Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1223/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Şəxsi Firmasının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X5rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Şəxsi Firmasının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı borcun silinməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3675/2025 saylı qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. "xxxx" ASC ilə X15-Əyləncə Mərkəzi arasında imzalanmış xx.xx.2005-ci il tarixli, 090732 nömrəli su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə, "xxxx" ASCnin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir; 2.1.2-ci bəndinə əsasən müəssisə abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsilə həyata keçirir; 2.1.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlər”ə və “Çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə uyğun olaraq abonentin istifadə etdiyi 1 m3 suya görə hesablaşma 2700 manat + 18% ƏDV və abonentdən qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma 2000 manat + 18% ƏDV müqabilində aparılır.
2. Qanuni nümayəndə tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021- ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə ünvan 2stemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 2-ci subabonentin açılması və sayğac quraşdırılmasında köməklik göstərilməsi xahiş olunmuşdur.
3. "xxxx" ASC-nin Nərimanov Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021- ci il tarixli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı Şəxsi Firmasına məxsus Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəllədə yerləşən əyləncə kompleksinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, quyu suyu üçün subabonentlə yeni müqavilə bağlanması məqsədəuyğundur.
4. xx.xx.2021-ci il tarixli müraciət formasından görünür ki, müvafiq sənədlər qəbul edilmiş, “090732 müqaviləyə quyu suya subabonent açılır” qeydi edilmişdir.
5. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 1000 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.
6. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 750 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.
7. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 600 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.
8. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 500 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.
9. 07.05.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 7248,14 manat təşkil edir.
10. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 603383 nömrəli aktın məzmunundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, abonentin sayğacdan kənar d20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Aktda obyektin nümayəndəsi kimi Nümayəndə2 qeyd edilmiş və akt onun imzası ilə təsdiq edilmişdir.
11. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, 090732 nömrəli abonent koduna xx.xx.2025- ci il tarixli, 603383 nömrəli akt əsasında su və çirkab suya görə ümumilikdə 4104 manat borc hesablanmış və ödənilməsi tələb edilmişdir. Fakturanın təyinatı kimi xx.xx.2025-ci il tarixli, 603383 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025cü il tarixli, KY252297640 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən olunur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən İddiaçı Şəxsi Firmasının (VÖEN **********) xx.xx.2025 - xx.xx.2025 tarixlərdə müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi; Yoxlayıcı şəxslər Nümayəndə2 (Mühəndis), X2 (Mühəndis), X3 (qrup rəhbəri-mühəndis), X4 (Mühəndis).
13. İddiaçı Şəxsi Firması tərəfindən Cavabdehnə göndərilən borcun silinməsi tələbinə dair pretenziya məktubundan görünür ki, İddiaçı Şəxsi Firması cavabdehdən 090732 saylı abonent kodu üzrə hesablanmış 4104 manat məbləğində borcun 10 gün müddətində silinməsinə köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı Şəxsi Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndələri tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 603383 saylı akt əsasında İddiaçı Şəxsi Firmasına məxsus olan 090732$32136 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-də İddiaçı Şəxsi Firmasına məxsus olan ərazidə yuxarıda qeyd olunan firmanın vəsaiti hesabına su quyusu qazılmışdır və həmin firmaya məxsus olan obyektin su təhcizatı bu quyunun hesabına ödənilir. İddiaçı Şəxsi Firması iİə həmin dövrdə "xxxx" ASC arasında buna uyğun müqavilə bağlanmışdır. Belə ki, "xxxx" ASC tərəfindən firmaya məxsus obyektə içməli su verilmədiyi üçün bağlanmış müqaviləyə görə "xxxx" ASC obyektə yalnız kanalizasiya xidməti göstərir və buna görə də ASC-yə yalnız bu xidmətə görə vəsait ödənilir. Azərbaycan Respublikası Prezidentinin su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Nazirlər Kabinetinin 23 fevral 2024-cü il tarixli, 97 saylı qərarının 9.2.1.2-ci bəndi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində X8 Xidmətinin” sözləri ilə əvəz edilmişdir. 07 aprel 2025-ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndələri qanunvericiliyin tələblərini pozmaqla firma rəhbərliyinin iradəsinə zidd olaraq firmaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-cü məhəllədə yerləşən xidmət obyektinə gəlmiş, guya burada sudan qeyri-qanuni istifadə halını müəyyən etmişdirlər. Buna görə də quyu suyunu obyektə gətirən su xəttini kəsmiş və akt tərtib edərək itirilmiş su təhcizatının bərpa edilməsi məqsədi ilə firmaya məxsus 090732$32136 nömrəli abonent koduna əsassız olaraq 4104 manat məbləğində borc yazılmışdır. Tərtib olunmuş akt və bu akt əsasında yazılmış borc əsassızdır. Ona görə də bu borc silinməlidir. Yuxarıda qeyd edildiyi kimi, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndələri firma rəhbərliyinin iradəsinə zidd olaraq firmaya məxsus xidmət obyektinə daxil olmuş, quyu suyunu obyektə gətirən su xəttini kəsərək guya burada sudan qeyri-qanuni istifadəsi ilə bağlı görüntü yaratmışlar. Sözügedən ünvanda sudan qeyri-qanuni istifadə halı olmamışdır. Əgər bu hal mövcud olsaydı belə, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt qanunvericiliyin tələblərini pozmaqla tərtib olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan hallarından tam aydın olur ki, İddiaçı Şəxsi Firmasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-cü məhəllədə yerləşən xidmət obyektində sudan qeyri-qanuni istifadə halı olmamışdır. Buna baxmayaraq, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndələri əsassız akt tərtib edərək, firmaya məxsus 090732$32136 nömrəli abonent koduna əsassız olaraq 4104 manat məbləğində borc yazmışlar. Aktın qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğu nəzərə alınsa, borcun yazılması üçün heç bir hüquqi əsasın olmadığı müəyyən olunur. Ona görə də hesab edilir ki, bu borc silinməlidir.
16. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2, 4-3, 13.2, 13.3, 16.9, 16.11, 17, 20-ci, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, “Sudan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 1.3-cü maddələrinə istinad olunmuşdur.
17. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən tərəflərindən yoxlamanın aparılması üçün çıxarış alınmış və iddiaçının ünvanında sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş, faktı sübut edən video çəkiliş aparılmış və məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərin əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3675/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən xx.xx.2025-ci il tarixli, 603383 nömrəli akt əsasında hesablanmış 4104 manat məbləğində pul vəsaitinin İddiaçı Şəxsi Firmasının 090732 nömrəli abonent hesabından silinməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi 07 aprel 2025-ci il tarixli, 603383 saylı akt əsasında İddiaçı Şəxsi Firmasına məxsus olan 090732 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun əsassız hesab edilərək silinməsindən ibarətdir. Məhkəmə hesab edib ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt su və çirkab su xidmətləri ilə təmin edilmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-də İddiaçı Şəxsi Firmasına məxsus olan ərazidə su quyusu qazılmış və həmin firmaya məxsus olan obyektin su təchizatı quyunun hesabına ödənilmişdir. 07 aprel 2025- ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndəsi tərəfindən akt tərtib olunmuş və aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, abonentin sayğacdan kənar d-20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Aktda obyektin nümayəndəsi kimi Nümayəndə2 qeyd edilmiş və akt onun imzası ilə təsdiq edilmişdir. Buna görə də quyu suyunu obyektə gətirən su xəttini kəsmiş və akt tərtib edərək itirilmiş su təhcizatının bərpa edilməsi məqsədi ilə firmaya məxsus abonent koduna 4104 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, KY252297640 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim olunmuşdur. Eləcə də, iddiaçının qanuni təmsilçisi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ərizə ünvanlanaraq, ünvan 2stemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 2-ci subabonentin açılması və sayğac quraşdırılmasında köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin Nərimanov Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, quyu suyu üçün subabonentlə yeni müqavilə bağlanmasının məqsədəuyğun olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli müraciət formasından müəyyən olunur ki, müvafiq sənədlər cavabdeh tərəfindən qəbul edilmiş, “090732 müqaviləyə quyu suyuna subabonent açılır” qeydi aparılmışdır. Təqdim olunmuş ödəniş sənədləri və abonent haqqında məlumatdan müəyyən olunub ki, iddiaçı tərəfindən cavabdehin hesabına mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Həmçinin müəyyən olunub ki, müqavilədə və abonent haqqında məlumatda müəssisənin adı qrafasında X15-Əyləncə Mərkəzi yazılsa da, iddiaçının nümayəndəsi belə bir hüquqi şəxsin olmadığını bildirilmişdir. Həmçinin abonent haqqında məlumatda da VÖEN olaraq İddiaçı Şəxsi Firmasına məxsus VÖEN nömrəsi qeyd olunmuşdur (**********), yəni abonent məhz İddiaçı Şəxsi Firması olmuş, cavabdeh də həmin halı mübahisələndirməmiş, təsdiq etmişdir. Eləcə də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da yoxlanılan sahibkarlıq subyektinin adı qrafasında İddiaçı Şəxsi Firması qeyd olunmuşdur. İddiaçının nümayəndəsi sudan qeyri-qanuni istifadə halının olmadığını, əgər bu hal mövcud olsaydı belə, aktın qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğunu bildirərək, akt əsasında əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz etmiş və əsaslar yuxarıda qeyd olunan ərizədə göstərilmişdir. Məhkəmə sübutların tədqiqi əsasında belə nəticəyə gəlib ki, iddia əsaslı, etiraz isə əsassız sayılmalıdır. Belə ki, qeyd olunduğu kimi, cavabdeh tərəfindən məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünüb ki, İddiaçı Şəxsi Firmasının (VÖEN **********) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərdə müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində Nümayəndə2 (Mühəndis), X2 (Mühəndis), X3 (qrup rəhbəri-mühəndis), X7 (Mühəndis) göstərilmiş, kod olaraq KY252297640 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) xx.xx.2025 - xx.xx.2025-ci il tarixi olduğu qeyd olunmuşdur. Sənəd xx.xx.2025-ci il tarixdə elektron imzalanmışdır. İşin hallarından göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2025-ci il tarixdə imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan 603383 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna və iş üçün əhəmiyyət kəsb etdiyinə görə cavabdehin nümayəndəsinə reyestrdə qeydə almanın və aktın tərtib olunma vaxtı (saatı) barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini sübut etmə yükü cavabdehin üzərinə düşdüyü üçün hesab olunur ki, cavabdeh həmin halı (reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini) sübut edə bilməmişdir. Ona görə də məhkəmədə belə qənaət yaranmışdır ki, reyestrdə qeydə alınma yoxlama aktından sonra baş vermiş və keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. Yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq, yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək, yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir. Eləcə də, qeyd olunmalıdır ki, 603383 nömrəli aktda iddiaçı tərəfindən nümayəndənin iştirakının təmin olunması müəyyən edilmir (ad, soyad, imza yoxdur), yoxlayıcı qismində isə bir şəxs iştirak etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etirazının sübutu qismində video görüntü və fotoşəkil təqdim edilmiş və baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqdim olunmuş video görüntü və fotoşəkil hazırkı iddianın təmin olunmaması üçün yetərli sayıla bilməz.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8, 14.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.2, 6.18-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2, 4.2, 4-2.1.6, 4- 2.1.8, 4-2.1.9, 4-3.1.2, 20.1, 20.2, 31.2.3-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidməti’’ X13 tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və reyestrdən çıxarış alınmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti’’ X9 əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli 603383 saylı akt tərtib edilmişdir. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti’’ X10 maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 4104 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. İş üzrə qeyd olunan maddi hüquq normaları tətbiq edilməli halda tətbiq edilməmişdir. Maddəyə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiyasisteminə qoşulmaq qadağandır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndi Bəndə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nın hüququdur. Bəndə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndi müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən sahibkarlıq sahəsində xx.xx.2025xx.xx.2025-ci il aralığında yoxlama aparmaq üçün Ədliyyə Nazirliyinin reystrindən çıxarış alınmışdır. Həmin çıxarışa əsasən obyektdə xx.xx.2025-ci il tarixində yoxlama aparılmışdır. Yoxlama nəticəsində iddiaçının sayğacdan əvvəl, giriş xətti üzərində iç diametri 20 mm olan boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Nəticədə cavabdehə 4104 manat məbləğində ziyan vurulmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş, video çəkiliş aparılmış və məhkəməyə sübut qismində təqdim edilmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində çıxarışın alınma saatının cavabdeh tərəfindən sübut edilmədiyini bildirmişdir. Buna münasibət olaraq bildrir ki iş materiallarından göründüyü kimi xx.xx.2025-ci il tarixində çıxarış alınaraq yoxlama aparılmış, lakin Ədliyyə Nazirliyinin sistemindən saatı göstərən sübutun alınması mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Hər bir halda yoxlama çıxarışda göstərilən müddətdə aparılmışdır. Buna görə də hesab edir ki, məhkəmə bu haldad da düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə görə STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunun 4-2-ci maddəsinə yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.1. yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək; 4-2.1.2. sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək; 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; 4-2.1.8. yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, azılı izahatları əlavə etmək; Göründüyü kimi qanunverici sahibkarlıq sahəsində yoxlmaların aparılmasını qadağan etmir. Lakin bu yoxlamanın aparılmasının tənzimlənməsi üçün bir norma müəyyən etmişdir. Həmin normanın tələblərinə görə yoxlamanın aparılması üçün yoxlayıcı müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçməli, həmin orqan yoxlayıcıya yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış verməlidir. Yoxlayıcının nümayəndəsi sahibkarlıq obyektinə gəldiyi zaman xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli, yalnız bundan sonra yoxlama hərəkətlərini həyata keçirə bilər. Hazırkı halda yoxlayıcı qanunvericinin onun üçün vəzifə kimi müəyyənləşdirdiyi öhdəlikləri icra etməmişdir. Belə ki, Yoxlayıcının nümayəndələri Şahin-9 Şəxsi Firmasına məxsus olan xidmət obyektinə yoxlama məqsədi ilə gəldiyi zaman bu sənədlərin heç birini təqdim etməmişdirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Yoxlayıcının nümayəndələri sözügedən obyektə daxil olub akt tərtib etdikdən sonra yoxlamanın aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və müavfiq sənədləri əldə etmişdirlər. Bu halı sübut etmək vəzifəsi cavbdehin üzərinə düşdüyünü nəzərə alsaq cavabdeh mülki işin birinci insatansiya məhkəməsinin icraatında olduğu dövrdə bu halı təsdiq edən möhtəbər sübut (yoxlamanın aparılmasından əvvəl həmin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə sübut) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi digər sübut, Şahin-9 Şəxsi Firmasına məxsus olan xidmət obyektində sudan qeyri-qanuni istifadə halını əks etdirən video görüntüyə münasibətdə qeyd etmək istəyir ki, videoyazı həmin obyekdə çəkilməyib. Bunu həmin video yazıda görüntüsü əks olunmuş cavbdehin nümayəndələri də etiraf edir. Belə ki, video yazıda cavabdehin nümayəndəsi “50-qəpik” restoranında yoxlamanın aparıldığını qeyd edir. Beləliklə işin müəyyən olunmuş həqiqi halları ondan ibarətdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 İddiaçı şəxsi firmasında yoxlama hərəkətləri həyata keçirərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş video yazıda da cavabdehin nümayəndələri yoxlamanın İddiaçı şəxsi firmasına məxsus xidmət obyektində deyil, 50-qəpik” restoranında aparıldığını qeyd edir. Bütün bunlar onu deməyə əsas verir ki, İddiaçı Şəxsi Firmasına məxsus xidmət obyektində sudan qeyri-qanuni istifadə halı olmamışdır. Həm bu hal (sudan qeyri-qanuni istifadə halı olmadan aktın tərtib olunması), həm də yoxlamanın qanunvericiliyin tələblərinə uyğun aparılmaması bunu deməyə əsas verir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli akt və bu akt əsasında Firmaya məxsus 090732$32136 nömrəli abonent koduna yazılmış 4104 manat məbləğində borc əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
25. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi və iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etmədi.
26. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
27. Mülki Məcəllənin:
28. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30.2-ci maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: -2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
31. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -4.4-cü bəndinə görə yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.
32. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Şəxsi Firması iİə "xxxx" ASC (cavabdehin hüquqi sələfi) arasında su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya tullantı xidmətlərinin axıdılması xidməti göstərmişdir, iddiaçının su təchizatı isə qazılmış su quyusunun hesabına təmin edilirdi. 07 aprel 2025-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş, yoxlamanın nəticəsi olaraq tərtib edilmiş aktda sayğacdan kənar boru vasitəsilə sudan istifadə etdiyi qeyd edilmiş və iddiaçıya məxsus olan 090732 nömrəli abonent koduna 4104 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız hesab edilərək silinməsini xahiş edir.
38. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın nəticəsi olaraq hesablanmışdır.
39. Həmin yoxlamanın aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, “Azəriqaz” İB tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır.
40. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı Şəxsi Firmasında (VÖEN **********) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərdə müqavilə şərtinə əməl olunması ilə bağlı yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2025-ci il tarixdə imzalanmış və elə həmin tarixdə də yoxlamanın nəticəsi olan 603383 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna və iş üçün əhəmiyyət kəsb etdiyinə görə cavabdehin nümayəndəsinə reyestrdə qeydə almanın və aktın tərtib olunma vaxtı (saatı) barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini cavabdeh sübut edə bilməmişdir.
41. Beləliklə, cavabdeh mübahisəli borcun hesablanması üçün əsas olmuş yoxlamanın qanunvericiliyinin tələblərinə uyğun şəkildə, yəni yoxlama keçirilənədək qeydiyyata alınmasını sübuta yetirə bilmədiyindən iddiaçı həmin yoxlamanın əsasında hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
42. Odur ki, apellyasiya şiayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayətinin verilməsi ilə bağlı cavabdehin çəkdiyi məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3675/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov