Məhkəmə qərarları › İş №2-2(103)-121/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-121/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-121/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4, Cavabdeh5 MMCyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3282/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: . İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada: -DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,033.48 (otuz dörd min otuz üç manat qırx səkkiz qəpik) manat əsas borc, 459.50 (dörd yüz əlli doqquz manat əlli qəpik) manat faiz borcu, 19,466.92 (on doqquz min dörd yüz altmış altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,959.90 (əlli üç min doqquz yüz əlli doqquz manat doxan qəpik) manat; -DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,791.01 (qırx doqquz min yeddi yüz doxsan bir manat bir qəpik) manat əsas borc, 10,651.12 (on min altı yüz əlli bir manat on iki qəpik) manat faiz borcu, 16.102.03 (on altı min bir yüz iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,544.16 (yetmiş altı min beş yüz qırx dörd manat on altı qəpik) manat; -DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,654.80 (əlli iki min altı yüz əlli dörd manat səksən qəpik) manat əsas borc, 14,222.18 (on dörd min iki yüz iyirmi iki manat on səkkiz qəpik) manat faiz borcu, 13,116.50 (on üç min bir yüz on altı manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,993.48 (yetmiş doqquz min doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) manat; - İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140,583.64 (bir yüz qırx min beş yüz səksən üç manat altmış dörd qəpik) manat əsas borc, 4,797.42 (dörd min yeddi yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu, 70,449.98 (yetmiş min dörd yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 215,831.04 (iki yüz on beş min səkkiz yüz otuz bir manat dörd qəpik) manat; -İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 3,412.50 (üç min dörd yüz on iki manat əlli qəpik) manat faiz borcu, 50,112.50 (əlli min yüz on iki manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 153,525.00 (bir yüz əlli üç min beş yüz iyirmi beş manat) manat; - İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,416.36 (əlli doqquz min dörd yüz on altı manat otuz altı qəpik) manat əsas borc, 2,027.58 (iki min iyirmi yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, 29,775.02 (iyirmi doqquz min yeddi yüz yetmiş beş manat iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 91,218.96 (doxsan bir min iki yüz on səkkiz manat doxsan altı qəpik) manat; - İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57,594.01 (əlli yeddi min beş yüz doxsan dörd manat bir qəpik) manat əsas borc, 2,135.78 (iki min yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 30,044.88 (otuz min qırx dörd manat səksən səkiiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 89,774.67 (səksən doqquz min yeddi yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat; - İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118,317.09 (bir yüz on səkkiz min üç yüz on yeddi manat doqquz qəpik) manat əsas borc, 4,387.59 (dörd min üç yüz səksən yeddi manat əlli doqquz qəpik) manat faiz borcu, 61,722.08 (altmış bir min yeddi yüz iyirmi iki manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 184,426.76 (bir yüz səksən dörd min dörd yüz iyirmi altı manat yetmiş altı qəpik) manat; -İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117,852.80 (bir yüz on yeddi min səkkiz yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 4,370.37 (dörd min üç yüz yetmiş manat otuz yeddi qəpik) manat faiz borcu, 61,381.60 (altmış bir min üç yüz səksən bir manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 183,604.77 (bir yüz səksən üç min altı yüz dörd manat yetmiş yeddi qəpik) manat; -İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,236 (altı min iki yüz otuz altı) manat əsas borc, 228.65 (iki yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat faiz borcu, 3,227.13 (üç min iki yüz iyirmi yeddi manat on üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,691.78 (doqquz min altı yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat; -DC00057615-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 46,046.77 (qırx altı min qırx altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 1,920.53 (bir min doqquz yüz iyirmi manat əlli üç qəpik) manat faiz borcu, 26,610.1 (iyirmi altı min altı yüz on manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 74,577.29 (yetmiş dörd min beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat; - DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49,799.81 (qırx doqquz min yeddi yüz doxsan doqquz manat səksən bir qəpik) manat əsas borc, 10,653.01 (on min altı yüz əlli üç manat bir qəpik) manat faiz borcu, 16,457.23 (on altı min dörd yüz əlli yeddi manatiyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,910.05 (yetmiş altı min doqquz yüz on manat beş qəpik) manat; -DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52,652.35 (əlli iki min altı yüz əlli iki manat otuz beş qəpik) manat əsas borc, 14,221.82 (on dörd min iki yüz iyirmi bir manat səksən iki qəpik) manat faiz borcu, 13,116.14 (on üç min bir yüz on altı manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 79,990.31 (yetmiş doqquz min doqquz yüz doxsan manat otuz bir qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi. 2. İddia ərizəsinin məhkəməyə verilməsi üçün 1076 (bir min yetmiş altı) manat dövlət rüsumu və müdiasiya xərci olaraq ödənilmiş 400(dörd yüz) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli e-16(113)-3282/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4, Cavabdeh5 MMC-dən birgə qaydada: DC00067136-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33258,70 manat əsas borc, 459,50 manat faiz borcu, 1660 manat cərimə borcu; -DC00067136-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48825,98 manat əsas borc, 10651,12 manat faiz borcu, 2400 cərimə borcu; - DC00067136-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52654,80 manat əsas borc, 14,222.17 manat faiz borcu, 2600 manat cərimə borcu; - İDK0498/26 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 140583,64 manat əsas borc, 4797,42 manat faiz borcu, 7000 manat cərimə borcu; -İDK0498/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 3412,50 manat faiz borcu, 5000 manat cərimə borcu; - İDK0498/28 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59416,36 manat əsas borc, 2027,58 manat faiz borcu, 2900 manat cərimə borcu; - İDK0498/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57594,01 manat əsas borc, 2135,78 manat faiz borcu, 2800 manat cərimə borcu; - İDK0498/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 118317,09 manat əsas borc, 4387,59 manat faiz borcu, 5900 manat cərimə borcu; -İDK0498/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117852,80 manat əsas borc, 4370,37 manat faiz borcu, 5800 manat cərimə borcu; -İDK0498/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6236 manat əsas borc, 228,65 manat faiz borcu, 310 manat cərimə borcu; -DC00057615- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45305,51 manat əsas borc, 1920,52 manat faiz borcu, 2200 manat cərimə borcu; - DC00057615-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49673,09 manat əsas borc, 10653 manat faiz borcu, 2400 manat cərimə borcu; -DC00057615-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 52652,35 manat əsas borc, 14221,81 manat faiz borcu, 2600 manat cərimə borcu, 1094,08 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş 400 manat mediasiya xərcinin İddiaçı ASCnin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4, Cavabdeh5 MMC-dən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qərardaddan “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-2(103)-1223/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verdiyindən iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-2(103)- 1223/2024 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-2(103)-1223/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar