Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1226/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-578/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X4, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 33956.5 manat məbləğində krеdit bоrcu, 6183.49 manat məbləğində faiz bоrcu və 3320.71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43460.70 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 220.38 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulmasını, X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 206a saylı bağ evinin açıq hərracdan satılması, 43460.70 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 220.38 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2, X4, Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-578/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 33.017 (otuz üç min on yeddi) manat, 96 (doxsan altı) qəpik, faiz bоrcu üzrə 6.183 (altı min yüz səksən üç) manat, 49 (qırx doqquz) qəpik, cərimə borcu üzrə 1.600 (bir min altı yüz) manat olmaqla, cəmi 40.801 (qırx min səkkiz yüz bir) manat, 45 (qırx beş) qəpik məbləğində pulun,müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-yə ödənilməsi, xx.xx.2021-ci il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 150.3 m2 ümumi sahədən ibarət 206a saylı bağ evinin ilkin satış qiyməti 95.000 (doxsan beş min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilmsəi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 212 (iki yüz on iki) manat, 40 (qırx) qəpik məbləğində pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2dann tutularaq "xxxx" QSCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni məhkəmə baxışı keçirilməsi və apelyatorun iştirakının təmin olunmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi cavabdehlər tərəfindən qalıq borcun ödənilməsi səbəbilə iddiadan imtina barədə ərizə təqdim etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Digər tərəfədən Apellyatorun nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bəyan etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini izah etməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, bununla əlaqədar qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə kollegiyası iddiadan imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçının ərizəsi təmin edilərək iş üzrə icraata xitam verildiyindən Maraqlı şəxs ərizəsinə münasibət bildirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-578/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1226/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1226/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver