Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1177/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə2 və X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5149/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC-yə məxsus abonentin saldosundan görünür ki, İddiaçı MMC-yə 2019cu ilin dekabr ayında 54690 manat, 2020-ci ilin yanvar ayında 46474,8 manat, 2020-ci ilin noyabr ayında 15200,2 manat, 2020-ci ilin dekabr ayında 12282 manat, 2023-cü ilin oktyabr ayında 82412 manat, 2023-cü ilin noyabr ayında 77839,74 manat, 2023-cü ilin dekabr ayında 77660 manat, 2024-cü ilin yanvar ayında 75740,72 manat, 2024-cü ilin fevral ayında 20143,86 manat, 2024-cü ilin aprel ayında 32993,4 manat, 2024-cü ilin may ayında 10691,34 manat aktlar əsasında borc (ümumilikdə 506128,06 manat) hesablanmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Vəkil ünvanlanmış 3-16-5/2- 57877/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçındə (Vöen **********) Cavabdeh tərəfindən keçirilən yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatına dair sorğuya baxılmış, adıçəkilən qurumun müraciəti əsasında qeyd edilən hüquqi şəxs barəsində reyestrdə qeydiyyata alınmış yoxlama aşkar edilməmişdir.
3. Qaz sayğacının xx.xx.2025-ci il tarixli şəkillərindən görünür ki, sayğacın ekranında qazın maksimal və minimal təzyiqi, qazın maksimal və minimal temperaturu, eləcə də qazın sıxılma əmsalı əks olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı MC Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Göygöl rayonunda yerləşən müəssisəyə görə hesablanmış 506.128,06 manat məbləğində borcun silinməsi və 797 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl rayonunda yerləşən, abonent kodu **********00116 olan müəssisə fəaliyyət göstərir. İddiaçı MMC-yə məxsus müəssisədə istehlak olunan qazın hesabatı Cavabdeh İB tərəfindən 2024-cü ildə quraşdırılmış G-1600 markalı ********** saylı qaz sayğacı vasitəsilə aparılır. Müəssisə cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təmin edilmiş, tərəflər xx.xx.2019-xx.xx.2025-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi müqavilə bağlanmış, quşçuluqda istifadə edilən təbii qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Buna baxmayaraq, cavabdeh 2019-cu il dekabr ayında 54.690 manat, 2020-ci il yanvar ayında 46.474,80 manat, 2020-ci il noyabr ayında 15.200,20 manat, 2020-ci il dekabr ayında 12.282 manat, 2023-cü il oktyabr ayında 82.412 manat, 2023-cü il noyabr ayında 77.839,74 manat, 2023-cü il dekabr ayında 77.660 manat, 2024-cü il yanvar ayında 75.740,72 manat, 2024-cü il fevral ayında 20.143,86 manat, 2024-cü il aprel ayında 32.993,40 manat, 2024-cü il may ayında 10.691,34 manat olmaqla, ümumilikdə 506.128,06 manat məbləğində əsassız borc hesablamış, sonradan əsassız borcun silinəcəyini vəd etsə də, əksinə həmin borcu qazın dayandırılması xəbərdarlığı ilə tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda müəssisənin müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borcu əsassız hesab etsək də, hissə-hissə ödəmək məcburiyyətində qalmışıq. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsaq da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Müəssisənin saldosundan da göründüyü kimi sayğacın göstəricisi aylıq mütəmadi dəyişdiyini və hesabatı apardığı halda, ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş, yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim etmişdir. Həmin aktlarda qeyd edilir ki, sayğacın işləmədiyi üçün yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Qaz sayğacının işləmədiyi halda, hansı səbəbdən çıxarılaraq təmirə göndərilmədiyi və ya yenisi ilə əvəzlənmədiyi məlum deyil. Qaz sayğacı müəssisədən kənarda, mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən məsul nümayəndələrinin iştirakı olmadan götürülür. Saldodan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən edərək, qanunsuz tətbiq etmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2019-cu ildən 2024-cü ilin may ayınadək İddiaçı MMC-yə məxsus müəssisəyə **********00116 nömrəli abonent kodu üzrə 506128,06 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Onların qaz sayğacları ilə bağlı məlumatlarınınolmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərini ödəmişlər. Ödənilmədiyi təqdirdə qaz təminatının qaynaqla dayandırılacağını bildirmişlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Lakin Cavabdeh İB iddiaçının istehlakçı hüquqlarımı pozaraq istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə alması barədə iddiaçıya məlumat verməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5149/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı MMC-yə (VÖEN: **********; abonent kodu: **********00116) əsassız olaraq hesablanmış 506128,06 (beş yüz altı min bir yüz iyirmi səkkiz manat altı qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmişdir. Cavabdeh İB-dən 797 (yeddi yüz doxsan yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən 2019-cu il dekabr ayında, 2020-ci il yanvar ayında, 2020-ci il noyabr ayında, 2020-ci il dekabr ayında, 2023-cü il oktyabr ayında, 2023-cü il noyabr ayında, 2023-cü il dekabr ayında, 2024-cü il yanvar ayında, 2024-cü il fevral ayında, 2024-cü il aprel ayında, 2024-cü il may ayında iddiaçıya məxsus qaz sayğacına baxışlar keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 506128,06 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən həmin mübahisəli aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünüb ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 506128,06 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 506128,06 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 506128,06 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1, 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü, 1.5-ci əsasən,1.7-ci bəndlərinə, “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə istinad etmişdir.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sayğacının quraşdırıldığı xx.xx.2019-cu il tarixdən qaz sayğacının işlək olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmiş akt sonradan aparılmış hesabat üçün əsas olmuşdur. Belə ki, həmin sərfiyyatla sonrakı sərfiyyatın orta aylıq hesabatı aylar üzə sayğac olmadığı müddət ərzində hesabalnaraq abonent hesabına işlənilmişdir. İstismara yararsız-işləməyən qaz sayğacı sənaye tipli olduğundan istehlakçının- İddiaçı MMC-nin vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəz etməsi üçün səy göstərməmişdir. Halbuki qaz sayğacı İddiaçı MMC-nin vəsaiti hesabına əvəzlənməli və ya təmir edilməlidir. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin, birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmiş, İddiaçı MMC hüquqi şəxs olmasına baxmayaraq borcun silinməsini qət etmişdir. İstehlakçının arzusu iləqazsayğacının texniki baxışdan keçirilməsinəgörə istehlakçı vəsait ödəməlidir. Bu barədə İddiaçıMMC qaz sayğacının yenisi ilə əvəzlənməsinə təşəbbüs göstərməmiş (yeni sayğacın quraşdırılması istehlakçının vəsaiti hesabına aparılır), bununla bağlı təchizatçı Cavabdeh Gəncə X7 İdarəsinə, nə də Cavabdehİstehsalat Birliyinə yazılı müraciət etməmişdir. Yenə həmin Qaydaların 5.4-cü bəndi 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz sayğacının işləmədiyi müddət ərzində 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, noyabr, dekabr, 2021-ci ilin mart, 2023-cü ilin oktyabr, noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, aprel, may aylarında qaz sayğacı İddiaçı MMC tərəfindən alınmadığından tərəflərin qarşılıqlı razılaşması və aktı ilə (möhürlə təsdiq edilmişdir) həmin dövrlər üzrə qaz təminatı dayandırılmamış, ünvan üzrə istehlak edilmiş qazın dəyərinin hesabatı aparılmışdır. Yenə həmin Qaydaların 6-cı bəndi 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Belə ki, qaz sayğacı işləmədiyi və ya yararsız olduğu müddət ərzində qaz təchizatı dayandırılmamış, hesabat tərəflərin qarşılıqlı razılaşmasına əsasən quraşdırılmış cihazların maksimal sərfiyyat gücünə görə hesablanmışdır. İddiaçı bu hesabatın heç bir yerdə olmaması əsası ilə məhkəməyə müraciət etsə də həmin hesabat AR NK 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarında birbaşa göstərildiyi nəzərə alınmamışdır. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə edilmiş qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi( göndərilməsi) tələb olunmur. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması Qaydaları”na uyğun olaraq hesablanmalıdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanununun 5-ci maddəsi 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğacı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə quraşdırılmadığından obyektdə yoxlama aparılmamışdır. Sayğac xüsusi qorunan ərazidə - qazpaylayıcı stansiyada yerləşdiyindən Cavabdeh nümayəndələri sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektə getmədən qaz sayğacının yerləşdiyi ərazidə sayğaca baxış keçirmişdir. Buna görə də Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında xx.xx.2013cü il tarixli AR Qanunu”nun əhatə dairəsinə düşmədiyindən həmin Qanuna istinad edilməsi də əsassızdır. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bildirir ki, İddiaçı MMC qaz sərfiyyat hesabatı haqqında barəsində tərtib olunmuş aktlar məhkəmədə mübahisələndirilməmişdir. Əksinə həmin aktlar əsasında yaranmış borcu ödəmişdir. Əlavə edilmiş poçt qəbzində çatdırılmayıb, səhv ünvana göndərilib qeydi cavabdeh tərəfin iddia ərizəsinin almadığına əsas verir. Lakin, birinci instansiya məhkəməsi buna əhmiyyət verməmiş, iddia ərizəsinin və pretenziya məktubunun çatdırılmış kimi qəbul etməklə işə mahiyyəti üzrə baxaraq tərəflərin çəkişmə prinsipini pozmuşdur. İddia ərizəsində iddiaçının qeyd etdiyi kimi qaz sayğacı obyektin ərazisində deyil, xüsusi qorunan ərazidə-Qaz paylayıcı stansiyada quraşdırılmışdır. Birliyin nümayəndələri tərəfindən qaz sayğacının göstəricisinin oxunması zamanı sərfiyyatın qeydə alınmadığı, sayğacın işləmədiyi aşkarlanmışdır. Birliyin nümayəndələri tərəfindən ümumiyyətlə Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi əraziyə nə baxış keçirilmiş, nə də yoxlama aparılmışdır. Buna baxmayaraq qaz sayğacının İddiaçı MMC-nin vəsaiti hesabına təmir edilməli və ya yenilənməli olduğu halda buna səy göstərilməmişdir. Bundan sonra tərəflərin qarşılıqlı razılığı əsasında sayğacsız dövrlərdə hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Məhkəmənin gəldiyi nəticə isə borcun tamamilə silinməsi, həmin müəssisədə qazdan ümumiyyətlə istifadə olunmaması kimi qiymətləndirilməlidir. Hansı ki, həmin müəssisə əgər qazdan istifadə edərək fəaliyyət göstərirsə, müəyyən məbləğdə gəlir əldə edirsə hesablanmış borcun silinməsi də qanunsuz və ədalətsizlik hesab edilməlidir. Tərəflər arasında imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmiş aktlar və razılaşma protokollarında iddiaçıya məxsus müəssisədə qazdan istifadə olunduğunu sübut edir. Belə ki, iddiaçı ərizəsində “qaz olmadıqda müəssisənin müflisləşməsinə gətirib çıxaracağını bildirmişdir ki,sözügedən müəssisənin qaz təminatı dayandırılmamış, qazdan istifadə olunaraq müəyyən gəlir əldə edilmişdir.
11. Bununla yanaşı cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin sübutların düzgün hüquqi qiymətləndirilməməsi səbəbindən qətnamə qanunsuz və əsassızdır. Belə ki, müxtəlif tarixlərdə tərtib edilmiş üzləşmə aktlarını istehlakçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Üzləşmə aktlarına ciddi yanaşılmalıdır. Hüquqi şəxsin imzası möhürü ilə təsdiq olunmuş rəsmi sənəd əsas sayılır.Xüsusən də qarşı tərəf sənaye istehlakçısı olduqda borcun yazılı olaraq tanınması fonunda texniki mübahisə texniki əhəmiyyətini itirir.Təsdiq olunmuş üzləşmə aktlarında iradım var, mübahisəlidir və texniki etirazım var kimi qeydlər mövcud deyil. Bu hal göstərir ki, istehlakçı hesablanmış qaz borcunu konüllü və şüurlu formada tanımışdır.Qazdan istifadə qaydalarının 4.8 bəndinə əsasən sənaye istehlakçısı ölçü qurğusunun saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. İstehlakçı texniki problem yaranan anda vaxtında etiraz etməmiş, əksinə hesablaşmanı yazılı formada qəbul etmişdir. Sonradan irəli sürülən etirazlar borcun tanınması faktını aradan qaldırmır. İstehlakçı İddiaçı MMC ilk dəfə borcu tanımış, lakin sonradan məsuliyyətdən yayınmaq məqsədi ilə texniki arqumentlər irəli sürmüşdür. Bu cür yanaşma mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı mülahizə təqdim etmiş və mülahizəsində göstərmişdir ki, mübahisə predmeti üzrə Cavabdeh tərəfindən iddiaçı abonentə münasibətdə tərtib edilmiş aktların və həmin aktlar əsasında hesablanmış borcların hüquqi əsasının olmadığı açıq şəkildə görünür. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 23 fevral 2022-ci il tarixli AE RA-29- 116/22 nömrəli cavab məktubuna nəzər saldıqda görünür ki, “qaz həcminin elektron və mexaniki göstəriciləri arasında yaranmış fərqi təzvia göstəricisinə vurmaqla qaz həcminin hesablanması üsulu (metodikası) müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərinə öz əksini tapmamışdır”, bu halda tam məntiqli və hüquqi sual yaranır: qanunvericilikdə mövcud olmayan, səlahiyyətli dövlət orqanı tərəfindən də açıq şəkildə tanınmayan bir metodika əsasında Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlar hansı hüquqi əsasla etibarlı hesab edilə bilər? Məlumdur ki, həyata keçirilən bütün hesablamalar yalnız qanunla və ya qanuna əsaslanan normativ hüquqi aktlarla müəyyən edilmiş üsul və qaydalar əsasında aparılmalıdır. Qanunvericilikdə təsbit olunmamış metodikanın tətbiqi isə özbaşınalıq olmaqla yanaşı, hüquqi müəyyənlik, qanunçuluq və hüquqi etibarlılıq prinsiplərinin kobud şəkildə pozulmasına səbəb olur. Belə bir metodika ilə aparılan hesablamalar hüquqi qüvvəyə malik ola bilməz və onların nəticəsi kimi tərtib edilən aktlar da etibarsız sübut hesab edilməlidir. Bundan əlavə, səlahiyyətli tənzimləyici orqanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edən hesablamaların istehlakçı üçün hüquqi öhdəlik yaratması mümkün deyil. Əks yanaşma, cavabdeh quruma qanunvericiliklə nəzərdə tutulmayan səlahiyyətlərin verilməsi demək olar ki, bu da hüquqi dövlət prinsipinə ziddir. Bu səbəbdən, göstərilən metodika əsasında tərtib edilmiş aktların hüquqi etibarlılığının tanınması üçün nə normativ, nə də faktiki əsas mövcuddur. Digər məsələ ondan ibarətdir ki, Cavabdeh İB Azərbaycan Respublikasının ərazisində təbii qazın paylanmasını və təchizatını həyata keçirən yeganə səlahiyyətli qurumdur. Bu hal bazarda alternativ təchizatçının mövcud olmaması ilə nəticələnir və abonentin başqa bir hüquqi və ya fiziki şəxslə qaz təchizatı üzrə müqavilə münasibətlərinə daxil olmaq imkanını faktiki olaraq istisna edir. Belə olan halda, abonentlə Cavabdeh arasında yaranan münasibətlər bərabərhüquqlu tərəflər arasında bağlanmış müqavilə münasibətləri kimi deyil, üstün mövqedə olan təchizatçı ilə asılı vəziyyətdə olan istehlakçı arasında formalaşan münasibətlər kimi qiymətləndirilməlidir. Bu isə istehlakçının iradə azadlığını və seçim imkanını ciddi şəkildə məhdudlaşdırır. İkinci olaraq, cavabdeh tərəfindən istinad edilən üzləşdirmə aktının (30 iyun 2025-ci il tarixli X1 Üzləşdirmə Aktı) abonent tərəfindən imzalanması, borcun könüllü və şüurlu şəkildə qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, abonent qaz sərfıyyatınm texniki xüsusiyyətlərini müəyyən etmək səlahiyyətinə və biliklərinə malik olan mütəxəssis və ya ekspert deyil. Abonent üçün aktlarda göstərilən qaz sərfıyyatınm normadan artıq olub-olmamasını, habelə hesablamaların şişirdilmiş və ya reallığa uyğun olmayan formada aparıldığını müəyyən etmək obyektiv olaraq mümkün deyil. Məhz bu səbəbdən, abonentin üzləşdirmə aktını imzalaması yalnız ona təqdim edilmiş rəsmi sənədə etimad göstərməsi ilə bağlı olmuş, sonradan isə ona məlum olmuşdur ki, həmin aktlar əsasında hesablanmış borclar qanunsuz və əsassızdır. Bu baxımdan, sözügedən akt abonentin həqiqi iradəsini əks etdirmir və hüquqi nəticə doğuran etiraf kimi qiymətləndirilə bilməz. Üçüncü və daha mühüm məsələ ondan ibarətdir ki, mövcud qanunvericilik qaz sərfıyyatınm müəyyən edilməsini əmsallar tətbiq edilməklə hesablanmasını nəzərdə tutmur. Qaz sərfıyyatınm hesablanması yalnız qanunvericilikdə müəyyən edilmiş üsullarla, o cümlədən ölçü cihazlarının göstəriciləri və normativ hüquqi aktlarda nəzərdə tutulan qaydalar əsasında aparılmalıdır. Qanunda birbaşa nəzərdə tutulmayan əmsalların tətbiqi ilə sərfıyyatm hesablanması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla yanaşı, istehlakçıya süni və əsassız borcun yüklənməsinə səbəb olur. Bu cür hesablamalar hüquqi qüvvəyə malik ola bilməz və məhkəmə tərəfindən etibarlı sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nm təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 5.4-cü maddəsinə əsasən Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bu o deməkdir ki, Cavabdeh İB yalnız 1 ay bunu tətbiq edə bilər. Belə ki, bu səbəbdəndir ki, qanunvericilik müvəqqəti sayğacın quraşdırılmasını nəzərdə tutmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrallar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. Nəticə etibarilə, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlar, habelə həmin aktlar əsasında hesablanmış borclar hüquqi əsasdan məhrum olmaqla, abonentin hüquq və qanuni mənafelərini pozur. Bu səbəbdən, sözügedən aktların etibarsız hesab edilməsi və onlara əsasən müəyyən edilmiş borcun ləğv olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraqq iddiaçının nümayəndələri izahatlarında bildirdilər ki, iddiaçının sərfiyyatını ölçən qaz sayğacı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə deyil, tərəflərin xüsusi mühafizə olunan qaz stansiyasında yerləşir, ona görə yoxlamalar qeydiyyata alınmalı deyildi. Hazırda iddiaçının sərfiyyatı ölçmək üçün quraşdırılmış sayğac köhnə sayğacdır. Sadəcə həmin sayğac 2024-cü ilin avqustunda sonuncu dəfə texniki baxışdan keçirilərək yenidən quraşdırılıb. Mübahisəli dövr üçün sayğacın arxivi pozulub. 2023-2024-cü il üçün aktlar idarədə tapılmır, çünki onlar arxivləşdirilmir.
14. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: -560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; -560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; -560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; -560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; -560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: -560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə.
16. Rəqabət Məcəlləsinin: -1.1.45-ci maddəsinə əsasən təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün daha səmərəli olan bazarın vəziyyəti; -1.1.46-ci maddəsinə əsasən təbii inhisar subyekti – təbii inhisar şəraitində məhsul istehsalı (satışı) ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil edilən təsərrüfat subyektidir.
17. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. -3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -13-cü maddəsinin 8-ci bəndinə əsasən (2022-ci ilin mart ayının birinədək qüvvədə olan redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -13-cü maddəsinin 8-ci bəndinə əsasən (hal-hazırkı redaksiya) bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). -13-cü maddəsinin 8-1-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.
18. AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının: - 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. -4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. -4.2-ci bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh İB arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli AMX-8982/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh İB iddiaçıya məxsus Göygöl rayonunda yerləşən, müəssisəni təbii qazla təmin edir. İddiaçı MMC-yə məxsus müəssisədə istehlak olunan qazın hesabatı Cavabdeh İB tərəfindən 2024-cü ildə quraşdırılmış G-1600 markalı ********** saylı qaz sayğacı vasitəsilə aparılır. Hazırda İddiaçı MMC-nin Cavabdeh İB tərəfindən ona qazdan istifadəyə görə aktlar əsasında hesablanmış 506.128,06 manat məbləğində borcun silinməsini tələb edir.
27. İş materiallarında olan abonent saldosu əsasında isə müəyyən edilir ki, iddiaçıya 2019-cu ilin dekabr ayında 54.690 manat, 2020-ci ilin yanvar ayında 46.474,8 manat, 2020-ci ilin noyabrında 15.200 manat və 2020-ci ilin dekabrında 12282 manat, 2023-cü ilin oktyabr -dekabr aylarında 237911,74 manat və 2024-cü ilin yanvar-fevral və aprel-may aylarında isə 139.569,32 manat olmaqla ümumilikdə 506.128,06 manat məbləğində borc sayğac göstəricilərinə əsasən deyil, aktlar əsasında hesablanmışdır.
28. Kollegiya ilk növbədə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmiş, eləcə də tərəfindən həmin borcların hesablanması üçün əsas olmuş aktlar məhkəməyə təqdim edilməmişdir.
29. Mübahisəli borclara dair müəyyən sənədlər (razılaşma protokolları, üzləşmə aktı, sayğaca baxış protokolu) cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, lakin həmin sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə qeyri-mümkünlüyünü əsaslandırılmamışdır.
30. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasları barədə məlumatlı olmadığını bildirsə də, Cavabdeh İB-nin uzun müddət “EMİS”-də elektron kabinetinin olmasını, eləcə də həmin kabinetinin aktiv istifadəçisi olmaqla yüzlərlə məhkəmə mübahisəsinin iştirakçısı olduğunu və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini vaxtında verdiyini (qətnamə xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş və xx.xx.2025-ci ildə apellyasiya şikayəti verilmişdir) nəzərə aldıqda cavabdehin elektron kabinetə daimi olaraq nəzarət etməməsi, eləcə də elektron kabinetdə nasazlıq yaranması və bu barədə cavabdehin məlumatının olmaması barədə dəlilləri inandırıcı və ağlabatan görünmür.
31. Odur ki, kollegiya hesab edir ki, Mülki Məcəllənin 372.2-ci maddəsi tələbləri baxımından cavabdehin təqdim etdiyi sənədlərin sübut qismində qəbul edilməsi mümkün deyildir.
32. Digər tərəfdən göstərilən sənədlər sübut qismində qəbul edilərsə belə kollegiya aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Birincisi, cavabdeh tərəfindən 2019-2020-ci illərdə aktlar əsasında hesablanmış ümumilikdə 128.646,8 manat məbləğində borcun əsaslılığını sübuta yetirmək üçün xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlar, eləcə də 2020-ci ilin noyabr və dekabr ayları üzrə razılaşma protokolları; 2023-2024-cü illərdə aktlar üzrə hesablanmış ümumilikdə 377.481,06 manat məbləğində borcların əsaslılığına dair isə xx.xx.2024 və xx.xx.2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktları apellyasiya şikayətinə əlavə edilmişdir.
34. Kollegiya ümumilikdə 128.646,8 manat məbləğində borca dair 2019-2020-ci illlərdə tərtib edilmiş aktlara və protokollara münasibətdə qeyd edir ki, həmin akt və protokollar iddiaçıya məxsus sayğacla bağlı iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini, sayğacda nasazlıq aşkar edilməsini, bununla bağlı yoxlama aparılmasını və nəticələrini təsdiq edən, sayğacdakı nasazlığın səbəblərini müəyyənləşdirən və müvafiq yoxlama (və ya baxış) keçirilərkən tərtib edilmiş ilkin sənədlər deyillər. Əksinə həmin akt və protokolların məzmunundan da göründüyü kimi sözügedən sənədlər cavabdeh tərəfindən keçirilməsi ehtimal olunan yoxlama və ya baxışdan sonra abonentə sayğacdan kənar əlavə sərfiyyatın hesablanması məqsədilə qaz istismar idarəsi tərəfindən tərtib edilmişlər.
35. Kollegiya xatırladır ki, cavabdeh təbii inhisar subyekti olmaqla onun tərəfindən sahibkarlıq subyektində keçirilən yoxlamalar vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı halda isə iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 4 il ərzində 506.128,06 manat məbləğində sayğac göstəricilərindən kənar əlavə borc hesablansa da, həmin müddət ərzində keçirilmiş heç bir yoxlama dövlət qeydiyyatına alınmamışdır.
