Məhkəmə qərarları › İş №2-2(103)-1186/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1186/2025

24.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1186/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: borc müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4263/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 500000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

3. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə cavabdehə ümumilikdə 680.000 manat (400.000 ABŞ dolları) vəsait ödənilmişdir.

4. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 170000 (yüz yetmiş min) manat (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 100000 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.

5. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

6. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.

7. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 170000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 100000 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.

8. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

9. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.

10. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 157231,64 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 92489,20 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.

11. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

12. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 157231,64 manat (92.489,20 ABŞ dolları) vəsait ödənilmişdir.

13. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 500000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

15. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə cavabdehə ümumilikdə 935.000 manat (550.000 ABŞ dolları) vəsait ödənilmişdir.

16. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 170000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

17. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

18. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.

19. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 170000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

20. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

21. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.

22. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 69954 ABŞ dolları (yəni 118921,80 manat) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

23. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

24. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 118921,80 manat (69954 ABŞ dolları) vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

25. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh MMCyə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* ABŞ dolları və 30459 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 və 933069 ABŞ dolları və 544604 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

26. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı1 tərəfindən Cavabdehnə borc olaraq ümumilikdə ******* ABŞ dolları və 30459 manat, İddiaçı2 tərəfindən isə 933069 ABŞ dolları və 544604 manat pul vəsaiti verilmişdir və bu barədə sübutlar mövcuddur. Dəfələrlə, Cavabdehndən qeyd olunan borc məbləği tələb edilsə də, cavabdeh tərəfindən bugünədək həmin borc məbləği üzrə heç bir ödəniş aparılmamışdır.

27. İddiaçılar daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən 2 388 275 (iki milyon üç yüz səksən səkkiz min iki yüz yetmiş beş) ABŞ dolları və 459 (dörd yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 və 1 073 069 (bir milyon yetmiş üç min altmış doqquz) ABŞ dolları və 374 604 (üç yüz yetmiş dörd min altı yüz dörd) manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər.

28. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4263/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar ərizələrində qeyd edirlər ki, "xxxx" MMC xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı1 tərəfindən "xxxx" MMC-yə borc olaraq ümumilikdə 2.511.102,00 ABŞ dolları və 30.459,00 manat, İddiaçı2 tərəfindən isə 933.069,00 ABŞ dolları və 544.604,00 manat pul vəsaiti verilmişdir. Qeyd olunan borc dəfələrlə "xxxx" MMC-dən tələb edilsə də cavabdeh tərəfindən bu günədək həmin borc məbləği üzrə heç bir ödəniş edilməmişdir. İddiaçılar tərəfindən sübut qismində məhkəməyə bir sıra sənədlər (ekspert rəyi, borc müqavilələri, ödəniş tapşırıqları) təqdim edilmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin direktoru məhkəməyə məktub ünvanlayaraq iddia tələbini qəbul etmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi ilə razı olduğunu bildirmişdir. Borcun verilməsinin sübutu olaraq məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: • Dörd ədəd borc müqavilələri; • "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi. Bildiririk ki, məhkəməyə təqdim olunan dörd ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2021- 2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəməyə sübut qismində təqdim olunan digər bir sənəd ekspert rəyi və ona qoşulmuş sənədlər mənbəyi naməlum olduğundan, eləcə qanunla belə bir borcun verilməsini sübut edən sənəd qismində çıxış etməsi nəzərdə tutulmadığından borcun verilməsi faktını təsdiq edə bilməz. Ekspert rəyinə qoşulmuş və ekspertin əsaslandığı “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixdən, xx.xx.2022-ci il tarixədək dövr ərzində verilən investisiya vəsaitlərinin hərəkəti cədvəli də mötəbər sübut kimi nəzərə alınma bilməz. Belə ki, həmin hərəkət cədvəlindəki məlumatlar qanunla nəzərdə tutulan formaya uyğun ilkin sənədlər, ilkin uçot sənədləri ilə təsdiqini tapmalıdır. Eyni zamanda, bu cədvəldə əks etdirilmiş məlumatların mötəbərliyi təsdiq olunarsa belə bu ödənişlərin böyük hissəsi iddiaçılar və cavabdeh arasında bağlanmış borc müqaviləsindən, 2021-2024-cü illərdən əvvəl icra edildiyindən borcun verilməsi faktını təsdiq edə bilməz. Bildiririk ki, bu halda borcun verilməsi yalnız banka verilən və üzərində təyinatı göstərilən ödəniş tapşırıqları ilə sübut oluna bilərdi. Başqa sözlə desək borcun verilməsi zamanı icra olunan ödənişlər bank köçürmələri və bank ödəniş sənədləri ilə sübut oluna bilər. İddiaçı isə məhkəməyə belə bir sübut təqdim etməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, borcu qarşı tərəf etiraf edir və məlum olur ki, aralarında borc barədə hər hansı bir mübahisə yoxdur. O zaman sual olunur ki, mübahisə olmadığı halda nəyə görə məhkəmədə iddia qaldırılıb. Mübahisədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduğu cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa şərait yaradacaqdır. Bildiririk ki, aparılmış araşdırma zamanı aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1. Borclar qısa müddətli (3-6 ay) olmamışdır. Maliyyə (likvidlik) dəstəyi üçün borcların adətən 1 ildən az müddətdə geri qaytarılması nəzərdə tutulur. 2. Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. 3. Belə müqavilələr təkrar-təkrar bağlanılmışdır. 4. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçilər tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend vergisinin yaranmasına səbəb ola bilər. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

31. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A. Quliyev iddia tələblərini qəbul etdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Əlavə olaraq göstərdi ki, yazılı borc müqavilələri üzrə iddiaçı İ. Məmmədov tərəfindən 819954 ABŞ dolları, İddiaçı2 tərəfindən isə 692489,20 ABŞ dolları vəsait köçürmə yolu ilə cavabdehə verilmişdir. Qalan tələb edilən borclar isə 2010-cu ildən 2021-ci il tarixədək olan dövrdə şifahi borc müqavilələri əsasında cavabdeh MMC-yə nağd qaydada ödənilmişdir. Həmin ödənişləri təsdiq edən hər hansı yazılı sübut olmasa da, materiallarda olan mütəxəssis rəyi ilə həmin borcların cavabdeh MMC-yə verildiyi öz təsdiqini tapmışdır.

32. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir.

33. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi R.Abbasov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, yazılı ərizələr verib iclasların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasının iddiaçıların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

35. Birinci instansiya məhkəməsinin 2-2(113)-4263/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 819954 (səkkiz yüz on doqquz min doqquz yüz əlli dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1486,96 (bir min dörd yüz səksən altı manat doxsan altı qəpik) dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh MMC-dən 692489,20 (altı yüz doxsan iki min dörd yüz səksən doqquz dollar iyirmi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1378,62 (bir min üç yüz yetmiş səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 481,38 manat dövlət rüsumunun İddiaçı2 özünə aid edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 1458,04 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət edilmişdir.

36. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:  Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı R. Əliyevlə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 692489,20 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir.  Həmin müqavilələr üzrə iddiaçı R. Əliyev tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı R. Əliyev hazırda göstərilən vəsaiti tələb etməklə haqlıdır.  Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İ. Məmmədovla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 819954 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir.  Həmin müqavilələr üzrə iddiaçı İ. Məmmədov tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı İ. Məmmədov hazırda göstərilən vəsaiti tələb etməklə haqlıdır.  Məhkəmə iddiaçı R. Əliyevin iddia tələbini qalan 380579,80 ABŞ dolları, 374604 manat məbləğində pulun, iddiaçı İ. Məmmədovun iddia tələbini isə qalan ******* ABŞ dolları, 459 manat məbləğində pulun geri qaytarılması hissəsində əsassız hesab edir.  Belə ki, iddiaçılar iddia ərizəsində göstərilən vəsaitlərin də cavabdehə təqdim edildiyini göstərsələr də, məhkəməyə həmin vəsaitlərin cavabdehə təqdim edildiyini, cavabdeh MMC-nin hesabına daxil olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişlər.  İddiaçılar bununla bağlı yalnız "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H065/22 saylı mütəxəssis rəyini təqdim etmişlər.  Belə ki, həmin rəyin nəticə hissəsinə görə Cavabdeh MMC-nin təsisçisiinvestor İddiaçı1 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 1568321,00 ABŞ dolları və 459,00 AZN, investor İddiaçı2 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 380580,00 ABŞ dolları və 374604,00 AZN-ə bərabər olmaqla Cavabdeh MMC-nin təsisçisi-investor İddiaçı1 və investor İddiaçı2 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 1948901,00 ABŞ dolları və 375063 AZN təşkil edir.  Lakin həmin rəy iddiaçı R. Əliyev tərəfindən cavabdeh MMC-yə 380579,80 ABŞ dolları və 374604 manat məbləğində pulun, iddiaçı İ. Məmmədov tərəfindən cavabdeh MMC-yə ******* ABŞ dolları və 459 manat məbləğində pulun verildiyini tədiq edən mötəbər və təkzibedilməz sübut qismində qəbul edilə bilməz.  Belə ki, həmin rəydə göstərilən məbləğlər cavabdeh MMC tərəfindən müxtəlif şəxslərə ödənilmiş vəsaitlərlə bağlı tərtib edilmiş kassa məxaric orderlərində göstərilmiş məbləğlər nəzərə alınmaqla müəyyən edilmişdir.  Məhkəmə qeyd edir ki, materiallarda olan rəydəki fotoşəkillərdən (c.1, i.v. 116- 146) görünür ki, həmin kassa məxaric orderlərində göstərilmiş vəsaitlər cavabdeh MMC tərəfindən ödənilmiş, həmin vəsaitlərin iddiaçılar tərəfindən təqdim edilməsi isə müəyyən edilmir.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbləri göstərilən vəsaitlərin tutulması hissəsində təmin edilməməlidir.  Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 819954 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı1, cavabdehdən 692489,20 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 1486,96 manat dövlət rüsumu tutularaq İddiaçı1, 1378,62 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş qalan 481,38 manat dövlət rüsumu İddiaçı2 özünə, 1458,04 manat dövlət rüsumu isə İddiaçı1 özünə aid edilməlidir..

37. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 399.1, 442, 739.1, 739.2-ci maddələri və AR MPM-nin 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

38. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4263/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verərək iddianın təmin olunduğu hissədə qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçılar tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduqları cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa yönəlmişdir. Bildiririk ki, aparılmış araşdırma iqtisadi ağlabatanlıq tələbi ilə uzlaşmayan aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1. Borclar qısa müddətli (3-6 ay) olmamışdır. Maliyyə (likvidlik) dəstəyi üçün borcların adətən 1 ildən az müddətdə geri qaytarılması nəzərdə tutulur. 2. Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. 3. Belə müqavilələr təkrar-təkrar bağlanılmışdır. 4. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçilər tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin faktiki olaraq nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcəilə vergi tutulur. Göründüyü kimi məhkəmə tərəfindən işə baxılarkən və yekun qərar qəbul edilərkən qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış və nəticədə tərəflərin vergidən yayınmasına münbit şərait yaranmişdir. Məhkəmə tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti ilə bağlı prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə uyğun olaraq məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 sentyabr 2020-ci il 10 nömrəli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İş materiallarından məlum olduğu kimi tərəflər arasında mübahisə təsisçinin müəssisəyə verdiyi borcun sonuncu tərəfindən qaytarılmaması və bu səbəbdən borcun cavabdehdən məcburi qaydada tutulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən fiziki şəxsin borc verməsi sahibkarlıq fəaliyyəti hesab olunmur. Həmçinin borc müqaviləsinin məzmunundan göründüyü kimi, borcun verilməsi hər hansı faizin ödənilməsi ilə şərtləndirilməmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərt mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasıdır. Hazırkı mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamış və sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Beləliklə, məhkəmə tərəfindən yanlışlığa yol verilərək kommersiya mübahisəsi olmayan iş icraata qəbul edilmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə üzərinə düşən vəzifələri tam icra etməmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi zamanı istinad olunan sübutların, yəni borc müqavilələri və bank ödənişlərinə dair sənədlərin məzmunu obyektiv mənbələr vasitəsilə araşdırılmamış və onların həqiqiliyinin müəyyən olunması ilə bağlı üzərinə düşən vəzifələr icra edilməmişdir. Belə ki, məhkəməyə təqdim olunan dörd ədəd borc müqaviləsi sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2021 - 2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliliyinin sübut olunması üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsinin mötəbərliyi digər vasitələr hesabına təsdiq olunmalıdır. Eyni zamanda, məhkəməyə təqdim olunan bank ödənişlərinə dair sənədlərin həqiqiliyi, həmin sənədlərdə qeyd olunan rekvizitlərin və qeydlərin düzgünlüyü ilə bağlı müvafiq banka sorğular verilərək dəqiqləşmələr aparılmamış, ödənişin edildiyi bank hesablarından çıxarışlar əldə edilərək üzləşdirilməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən borc müqavilələri ilə ödəniş sənədləri arasındakı ziddiyyətlər də nəzərdən qaçırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli borc müqaviləsində İddiaçı2 tərəfindən cavabdehə 500.000,0 manat və İddiaçı1 tərəfindən 500.000,0 manat verilməsi nəzərdə tutulmasına baxmayaraq müvafiq bank ödəniş sənədlərində bu müqavilə üzrə R. Əliyev tərəfindən cavabdehin bank hesabına 400.000,0 ABŞ dolları, İ. Məmmədov tərəfindən isə 550.000,0 ABŞ dollarının köçürüldüyü qeyd olunmuşdur. Başqa sözlə, iddiaçılar tərəfindən cavabdehin hesabına borc müqaviləsindən daha artıq məbləğdə vəsait köçürüldüyü görünür. Məhkəmə isə borc müqavilələrini əsas götürməli olduğu halda müqavilədən kənara çıxaraq cavabdeh tərəfindən iddiaçılara 615.000, manat (361.764,0 ABŞ dolları) çox vəsaitin ödənilməli olduğunu qət etmişdir. Məhkəmənin nəzərə almadığı digər bir fakt isə borc müqavilələrində olan borcun ödənilməsinin son tarixləridir. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilələrdə borcun ödənilməsinin son tarixi qismində xx.xx.2025-ci il tarix göstərilməsinə baxmayaraq müqavilənin icrası üçün müəyyən edilmiş bu müddət bitmədiyi halda məhkəmə tərəfindən həmin borcun müəssisədən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilmişdir. Bunlarla yanaşı, işə baxan məhkəmə Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını, habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan prosessual hüquq normalarının da tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən qəbul edəcəyi qətnamənin maraqlarına toxuna bilən bütün tərəflər müəyyən edilməmiş və məhkəmə icraatına cəlb edilməmişdir. Başqa sözlə desək məhkəmə tərəfindən cavabdeh müəssisənin 3-cü təsisçisi məhkəmə icraatına cəlb edilməmişdir. Halbuki qəbul edilmiş yekun qərarın həmin təsisçinin maraqlarına toxunması realdır və bu məhkəmə işi barədə onun məlumatlandırılmaması qanunvericiliyə ziddir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

40. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

41. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

42. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

43. İddialaraya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

45. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

46. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

49. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

51. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

52. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

56. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

57. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinin təmin olunduğu hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

64. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

66. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

67. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

68. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar borc müqaviləsi əsasında cavabdehə verilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edirlər; cavabdeh iddianın təmin edilməsinə etiraz etmir; müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə iddiaya etiraz edərək təsisçilərin şirkətə qoyduğu pulun borc yox, kapital kimi olduğunu və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend vergisinin yaranmasına səbəb olduğunu irəli sürür.

69. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı R. Əliyevlə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə R. Əliyev tərəfindən cavabdehə ümumilikdə 692489,20 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmiş; eyni zamanda İddiaçı1la cavabdeh arasında xx.xx.2021ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 819954 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmiş, həmin müqavilələr üzrə iddiaçılar İddiaçı2 və İ. Məmmədov tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.

70. Belə ki, R. Əliyev Cavabdeh MMC-yə iş materiallarına əlavə edilmiş xx.xx.20021-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 150.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 75.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 75.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 92.489,20 ABŞ dolları vəsait ödəmişdir.

71. Eyni zamanda, İ. Məmmədov Cavabdeh MMC-yə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 150.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 75.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 250.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 75.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 69.954 ABŞ dolları pul vəsaiti ödəmişdir.

72. Kollegiya qeyd edir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri yuxarıda sadalanan sənədlərlə təkzib olunur və MMC-nin təsisçi ilə arasında borc münasibətləri yaradaraq gələcəkdə müəssisənin vergidən yayınmaq məqsədi daşıması arqumenti isə hər hansı sübuta istinad etməmiş, əsaslandırma sadəcə mülahizələrdən ibarət olmuşdur.

73. Belə ki, tərəflər arasında mülki hüquqi müqavilə mövcuddur və tərəflər öhdəliyi qəbul edir, vəsaitin bank vasitəsilə köçürülməsi faktı da vəsaitin real olaraq verildiyini təsdiq edir. Həmçinin nağdsız köçürülmüş pul vəsaitlərinin ödəniş təyinatında “borc müqaviləsi üzrə “ qeyd olunubdur ki, bu da vəsaitin xarakterini müəyyən edir.

74. Eyni zamanda, kollegiya qeyd edir ki, vəsait nizamnamə kapitalına artım kimi yönəldilsə idi, bu MMC-nin nizamnaməsində dəyişiklik edilməsini və dövlət qeydiyyatına alınmasıniı tələb edir ki, hazırki işdə həmin hallar müəyyən edilməmişdir.

75. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi sadə yazılı formada bağlana bilər, qanunvericilik təsisçi ilə MMC arasındakı borc müqaviləsinin mütləq notarial qaydada təsdiqini tələb etmir (§ 46,52 ).

76. Kollegiya apellyasiya şikayətinin müqavilənin uzunmüddətli bağlanmasının müqavilənin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinə əsasən tərəflər borcun müddətini və şərtlərini özləri müəyyənləşdirir və bununla bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.

77. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyə iştirakçılarının iradə sərbəstliyinə, müqavilənin xarakterinə müdaxilə yolverilməzdir.

78. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4263/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar