Məhkəmə qərarları › İş №2-2(103)-1180/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1180/2021

06.10.2021 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1180/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, iddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “şəhadətnamənin, müqavilənin etibarsız hesab edilməsi və pul məbləğinin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 05.08.2021-ci il tarixli qərardadından (hakim Səbinə Nuriyeva) iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı şəhadətnamənin, müqavilənin etibarsız hesab edilməsi və pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi sələfi-ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 09.04.2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, 22.01.2016-ci il tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 MMC-yə ödənilmiş ******* manat pul məbləğinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçı BP Eksploreyşn Limited şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə 01.01.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 17.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 15.07.2021-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 17.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyərək e-2-2(113)-26/2021 saylı 17.06.2021-ci il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçının nümayəndəsi şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2021- ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməsi barədə portalda yaranmış texniki problem səbəbindən göndərilməmişdir. Digər tərəfdən, hazırda davam edən pandemiya ilə əlaqədar olaraq BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçilərinin əksəriyyəti (o cümlədən, hüquqşünaslar) məsafədən işləmə rejimində fəaliyyət göstərirlər. Məhz bu səbəbdən qeyd olunan qərardaddan vaxtında şikayət vermək mümkün olmamışdır. Bu səbəbdən buraxılmış müddət məhkəmə tərəfindən üzürlü hesab edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli e-2-2(113)-26/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən 17.06.2021-ci il tarixdə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı qeyd edilən normanın tələbinə əsasən icraatın təzələnməsi barədə ərizə ilə 08.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəyə hər hansı hüquqi qiymət vermədən onu qərardaddan verilmiş şikayət kimi qəbul etmiş və MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünə dair nəticəyə gələrək ərizəni geri qaytarmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində ərizənin baxılmamış saxlanması barəsində qərardadın ləğvi barədə vəsatətin təqdim edilməsi üçün konkret müddət nəzərdə tutulmadığından iddiaçının ərizəsini geri qaytarmaqla birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə vəsatətinə hüquqi qiymət verilməsi üçün mübahisələndirilən qərardad ləğv edilərək iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-26/2021 saylı 05.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar