Məhkəmə qərarları › İş №2-2(103)-1206/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1206/2021

01.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1206/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1530/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 iyul 2021-ci il qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMCnin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməli, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188,00 manat məbləğində pulun və 30,00 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh İB ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx" MMC qarşı qarşılıqlı iddia qaldıraraq, təbii qazdan istifadəyə görə 01.03.2021-ci il tarixə yaranmış 313879 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat məbləğində dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qərardadı ilə ilk iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli, **********00201 nömrəli, 26**********002 abonent kodlu Elster G6T DİAFRAQMA markalı, 28101183 nömrəli, **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı "xxxx" MMCnin ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X1 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi ilkin iddia üzrə Cavabdeh İB-nə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC həm Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2- 2(113)-1530/2021 nömrəli qətnaməsindən, həm də eyni tarixli qərardadından bir şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun baxmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1530/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 iyul 2021-ci il qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar