Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1224/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2-2(113)-1241/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 24055,17 manat məbləğində krеdit bоrcu, 2094,41 manat məbləğində faiz bоrcu və 8441,08 manat cərimə olmaqla, cəmi 34590,66 manat (otuz dörd min beş yüz doxsan manat altmış altı qəpik) məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1 manat dövlət rüsumu, 200 manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsində yerləşən 15 saylı evin 49 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən qeyd olunan pul vəsaitinin bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-1241/2022 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iş üzrə icraata ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsindən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-1241/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilmiş və məhkəmənin 03 noyabr 2022-ci il tarixli, e-2-2(113)-1241/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və məhkəmənin 17 noyabr 2022-ci il tarixli, e-2-2(113)-1241/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1241/2022 saylı qərardadından şikayət verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayət əsaslandırılmış, hüquq normalarının pozulmasının nədən ibarət olması şikayətdə qeyd edilmiş və şikayət qanunvericlikdə edilmiş dəyişikliklərə uyğun formada tərtib edilərək elektron qaydada məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi səhv təfsir edilmişdir. Şikayətdə də birinci instansiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Belə ki,“İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldilməsi və satılmasından sonra tərəflər üçün bəzi hüquqi nəticələr müəyyən edilmişdir. Bu cür hüquqi nəticələrdən biri kimi, ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsiniən geci bir ay ərzində tərk etməsi nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı həmin norma tətbiq olunmaqla, ipoteka qoyanın əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra onun həmin əmlakdan çıxarılması,əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini tələb edir. İddiaçı QSC-nin bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və təmin olunmasını istisna edən hal yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1241/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1241/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, şikayət olunan qətnamə və ya qərardadda hansı maddi və prosessual hüquq normalarına yol verildiyi cədvəlin bir sütununda, bu pozuntunun nədən ibarət olduğu isə digər sütununda qeyd edilməlidir. İddiaçı tərəfindən verilmiş şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan formada tərtib edilməyindən şikayətin məhkəmə tərəfindən geri qaytarılması qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1241/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1241/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1224/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1224/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver