Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1196/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2704/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı İqtisadiyyat Nazirliyi X15 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.03.2021ci il tarixə qeyd olunan borc məbləğindən məcburi dövlət sosial siğorta fonduna ödənilməmiş 314706,73 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 439000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı İqtisadiyyat Nazirliyi X15 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə İşsizlikdən sığorta fonduna ödənilməmiş 12864,87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 139000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tarixli e-2-2(113)-2714/2021 saylı qərardadı ilə həmin kommersiya mübahisələri birləşdirilmişdir. İş üzrə X5, X9 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. Bakı Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli e-2-2(113)-2704/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakın vergi ödəyicisinə deyil, digər şəxslərə mənsub olması faktı müqavilələrdən, maliyyə arayışından və mədaxil xəzinə orderinə əsasən müəyyən edilsə də, həmin sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər deyildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrindən çıxarışla təsdiq olunur. Qeyd edilən səbəbdən məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz etdilər. İddiaçının nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, vergi ödəyicisi olan "xxxx" MMCnin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcu olmuş, iddiaçının 09.03.2021-ci tarixli **********1 saylı və **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarları ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün "xxxx" MMC-nin əmlakının siyahıya alınması qərara alınmışdır. "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişmələrində “SİPARK” çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci, 3-cü və 5-ci mərtəbələrində yerləşən, sahələri müvafiq olaraq 139, 139 və 161 kv.metr olan hər biri 3 otaqlı 3 ədəd yaşayış sahələri siyahıya alınaraq 11.03.2021-ci il tarixli **********1 saylı və **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokollar tərtib edilmişdir. İddiaçı bildirir ki, vergi ödəyicisi olan "xxxx" MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 09.03.2021-ci tarixli **********1 saylı və **********0 saylı qərarlar çıxarmışdır. 09.03.2021-ci il tarixli **********1 saylı qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 314706,73 manat borcuna görə 439000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.03.2021-ci il tarixli, **********1 saylı protokol tərtib edilmiş, 09.03.2021-ci il tarixli **********0 saylı qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 12864,87 manat borcuna görə 139000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.03.2021-ci il tarixli, **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən siyahıya alınmış mənzillər ayrı-ayrı şəxslərə satılmışdır. İddiaçı qanunsuz olaraq başqa şəxslərə satılmış mənzilləri siyahıya almışdır. Üçüncü şəxslər X5 və X10 da iddiaya etiraz edirlər və siyahıya alınmış mənzillərin onlara məxsus olduqlarını bildirirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı yalnız vergi ödəyicisinin əmlakını siyahıya ala bilər. Hazırki işdə isə vergi orqanının siyahıya aldığı əmlaklar vergi ödəyicisi olan "xxxx" MMC-yə deyil, üçüncü şəxslərə məxsusdur. Belə ki, iş materiallarında olan 03 noyabr 2018-ci il tarixli 108A saylı müqavilədən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 5-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 90 saylı mənzil X1. 25 yanvar 2019-cu il tarixli mədaxil xəzinə orderinə və 26 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş və onun "xxxx" MMC-yə borcu yoxdur. 11 sentyabr 2019-cu il tarixli 248A saylı müqavilədən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 130 saylı mənzil X2. 24 iyun 2020-ci il tarixli 289A saylı müqavilədən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə, F.Məmmədov və Təbriz küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 139,3 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 138 saylı mənzil X3. 30 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş və onun "xxxx" MMC-yə borcu yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin oluna bilməz. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarında mübahisəli mənzillərin üçüncü şəxslərin xüsusi mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, həmin daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı üçün ilkin hüquqmüəyyənedici sənədlər, yəni alqı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderləri mövcuddur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2704/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1196/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1196/2021
07.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver