Məhkəmə qərarları › İş №2-2(103)-1230/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1230/2025

25.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1230/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “maneələrin qadağan edilməsi, pulun tutulması və müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-3516/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMCyə (bundan sonra-cavabdehlər) qarşı “maneələrin qadağan edilməsi, pulun tutulması və müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylıAyrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "xxxx" MMC tərəfindən törədilən maneələrin qadağan edilməsinə, müdaxilələrin qanunsuz hesab edilməsinə və vurulmuş ziyanın əvəzi olaraq 168 000 (yüz altmış səkkiz min) manatın "xxxx" MMC-dən və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini, "xxxx" MMC-nin əməkdaşlarının əməllərində cinayətin əlamətləri olması ilə bağlı barələrində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı "xxxx" ASC-nin qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin CənubQərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə törədilən maneələr cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qadağan edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)- 3516/2025 nömrəli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsi və iddia tələbinin “müdaxilələrin qanunsuz hesab edilməsi” hissəsində də mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə (bundan sonra cavabdehlər) qarşı“maneələrin qadağan edilməsi, pulun tutulması və müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - "xxxx" ASCnin qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "xxxx" MMC tərəfindən törədilən maneələrin qadağan edilməsinə, müdaxilələrin qanunsuz hesab edilməsinə və vurulmuş ziyanın əvəzi olaraq 168 000 (yüz altmış səkkiz min) manatın "xxxx" MMC-dən və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini, "xxxx" MMC-nin əməkdaşlarının əməllərində cinayətin əlamətləri olması ilə bağlı barələrində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 saylı Qərardadı ilə qərara alındı ki, - İddiaçı"xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrəiş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırıldı ki, “...Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “maneələrin qadağan edilməsi, pulun tutulması və müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının “müdaxilələrin qanunsuz hesab edilməsi” hissəsi məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırda həmin iddia tələbinə məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil...” Aşağıda qeyd edilənlərlə həmin Qərardadın qanunsuz və əsassız olduğu sübuta yetirilir, bu səbəbdən Qərardad ləğv edilməli və iddia tələbi həmin hissədə də mahiyyəti üzrə baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh tərəfinədən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırlımışdır ki, sahəvi qanunvericiliyin tələblərinə əsasən, xüsusilə də “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7-ci bəndi ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasınının təmin edilməsi tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin mübahisəli ərazini həm SOCAR-ın ərazisi kimi təsdiq etməsi, həm də Cavabdehin dövlət aktına daxil etməsi üzündən belə bir mübahisə yaranmışdır. Sənaye təyinatlı ərazilərlə bağlı qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərinə əməl edilməsinə bütün hüquqi və fiziki şəxslər borcludurlar. Bu məqsədlə, SOCAR, qeyd olunan sahəvi qanunvericiliyin tələblərindən çıxış edərək, neft-qaz əməliyyatlarının aparılması məqsədilə Dövlət tərəfindən daimi istifadəsinə ayrılmış ərazilərdən yalnız təyinatı üzrə istifadə edilməsini təmin edir. Bu məqsədlə, qanunvericiliyin tələblərinin, həmçinin əhalinin və istehsalatın təhlükəsizliyinin təmin olunması məqsədilə, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərdə istənilən kənar fəaliyyətin qarşısı dərhal alınır, bunun mümkün olmadığı halda isə, həmin fəaliyyətin istismarçı təşkilat tərəfindən müvafiq tədbirlər görülür. İş üzrə digər Cavabdeh2 MMC (SOS) də, SOCAR-ın müəssisələri ilə bağlanmış müqaviləyə əsasən SOCAR-ın obyektlərinin mühafizəsini həyata keçirir və sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı ilə bağlı da görülmüş tədbirlər müqavilə öhdəliklərindən, eləcə də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gəlmişdir. Belə ki, SOS əməkdaşlarının istintaqa verdiyi izahatlarda da qeyd olunduğu kimi, neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşən sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı aşkarlandıqda, mühafizəçilər ilkin olaraq ASC əməkdaşlarına ərazinin SOCAR-a aid olması və sənaye təyinatlı bu ərazilərdə ağac əkilməsinin yolverilməz olması barədə xəbərdarlıq etmiş, buna məhəl qoyulmadığına görə faktla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” - Zəng Mərkəzinə və Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat verilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən verilmiş şikayətin rədd edilməsini Məhkəmədən xahiş edirik. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırda həmin iddia tələbinə məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Cavabdehlər tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “maneələrin qadağan edilməsi, pulun tutulması və müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının “müdaxilələrin qanunsuz hesab edilməsi” hissəsi maneələrin aradan qaldırılması ilə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İddia tələbi “maneələrin qadağan edilməsi” hissəsində təmin edildiyindən kollegiya hesab edir ki, cavabdehə maneələrin qadağan edilməsi iddia tələbinin digər hissəsini yəni “müdaxilələrin qanunsuz hesab edilməsi” hissəsini də əhatə edir. Ona görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə həmin hissədə icraata xitam verilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar