Məhkəmə qərarları › İş №2-2(103)-1218/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1218/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1218/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin, X4, X3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Qanuni nümayəndə1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində göstərildikləri) iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi, ipoteka saxlayanın protokolun imzalanması üçün zəruri hərəkətləri, məhkəmə baxışında sübutun təqdim edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X11 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X3, X4 və Qanuni nümayəndə1 nümayəndələri (vəkilləri) Vəkil2 iştirakı ilə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X4 və Qanuni nümayəndə1 nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında xx.xx.2008-ci il tarixdə 22 HS nömrəli, xx.xx.2009-cu il tarixdə 664 H nömrəli və 665 H nömrəli kredit müqavilələri bağlanmış, müqavilələr üzrə adı çəkilən MMC-nə müvafiq olaraq 240 000 manat, 209 200 manat və 700 000 manat kredit verilmiş, X5 məxsus ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil, X8 məxsus ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzil və Qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsindəki 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. MMC kredit öhdəliklərini yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə ümumilikdə 1 320 278 manat kredit borcunun, 20 manat dövlət rüsumunun və digər xərclər üçün 270 manat pul məbləğinin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi xx.xx.2013-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2013-cü il tarixdə icraya yönəldilərək, müvafiq icra sənədində, "xxxx" MMC-dən xx.xx.2008-ci il tarixli 22HS saylı kredit müqaviləsinə görə 240 000 manat əsas, 19 088 manat faiz, xx.xx.2009-cu il tarixli 664 H saylı kredit müqaviləsinə görə 139 801 manat əsas, 52 030 manat faiz, xx.xx.2009-cu il tarixli 665H saylı kredit müqaviləsinə görə 700 000 manat əsas, 169 459 manat faiz borcu olmaqla, ümumilikdə 1 320 278 manat kredit borcunun, ödənilmiş 20 manat dövlət rüsumunun, digər xərclər üçün 270 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Qanuni nümayəndə1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m ümumi, 107,2 kv.m əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m sahədən ibarət 3 otaqlı 20 nömrəli mənzilə və X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 nömrəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m ümumi, 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, realizə edilmiş əmlakların dəyərindən 1 320 278 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi göstərişi verilmişdir.

4. İcra vərəqəsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsi ipoteka predmetlərinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə sifariş vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

6. "xxxx" MMC “Birja Yenilikləri” qəzetinin 22 iyul 2021-ci il tarixli 256 nömrəli buraxılışında təkrar hərracların baş tutmaması barədə elan dərc etdirmiş, eyni tarixdə Binəqədi rayon İcra şöbəsinə, İddiaçı ASC-yə, "xxxx" MMC-yə, Qanuni nümayəndə1, X9 və X5 məktub ünvanlayaraq bildirmişdir ki, “... ipoteka predmetlərinin təkrar hərraclarının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 151 000 manat, 92 437,50 manat və 286 875 manat olmaqla ipoteka saxlayana təklif olunur, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur”.

7. Həmin təklif məktubu xx.xx.2021-ci il tarixdə bank tərəfindən ştamp vurulmaqla qəbul edilmişdir.

8. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin direktoru Maisə Əsgərovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda, ipoteka ilə yüklü olan 1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində ev 10, mənzil 20; 2. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73; 3. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binasının təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 1. 51 000 manata; 2. 92 437,50 manata; 3. 286 875 manata LPO İddiaçı ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.

9. Həmin cavab məktubu xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən ştamp vurulmaqla qəbul edilmişdir.

10. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda, xx.xx.2021-ci il tarixli **********757 saylı məktubla əmlakların əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin əmlakların ləğv prosesində olan İddiaçı ASC-nin adına rəsmiləşdirilməsinə göstəriş verilməsinin xahiş edildiyi, əmlakların əldə edilməsi təklifinin qəbul olunmasına baxmayaraq, xidmət haqqının ödənilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hazır olması barədə məlumatın daxil olmadığı, qeyd edilən sənədlərin 20 avqust 2021-ci il tarixinə qədər hazırlanması xahiş edilmişdir.

11. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda, bank tərəfindən xx.xx.2021-ci il tarixli **********757 saylı məktubla cavab, sənədlərin hazırlanması və təqdim edilməsi barədə 12 avqust 2021-ci il tarixli ərizə verilməsinə baxmayaraq, xidmət haqqının ödənilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hərrac mərkəzi tərəfindən təqdim edilmədiyi bildirilərək, sənədlərin hazırlanması və təqdim edilməsi xahiş olunmuşdur.

12. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da, bank tərəfindən xx.xx.2021-ci il tarixli **********757 saylı məktubla cavab, sənədlərin hazırlanması və təqdim edilməsi barədə 12 avqust 2021-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə ərizə verilməsinə baxmayaraq, xidmət haqqının ödənilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hərrac mərkəzi tərəfindən təqdim edilmədiyi bildirilmiş, sənədlərin hazırlanması və təqdim edilməsi xahiş olunmuşdur.

13. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 237, 238 və 239 nömrəli hesab-fakturalar və xx.xx.2021-ci il tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələrlə hərracların keçirilməsi barədə xidmət haqqı hesablanaraq ləğv prosesindəki İddiaçı ASC-nə göndərilmiş, bank tərəfindən göstərilən xidmət haqları 24 noyabr 2021-ci il tarixli ödəniş tapşırıqları əsasında ödənilmişdir.

14. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilələrə və protokollara əsasən, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili 92 437,5 manata, Qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi 286 875 manata, X8 məxsus ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzili 51 000 manata LPO İddiaçı ASC-yə satılmışdır.

15. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə ləğv prosesindəki İddiaçı ASC-nin adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

16. Qanuni nümayəndə1 İddiaçı ASC-nə qarşı “ipotekaya xitam verilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

17. X3, X4 və Qanuni nümayəndə1 Binəqədi rayon İcra şöbəsinə və ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, çıxarışların qaytarılması” tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv olunaraq iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək həmin mülki iş təkrar apellyasiya baxışına qaytarılmışdır.

18. Hazırda sözügedən mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və hazırda baxılan kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı çıxarılanadək onun icraatı dayandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

19. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank və ya iddiaçı) Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-6471/2013 nömrəli qətnaməsinə əsasən tutmanın yönəldiyi X10 tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzilin, X13 tərəfindən ipoteka qoyulmuş ünvan 4 ünvanında yerləşən 20 nömrəli mənzilin və Qanuni nümayəndə1 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı ASC tərəfindən əldə olunması barədə protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2008-ci il tarixdə 22 HS nömrəli, xx.xx.2009-cu il tarixdə 664 H nömrəli və 665 H nömrəli kredit müqavilələri bağlanmış, müqavilələr üzrə adı çəkilən MMC-nə müvafiq olaraq 240 000 manat, 209 200 manat və 700 000 manat kredit verilmiş, X5 məxsus ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil, X8 məxsus ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzil və Qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit alan borc öhdəliklərini yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə ümumilikdə 1 320 278 manat kredit borcunun, 20 manat dövlət rüsumunun və digər xərclər üçün 270 manat pul məbləğinin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsi də öz növbəsində ipoteka predmetlərinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. İpoteka predmetləri ilkin və təkrar hərracda satılmamış, hərrac təşkilatı ipoteka predmetlərinin əldə olunması üçün ipoteka saxlayan banka xx.xx.2021-ci il tarixli 01/3783 nömrəli təklif məktubu göndərmişdir. Həmin təklifə bank tərəfindən xx.xx.2021-ci il tarixli **********757 nömrəli məktubla müsbət cavab verilmişdir. Belə ki, cavabdehin direktoru Maisə Əsgərovaya ünvanlanmış cavab məktubunda ipoteka predmetlərinin müvafiq olaraq 51 000 manat, 92 437,50 manat və 286 875 manata bank tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstərişin verilməsi xahiş olunmuşdur. Cavab məktubundan üç aydan çox müddət keçdikdən sonra "xxxx" MMC hərracın nəticələrinə dair yekun protokolları və alqı-satqı müqavilələrini banka təqdim təqdim etmiş və tərəflər arasında xx.xx.2023-cü il tarixli müvafiq olaraq 79/02, 79/03 və 79/04 saylı protokollar və eyni tarixli alqı-satqı müqavilələri imzalanmışdır. Qeyd olunan protokollar əsasında ipoteka predmetləri üzərində bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. İpoteka predmetləri üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra ipoteka qoyanlar X10, X13 və Qanuni nümayəndə1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Binəqədi rayon İcra şöbəsinə və LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların verilməsi ilə bağlı yaranan bütün hüquqi nəticələrin və eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, X5 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil, X8 məxsus olmuş ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzil və Qanuni nümayəndə1 məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər üç iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinin açıq hərracda satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmadığından hərrac təşkilatı əmlakların əldə olunması üçün ipoteka saxlayan LPO İddiaçı ASC-yə təklif göndərmiş, lakin ipoteka saxlayan LPO İddiaçı ASC “İpoteka haqqında” Qanunun tələblərinə müvafiq olaraq ipoteka predmetlərini 30 gün ərzində əldə etməmişdir. Ona görə də hər üç əmlak üzərində ipotekaya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər üç iddia tələbi rədd edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermişlər və hazırda 2(103)-4123/2023 nömrəli mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli qərardadında konkret olaraq göstərilir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. "xxxx" MMC hərrac mərkəzi tərəfindən Binəqədi rayon İcra şöbəsinə, surəti İddiaçı ASC-yə, "xxxx" MMC-yə, Qanuni nümayəndə1, X9, X5 ünvanlanmaqla xx.xx.2021-ci il tarixli təklif göndərilmişdir. Təklif məktubunda göstərilir ki, Binəqədi rayon İcra şöbəsinin xx/xx- 213387-30 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73 və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binası barəsində keçirilmiş təkrar hərraclarının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Təklif məktubunda həmçinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 151 000 manat, 292 437,50 manat və ******* manat olmaqla ipoteka saxlayana təklif olunur və qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilir. Hərrac təşkilatının yuxarıda qeyd olunmuş təklifinə tələbkar LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2021-ci il tarixli **********757 nömrəli məktubla cavab verilmişdir. Məktubda “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə istinad olunmuş və ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzilin 51000 manata, ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzilin 92437,50 manata və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə 286875 manata LPO İddiaçı ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi "xxxx" MMC-nin direktoru Maisə Əsgərovadan xahiş olunmuşdur. Qeyd olunmuş məktuba hərrac təşkilatı cavab verməmiş və 30 gün müddətində tələbkara hərracın yekunları barədə heç bir protokol və ya alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Yalnız cavab məktubunun göndərilməsindən üç ay sonra, yəni xx.xx.2021-ci il tarixdə protokol və alqı-satqı müqavilələri LPO İddiaçı ASC-yə təqdim edilmiş və həmin gün də hər iki əqd tələbkarın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Göründüyü kimi, hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmaması tələbkarın iradəsindən asılı olmayan səbəblərdən, məhz hərrac təşkilatının məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka predmetinin tələbkar tərəfindən vaxtında əldə edilməsini əngəlləmişdir. Mülki və Kommersiya Kollegiyalarının adıçəkilən qərardadında qeyd olunur ki, “məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər”. Qeyd olunanlar onu göstərir ki, ipoteka predmetlərinin tələbkar bank tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən 30 gün ərzində əldə edilə bilməməsi məhz hərrac təşkilatının səhlənkarlığı üzündən baş vermiş, nəticədə ipoteka saxlayan LPO İddiaçı ASC “İpoteka haqqında” qanunun 43.7-ci maddəsində qeyd olunmuş subyektiv hüququnu həyata keçirə bilməmişdir.

21. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-ci, 415-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli qərardadına istinad edilmişdir.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdehin ipoteka predmetlərinin əldə olunması ilə bağlı xx.xx.2024-cü il tarixli təklifinə iddiaçı tərəfindən vaxtında cavab verilmiş, lakin hərrac təşkilatı tərəfindən lazımi hərəkətlər həyata keçirilməmişdir. Bundan sonra 12 avqust 2021-ci il, 16 sentyabr 2021-ci il, 21 oktyabr 2021-ci il tarixlərində iddiaçı tərəfindən cavabdehə məktublar göndərilərək, eyni zamanda dəfələrlə şifahi əlaqə saxlanılaraq ipoteka predmetinin əldə edilməsi barədə müqavilənin bağlanması tələb edilmiş, 29 noyabr 2021-ci il tarixdə hərracın yekunları barədə protokol və ipoteka predmetlərinin alqı-satqı müqavilələri bağlanaraq əmlaklar iddiaçı tərəfindən əldə edilmişdir. 29 noyabr 2021-ci il tarixli protokol və alqı-satqı müqavilələri üzrə əmlaklar iddiaçının mülkiyyətinə keçdiyindən, hərrac protokolunun imzalanmış hesab edilməsi tələbi ilə müraciət etməyə əsas olmamışdır. İpoteka qoyanlar 29 noyabr 2021-ci il tarixli protokolu və alqı-satqı müqavilələrini sonradan mübahisələndirmiş, həmin iş üzrə Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqedən sonra iddiaçı da hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən 12 avqust, 16 sentyabr və 21 oktyabr tarixlərində hərrac mərkəzinə müraciət olunduğu irəli sürülsə də, sentyabr və oktyabr aylarında təqdim olunan məktubların iş üçün əhəmiyyəti yoxdur. Belə ki, qanunla müəyyən olunmuş müddət avqust ayında bitmişdir. Həmçinin iddiaçı tərəf 12 avqust və 16 sentyabr tarixli ərizəni hazırlıq iclasında təqdim etməli olsa da baxış iclasında təqdim etmiş, çatdırılmanı təsdiq edən sənədin çatdırılma barədə xanalarında isə heç nə qeyd olunmamışdır. Həmin məktubların çatdırılmasına dair qəbzlər mötəbər sübut kimi qəbul edilməməlidir.

25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə cavabdehin direktoru məhkəmənin 20 sentyabr 2024-cü il tarixli məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, LPO İddiaçı ASC-nin ipoteka predmeti olan əmlakların əldə edilməsinə dair təklifin qəbul edilməsinə dair məktubunun xx.xx.2021-ci il tarixdə alınmasına baxmayaraq, təkrar hərracın baş tutmaması barədə elanın dərc edildiyi xx.xx.2021-ci il tarixdən 30 təqvim günü ərzində LPO İddiaçı ASC ilə hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin bağlanmaması, hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin daha gec tarixdə bağlanmasının səbəblərinin həmin dövrdə cavabdehə rəhbərlik edən şəxs fəaliyyət göstərmədiyindən cavablandırılmasının mümkün deyil.

26. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri, X13 və Qanuni nümayəndə1 da məhkəməyə gəlməmişlər.

27. Birinci instansiya məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, dövlət rüsumunun əvəzi olaraq 100 manatın Respublika Xammal və Əmtəə Birjasının Cavabdehndən tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur..

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.1. İcra məmuru tərəfindən əmlakların satışı həvalə olunmuş hərrac təşkilatı "xxxx" MMC “Birja Yenilikləri” qəzetinin 22 iyul 2021-ci il tarixli 256 nömrəli buraxılışında təkrar hərracların baş tutmaması barədə elan dərc etdirmiş, xx.xx.2021-ci il tarixli təkliflə ipoteka yüklü edilmiş adıçəkilən əmlakların təkrar hərraclarının baş tutmaması səbəbi ilə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 151 000 manat, 92437,50 manat və 286 875 manat olmaqla ipoteka saxlayana təklif etmiş, ipoteka saxlayan LPO İddiaçı ASC xx.xx.2024-cü il tarixli məktubla təkilifi qəbul etmişdir. Lakin hərrac təşkilatı tərəfindən zəruri sənədlər iddiaçının xx.xx.2024, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktublarına rəğmən, yalnız noyabr ayında təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə hərracların keçirilməsi ilə bağlı xidmət haqları ödənildikdən sonra xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə protokollar və alqı-satqı müqavilələri ilə ipoteka predmetləri iddiaçı tərəfindən əldə edilmişdir. 28.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadında göstərilmişdir ki, ... protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə, hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. 28.3. İpoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirlərin görüldüyü və protokolun qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığın ifadə edildiyi hazırkı işin halları ilə öz təsdiqini tapır. Belə ki, “Birja Yenilikləri” qəzetinin 22 iyul 2021-ci il tarixli 256 nömrəli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyriyaşayış binası təkrar hərraclarının baş tutmaması barədə elan dərc edilmiş, 22 iyul 2021-ci il tarixli 01/3783 nömrəli ipoteka predmetlərinin əldə olunmasına dair təklif 28 iyul 2021-ci il tarixində iddiaçı tərəfindən qəbul edilmişdir. Bundan sonra iddiaçı 04 avqust 2024-cü il tarixli məktubla (həmin məktub cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir) təklifi aksept etmiş, ipoteka predmetlərinin əldə edilməsinə razılığını ifadə etmiş, xx.xx.2024 (həmin məktub cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir), xx.xx.2024-cü il həmin məktub cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir), xx.xx.2024-cü il həmin məktub cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir) tarixli məktublarla iddiaçı zəruri sənədlərin təqdim edilməsini tələb etmiş, xx.xx.2021-ci il tarixli 237, 238 və 239 nömrəli hesab-fakturalar və xx.xx.2021-ci il tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən iddiaçıya göndərildikdən sonra xx.xx.2024-cü il tarixində ödənişlər edilərək xx.xx.2024-cü il tarixdə yekun protokollar imzalanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən bütün zəruri hərəkətlər yerinə yetirilmiş, yekun protokolun imzalanması üçün bütövlükdə 4 məktub göndərilmiş, ödəniş sənədləri təqdim edildikdən sonra qısa müddətdə icra edilmişdir. Həmçinin məhkəmənin 20 sentyabr 2024-cü il tarixli e-2-2(113)-3294/2024 nömrəli məktubuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli 01/1061 nömrəli məktubla LPO İddiaçı ASC-nin ipoteka predmeti olan əmlakların əldə edilməsinə dair təklifin qəbul edilməsinə dair məktubunun xx.xx.2021-ci il tarixdə alınmasına baxmayaraq, təkrar hərracın baş tutmaması barədə elanın dərc edildiyi xx.xx.2021-ci il tarixdən 30 təqvim günü ərzində LPO İddiaçı ASC ilə hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin bağlanmaması, hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin daha gec tarixdə bağlanmasının səbəblərinin həmin dövrdə cavabdehə rəhbərlik edən şəxs fəaliyyət göstərmədiyindən cavablandırılmasının mümkün olmadığını bildirmiş, iddiaya hər hansı etiraz irəli sürməmişdir. 28.4. Üçüncü şəxs X3 iddiaçı tərəfindən cavabdehə göndərilən məktublar və onların çatdırılmasını təsdiq edən sənədlərin məhkəmənin baxış iclasında təqdim edilməsi, bu səbəbdən də həmin sübutların qəbul edilməməli olduğu ilə bağlı arqumentlərinə münasibətdə göstərilməlidir ki, 04 avqust 2024-cü il tarixli məktub və onun çatdırılmasını təsdiq edən sənəd Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilərkən iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli 237, 238 və 239 nömrəli hesab-fakturalar və xx.xx.2021-ci il tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələr xx.xx.2024-ü il tarixdə, 21 oktyabr 2024-cü il tarixli məktub və onun çatdırılmasını təsdiq edən sənəd xx.xx.2024-cü il tarixdə işin məhkəmə baxışına hazırlanması zamanı təqdim edilmişdir. Digər məktublara münasibətdə isə məhkəmə göstərir ki, Mülki Prosessual Məcəllənin 184.3-cü maddəsinə əsasən, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 28.5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 nömrəli qərarı ilə müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.4-cü maddəsinə əsasən, ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir. Üçüncü şəxs X10 isə iddiaya etiraz təqdim etməmiş, yalnız məhkəmə baxışının gedişində verilmiş xx.xx.2024-cü il tarixli vəsatətdə iddiaya etirazının dəlillərini göstərmişdir. Bundan başqa təqdim olunan 21 oktyabr 2021-ci il tarixli təkrar ərizədə 12 avqust 2021 və 16 sentyabr 2021-ci il tarixli ərizələrə istinad olunmuş, cavabdeh həmin ərizənin məzmununu mübahisələndirməmiş, etiraz təqdim etməmişdir. Belə olan halda, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edildiyini, sənədlərinin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verildiyini, bu səbəbdən də onlarının tapılmasının vaxt tələb etdiyini, həmçinin üçüncü şəxsin iddianın hallarında dair mövqeyini baxış iclasında bildirdiyini, cavabdehin 21 oktyabr 2021ci il tarixli təkrar ərizənin məzmununu mübahisələndirmədiyini nəzərə alaraq, 12 avqust 2024-cü il tarixli və 16 sentyabr 2024-cü il tarixli məktubların və onların çatdırılmasını təsdiq edən sənədlərin sübut kimi qəbul etməsini mümkün sayır. 28.6. Üçüncü şəxsin 12 avqust 2021-cü il tarixli və 16 sentyabr 2021-cü il tarixli məktubların cavabdehə çatdırılmasını təsdiq edən sənədlər qismində məhkəməyə təqdim olunan poçt qəbzinin mötəbər sübut qismində qəbul edilməməsinə dair mövqeyi ilə məhkəmə razılaşmır və qeyd edir ki, üçüncü şəxsin qeyd olunan mövqeyi mülahizələrdən ibarətdir. Belə ki, poçt göndərişi ilə bağlı xidmətlərindən istifadə olunan poçt rabitəsi operatorunun sənədin çatdırılmasına dair qəbzin məzmunu təşkil edən elementləri düzgün qeyd etməməsi xidmətdən istifadə edən şəxsin (hazırkı halda iddiaçı) təqsiri hesab oluna bilməz. Həmçinin üçüncü şəxs qeyd olunan mövqeyi məhkəmənin iclasında ifadə etdikdən sonra iddiaçı poçt rabitəsi operatoru ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və razılaşma protokolunu məhkəməyə təqdim etmiş, 2020-ci ildən həmin poçt rabitəsi operatoru ilə əməkdaşlıq etdiyini təsdiq etmişdir. Bu isə qəbzlərin mötəbər olmasına dair şübhələrin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. 28.7. Bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq cavabdeh ancaq 21 oktyabr 2021-ci il tarixli ərizənin onlar tərəfindən qəbul edildiyini qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, cavabdeh bir tərəfdən hərrac keçirilən dövrdə cavabdehə rəhbərlik edən şəxsin fəaliyyət göstərmədiyinə istinad edərək məhkəmənin suallarının cavablandırılmasının mümkün olmadığını bildirir, digər tərəfdən isə məhz məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məktuba qoşma şəklində cavabdehə təqdim olunan və qəbul ştamplarının olduğu 21 oktyabr 2021-ci il tarixli ərizənin qəbul edildiyini bildirir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, cavabdeh hər hansı mötəbər mənbəyə, sübuta istinad etməklə deyil, məhz məhkəmə tərəfindən ona təqdim olunan ərizələrdən 21 oktyabr 2021-ci il tarixli ərizədə qəbul ştamplarının olduğuna istinadən məhkəmənin məktubuna cavab vermişdir. 28.8. Üçüncü şəxsin iddiaçı tərəfindən bütün zəruri hərəkətlərin həyata keçirilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka saxlayan tərəfindən 30 gün ərzində müqavilə qüvvəsinə malik protokolun imzalanması üçün ondan asılı olan zəruri hərkətlərin həyata keçirilməsi dedikdə, nə qədər ki ipoteka saxlayının hərrac təşkilatı üçün icrası məcburi göstərişlər vermək hüququ yoxdur, təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən sonra ipoteka predmetinin əldə edilməsinə yönələn iradəsinin ifadə edilməsi, iradə ifadəsinin hərrac təşkilatına göndərilməsinin təmin edilməsi, hərracın keçirilməsi ilə bağlı xərclərin və digər xərclərin vaxtında ödənilməsi, ipoteka saxlayanın və ya səlahiyyətli nümayəndəsinin şərtləşdirilmiş vaxtda yekun protokolun imzalanması üçün razılaşdırılan yerdə olması və s. başa düşülür. Hazırkı işin halları isə iddiaçı tərəfindən zəruri hərəkətlərin görüldüyünü göstərir. 28.9. İddiaçının yalnız xx.xx.2023-cü il tarixdə “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə münasibətdə isə qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyriyaşayış binasının iddiaçı tərəfindən əldə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli yekun protokollar və alqı-satqı müqavilələri əsasında həmin əmlaklara daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla iddiaçının mülkiyyət hüququ yaranmış, keçmiş ipoteka qoyanlar həmin halı uzun müddət mübahisələndirməmişlər. İddiaçılar X10, X14, Qanuni nümayəndə1 isə yalnız xx.xx.2022-ci il tarixdə cavabdehlər Binəqədi rayon İcra şöbəsi və LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, bundan sonra iddiaçı həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli Qərarında ifadə olunmuş mövqedən sonra hazırkı iddia tələbi ilə çıxış etmişdir. Bu isə iddiaçının prosessul hüquqlarından sui-istifadə etdiyini də istisna edir.

29. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci, 43.7-ci, 43.7-1-ci, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.1-ci, 14.2, 77.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına istinad etmişdir.

30. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X4 və Qanuni nümayəndə1 nümayəndələri (vəkilləri) apellyasiya şikayətləri verərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, hər üç şikayət Xoşnişan Qurbanovanın iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri görmədiyini nəzərə almadığı və beləliklə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını düzgün tətbiq etmədiyi, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

Apellyasiya şikayətlərinə qarşı etiraz

31. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

32. X3, X4 və Qanuni nümayəndə1 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətlərin əsassız olduğunu bildirmişdir.

33. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh, eləcə də iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

34. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

35. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.

36. Maddə 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.

37. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

38. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

39. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

40. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.

41. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

42. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

43. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

44. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

45. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

46. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı

47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı

48. Bənd 57. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

49. Bənd 59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

50. Bənd 60. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir.

51. Bənd 61. Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.

52. Bənd 62. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Bənd 63. Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarında da qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

54. Bənd 64. Beləliklə, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

55. Bənd 65. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

66. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

67. Məhkəmə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadına istinadla haqlı olaraq vurğulamışdır ki, iddiaçı tərəfindən ipoteka predmetlərinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirlərin görüldüyü və protokolun qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığın ifadə edildiyi işin halları ilə öz təsdiqini tapır.

68. Hazırkı işin halları baxımından həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bank məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan olunmuş, onun ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

69. Qanunvericiliyin müddəalarından göründüyü kimi, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir.

70. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, bankın ləğv prosesində göstərilməli olan fəaliyyət, ləğvedicinin bu fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, banka təyin edilmiş ləğvedici onun yeganə qanuni nümayəndəsi olur, bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir və ləğvedici qanunla üzərinə qoyulmuş konkret vəzifələri icra edir.

71. “...Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır” (Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarı).

72. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.

73. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi).

74. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.

75. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.

76. Baxılan işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ipoteka saxlayan bankın ləğvedicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (xx.xx.2021-ci il) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (xx.xx.2021-ci il tarixində) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmiş, onun bu bəyanatı xx.xx.2021-ci il tarixində hərrac təşkilatına çatdırılmış, lakin hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı onunla müvafiq protokolu vaxtında bağlamamışdır.

77. Başqa sözlə, ipoteka saxlayan qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmiş, bununla müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.

78. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3294/2024 saylı iş üzrə 08 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid olunsun. X1, X13 və Qanuni nümayəndə1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar