Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1198/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X9 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun və dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 6117/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* manat Du Port hoteli binasının dəyərinin yarısı, ******* manat dəymiş zərər olmaqla, ümumilikdə ******* (beş milyon dörd yüz min manat) pulun və 3500 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə biznes fəaliyyəti nəticəsində qazandığı pul vəsaitləri hesabına İddiaçı adına ünvan 1 ünvanda olan torpaq sahəsi və üzərində tikilmiş tikinti sahəsinin (Nur uşaq bağçası), İddiaçı adına ünvan 2 ünvandakı yaşayış evinin, İddiaçı adına ünvan 3 ünvanda 425 saylı mənzilin, İddiaçı adına ünvan 3 ünvanda 51 nömrəli mənzil sahəsinin; X2 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X11 küçəsi, ev 13”E” ünvanda 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyriyaşayış binasının, X2 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X11 küçəsi, ev 13”E” ünvanda 0,49905 ha. torpaq sahəsində “Sifoniya HALL” şadlıq sarayının, oğlu X2 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X11 küçəsində torpaq sahəsinin, oğlu X5 adına Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisində yaşayış evinin, oğlu X5 adına Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin ərazisində torpaq sahəsinin, İddiaçı adına Şamaxı rayonu, Muğanlı bələdiyyəsinin ərazisində yaşayış evi, torpaq sahələrini, oğlu X2 adına Şamaxı rayonu, Muğanlı bələdiyyəsinin ərazisində torpaq sahəsini, oğlu Allahyarov Namiqin adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon ərazisində torpaq sahəsi və fərdi yaşayış evinin, oğlu Allahyarov Rafiqin adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon ərazisində torpaq sahəsi və fərdi yaşayış evinin, oğlu Allahyarov Rafiqin adına Abşeron rayonu (Fatmayi) ərazisində bağ evinin, qardaşı oğlu X3 adına Binəqədi rayonu, Xocasən bələdiyəsi ərazisində 0,06 ha torpaq sahəsinin cavabdehlə arasında bərabər bölünməsi, “Simfoniya” şadlıq sarayının 2021-ci ildən 2024cü ilin hazırkı dövrünədək olan fəaliyyəti nəticəsində qazanılmış ******* manat pul vəsaitinin yarısı ******* manat pulun, ünvan 5 ünvanda olan torpaq sahəsi üzərində tikilmiş uşaq bağçası kimi istifadə olunan (“Nur uşaq bağçası”) əmlakdan 2018-ci ildən hazırkı müddətədək əldə olunmuş ******* manat gəlirin yarısı ******* manat pulun cavabdehdən tələb olunub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 6117/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pulun və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
4. Qeyd edilən qərardaddan cavabdeh tərəfindən şikayət verilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın verilməsi üçün Cavabdeh zəruri sənədləri və sübutları əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxsinə vəkil sorğusu ilə müraciət edərək, İddiaçı və onun ailə üzvlərinin adlarına alınmış nəqliyyat vasitələri və daşınmaz əmalklar barədə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxsi tərəfindən verilmiş sorğulara cavablar alınmadığından qarşılıqlı iddianın verilməsi üçün sübutlar olmamışdır. Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ünvan 3 ünvanda 425 saylı mənzilin, ünvan 6 ünvanda 51 nömrəli mənzilin mülkiyyət hüququ ilə İddiaçı adına olmasına dair çıxarışlar, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X11 küçəsi, ev 13"E" ünvanda 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış, ünvan 5 ünvanda olan torpaq sahəsi və üzərində tikilmiş tikinti sahəsinin mülkiyyət hüququ ilə İddiaçı tərəfindən "Nur uşaq bağçası"na icarəyə verməsinə dair müqavilə sənədlərini əldə etdiyindən qarşılıqlı iddianın verilməsi üçün əsaslar yaranmışdır. Digər tərəfdən, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehlǝ 2002-ci ildən başlayaraq birgə biznes fəaliyyəti ilə məşğul olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN-i olmadığından işlərin aparılmasını, idarə olunmasını ona tapşırmasını, biznes fəaliyyətində olan pul vəsaitlərini, əldə olunmuş gəlirləri idarə etməsini, qazandıqları pul vəsaitinin dövriyyədən artıq qalan hissəsinə müxtəlif əmlaklar almalarını və biznes fəaliyyəti ilə məşğul olmaq üçün yeni sahələr yaratdıqlarını birgə biznes fəaliyyətlərinin nəticəsində qazanılan pul vəsaitinin artan hissəsi ilə yaşayış, qeyri-yaşayış sahələri alındığını, aldıqları əmlakların kimin adına mülkiyyət hüququnun rəsmiləşdirilməsindən asılı olmayaraq hər ikisinə məxus əmlaklar hesab olunduğunu göstərmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair sübut (VÖEN) iddia ərizəsinə və iş materiallarına əlavə olunmadığından mübahisənin kommersiya məhkəməsinə aiddiyyatı olmadığından işin məhkəmə tərəfindən aidiyyat qaydalarına əməl edilməsi üçün əsasın olmadığı qənaətinə gəlinmişdir. Kommersiya mübahisəsinə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair sübut (VÖEN) iddia ərizəsinə əlavə olunmasa da, məhkəmə tərəfindən həmin hal müstəqil olaraq araşdırılmış və iddiaçının 2024-cü il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanında qeydiyyata alınmış və adına VÖEN verilmişdir. Yuxarıda qeyd etdiyim hər iki hal qarşılıqlı iddianın verilməsi üçün əsasların onun məhkəməyə verildiyi dövrdə əmələ gəlməsi kimi qəbul olunmalı və qarşılıqlı iddianın Mülki Prossesual Məcəllə ilə müəyyən olunmuş müddətdə təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə Azərbaycan Respublikası MPMnin 155.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə mümkün olmamasının əsasları kimi qiymətləndirilməlidir. Məhkəmənin qarşılıqlı iddia ərizəsinin MPM-in 156.1-ci maddəsinin tələblərinə cavab verməməsi və ilkin iddia tələbi ilə hər hansı bir bağlılığın olmamasına dair mövqeyi əsassızdır. Ona görə ki, iddiaçı N. Allahyarovun iddia tələbi birgə kommersiya fəaliyyəti dövründə əldə olunmasını iddia etdiyi əmlakın dəyərinin ödənilməsinə və vurulmuş maddi zərərin tələbinə yönəlmişdir. Qarşılıqlı iddia tələbi cavabdehin birgə kommersiya fəaliyyəti dövründə əldə etdiyi əmlaklara qarşı tələb olduğundan qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmalıdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə qarşılıqlı iddia ərizəsi verilməsi üçün əsaslar yarandığından, sübutlar olduqdan sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6117/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-ci maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
Məhkəmənin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə iclasının bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir.
11. Göründüyü kimi, cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddəti ötürdükdən sonra qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir.
12. Cavabdeh tərəf qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların hazırkı dövrdə əmələ gəlmiş olmasını və qarşılıqlı iddianın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır.
13. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6117/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.