Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-119/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: borcun tutulması, ipoteka predmetinə yönəltmə, zaminlik. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021L**********73 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.
2. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021L**********73 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
3. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur.
4. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021L**********73 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 30.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən göstərilmiş tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
5. İddiaçı ilə Cavabdeh2 (zamin) və Cavabdeh3 (borclu) arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
6. İddiaçı ilə Cavabdeh1 (zamin) və Cavabdeh3 (borclu) arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
7. İddiaçı ilə Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 021M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşn 81 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzili 31 oktyabr 2019-cu il tarixli 021L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 021R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 31 oktyabr 2019-cu il tarixli 021L000002S27373 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə bağlanmış 021R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 noyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 021R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 31 oktyabr 2019-cu il tarixli 021L000002S27373 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə bağlanmış 021R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 noyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 021R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə olan əsas borcu 10073,16 manat, faiz borcu 747,23 manat, cərimə borcu 179,67 manat, cəmi borcu isə 11000,06 manat təşkil edir.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 021R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023cü il tarixə olan əsas borcu 5888,82 manat, faiz borcu 147,71 manat, cərimə borcu 11,78 manat, cəmi borcu isə 6048,31 manat təşkil edir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/1505 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 021R********** nömrəli kredit razılaşmasına əsasən 29 noyabr 2021-ci il tarixdə bağlanmış 021R**********S saylı Əlavə Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə olan borcu 10303,83 manat (əsas borc 9674,96 manat, faiz borcu 628,87 manat), xx.xx.2023-cü il tarixə olan borcu 10395,21 manat (əsas borc 9674,96 manat, faiz borcu 720,25 manat), xx.xx.2024-cü il tarixə olan borcu 11373,46 manat (əsas borc 9674,96 manat, faiz borcu 1698,49 manat) təşkil edir.
14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, LP-254/2023 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus 18 saylı mənzilin hazırkı bazar qiyməti 160000 manat, likvid qiyməti 145000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 10073.16 manat məbləğində krеdit bоrcu, 747.23 manat məbləğində faiz bоrcu və 179.67 manat məbləğində cərimə borcu olmaqla, 021R********** saylı krеdit razılaşması üzrə 5888.82 manat məbləğində krеdit bоrcu, 147.71 manat məbləğində faiz bоrcu və 11.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17048,37 manat məbləğində bоrcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının və 200 manat mediasiya xərcinin tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 81.0 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 17048,37 manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının və 200 manat mediasiya xərcinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 19926.84 manat ödəmiş, onun 10073.16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 119 gün üçün hesablanmış faiz borcu 1370.71 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 119 gün üçün hеsablanmış cərimə 179.67 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 021R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 9111.18 manat ödəmiş, onun 5888.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 10 gün üçün hesablanmış faiz borcu 147.71 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 10 gün üçün hеsablanmış cərimə 11.78 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 021M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirqasımov küçəsiev 4 ünvanında yerləşən 81.0 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Ak.Mirqasımov küçəsiev 4 ünvanında yerləşən 81.0 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzil Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək (birgə) qaydada 021R********** saylı krеdit razılaşması üzrə 9674,96 manat əsas bоrc, 720,25 manat faiz bоrcu, 179,67 manat cərimə borcu, 021R********** saylı krеdit razılaşması üzrə 5888,82 manat əsas borc, 147,71 manat faiz bоrcu, 11,78 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 200 manat mediasiya xərci, ümumilikdə 16868,19 (on altı min səkkiz yüz altmış səkkiz manat on doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 81.0 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzilə - ilkin satış qiyməti 145000 (bir yüz qırx beş min) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 16868,19 (on altı min səkkiz yüz altmış səkkiz manat on doqquz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli 021R********** saylı və xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşmaları bağlanmış, 021R********** saylı razılaşma üzrə 15000 manat məbləğində kredit aylıq 1,75% faiz dərəcəsi ilə 36 ay müddətinə, 021R********** saylı razılaşma üzrə isə 30.000 manat məbləğində kredit aylıq 1,6667% faiz dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 81 kv.m ümumi sahədən ibarət 18 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh X3 ilə 31 oktyabr 2019-cu il tarixli 021S**********02 nömrəli və Cavabdeh1 ilə 31 oktyabr 2019-cu il tarixli 021S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixli 021R********** saylı və xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşmaları üzrə xx.xx.2023-cü il tarixə yaranmış əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən 021R********** saylı krеdit razılaşması üzrə tutulacaq faiz borcunun məbləği xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə çatdırılmış, həmin tarixdə iddiaçı tərəfindən kredit müqavilələri birtərəfli qaydada ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 021R********** saylı razılaşma üzrə 5888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 021R********** saylı krеdit razılaşması üzrə isə 9674,96 manat əsas borc və 720,25 manat məbləğində faiz borcu əsas borclu və zaminlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış (021R********** saylı razılaşma üzrə 11,78 manat 021R********** saylı krеdit razılaşması üzrə isə 179,67 manat) dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 5888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 11,78 manat məbləğində cərimə borcunun, xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması üzrə 9674,96 manat əsas borc, 720,25 manat faiz borcu və 179,67 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh3 qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə uyğun (145000 manat) müəyyən edilməlidir.
19. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 317.1, 319.2, 319.5, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741, İpoteka haqqında qanunun 4, 34, 39.3, 41.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2024 saylı xx.xx.2024 tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edillməsini xahiş etmişlər.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/1505 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 021R********** nömrəli kredit razılaşmasına əsasən 29 noyabr 2021-ci il tarixdə bağlanmış 021R**********S saylı Əlavə Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə olan borcu 10303,83 manat (əsas borc 9674,96 manat, faiz borcu 628,87 manat), xx.xx.2023-cü il tarixə olan borcu 10395,21 manat (əsas borc 9674,96 manat, faiz borcu 720,25 manat), xx.xx.2024-cü il tarixə olan borcu 11373,46 manat (əsas borc 9674,96 manat, faiz borcu 1698,49 manatlıq borcun düzgün qiymətləndirilməmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, LP-254/2023 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus 18 saylı mənzilin hazırkı bazar qiyməti 160000 manat, likvid qiyməti 145000 manat qiymətləndirilmişdir. Ancaq hal hazırda indiki bazar qiyməti 180000 manat təşkil edir. Bundan əlavə Baki şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 4, 18 saylı mənzildə cavabdehlərdən başqa X2 və onun az yaşlı uşağı həmin mənzildə qeydiyyatdadırlar. Ancaq iclasa sədirlik edən hakim həmin hissəni araşdırmamışdır. Bu da insan hüquqlarının kobud pozuntusu deməkdir. Bundan əlavə həmin mənzildə xx.xx.2021ci ildə anadan olmuş azyaşlı uşaq(nəvəm) həmin mənzildə qeydiyyatdadır ancaq az yaşlı uşağın mənafeyi nəzərə alınmamışdır. Bununla da birinci instansiya hüquq pozuntusuna gətirib çıxartmışdır. Hesab edirik ki, birinci instansiya məhkəməsi-X1 məhkəmə iclasları barədə məhkəmə bildirişini təqdim etməmiş, ekspertiza rəyində olan faktları və dəlilləri dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan iddia tələbini qəbul edərək qanunsuz qətnamə qəbul etmişdir. Qətnamə əsassız olduğu üçün ləğv olunmasını xahiş edirik.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. KMQ 25 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.[282] 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.[283] KMQ 25 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.[234] 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 223/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli 021R********** saylı və xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşmaları bağlanmış, 021R********** saylı razılaşma üzrə 15000 manat məbləğində kredit aylıq 1,75% faiz dərəcəsi ilə 36 ay müddətinə, 021R********** saylı razılaşma üzrə isə 30.000 manat məbləğində kredit aylıq 1,6667% faiz dərəcəsi ilə 36 ay müddətinə verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 81 kv.m ümumi sahədən ibarət 18 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh X3 ilə 31 oktyabr 2019-cu il tarixli 021S**********02 nömrəli və Cavabdeh1 ilə 31 oktyabr 2019-cu il tarixli 021S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixli 021R********** saylı və xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşmaları üzrə xx.xx.2023-cü il tarixə yaranmış əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən 021R********** saylı krеdit razılaşması üzrə tutulacaq faiz borcunun məbləği xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə çatdırılmış, həmin tarixdə iddiaçı tərəfindən kredit müqavilələri birtərəfli qaydada ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 021R********** saylı razılaşma üzrə 5888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 021R********** saylı krеdit razılaşması üzrə isə 9674,96 manat əsas borc və 720,25 manat məbləğində faiz borcu əsas borclu və zaminlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış (021R********** saylı razılaşma üzrə 11,78 manat 021R********** saylı krеdit razılaşması üzrə isə 179,67 manat) dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 5888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 11,78 manat məbləğində cərimə borcunun, xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması üzrə 9674,96 manat əsas borc, 720,25 manat faiz borcu və 179,67 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh3 qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə uyğun (145000 manat) müəyyən edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin sübut kimi qəbul edilməməsi və mötəbər sübut hesab edilməməsi üçün heç bir əsas yoxdur. Apellyator borcun düzgün hesablanmaması dəlilini irəli sürsə də bu hal ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən ipoteka predmetinin yenidən dəyərləndirilməsi barədə dəlilin də heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, apellyator ipoteka predmetinin dəyərinin daha yüksək olduğunu qeyd etsə də bu dəlilini əsaslandıracaq hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsas tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə sübutetmə yükü bölüşdürülür və iddiaçının üzərində yalnız iddia etdiyi tələblə bağlı sübutetmə yükü mövcuddur, həmin tələbə münasibətdə etiraz edən tərəf isə etirazının əsası kimi istinad etdiyi halların ən azından faktiki əsasını məhkəməyə təqdim etməlidir. Sübutlar kifayət qədər aydın, təkzibedilməz və anlaşılan olmalıdır, sübut təqdim edilməyən halı məhkəmə kollegiyası mövcud olmayan kimi dəyərləndirir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
29. Apellyasiya şikayətinin digər dəlili qeydiyyatda olan şəxslərin mənafeyininin nəzərə alınmamasıdır. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin mənzildə qeydiyyatda olması onun həmin mənzillə bağlı əmlak hüquqlarının yaranması anlamına gəlmir. Mənzilə qeydiyyatda olmaq formal xarakterlidir və vətəndaşın ünvanının dövlət orqanları tərəfindən aparılan qeydiyyat reyestrində qeyd edilməsi məqsədi daşıyır. Qeydiyyat şəxsin həmin yaşayış sahəsinə olan istifadə hüququnu özündə ehtiva etmir. AR MM -nin 269.1-ci maddəsinə əsasən ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə formal qeydiyyatda olan şəxsin mənafeyini müdafiə etmək məqsədi ilə kreditorun əmlak hüquqlarını poza bilməz. Belə ki, AR MM-nin 158-ci maddəsinə əsasən ipoteka hüququ əmlak hüququ hesab edilir və iddiaçının əmlak hüquqları formal qeydiyyatda olan şəxslərdən əlavə mülkiyyətçinin belə özünə münasibətdə qorunur.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-223/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.