36. Bununla bağlı sayğacın cavabdehin fəaliyyət göstərdiyi ərazidən kənar xüsusi mühafizə olunan qaz stansiyasında quraşdırıldığı və bu baxımdan həmin sayğacla bağlı yoxlama sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerdə keçirilən yoxlama olmamaqla dövlət qeydiyyatına alınmalı olmamasına dair arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, birincisi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsində elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı bütün fəliyyətinə sahibkarlıq subyektində həyata keçirilən yoxlamalar ilə bağlı tələblərin şamil edildiyi qeyd edilmişdir.
37. Həmin normanın məzmunundan da göründüyü kimi təbii inhisar subyektinin nümayəndələri qanunda nəzərdə tutulmuş qaydada yoxlama keçirmədən yalnız elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunmasını həyata keçirə bilər, yəni qaz sayğacları ilə bağlı inhisarçının bütün digər hərəkətləri yoxlama kimi dəyərləndirilməlidir. Hazırkı halda isə cavabdehin iddiasına görə qaz sayğacının işlək vəziyyətində olubolmamasının yoxlaması keçirilmiş, nasazlıq aşkar edilmiş, nasazlığın səbəbləri (müdaxilə olub-olmaması) aydınlaşdırılmış, lakin yoxlamanın nəticələrinə dair yoxlama aktı, eləcə də baxış protokolu tərtib edilməmiş, eləcə də yoxlama qeydiyyata alınmamışdır. Yazılı akt (protokol) tərtib edilmədiyindən yoxlama keçirilməsi zamanı iddiaçının nümayəndəsinin iştirakının təmin edilib-edilmədiyini, eləcə də qanunun digər tələblərinə riayət edilibedilmədiyini müəyyən etmək mümkün deyil.
38. Digər tərəfdən o da qeyd edilməlidir ki, “Qaz təchizatı” haqqında AR Qanununun və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən qaz sayğacı istifadəçi ilə qazpaylayıcı arasında balans mənsubiyyəti sərhədində quraşdırılır, eləcə də sənaye qaz istifadəçilərinin (iddiaçının sənaye qaz istifadəçisi olması mübahisəsiz haldır) qaz sayğacları istifadəçinin hesabına təchiz edilir və quraşdırılır. Qanunun tələblərindən də göründüyü kimi, sənaye qaz istifadəçisinin sərfiyyatını ölçən qaz sayğacı istifadəçinin mülkiyyətində olmaqla yanaşı həmin qaz sayğacının quraşdırıldığı nöqtədən istehlakçının balansında olan qaz xətti başlayır, yəni həmin nöqtədən başlayaraq qaz xətti və xəttin üzərində yerləşən qaz qurğularına görə məsuliyyət qaz istifadəçisinə aid edilir. Odur ki, qaz sayğacın quraşdırıldığı yerdə yerləşən qaz xətti və qaz qurğularına görə. məsuliyyətin qaz istifadəçisi olan sahibkarlıq subyektinin üzərinə düşdüyünü nəzərə alsaq həmin yerin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yer hesab edilməməsi ağlabatan və məntiqli görünmür.
39. Həmçinin vurğulanmalıdır ki, qaz istifadəçilərinin və xüsusilə də sənaye qaz istifadəçilərinin qaz sayğaclarının bir qayda olaraq təhlükəsizlik baxımından obyektdən kənar yerləşməsi hamıya məlum olan haldır. Bu baxımdan qaz sayğaclarının yerləşdiyi yerin sahibkarlıq fəaliyyətinin keçirildiyi yer kimi qiymətləndirilməməsi faktiki olaraq qaz sayğacları ilə bağlı istənilən yoxlamaların, o cümlədən sayğaca müdaxilə ilə bağlı yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun sahibkarlar üçün müəyyən etdiyi müdafiə mexanizmlərindən kənara qalması deməkdir. Halbuki qaz istifadəçisinin belə müdafiə mexanizmlərinin istifadə edə bilməsi xüsusilə də hazırkı halda, yəni qaz sayğaclarının sənaye qaz qurğusu istifadəçinin məsuliyyətinə aid edilsə də, faktiki olaraq qazpaylayıcının nəzarəti altında olduğu hallarda xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hazırkı işdə cavabdehin özünün qeyd etdiyi kimi qaz sayğacı cavabdeh tərəfindən mühafizə olunan zonada, yəni istehlakçıdan fərqli olaraq qaz paylayıcının istənilən vaxt giriş-çıxış imkanlarına malik olduğu sahədə yerləşir. Belə olan halda isə qaz paylayıcının həmin sahədə yerləşən sayğaca qanunda nəzərdə tutulan qaydalara riayət etmədən yoxlamalar, baxışlar keçirməsi sui-istifadəyə üçün geniş imkanlar yaradır.
40. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehin mübahisəli borcların yaranması əsası kimi istinad etdiyi yoxlamalar yuxarıda göstərilən qanunun tələblərinə əsasən həyata keçirilməli və dövlət qeydiyyatına alınmalı idi.
41. Digər tərəfdən məhkəməyə təqdim edilmiş 2019-2020-ci illər üçün akt və protokollarda əks olunmuş hesablama metoduna münasibətdə kollegiya qeyd edir ki, “Qaz təchizatı” haqqında AR Qanununa və “Qazdan istifadə Qaydaları”na əsasən qazdan istifadəyə görə istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Qanunverici həmin qaydadan iki istisna hal müəyyən etmişdir: qaz sayğacının olmadığı dövrdə qaz sərfiyyatının əvvəlki ayların sərfiyyatına uyğun hesablanması, eləcə də 2022-ci ilin mart ayından başlayaraq sayğaca müdaxilə və qanunsuz qoşulma hallarında sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla normativ hesablama yolu ilə dəymiş zərərin hesablanması.
42. Hazırkı halda göstərilən halların heç birinin mövcud olması öz təsdiqini tapmır. Belə ki, sayğaca müdaxilə və qanunsuz qoşulma ilə bağlı hər hansı akt tərtib edilməmişdir. Eləcə də mübahisəli dövrdə iddiaçıya hər ay sayğac göstəricilərinə əsasən sərfiyyat və borc hesablanmış, yəni qaz sayğacı yerində olmuş və sərfiyyatı qeydə almışdır.
43. Qaz sayğacının sərfiyyatı düzgün qeydə almadığı halda cavabdehin istinad etdiyi qaydada (təqdim etdiyi düsturla təzyiq, qazın təmperaturu və əmsal əsasında) borcun hesablanması qaydası normativ hüquqi aktlarda nəzərdə tutulmamış, eləcə də həmin hesablama qaydasını və düsturu təsdiq edən Cavabdeh İB tərəfindən təsdiq edilmiş daxili texniki şərt (qayda və s.) mövcud deyildir. Yəni Cavabdeh İB tərəfindən qazdan istifadəyə görə əlavə sərfiyyat “Qazdan istifadə qaydaları”na zidd hesablanmışdır.
44. İddiaçının müvafiq borcların hesablanması qaydasına dair 2019-cu ilin dekabryanvar aylarında hesablanmış borca dair xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlar, 2020ci ilin noyabr və dekabr aylarında hesablanmış borclara dair isə razılaşma protokollarını imzalamaqla borcun hesablanması qaydası və məbləği ilə razılaşması barədə cavabdehin arqumentləri ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh qaz təchizatı sahəsində bazarda inhisarçı mövqe tutan təbii inhisar subyekti olmaqla iddiaçının təbii qaz təchizatı ilə bağlı başqa hüquqi şəxslə müqavilə bağlamaq və başqa şəxsdən təbii qaz almaqla təbii qaza olan tələbatını ödəmək kimi bir imkanı yoxdur. Bu baxımdan təbii inhisar subyekti tərəfindən cavabdehin bazarda üstün mövqedən istifadə etməsinin qarşısının alınması məqsədilə qanunverici müxtəlif tənzimləmə metodlarından istifadə etmiş, təbii qazın qiymətlərini tənzimləmiş, eləcə də qazdan istifadəyə görə haqqın hesablanması qaydalarını müəyyən etmişdir. Odur ki, hazırkı halda başqa hüquqi şəxsdən qaz almaq imkanı olmayan qaz istifadəçinin qaz paylayıcının təklif etdiyi qaydada hesablanmış sərfiyyatla razılaşması qaz paylayıcının “Qaz təchizatı haqqında” AR qanununa və “Qazdan istifadə qaydaları”na zidd şəkildə yoxlama keçirməsinə və əlavə sərfiyyatla bağlı hesablama aparmasına haqq qazandırmır. O da vurğulanmalıdır ki, sözügedən razılaşmalarda da onların məhz qış aylarında istilik cihazların qoşulmasına ehtiyac yaranması ilə bağlı tərtib edilməsi açıq-aşkar qeyd edilmişdir.
45. Belə olan halda qaz paylayıcının istifadəçi ilə belə bir razılaşmaların bağlanması hüquqdan sui-istifadə əsası üzərində həyata keçirilən hərəkət kimi qiymətləndirilməlidir ki, həmin hərəkət və razılaşmalar Mülki Məcəllənin 560.2-ci maddəsinin tələblərinə əsasən hər hansı hüquqi nəticə doğurmur.
46. 2023-2024-cü illərdə aktlar üzrə yaranmış ümumilikdə 377.481,06 manat məbləğində borclara gəldikdə isə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəfindən hesablama qaydasını və əsasını müəyyən edən sənədlər məhkəməyə təqdim edilməmiş, borcların əsaslılığını sübuta yetirmək üçün cavabdeh tərəfindən yalnız xx.xx.2024 və xx.xx.2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktları iş materiallarına əlavə edilmişdir ki, həmin aktlarda 2024-2025-ci ilin ayları üzrə cavabdeh tərəfindən hesablanmış borcların məbləği əks olunsa və iddiaçı tərəfindən təsdiq olunsa da, həmin borcların sayğac göstəriciləri əsasında deyil, aktlar əsasında hesablanması, aktların nömrəsi, rekvizitləri və s. ilə bağlı hər hansı qeyd aparılmamışdır.
47. Bununla bağlı qeyd edilməlidir ki, qarşılıqlı borcların üzləşdirilməsi aktı adından da göründüyü kimi təsərrüfat əməliyyatının özünü fiksasiya edən ilkin mühasibat uçotu sənədi deyildir. Akt yalnız tərəflərin ilkin sənədlərə əsaslanmalı olan qarşılıqlı hesablaşmalarının nəticələrini əks etdirir və həmin nəticələr əsasında borcun mövcudluğunu təsdiq edir. Eyni zamanda üzləşmə aktı yalnız tərəflər arasında hesablaşmaların nəticələrini fiksasiya etmək məqsədilə tərtib edildiyindən yeni hüquq münasibətlərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi, yəni əqd kimi də qiymətləndirilmir.
48. Bu baxımdan üzləşmə aktı borcun mövcudluğunu təsdiq edən sübutlardan biri olmaqla həmin aktın mövcudluğu tərəfin aktda əks olunmuş borcun hesablanmasının əsaslılığını mübahisələndirmək imkanını aradan qaldırmır və belə halda borcun əsaslılığını məhkəmə tərəfindən yoxlanılmasına maneə törətmir.
49. Beləliklə, üzləşmə aktlarında əks olunmuş borcun əsaslılığının mübahisəli olduğu hazırkı halda həmin aktlar özü-özülüyündə borcun əsaslılığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz və bu vəziyyətdə mübahisəli borcun əsaslı olub-olmaması həmin borcun hesablanması üçün əsas olmuş ilkin sənədlər (hazırkı halda yoxlama aktları, itirilmiş qazın həcmi barədə hesabatlar və s.) əsasında müəyyən edilməlidir.
50. Həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndələri şifahi şəkildə 2023- 2024-cü illərdə akt əsasında borcun sayğacda yaranmış nasazlıq üzündən sərfiyyatı düzgün qeydiyyata almaması (elektron hissənin işləməməsi) ilə bağlı təqdim etdikləri düstur əsasında hesablandığını bildirsələr də, mübahisəli aylar üzrə əlavə sərfiyyat hesablanması ilə bağlı yoxlama aktlarını, eləcə də mübahisəli borcun cavabdehin iddia etdiyi düstur və ya hər hansı digər qaydada hesablanmasını əks etdirən hesabatları (aktları) da təqdim etməmişdir.
51. Bununla bağlı kollegiya 2019-2020-ci illərdəki borclara münasibətdə qətnamənin 32-42-ci bəndlərində əks olunan hüquqi dəyərləndirmənin 2023-2024-cü illərdə hesablanmış mübahisəli borclara da aid olduğunu da vurğulamaqla həmin mövqeyin bir daha təkrarlanmasına lüzum görmür.
52. Bundan əlavə 2023-2024-cü illərdə hesablanmış mübahisəli borclara münasibətdə əlavə olaraq qeyd edilir ki, cavabdehin istinad etdiyi düstur əsasında borcun hesablanmasının mümkünlüyü ehtimal edilsə belə (halbuki həmin hesablamanın qanunvericilikdə nəzərdə tutulmaması, eləcə də cavabdeh tərəfindən qanunun tələblərinə uyğun şəkildə yoxlamaların keçirilməməsi artıq yuxarıda müəyyən edilmişdir) cavabdehin hesablamaları nə həmin düsturla aparılmasını, nə də hansı göstəricilər əsasında (temperatur, təzyiq, əmsal göstəriciləri, elektron korrektorun göstəriciləri, işləmədiyi dövr və s.) aparmasını sübuta edə bilir.
53. O da qeyd edilməlidir ki, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan o da müəyyən edilir ki, iddiaçının hazırda işlətdiyi sayğac 2023-2024-cü illərdə mübahisəli borclar hesablanarkən istifadə edilmiş sayğac olsa da, sayğacın arxiv məlumatları silinmişdir. Yəni hazırda ekspertiza tədqiqatını aparmaqla həmin dövrdəki göstəriciləri müəyyən etmək də qeyri-mümkündür.
54. Kollegiya həmçinin cavabdeh sənaye qaz istifadəçisi olduğundan qaz sayğacında nasazlığın iddiaçının hesabına aradan qaldırılması olması, lakin iddiaçının buna heç bir təşəbbüs göstərməməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinin məzmunundan da göründüyü kimi qaz sayğacı nasaz olduğu halda qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edilməli, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Hazırkı halda isə cavabdehin qaz sayğacının təmiri və ya dəyişdirilməsi ilə bağlı tələb ünvanlaması iş materialları ilə öz təsdiqini tapmır, bundan əlavə sayğacın nasaz olması ehtimal edilsə belə qazpaylayıcı tərəfindən müvəqqəti sayğacla əvəzlənməməsinin və nəticədə uzun müddət ərzində qaz sərfiyyatının qazdan istifadə qaydalarına zidd şəkildə hesablanmasının səbəbləri də aydın deyildir.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı MMC-yə hesablanmış borcun silinməsi barədə nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5149/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumı cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Hakimlər: Leyla Əliyeva
Təranə Mahmudova
Səməd Cəfərov