Məhkəmə qərarları › İş №2-2(103)-1189/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1189/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1189/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli e- 2-2(113)-166/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “Yunika “MMC-dən və Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2708781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə, Cavabdeh4 mülkiyyətindəki “X1 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyicixırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağının, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrütatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağın üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadına əsasən ərizə təmin olunmuş, məhkəmənin 11 avqust 2021-ci il tarixli, e2-2(113)-166/2021 saylı qərardadına əsasən qərardada düzəliş olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-166/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı qismən ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin qərardada düzəliş olunması barədə 11 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı ləğv edilmiş, ddianı təmin etmə tədbiri barədə ərizə – “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması” hissəsində təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı “Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını, iş üzrə iddianın təmini tədbiri barədə verilmiş 06.08.2021-ci il tarixli ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Nikoyl” İKB ilə Cavabdeh3 MMC arasında 20 avqust 2015-ci il tarixdə illik 10 faiz olmaqla 48 ay müddətinə kredit müqaviləsi bağlanaraq ******* ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh4 20 avqust 2015-ci il tarixdə girov müqavilələri bağlanmışdır. Lakin məhkəmə öz qərardadında iddia tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizənin zərurilik meyarı baxımından və belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan verilən ərizənin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməsini mümkün olmamasına istinad edərək ləğv etmişdir. Lakin məhkəmə cavabdehlərlə Bank arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 20.08.2015-ci il tarixli girov müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsini nəzərə almamış və səhv nəticəyə gələrək əsassız bir qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-166/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə baxılarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianı təmin etmə tədbiri yalnız iddia təmin edildiyi təqdirdə qətnamənin icrasını təmin etmək məqsədi ilə görülür. İşin hallarından göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ipoteka qoyanlardır. Onlarla iddiaçı arasında kredit və ya zaminlik müqaviləsi mövcud olmadığından kredit borcu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklar istisna olmaqla həmin şəxslərin mülkiyyətində olan əmlaklara yönəldilməsi mümkün olmadığı üçün Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadının qismən - onlara məxsus əmlakların üzərinə həbs qoyulması hissəsində ləğv olunması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar