Məhkəmə qərarları › İş №2-2(103)-1182/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1182/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1182/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli e-2-2(113)-951/2024 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra edilməmiş təchizat həcmləri üçün iddiaçıya ödənilmiş 42976 manat məbləğində avans ödənişi, iddiaçı tərəfindən icra edilməsindən imtina edilmiş təchizat həcmlərinin yerinə yetirilməsi üçün digər şəxslərə ödənilmiş 10200 manat məbləğin və 24980,77 manat cərimə məbləği, cəmi ümumilikdə 78157,37 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh9 iddiaçı Accessbank ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Bank arasında bağlanmış ipoteka müqaviləsinin bağlanmamış hesab olunması, zaminlik müqaviləsinə isə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-951/2024 saylı qərardadı ilə İddiaçı Accessbank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə "xxxx" MMC tərəfindən verilmiş “zaminlik müqaviləsinin ləğvi” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər "xxxx" MMC-yə geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MMC-nin qərardaddan şikayət verərək, məhkəmənin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2na, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh11 MMC qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməmiş, eləcə də həmin ərizənin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir”. Səbəb isə onunla bağlıdır ki, Cavabdeh11 MMC iş barədə yalnız məhkəmə baxışı mərhələsində xəbər tutmuşdur. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(113)-951/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, ilkin iddia xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş, iş üzrə xx.xx.2024, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh11 MMC-nin hüquqi ünvanına poçt vasitəsinə bildirişlər göndərilmişdir. Bundan əlavə iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasının keçirilməsi ilə bağlı bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh11 MMC qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməmiş, eləcə də həmin ərizənin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh “Flamingo-S" MMC-nin verdiyi qarşılıqlı iddianı geri qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-951/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar