Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-120/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, borclunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin qaytarılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-2196/2015 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (hakim A.Oruczadə) borclu Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “X7 İnvestisiya Korporasiyası” ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCdən İddiaçı ASC-nin xeyrinə ƏDV xaric 17.942 manat əsas borcun, 55.620,2 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulunun, cəmi 73.592,2 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2iqt(81)-2196/2015 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-2196/2015 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə həmin qərardaddan şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-2196/2015 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv olunması xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri barədə cavabdehin heç bir məlumatı olmamış, məhkəmənin yeri və vaxtı barəsində cavabdehə lazımi qaydada məlumat verilməmişdir. Yalnız 4 il sonra, bu yaxınlarda qətnamənin icrası zamanı hazırkı qətnamənin mövcudluğundan xəbər tutmuş və rəsmi ərizəyə əsasən qətnamə xx.xx.2019-ci il tarixində əldə olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində ərizə verilmişdir. Lakin bununla belə cavabdeh tərəfindən, xx.xx.2015-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsinə dair verilmiş ərizə, məhkəmənin xx xxxxxx 2019cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı aşağıdakı səbəblərə görə ləğv olunmalı işin mahiyyəti üzrə baxılması təmin edilməldir. Belə ki, məhkəmə qərardadında əsasən, cavabdeh «xxxx» MMC-nin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin mövcudluğundan artıq icra mərhələsində xəbərdar olduğu ilə əsaslandırmış və Azərbaycan Respublikası MPM-nin 130.1, 130.3-cü maddəsinə istinad etmişdir. cavabdeh «xxxx» MMC tərəfindən qiyabi qətnamənin ləğv olunmasına dair prosessual müddətlərin keçirilməsinə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 243.1 -ci maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğv üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Göründüyü kimi qanunun hazırkı müddəaları şikayət vermə axımının başlanmasını - qiyabi qətnamənin mövcudluğu ilə deyil, mövcudluğu barədə məlumatın olması ilə deyil, hətta həmin qətnamənin alınması ilə deyil onun rəsmi qaydada təqdim edilməsi ilə əsaslandırmışdır. İş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli qətnamə cavabdehə təqdim olunmamışdır. Bundan sonra xx.xx.2015-ci il tarixdə cavabdehin baş mühasibinə «Tələbin könüllü icrası haqqında» Bildiriş təqdim olunmuş və iddiaçı ilə yalnız əsas məbləğin ödənilməsi barədə razılıqma əldə olunması nəticəsində, həmin gün tarixli, yəni xx xxxxxx 2015-ci il tarixli 01№-li ödəniş tapşırığına əsasən əsas məbləğ olan 17942 manat könüllü olaraq ödəniş həyata keçirilmişdir. Bundan sonra icraçılar tərəfindən aparılan prosessual tədbirlərin heç birində cavabdehin iştirakı təmin olunmamış, eyni zamanda iddiaçı tərəfindən hər hansı bir əlavə ödəniş (dəbbə pulu) tələb olunmamış və bu hal qiyabi qətnamənin mövcudluğu barədə məlumatın əldə edilməsi və bu məlumat olandan sonra qətnamənin özünün əldə olunması zəruriliyi yaratmamışdır. Başqa sözlə desək əsas məbləğin ödənilməsi qiyabi qətnamənin mövcudluğu ilə deyil, əvvəlki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və icraçı tərəfindən təqdim olunmuş bildiriş əsasında həyata keçirilmişdir. Lakin 2019-cu ilin noyabr ayında, 4 ildən sonra, cavabdehlər icra şöbəsinə dəvət olunduqda onlardan əsas məbləğdən əlavə dəbbə pulu da tələb olunması və bu tələbin iddiaçının arzu və tələblərinə görə deyil məhkəmə qətnaməsinə əsasən ödəməyə məcbur olduqları onlara bildiriləndən sonra, vəkilə müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixli ərizəyə əsasən 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qiyabi qətnaməsi rəsmi olaraq təqdim olunmuşdur. Yalnız bundan sonra qiyabi qətnamədən şikayət verilmə müddətinin axımı başlamış və Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş 10 gün müddətində qiyabi qətnamənin ləğv olunmasına dair ərizə verilmişdir. Bununla belə qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə cavabdehin hüquqları kobud surətdə pozularaq məhkəmə müdafiəsindən istifadə etmək, prosessual hüquqlarını həyata keçirmək və öz mənafeyini müdafiə etmək imkanları məhdudlaşdırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-2196/2015 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, tələbkar iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Borclunun nümayəndəsi və vəkili X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-2196/2015 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən məhkəmə bildirişləri və xx.xx.2015-ci il tarixli 2iqt(81)-2196/2015 saylı qiyabi qətnamə borclu Cavabdeh MMC-nin hüquqi ünvanına sifarişli poçt göndərişi ilə göndərilmiş, lakin həmin ünvandan köçdüyü üçün geri qayıtmışdır. Borclu Cavabdeh MMC faktiki ünvanı barədə iddiaçıya (kreditora) məlumat vermədiyindən və bu barədə iş materiallarında sənəd olmadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən qətnamənin icrası ilə əlaqədar icra işi materialları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh MMC qiyabi qətnamə üzrə verilmiş icra sənədi əsasında icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişinin surətini xx.xx.2015-ci il tarixdə qəbul etmiş, hətta icra vərəqəsi əsasında tələb olunan əsas borcu ödəmişdir. Məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Belə olan halda, cavabdehin 4 ilə yaxın bir müddət keçdikdən sonra, qiyabi qətnamə barədə məlumatının olmaması, qiyabi qətnamənin yenicə əldə olunması əsası ilə barəsində xx.xx.2015-ci il tarixdən məlumatlı olduğu qiyabi qətnamənin ləğvi barədə ərizə vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət ərizəsində qeyd edilmiş hallar borclu tərəfindən ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpası barədə ərizə verildiyi təqdirdə müddətin bərpası üçün üzürlü səbəb kimi nəzərə alına bilər. Lakin hazırkı halda borclunun belə bir ərizəsi olmadığından və iş materiallarına əlavə edilmiş sənədlərlə Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli 2iqt(81)-2196/2015 saylı qiyabi qətnamənin mövcudluğu barədə 2015-ci ildən məlumatlı olduğu təsdiq edildiyi halda həmin qətnamənin rəsmi əldə edilməsi və mübahisələndirilməsi üçün 4 il sonra müraciət etdiyindən birinci instansiya məhkəməsinin qiyabi qətnamənin ləğvi barədə ərizənin qaytarılmasına dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-2196/2015 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-120/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-120/2020
12.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver