Məhkəmə qərarları › İş №2-2(103)-1211/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1211/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1211/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Mahmudovanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair Şəki Kommersiya Məhkəməsinə göndərdiyi kommersiya mübahisəsinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərardadına əsasən aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə qarşı ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2024-ci il tarixli, 3-21-3/2- 2250/2024 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2024-cü il tarixli, UNİ/M107-260/2024 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 1 558 500,0 (bir milyon beş yüz əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən, mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat təşkil edir (1 558 500-in 3 faizi = 46755/12=3896) Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1214/2024 saylı qərardadı ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1214/2024 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad etmişdir. Şəki Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşdiyindən və mübahisə həmin daşınmaz əmlakla bağlı olduğundan hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşür və mübahisəyə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır ki, hazırki məhkəmə qeyd edilən mübahisəyə baxmaqda səlahiyyətli deyildir və işi aidiyyət qaydalarının pozulması ilə öz icraatına qəbul etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə daşınmaz əmlakın olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8807/2024 nömrəli qərardadı ilə məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8807/2024 nömrəli qərardadında prosessual hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və həmin Məcəllənin 39.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü bəndinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlarda cavabdeh hüquqi şəxsin qeydiyyat ünvanı ünvan 2əhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə hər hansı mülkiyyət hüqularından məhrum edilmə və ya mülkiyyət hüquqlarına müdaxilədən bəhs edilmir, ona görə də hazırki işin ərazi aidiyyətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində göstərilən məsələlər dairəsinə aid etmək olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin ərazi aidiyyəti ilə bağlı mövqeyi əsaslı hesab edildiyindən kommersiya işi Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi və Naxçıvanski küçələrinin kəsişməsi, 2404-cü məhəllə ünvanında yerləşən 3117.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 3896 (üç min səkkiz yüz doxsan altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar