Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-123/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun borcdan silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2-2(113)-4678/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunsun, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014- cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair şərtlər toplusu imzalanmış və 12 iyun 2015ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə cavabdeh tərəfindən iddiaçıya 22 iyun 2017-ci il tarixədək 700000 manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* manat, 07 avqust 2015-ci il tarixli, K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin qeyd edilən müqavilələrin təminatı olaraq zaminlik və ipoteka müqavilələri imzalanmışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 227/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X4 və X2 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* manat 34 (otuz dörd) qəpik əsas, 449536 manat 09 qəpik faiz, 32155 manat 81 qəpik cərimə, cəmi ******* manat 24 qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 manat 77 qəpik əsas, 4305 manat 20 qəpik faiz, 2767 manat 63 qəpik cərimə, cəmi 242615 manat 60 qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 ABŞ dolları 36 sent əsas, 5149 ABŞ dolları 14 sent faiz, 275 ABŞ dolları 90 sent cərimə, cəmi 105323 ABŞ dolları 40 sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X4 və X2 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaiti tutulmuş, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330000 manat məbləğində müəyyən edilmiş, həmçinin tutma X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilmiş, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutma Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilmiş, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutma X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 155000 manat məbləğində müəyyən edilmiş, həmin əmlaklar açıq hərracda satılmış, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait cavabdehlər "xxxx" MMC-nin, Feyzullayev Fərid Fəxrəddin oğlunun, X6 və X3 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilmiş, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilmiş, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, X3, X6 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı Cavabdeh ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ "xxxx" MMC-dən, X2, X4 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Cavabdeh ASCyə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 5970/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır (iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğundan). Bakı Apellyasiya Məhkəməsində 2-ci icraat zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin BAM MM 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırkı işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6068/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarında qeyd edilmişdirki, “birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Həmin rəydən görünür ki, ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590.000 manat) ödəniş ekspertiza zamanı nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.” Həmçinin Bakı Apellyasiya Məhkəməsində 2-ci icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsi olan xx.xx.2020-ci il tarixli 9/1782 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. İcra vərəqəsi verildikdən və icra icraatı başlandıqdan sonra yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödənişin (ümumilikdə 590.000 manat) ümumi borcdan silinməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və Probasiya şöbələrinə müraciət edilmişdir. Lakin Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd edilən məbləğin ümumi borcdan çıxılmasının onların səlahiyyətinə aid olmadığı bildirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə edilmiş müraciət cavablandırılmamışdır. Cavabdehdən, iddiaçı tərəfindən ödənilmiş 590000 manat məbləğin nəzərə alınması (silinməsi) xahiş edilsə də, cavabdeh həmin məbləği tələb etməyə davam edir və qarşılıqlı razılığa gəlməkdən imtina edir. Bundan əlavə cavabdehə ünvanlanmış məktub və sorğulara cavab vermir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, borclu İddiaçı MMC şikayət ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, Kİ 606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, Kİ874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Sonradan, borclu İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, Kİ606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, Kİ 874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsini xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-183/2023 tarixli xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə qeyd edilən məbləğlərin silimnəsi ilə bağlı işə baxılarkən Bank tərəfindən sübutlar təqdim edilmiş və məhkəmə qərardadları ilə də müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, Kİ 874 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 1171990,24 manat, xx.xx.2015-ci il tarixli, Kİ606/02 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 242615,57 manat, xx.xx.2016-cı il tarixli, K2015-129 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 105 323,40 ABŞ dolları məbləğində vəsait silinmiş, xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsait Azərbaycan Respublikası Mərkəzi X9 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərarının tələblərinə əsasən öhdəliyin balansdan kənar silinməsinə əsasən Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL********** saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. İddiaçı MMC tərəfindən 444.000 manat məbləğində pul vəsaitinin onun tərəfindən ödənilməsinə dair hər hansı bir ödəniş qəbzi təqdim etməmiş və həmin məbləğin onlara aid olması barədə sübut təqdim edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2-2(113)-4678/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan qanuni qüvvədə olan məhkəmə qərarlarından və icra sənədindən göründüyü kimi, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X4 və X2 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796,34 əsas, 449536,09 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat faiz, 32155,81 manat cərimə, cəmi 1593488,24 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz manat 24 qəpik) məbləğində pul vəsaitinin, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat faiz, 2767,63 manat cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015- 129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898,36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 (bir yüz beş min üç yüz iyirmi üç ABŞ dolları, 40 sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X4 və X2 iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 150 manat xidmət haqqının tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, tutmanın X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, X2, X4 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Borclu İddiaçı MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı (qüvvəyə mindiyi vaxt: xx.xx.2021, icra sənədinin verildiyi vaxt 02.03) icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçının istinad etdiyi məhkəmə qərarları iddia olunan 590000 manat pul vəsaitinin silinməli olunması sahəsində hər hansı preyudisial əhəmiyyətə malik deyildir. Yəni, qeyd olunan məhkəmə qərarları ilə həmin pul vəsaitinin borclu tərəfindən tələbkara ödənilməsi müəyyən olunmamış, sadəcə ekspertiza rəyinin məlumatlarına istinad olunmuşdur. Borclu sonradan (birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra) edilmiş ödənişlərini sübut etmək yükünü daşıyır. Lakin, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Borclunun istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyindən isə görünür ki, ekspert məhz iddiaçının (Cavabdeh ASCnin) təqdim etdiyi hesabdan çıxarışın məlumatlarına əsaslanmış, cavabdehin hər hansı ödəniş sənədinin mövcudluğunu qeyd etməmişdir. Tələbkar isə hesabdan çıxarışda olan məlumatlarla bağlı məhkəməyə arayışlar təqdim edərək göstərmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X9 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli, 29/1-1 nömrəli qərarının tələblərinə uyğun olaraq Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Bu hal isə, özü-özlüyündə öhdəliyin borclu tərəfindən tam və ya qismən icrası (xitamı) anlamına gəlməməklə, bank sahəsində qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olmuşdur. Göründüyü kimi, borclu şikayətin dəlilləri üzrə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddia icraatı qaydasında məhkəməyə verilən elə iddia tələbləri üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun və iddia təmin edildiyi halda pozulmuş hüququn bərpası mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, göründüyü ki, hazırkı iş üzrə İddiaçı MMC (borcu) öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023cü il tarixli e-2-2(113)-4678/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2-2(113)-4678/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-123/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-123/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver