Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1230/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “pulun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6463/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən əsassız əldə etdiyi 60.000 manat pul vəsaitinin və MM-nin 449-cu maddəsinin müəyyən etdiyi qaydada həmin əsas borcun vaxtına qaytarılmadığı (gecikdirilmiş) günlərinə görə onun üzərinə Mərkəzi Bankın geridə qalmış dövrlər üzrə müəyyən etdiyi uçot faiz dərəcəsinidə qətnamə çıxan tarixə hesablanmaqla (əlavə olunmaqla) tutulması və 410 manat məbləğində çəkilmiş mediasiya xərcinin də tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yenidən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən öhdəliklər üzrə yaranmış 160.000 (bir yüz altmış min) AZN borcun və iddia tələbi üzrə ödənilən 450 (dörd yüz əlli) manat dövlət rüsumunun və vəkilə çəkilən 200 (iki yüz) manatın alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6463/2022 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi qeri qaytarılmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-6463/2022 saylı xx.xx.2022ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixində şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6463/2022 saylı xx.xx.2022- cı il tarixli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 160.000 (bir yüz altmış manat) məbləğində pulun tutulmasını xahiş edir. İş üzrə tərəflər hüquqi şəxsdirlər, məhkəmədə müstəqil iddiaçı və cavabdeh qismində ola bilərlər, hər iki tərəf mülki dövriyyə münasibətlərinin iştirakçıları olmaqla, hər iki tərəf arasında öhdəliklərdən yaranmış münasibətlərdən əmələ gəlmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdehndən öhdəliyini yerinə yetirmədiyi üçün pul tələb edir, eyni zamanda, Cavabdeh irəli sürdüyü tələbdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün borcun tutulmasıdır. Buna görə də məhkəmə hər iki iddianın predmeti pul tələbi olduğundan məhkəmə ilk və qarşılıqlı iddiaya birlikdə baxılması üçün kifayət qədər əsaslar olduğu halda qarşılıqlı iddianı geri qaytarmışdır. Göründüyü kimi, məhkəmə işə yalnış və əsassız olaraq hazırki işi icraata qəbul etməmiş və qanunsuz olaraq iddia ərizəsini geri qaytarılmasına dair qərardad çıxarmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6463/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6463/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 156-cı maddəsinə əsasən, Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qarşılıqlı iddianın icraata qəbul olunması üçün MPM-in 156-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. İlk iddia ərizəsində iddiaçı cavabdehin hesabına səhvən köçürdüyü ödənişi geri tələb etdiyi halda, qarşılıqlı iddia ərizəsində öhdəliyə əsasən yaranmış borcun qarşı tərəfdən tutulması xahiş olunur. Bu tələblər arasında əlaqə olmadığından qarşılıqlı tələb ilk tələbin ödənilməsinə yönəlmədiyindən, o cümlədən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından qarşılıqlı iddianın qaytarılmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-6463/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6463/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1230/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1230/2022
21.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver