Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1229/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Şirinovun sədrliyi və məruzəsi ilə, X13 və X7 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi , İddiaçının nümayəndəsi vəkili X10, nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2511/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı MMC (“icraçı”) arasında xx.xx.2021-ci il tarixli MC1509.21 saylı xidmətlər göstərilməsi haqqında müqavilə imzalanmışdır.
2. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən Bu müqavilənin predmetini müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsini təşkil edən X4 nəzərdə tutulmuş və qiymətləri razılaşdırılmış işlərin İcraçı tərəfindən icra edilməsi, Sifarişçi tərəfindən isə həmin işlərin razılaşdırılmış dəyərini İcraçıya ödəməsi təşkil edir.
3. 4.1.-ci bəndinə əsasən tərəflər arasında bu Müqavilə üzrə nəzərdə tutulan hesablaşmalar manatla, Azərbaycan Respublikasında mövcud olan nağd yolu ilə hesablaşmalar qaydasında aparılır.
4. 4.3-cü bəndinə əsasən müqavilənin predmetini təşkil edən qiymətlər X2 tərəflər arasında razılaşdırılmış və tərəflərin imzası ilə təsdiq edilmişdir.
5. 4.4-cü bəndinə əsasən görülmüş işlərə görə ödənişlər müvafiq elektron-qaimə əsasında ödəniləcəkdir.
6. 5.1-ci bəndinə əsasən Tərəflər, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
7. 10.1-ci bəndinə əsasən Hazırkı Müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və 30 Dekabr 2022-ci il tarixinədək etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı tərəfindən cavabdehə EBCE 475735 saylı xx.xx.2022-cii l tarixli 162795.01 manat, EBBJ 967988 saylı xx.xx.2021-ci il tarixli 237321.64 manat, EBBT 091265 saylı xx.xx.2022-ci il tarixli 295000 manat, EBBL 571127 saylı xx.xx.2021-ci il tarixli 70800 manat məbləğində elektron qaimələr göndərilmişdir.
9. Sub-uçot hesabından digər Sub-uçot hesaba köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından xx.xx.2021-ci il tarixində 10800 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
10. Sub-uçot hesabından digər Sub-uçot hesaba köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından xx.xx.2022-ci il tarixində 15660 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
11. Sub-uçot hesabından digər Sub-uçot hesaba köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından xx.xx.2022-ci il tarixində 18000 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
12. Sub-uçot hesabından digər Sub-uçot hesaba köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından xx.xx.2021-ci il tarixində 36201.6 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
13. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 201 120 manat köçürülmüşdür.
14. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 60 000 manat köçürülmüşdür.
15. .xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 87 000 manat köçürülmüşdür.
16. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 100 000 manat köçürülmüşdür.
17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müraciət olunaraq xx.xx.2022-ci il tarixli EBCE ******* nömrəli elektron qaimənin ləğv edilməsini,xx.xx.2022-ci il tarixli EBBT 091265 nömrəli elektron qaimənin düzəlişə göndərilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Modern Construction MMCyə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 200 962 (iki yüz min doqquz yüz altımış iki) manat borcun, habelə dövlət rüsmumu kimi ödənilmiş 490.96 (dörd yüz doxsan manat doxsan altı qəpik) manatın, cəmi 201 452.96 (iki yüz bir min dörd yüz əlli iki manat doxsan altı qəpik) manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 15 sentyabr 2021-ci il tarixində bağlanmış MC1509.21 nömrəli “Xidmətlər göstərilməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır (əlavə olunur). Tərəflər arasında imzalanmış bu Müqavilənin məzmununa əsasən "İcraçı" işlərinin görülməsini öz öhdəsinə götürür və "Sifarişçi" görülmüş işlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Belə ki, Müqavilə üzrə İddiaçı Cavabdehi müvafiq mallarla təchiz edərək sifarişləri təhvil vermişdir. Təhvil verilmiş mallara əsasən eqaimədən göründüyü kimi 649 082 (altı yüz qırx doqquz min səksən iki manat) borc yaranmış ayrı – ayrı vaxtlarda ümumilikdə 448 120 (dört yüz qırx səkkiz min yüz iyirmi ) manat ödənilmiş, 200 962 (iki yüz min doqquz yüz altımış iki) manat məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir. Həmçinin qeyd etmək istəyirik ki, tərəfimizdən mövcud borcun ödənilməsi ilə bağlı Cavabdehə elektron vergi kabinet vasitəsilə xx.xx.2025- ci il tarixli Pretenziya məktubu göndərilmişdir (əlavə olunur). Bundan sonra Cavabdeh tərəfindən hər hansı pul vəsaitinin ödənilməsi təmin olunmamışdır. Pretenziya məktubuna ümumiyyətlə reaksiya verilməmişdir. Bununla da “Sifarişçi” qismində Cavabdeh 15 sentyabr 2021-ci il tarixində bağlanmış MC1509.21 nömrəli “Xidmətlər göstərilməsi haqqında” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə müəyyən məbləğdə borcu yaranmışdır. Nəticə etibarilə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə külli miqdarda maddi ziyan vurulmuşdur. Qeyd etmək istərdik ki, hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 200 962 (iki yüz min doqquz yüz altımış iki) manat ödənilməmiş borcu qalmışdır. Bununla bağlı pretenziya məktubunun göndərilməsinə baxmayaraq, yaranmış borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Dəfələrlə bu barədə “Sifarişçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yazılı və şifahi məlumat verilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Nəticədə, Cavabdeh İddiaçınə yekun olaraq 200 962 (iki yüz min doqquz yüz altımış iki) manat borcu yaranmışdır. Hesab edirik ki, 200 962 (iki yüz min doqquz yüz altımış iki) manat borcun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2511/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
21. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya məhkəməsinin e-2- 2(113)-2511/2025 saylı,xx.xx.2025-ciil tarixli qətnaməsinin tamamilə ləğv edilərək, CavabdehMMC-dən 200962 (iki yüz min doqquz yüz altımış iki) manat və dövlət rüsumu kimi ödənilmiş 736.44 manatməbləğində pulun İddiaçı MMC-nin hesabına ödənilməsi barədə yeni qətnaməniqnəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində şikayət olunan qətnamənin sübutların tədqiqi hissəsində tərəflər arasında olan xx.xx.2021-ci il tarixli MC1509.21 saylı müqavilə şərtləri və eyni tarixli “X3”əsasən iddia ərizəsi üzrə tələb,bu tələbin müqavilə əsasları düzgün araşdırılmamışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən görülmüş işlərə görə ödənişlər müvafiq elektron-qaimə əsasında ödənilməsi nəzərdə tutulmuşdur.İddia ərizəsinədə həmin elektron-qaimələri əlavə edilmişdir.Həmin qaimələrdən açıq-aşkar məlum olur ki, 649082 manat borclanma yaranmışdır.Cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 448120 (dörd yüz qırx səkkiz min yüz iyirmi) manat görülmüş işlərin dəyərini ödəyərək qarşılamış,lakin 200962 manat məbləğində pul vəsaitinin ödənilməsini üzərinə düşən müqavilə üzrə öhdəliyi kobud surətdə pozaraq ödəməkdən yayınmışdır.Bununla bağlı cavabdehə elektron vergi kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixində pretenziya məktubuda göndərilsədə,görülmüş işlərin müqabilində qalıq borcunu ödəməkdən əsassız olaraq yayınmışdır.Əgər cavabdehin görülmüş işlər üzrə iddiaçıya müqavilə əsasında borcu qalmamışdırsa, sual olunur ki, niyə ona göndərilən pretenziya məktubuna rəsmi münasibət bildirməmişdir. Məhkəmə cavabdeh tərəfindən elektron qaiməyə düzəlişin edilməsinə dair 2023-cü ildə iddiaçıya müraciət edilməsinə dair sübut təqdim etmişdir.Təqdim edilən sübut işin mübahisəli halına aid olub olmamasını belə araşdırmamışdır.Çünki həmin düzəlişlə bağlı müraciət iddiaçının hazırkı tələbinə aid mübahisəlı hal üçün əsas deyildir. Həmin müraciətə diqqət yetirsəniz, aşkar görünür ki, cavabdeh borcunu etiraf edir, lakin dəqiqləşdirmə aparılmasını xahiş edir. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələri işin həllində sübuti əhəmiyyət kəsb edib-etməməsini müəyyən etmək üçün məhkəmə ekspertiza təyin edərək həqiqətə nail olmaq üçün ən azından cəhd etmiş olardı. Bununla bağlı məhkəmə prosesində ekspertizanın təyin edilməsini şifahi olaraq hətta məhkəmədən xahişdə edilib. Ekspertizanın təyin edilməsinə lüzum olmaması qənaətinə gəlməsini qətnamənin məzmununda belə göstərməmişdir. xx.xx.2021-ci il tarixli, MC1509.21 saylı müqavilənin 3.1.2-cibəndinə əsasən sifarişçi İcraçıya malmaterialın alınması üşün 60%, malın Bakı şəhərinə çatdırıldıqdan sonra 30% və quraşdırıldıqdan sonra 10% ödəməli olduğu halda CavabdehMMC tərəfindən müqavilən razılaşdırılmış olan bu bəndi pozulmuşdur. Elektron qaimələrdən və sub-uçot hesab əməliyyatlarından məlum olur ki, sifarişçi ödəmələrdə ləngimələrə yol vermiş, müqavilə üzrə öhdəliyini vaxtında və lazımında icra etməmişdir. Podratçı olaraq müqavilə şərtlərindən kənar tələb və şərtləri irəli sürdüyü öz izahatında bildirən cavabdeh tərəf niyə işlər qurtarmamış müqavilədən imtina etməmişdir. Hansı ki, buna hüququ çatırdı. Bununla bağlı yazılı və ya şifahi pretenziyasını bildirməmişdir. İzahatında bildirir ki, elektron qaimənin təyinatında düzəlişin edilməsi ilə bağlı 2023-cü ildə müraciət etmişdir. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə bağlanan tarixdən(xx.xx.2021-ci il) qüvvəyə minir və 30 dekabr 2022-ci il tarixinədək etibarlıdır. Müqavilə üzrə öhdəliyi icraçı(podratçı) tərəf olaraq biz vaxtında icra etmiş və bununla bağlı təhvil-təslim olunması üçün dəfələrlə müraciət edilsədə, cavabdehin müqavilə üzrə borcu olduğu üçün təhvil-təslim prosesindəndə yayınmağa çalışmışdır. Hətta cavabdeh tərəfə müqavilə üzrə qalıq borcu tam ödənildiyi halda müəyyən qədər razılaşdırılmış güzəştində ediləcəyi nəzərinə çatdırılmışdır. Alınmış malların hesab-fakturaları, tərəfə göndərilən elektron-qaimələr bir daha sübut edir ki, icraçı olaraq üzərimizə düşən öhdəliyi vaxtında və lazımınca icra etmişik.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
30. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
31. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
32. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
33. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Maddə 755. Müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
35. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
X8
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin X8 barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda X8ni qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya İnstansiyası Məhkəməsinin Mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı MMC (“icraçı”) arasında xx.xx.2021-ci il tarixli MC1509.21 saylı xidmətlər göstərilməsi haqqında müqavilə bağlanmış, xidmətlər göstərilməsi haqqında müqaviləyə əsasən imzalanmış X3 əsasən iddiaçı tərəfindən cavabdehə 528504.30 manat (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində 649082 manat məbləğində xidmət göstərildiyini, bunun müqabilində 200962 manat borc qaldığı bildirsədə, X1 görünür ki, iddiaçı tərəfindən cavabdehə 528504.30 manat (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır. Əlavə olunan ödəniş tapşırıqları ilə təsdiq olunur ki, müqavilə üzrə yaranmış 528504.30 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Tərəflər arasında razılaşdırılmış və tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli MC1509.21 saylı xidmətlər göstərilməsi haqqında müqavilənin 1-ci və 4.3-cü bəndlərində müqavilənin predmetini müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsini təşkil edən və müqavilənin predmetini təşkil edən qiymətlər, X6 ilə şərtləndirilsədə, hazırda iddiaçının tələb etdiyi məbləğə aid müqaviləyə bağlı bağlı hər hansı X6 iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin iddiaçı müqavilədə nəzərdə tutulandan əlavə xidmətlərin göstərilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
52. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin predmetini təşkil edən qiymətlər X2 tərəflər arasında razılaşdırılmış və tərəflərin imzası ilə təsdiq edilmişdir. 4.4-cü bəndinə əsasən görülmüş işlərə görə ödənişlər müvafiq elektron-qaimə əsasında ödəniləcəkdir
53. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
54. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin borcu 16 mart və 23 sentyabr tarilxi qaimələr üzər yaranmış borcdur.
55. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli EBCE seryalı, 475735 nömrəli ƏDV daxil 21897,26 manat məbləğində elektron qaimədən görünür ki, e-qaimənin təyinatı xx.xx.2021-ci il tarixli müqavilədir. Göründüyü kimi qaimədə istinad edilən xx.xx.2021-ci il tarixli müqavilə tamam başqa müqavilədir və tərəflər arasında münasibətlərin əsası olan xx.xx.2021-ci il tarixli MC1509.21 saylı müqavilə və ona əsasən imzalarla təsdiqlənmiş X5 əlaqəsi yoxdur. Bundan başqa xx.xx.2022-ci il tarixli EBCE seryalı, ******* nömrəli ƏDV daxil 295000 manat məbləğində elektron qaimədə isə hər hansı müqaviləyə istinad yoxdur. Sözügüdən e-qaimələr cavabdeh tərəfindən təsdiq edilsədə, sonradan cavabdeh tərəfindən qaimələrin düzəliş və ləğv edilməsi üçün iddiaçıya göndərilməsi də iddiaçı tərəfindən qəbul olunmuş işin mübahisəsiz halıdır.
56. Kollegiya apellyasiya şikayətinin məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində borc məbləği mübahisələndirilməmiş, ekspertiza keçirilməsi ilə bağlı yazılı vəsatət verilməmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməsi təsdiq olunmuşdur.
58. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
59. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları özlərinə aid edilməlidir.
60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2511/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.