Məhkəmə qərarları › İş №2-2(103)-1184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1184/2021

30.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1184/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il e-2- 2(113)-4493/2021 saylı qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən qaz istifadəsinə görə əsassız olaraq hesablanmış 400.842,60 məbləğin müəssisənin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən istixana kompleksinə verilən qaz təchizatının dayandırılmasının Cavabdeh İB-ə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4493/2021 saylı 02.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozunda yerləşən istixana kompleksinə verilən qaz təchizatının dayandırılması Cavabdeh İB-yə qadağan olunmuşdur. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4493/2021 saylı 02.09.2021-ci il tarixli qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilərək, “iddianın təmin etmə tədbiri barədə” ərizənin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-4493/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il e-2- 2(113)-4493/2021 saylı qərardadı əsas sənəd kimi tərəflərin elektron kabinetində 02.09.2021-ci il tarixdə yerləşdirilmiş, həmin qərardaddan şikayət isə cavabdeh tərəfindən 20.09.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilmişdir. Göründüyü kimi, iddiaçı qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinin tələbini nəzərə almamış və prosessual müddət ötürülməklə verilmiş şikayətin qaytarılması barədə qərardad qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il e-2- 2(113)-4493/2021 saylı qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il e-2- 2(113)-4493/2021 saylı qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayət mümkün sayılmasın. İş şikayətin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşgündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar