Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1223/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1552/2021 saylı 16.08.2021-ci il tarixli qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 129.477,27 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. 06.08.2021-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul olunmuş 17.05.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(113)-1552/2021 saylı qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(113)-1552/2021 saylı qərardadın ləğv edilməsini, buraxılmış müddətinin üzürlü hesab edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1552/2021 saylı 31 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1552/2021 saylı 16.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, 17.05.2021-ci il tarixli qətnamə 21.05.2021-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir, eyni zamanda 31.05.2021-ci il tarixdə kağız daşıyıcıda rəsmi təqdim edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə həmin qətnamədən apellyasiya şikayətini 06.08.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdehin ərizəsində buraxılmış müddətin bərpa edilməsi üçün hər hansı üzürlü səbəb qeyd edilməmiş, qətnaməni almadıqları göstərilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1552/2021 saylı 16.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1552/2021 saylı 16.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1223/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1223/2021
06.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver