Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1215/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Türkkan Yağ Sanayi ve Ticaret Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, iddiaçı Cavabdeh2ın cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələblərinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-230/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Türkkan yağ Sanayi və Ticaret şirkətinə, Cavabdeh1, X3, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Limited Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə (müştərək) qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, 030CRLN19000025 nömrəli baş kredit müqaviləsi çərçivəsində bağlanmış 06 noyabr 2019-cu il tarixli, 03GR19000021 nömrəli qarantiya müqaviləsi və 19 noyabr 2019-cu il tarixli, 03GR19000025 nömrəli qarantiya müqaviləsinə əsasən əsas borc ******* ABŞ dolları, faiz borcu 1645076,77 ABŞ dolları, komissiya borcu 37500) ABŞ dolları təşkil etməklə, cəmi 10.682.996,77 ABŞ dolları məbləğində borcun, iddiaya görə ödənilmiş 9871 manat dövlət rüsumunun, 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003GRNT19000124 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5326/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin xitamı tələbinə dair e-2-2(113)-5326/2023 saylı iş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Türkkan yağ Sanayi ve Ticaret şirkətinə, Cavabdeh1, X3, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə qarşı pul tələbinə dair e-2- 2(113)-4700/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir İddiaçı Alom Limited Şirkəti cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003GRNT19000126 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5266/2023 saylı qərardadı ilə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş vəsatət təmin edilmiş, iddiaçı Alom Limited Şirkətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair e-2-2(113)-5266/2023 saylı iş, onunla əlaqəli olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Türkkan yağ Sanayi ve Ticaret şirkətinə, Cavabdeh1, X3, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Alom Limited Şirkətinə qarşı pul tələbinə dair e-2-2(113)-4700/2023 saylı işlə bir icraatda birləşdirilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 003GRNT190000049 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5320/2023 saylı qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı “borcun ödnilməsi və s.” tələbinə dair e-2-2(113)-4700/2023 saylı işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ASC ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 003GRNT19000125 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5314/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş (İş № e-2-2(113)- 5314/2023) məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Türkkan yağ Sanayi ve Ticaret şirkətinə, Cavabdeh1, Cavabdeh3 və digərlərinə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-4700/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ASC ilə iddiaçı Cavabdeh3 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 003GRNT19000123 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış öhdəliyin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5308/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iş (İş № e-2-2(113)- 5308/2023) məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Türkkan yağ Sanayi ve Ticaret şirkətinə, Cavabdeh3, İK Aktiv LLC və digərlərinə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-4700/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-230/2024 saylı qətnaməsi ilə iİddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Türkkan Yağ Sanayi ve Ticaret Anonim şirkəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx"LLC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" LLC) qarşı iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2ın cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilməmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-2500/2024 saylı qətnaməsinin ləğv edilməsini, zaminlik müqavilələri üzrə yaranmış öhdəliklərinə xitam verilməsini qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətindən də göründüyü kimi apellyatorlar verdikləri apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsini, zaminliyə xitam verilməsi tələbinə dair ayrı-ayrılıqda verdikləri iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Digər tərəfdən işdən görünür ki, apellyatorlar apellyasiya şikayətini verərkən cəmi 70 manat məbləğində dövlət rüsumu ödəmişlər. “Dövlət rüsumu haqqında” Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Kollegiya qeyd edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətində zaminliklərinə xitam verilməli olması ilə bağlı irəli sürdükləri dəlillər yalnız mübahisəli baş kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsinə dair iddialarının təmin edilməsinə deyil, eyni zamanda İddiaçı ASC-nin sözügedən zaminlik müqavilələrinə əsaslanaraq apellyatorlara qarşı irəli sürdükləri pul tələbinə dair ilkin iddiasının rədd edilməsinə yönəldilmiş, yəni hazırkı apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin həm ilkin iddiaya dair, həm də birləşdirilmiş iddialara dair hissələrindən verilmişdir. Odur ki, hazırki iş üzrə ilkin iddiaçının ilkin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etdiyi məbləğ 18.161.094,4 (18 milyon 161 min 94) manat məbləğində olduğundan ilkin iddia üzrə apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 9.870 manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 4.935 manat məbləğində dövlət rüsumu, digər iddialar (5 iddia) isə qiymətləndirilməyən iddialar olduğundan həmin iddiaların hər biri üzrə 50 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Mülki Prosessual Məcəllənin: 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-230/2024-043 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-2500/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1215/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1215/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver