Məhkəmə qərarları › İş №2-2(103)-1229/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1229/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1229/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli e-2-2(113)-7778/2024 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Qanuni nümayəndə1, Cavabdeh2, Cavabdeh3, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27 oktyabr 2023-cü il tarixli 030CRLN18000025-27 nömrəli kredit müqaviləsi üzrə əsas borc 2 647 173,92 manat, faiz borcu 266 971,73 manat olmaqla cəmi 2 914 145,65 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 1834,56 manat dövlət rüsumunun, 4390,1 manat xidmət haqqının və iddiaya görə ödənilmiş 2250,19 manat dövlət rüsumunun tutulması, tələbin ödənilməsini təmin etmək məqsədilə tutmanın Qanuni nümayəndə1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1,50 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən 60 ha torpaq sahəsinə, Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 2,775 ha və 2,2095 ha torpaq sahələrinə və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Qobuüstü kəndi, Ağdaş rayonunda yerləşən 2,7605 ha, 2,1734 ha, 42 ha, 2,586 ha, 4,972 ha, 3,1813 ha, 3,0825 ha, 3,8576 ha, 2,2922 ha, 8,5056 ha, 7,335 ha, 3,2089 ha, 3,6675 ha, 5,022 ha, 2,5632 ha, 2,2977 ha, 2,063 ha, 2,2986 ha, 1,8337 ha, 1,8088 ha, 2,8732 ha, 1,93 ha, 1,9 ha, Cüvə kəndi, Ağdaş rayonunda yerləşən 2,4579 ha, 4,4155 ha, 3,5 ha, 3,3861 ha, 3,3783 ha, 21,7 ha, 6,5 ha, 14,3 ha, Ərəbocağı kəndi, Ağdaş rayonunda yerləşən 4,682 ha, 4,2999 ha, 11,4532 ha, 6,4648 ha, 20,785 ha, 17,81687 ha, 7,1145 ha, 7,1185 ha, 7,2026 ha, 3,5488 ha, 3,6049 ha, 9,01 ha, 3 ha, 3,982 ha, 3 ha, 4,8294 ha, 3,862 ha, 2,9383 ha, Korarx kəndi, Ağdaş rayonunda yerləşən 4,506 ha, Pirkəkə kəndi, Ağdaş rayonunda yerləşən 6,5231 ha, 4,1784 ha, 4,2039 ha, 6,2999 ha, 2,3423 56 ha, 14,3243 ha, 3,6616 58 ha, 9,0072 ha, 5,648 ha, 3,1615 ha, 18,5118 ha, 7,4446 19,5174 ha, 19,659 ha, 4,9802 ha, 8,7188 ha, 7,1961 ha, 3,2705 ha, 2,3632 ha, 2,6346 ha, 3,6964 ha, 16,2073 ha, 6,8116 ha, 20,2634 ha, 5,3622 ha, 4,4482 ha, 16,0896 ha, 21,7065 ha, 10,9536 ha, 6,0768 ha, 5,5656 ha, 1,582 ha, 3 4,165 ha, 84 ha, 12 ha, 19 ha, 2,4277 ha, Şıxlı kəndi, Ağdaş rayonunda yerləşən 4,8627 ha, 10,7598 ha, 4,8234 ha, 3,6814 ha, Yuxarı Nemətabad kəndi, Ağdaş rayonunda yerləşən 2,5694 ha, 2,1636 ha, 2,0744 ha, 2,1636 ha, 2,404 ha, 2,142 ha, 2,404 ha, 3,4629 ha, 3,2454 ha, 3,4271 ha, 2,4039 ha, 2,4188 ha, 2,1636 ha, 1,5314 ha, 2,0033 ha, 2,404 ha, 3,6533 ha, Yuxarı Qəsil kəndi, Ağdaş rayonunda yerləşən 2,3324 ha, 1,6 ha, Məşəd Kəndi, Ağdaş rayonunda yerləşən 9 ha torpaq sahələrinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsaitin cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsinə yödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, tutma Qanuni nümayəndə1, Cavabdeh2 və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus adıçəkilən torpaq sahələrinə yönəldikdə və həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində həmin cavabdehlərin və digər şəxslərin həmin əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 qanuni təmsilçisi Amirjanov Phakhri xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7778/2024 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh5 qanuni təmsilçisi Amirjanov Phakhri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7778/2024 nömrəli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh5 hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədir. Bu səbəbdən də iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7778/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı bir neçə cavabdehə qarşı iddia irəli sürmüşdür. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh5 hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Ağdaş rayonu, Yuxarı Neymətabad kəndi, Cavabdeh3 hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 53, Qanuni nümayəndə1 rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 125B, mənzil 51, Cavabdeh2 rəsmi qeydə alındığı yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi, ev 12, mənzil 10-dur. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti MPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının seçim imkanından istifadə etməklə iddianı cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəmədə irəli sürməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli e-2-2(113)-7778/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar