Məhkəmə qərarları › İş №2-2(103)-1213/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1213/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1213/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-6420/2024 saylı qərardadından Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə banka olan 49,091.71 manat əsas, 1,604.15 manat faiz, 5,647.66 manat cərimə borcu olmaqla, cəmi borcu 56,343.52 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 manat məbləğində rüsumun, 259.03 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq İddiaçı ASC-yə ödənilməsi və həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 6420/2024 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s” tələbinə dair iş üzrə məhkəməmühasibatlıq və məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməsi qərara alınmışdır və qərardadın icrası üçün iş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

3. Bundan sonra məhkəmənin həmin qərardadından Cavabdeh2 nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində şikayət verilmişdir. Şikayətə baxılması üçün iş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzindən geri istənilmişdir.

4. İş məhkəməyə xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsinin şikayəti müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

5. Daha sonra Cavabdeh2 nümayəndəsi xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək, məhkəmənin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə banka olan 49,091.71 manat əsas, 1,604.15 manat faiz, 5,647.66 manat cərimə borcu olmaqla, cəmi borcu 56,343.52 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 manat məbləğində rüsumun, 259.03 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq İddiaçı ASC-yə ödənilməsi və həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2023-ci il tarixli № L004120/0001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, zamin – Cavabdeh1, zamin və ipotekaqoyan – Cavabdeh3) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-6420/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Sözügedən qərardadın e-kabinetə yerləşdirilməsindən, Cavabdeh2 xx.xx.2024-cü il tarixində məlumatı olmuşdur. Həmin qərardaddan qanunla nəzərdə tutulmuş qaydada şikayət verilmişdir. Şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6420/2024 nömrəli qərardadı tamamilə qanunsuzdur və ona görə də ləğv edilməlidir. Tərəflərə sifarişli poçt göndərişi ilə çatdırılmalıdır. Birinci instansiya məhkəməsi 11 sentyabr 2024-cü il tarixli 2- 2(113)- 6420/2024 nömrəli qərardadın 21 sentyabr 2024- cü il tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə, o cümlədən şikayət verən Cavabdeh2 e-kabinetinə yerləşdirilməsinə istinad etmişdir. Lakin işin hallarına əsasən Cavabdeh2 elektron kabinetdə yerləşdirilən qərardaddan xx.xx.2024-cü il tarixində xəbərdar olmuş, xx.xx.2024-cü il tarixində vəkil ilə müqavilə bağlamış, elə həmin gün də xx.xx.2024-cü il tarixli qərardaddan şikayət vermişdir. Əgər məhkəmənin qeyd etdiyi kimi Cavabdeh2 qərardadın e-kabinetə yerləşdirilməsindən xx.xx.2024-cü il tarixində məlumatlı olsa idi, o zaman Cavabdeh2 prosessual müddətin hesablanmasını xx.xx.2024-cü il tarixindən hesablamaqla şikayətini məhkəməyə təqdim etmiş olardı. Belə ki, işdən görünür ki, qərardaddan şikayət cavabdehə məlum olduğu andan e-kabinetə vaxtında yerləşdirilmişdir. Çünki xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi arasında cəmi 2 gün fərq var. Cavabdeh2 qərardaddan şikayət verilmə müddətini buraxmamışdır. Əgər Cavabdeh2 şikayət vermə müddətini qəsdən və ya intizamsızlıq edərək buraxsaydı, o zaman nəyə görə 2 gün sonra şikayət verirdi?! Bu əsaslı suala qərardadda heç bir aydınlıq gətirilməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə sənədləri tərəflərə həm e-kabinet vasitəsilə, həm də poçt ünvanlarına göndərilir. Bir daha qeyd edilir ki, qərardadın e-kabinetə yerləşdirilməsindən Cavabdeh2 məlumatı olmadığından 11 sentyabr 2024-cü il tarixli qərardad rəsmi qaydada təqdim edilmiş hesab edilə bilməz. Çünki hamıya məlumdur ki, e-kabinet elektron sistemdir və elektron sistemdə müəyyən texniki nasazlıqlar olması mümkündür. Elektron məhkəmə informasiya sistemində donmalar və sənədlərin yüklənilməsində çətinliklər yaranır. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Qeyd edilən prosessual hüquq normasının tələbinə görə məhkəmə sənədləri ünvan sahibinə rabitə orqanları, məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən təqdim edilməlidir. İş materialında xx.xx.2024-cü il tarixli qərardadın qanunun tələb etdiyi formada, üsulda A.Məmmədova çatdırılması barədə sübut yoxdur. Məhkəmə Cavabdeh2 məlum olmayan səbəbdən ekabinetdə yaranan texniki nasazlıq səbəbindən və ya hər hansı digər səbəbdən mübahisələndirilən qərardaddan məlumatlı olmamasını nəzərə almamışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6420/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 135.5-ci maddəsində əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. - 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Məhkəmənin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, şikayətdə qərardadın alınma tarixi kimi xx.xx.2024-cü il tarixi qeyd edilsə də, Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 6420/2024 nömrəli qərardadı 21 sentyabr 2024-cü il tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə, o cümlədən şikayət verən Cavabdeh2 e-kabinetinə yerləşdirilmişdir. Lakin Cavabdeh2 nümayəndəsi tərəfindən qərardaddan şikayəti 03 oktyabr 2024-cü il tarixdə, yəni, qərardaddan şikayətin verilmə müddəti bitdikdən (21, xx.xx.2024 -xx.xx.2024) sonra elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır.

11. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

13. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-6420/2024 saylı qərardadından Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6420/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar