində ayrıca iddia tələbi qaydasında digər işdə olan iddiaçını müstəqil tərəf qismində cavabdeh statusunda qoymaqla ona qarşı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(113)-8028/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh ASC sadələşdirilmiş icraat qaydasında cavabdeh İddiaçı qarşı 12 iyun 2024-cü il tarixdə borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı DCLT00278228-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12357 manat məbləğində faiz borcu, 36284 manat məbləğində cərimə borcu olmaqla cəmi 4864 manat məbləğində borcun, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən 199060 manat məbləğində əsas borcun və ödənilmiş 4478 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18.10.24 tarixli e-2-2(119)-1094/2024 saylı qərardadı ilə iddia ərizəsi üzrə kommersiya işinə baxılması 2 ay müddətinə uzadılmışdır. Göründüyü kimi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında Paşa Bank ASC ilə İddiaçı arasında bağlanmış DCLT00278228-01 saylı maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi mövcuddur. Hazırda isə İddiaçı eyni kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab edilməsini və borcun silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilib-verilməməsi, həmin müqavilə üzrə hesablanmış borcun mövcudluğu və əsaslılığı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə araşdırma predmetinə daxil olduğundan həmin məsələlərə sözügedən mübahisə üzrə yekun məhkəmə aktında hüquqi qiymət verilməlidir. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və borcun silinməli olması barədə dəlillərini Sumqayıt Kommersiya Məhkəməsində baxılan iş çərçivəsində iddiaya etirazının əsasları kimi irəli sürmək hüququna malik olmuşdur. Həmin işə məhkəmədə baxılan vaxt və yaxud baxıldıqdan sonra göstərilən dəlilləri ayrıca icraatda iddia tələbi kimi irəli sürməsi və həmin tələbə mahiyyəti üzrə baxılması isə prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Belə ki, MPM-in 153.2.2-ci və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yolverilməzliyə görə icraata qəbul etməkdən imtina etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-8028/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1176/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1176/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver